Tülküqarğa

 

İdeya müəllifi Faiq Əlibalayev

 

Krılov şeirini  yadıma saldım:

Tülkü pendir üçün  nələr etmədi?

Təmsili oxuyub xəyala daldım,

Tülkünün zəhməti hədər getmədi.

 

Tülkü qınayanı qınağa aldım,

Axı, qarğaya da kədər gəlmədi.

Belə təriflərə məəttəl qaldım,

Bir pendir bu qədər mədhə dəymədi?

 

Əlibalayeva Gülnarə

Cəfər Cabbarlı ev-muzeyinin

böyük elmi-işçisi, journalist

 

Olaylar.- 2022.- 15-21 iyul.- S.24.