“Qərbi Azərbaycanın
coğrafiyası”
silsiləsindən-Geoloji
quruluşu...
Qədim Kembriyəqədərki
dövrə (4,5 mlrd. ildən 540 mln. ilədək olan
geoloji mərhələ) və
müasir, son Antropogen və ya IV dövr mərhələsinə
(2,58 mln.il əvvəl başlamış, indi də davam edən)
aid geoloji yatımların,suxurların, tektonik- vulkanogen
proseslərin yayıldığı Qərbi Azərbaycanın
ərazisində həm də e.ə.IV minilliyin əski
insan-yaşayış məskənləri Göyçə
gölü sahillərində, Zəngi çayı hövzəsində rast gəlinmişdir.
Eləcə də, 1927-1929-cu illərdə
Dərələyəz dağlıq
bölgəsində fauna
qalıqlarının tədqiqi nəticəsində Eotsen dövrünün
(III dövr-65-1,8 mln. il əvvəlləri
ifadə edir) mənzərəsinə
elmi-nəzəri baxımdan qiymət verilmişdir.
Geoloji və geotektonik proseslərin intensivliyi, nəticədə meqa-mezo-mikro relyrf strukturlarının yaranması-formalaşması mərhələlərinin əvəzlənməsi Qərbi Azərbaycanın həm də müasir ekosistemində əks olunmaqdadır. Bu proseslər Cənubi Qafqazda qalxma, dağlararsı əyilmə-çökəkliklər (antiklinal-sinklinal qurşaqları) və Anadolu yaylası qalxanı arasında yayılmaqla, son Alp qırışıqlığının-dağəmələgəlməsinin Xəzər, Qara və Aralıq dənizləri hövzəsində Bütöv Azərbaycanın geoloji tarixinin bir hissəsi kimi özünəməxsus, səciyyəvi cəhətləri ilə də fərqlənməkdədir.
Nəticədə Qərbi Azərbaycanın relyef-landşaft quruluşunun mürəkkəbliyi və geoloji-struktur vahidlərinin əmələgəlmə qanunauyğunluqları nəzərə alınmaqla bölgədə 3 iri qırılma-ayrıma sahəsi ayrılmışdır:
1.Alp qırışıqlığı mərhələsinin fəal geosinklinal kompleksi (vilkanik, vulkangen-çökmə və materik-karbonatlı suxurlar üstünlük təşkil edən geoloji sahə)-Dağ Borçalı-Qapan istiqaməti hüdudlarında, ərazidə (yüksək dağlıq və dağalararası tektonik əyilmələr hissəsi) vulkanik, vulkanik-çökmə və materik-karbonatlı suxur layları üstünlük təşkil etməklə - Dağ Borçalı-Qaraqoyunlu, Allahverdi-Şəmşəddil, Qarabağ-Qapan geoloji kompleks-yarımqurşaq hissələrinə ayrılır, fərqləndirilir.
Dağ Borçalı (platosu)-Qaraqoyunlu qırışıqlığı, qalxması çoxyaruslu (Dəlidağ silsiləsi, Qaraqoyunlu nahiyəsi, Yırğançağ çayı hövzəsi, Sarıyal, Soyuqbulaq, Dəmirçilər, Şahnəzərli, Cucikənd, İlməzli, Molla Eyyublu (Evli)...kəndləri ərazisində) qatlarlarda olduğu kimi, Allahverdi-Şəmşəddil yarımqurşağı da (Orta Yura (200 mln.il əvvəl başlayıb 145 mln.il əvvəl qurtarıb), Üst Təbaşir (145-66 mln.il əvvəl) dövrünə aid vulkanik-çöküntü suxurlarla örtülü) çoxyaruslu qalxma, qırılma, çoxşaxəli əyilmə, sınma hissələri ilə seçilir (eləcə də Dilican vadisi boyunca).
Bu geoloji struktur ərazisinin səciyyəvi landşaft-relyef quruluşu vulkanik-maqmatik suxur laylarının qırışıqlığı, dərin çay yatağalarında kanyonların yaranması, dağalararsı çökəkliklərin vadi formasında uzanmasıdır. Dağ Borçalı mahalında Ləlvər dağlıq silsiləsindən başlayan Ləlvər çayının (el arasında Borçalı çayı da adlanır) Ləmbəli kəndi ərazisindəki yatağının dərinliyi 350 metrə çatır (bu kənd Qərbi Azərbaycanın ən ucqar şimal kəndidir, Aran Borçalı ilə sərhəddə), Pəmbək və Dərəçay çaylarının da yatağı Mezazoy və Kaynazoy yaşlı əhəngdaşı-karbonatlı, maqmatik-vulkanogen mənşəli suxur layları boyunca uzandığından 100-300 metrlik dərin, dar dərələr yaranmış, xüsusi təbii mənzərələr, peyzaj gözəlliyi əmələ gətirmişdir.
Dağ Borçalı platosu cənubdan keçən Zəngi çayı vadisi ilə Kəmərli platosundan ayrılır, bu geoloji qalxma strukturu Gəyən dağlıq silsiləsinin bir hissəsidir, eyni tektonik proseslərin nəticəsidir, əsasən sönmüş vulakn ocaqları ilə öptülüdür, sasən subalr və alp çəmənlikləri, çılpaq dağlar və qayalıqlarla əhatələnmişdir. Ətrafında Qırxbulaq mahalının bir çox qədim yaşayış məntəqələri-Zərzəmi (Zərkənd, Zarzəmin), Dəlləkli, Kənkan, Qaraqala... kəndləri yerləşib.
Qarabağ-Qapan qırışıqlığı geosinklinal yarımqurşağı Qərbi Azərbaycanın şərq və cənub-şərq ərazilərini (Basarkeçər nahiyəsinin cənub və Gorus-Qapan nahiyələri daxilində Çapni, Xəzinəvar, Üçeniş, Cibikli, Yuxarı və Aşağı Gödəkli, Köhnə Biçənək, Kilsəkənd...kəndləri əhatəsi) tutur, vulkanogen relyef formalarının, lakkolit halında "Şahid dağları"n geniş yayıldığı seysmik zonadır.
Geoloji struktur vahidi kimi ayrılan Qarabağ vulkanik yaylasının qərb yamaclarını tutan "Qərbi Zəngəzur vadisi" vulkan lavalarından ibarət olan lakkolitlərin əhatəsindədir, 1500-1800 metr yüksəklikdə subalp və alp çəmənlikləri ilə, vulkan külü-daşı, pemzalarla, qabrro, soyumuş maqma suxurları... ilə örtülüdür. Dağlıq relyef Bazarçayın dərin dərələri ilə-kanyonlarla parçalanmışdır.
Qapan nahiyəsindən 67 km şimal-şərqdə yerləşən Köhnə Biçənək kəndinin təbii-coğrafi mənzərəsi geoloji proseslərin intensivliyi və mürəkkəbliyi baxımından xüsusilə səciyyəvidir. Bazarçay çayının sol sahilində, 1500 m yüksəklikdə I-II əsrlərdə salınmış bu kənd çılpaq qayalıqlar arasında və vulkan lavaları üzərindədir, əyilmə, sınma və qırılma layları dağ yamaclarında, şay vadilərində aidın görünür.
Kəndin relyefi-landşaftı və geoloji quruluşu baxımından Cənubi Amerikada əski Türk torpaqlarında, And dağlıq silsiləsində Peru dövləti ərazisində, 2450 m yüksəklikdə İnklərin (Paçakutek tayfasının) yaşadığı və əsasını qoyduğu Maçu-Pikçu şəhəri ilə eynilik təşkil edir, bir-birinin oxşarıdır.
Təbii mənzərələri kimi geoloji quruluşu da sanki təkrar olunub, eləcə də Quba və Daşkəsən rayonlarında Xınalıq, Bayan kəndləri də oxşardır.
1970-ci illərdə Köhnə Biçənək kəndi quzey tərəfdə nisbətən hamar, düzən sahəyə köçürülüb, Yeni Biçənək adlanıb. Əski yurdda "Qırmızı məbəd", V-VII əsrə aid və Şah Abbas tikililəri qalmaqdadır.
Dağ Borçalı-Qapan geoloji qırışıqlıq-fəal seysmiklik qurşağında (eləcə də bu kompleksə bitişik və qonşu geoloji strukturlarda) Alp-Himalay geosinklinalının dağəmələgəlmə prosesləri eramızdan əvvəl və sonrakı minilliklərdə daha intensivliyi ilə fərqləndiyindən aşağıdakı sınma-qalxma ocaqları-zəlzələ hiposentrləri müşahidə edilir:
-Gümrü-Alagöz massivi, bu ocaqda güclü təkanlar 5,5-6,5 bal gücündə olmaqla, həcm etibari ilə 66 min kub km-ə bərabərdir. Ən güclü zəlzələlər 1022-ci,1046-cı, 1319-cu, 1935-ci illərdə baş vermiş, 1926-cı ildə isə Gümrü şəhərində 5,5-5,9 bal gücündə yer qabığının qırılması olmuşdur;
-Dağ Borçalı-Dilican qurşağı (84500 kub km həcmində), daha dağıldıcı zəlzələ proseslərinin baş verməsi ilə səciyyələnir, bu qurşaqda e.ə. III-II minilliklərdə yer qabığı 6,5-7 bal gücündə qırılmağa, qalxmağa, dağılmağa məruz qalmışdır; 1827-ci ildə Əlibəy dağının ətəyindəki Dədəçiçək kəndində və 1967-ci ildə Sərdar yüksəkliyində, Pəmbək çayının sağ sahilində yerləşən Hamamlı şəhərində 5 bal gücündə zəlzələ olmuş, lakin, sonuncu yaşayış məntəqəsində 7 dekabr 1988-ci ildəki dağıdıcı (yer səthi ocağında 10 bal gücündə) zəlzələ daha fəlakətli (15 min nəfər həyatını itirmişdir) olması ilə tarixə düşmüş, bu təsir Gümrü şəhərində 9 bal, Qarakilsə şəhərində 8 bal gücündə dağıntıya səbəb olmuşdur;
-Göyçə-Zəngi hövzəsi (27600 kub km tutmunda), Pəmbək dağlıq silsiləsinin cənub-qərb qurtaracağını tutur, yer səthində zəlzələ gücü 4,5-5,4 bal təsirlidir, 851-ci, 858-ci, 863-cü, 869-cu,893-cü... illərdə qeydə alınıb, 972-ci ildə Talış kəndində 5 bal, Sərdarabad kəndində 1916-cı ildə 4,9 bal, İrəvan şəhərində 1937-ci ildə 4,6 bal, Karni kəndində 1679-cu ildə 6,5 bal gücündə... zəlzələnin təsiri ilə yer qabığı qırılmışdır;
-Qərbi Zəngəzur (Qarabağ-Qapan) qurşağı Cənub seysmik fəallığı ilə seçilən geoloji komleks vahidir, belə ki, həcmi 156300 kub km-dir, zəlzələ gücü 4,5-6-7,5 bala bərabərdir, Arpa çayı hövzəsini-Vedibasar mahalını, Bazarşay massivini də əhatə edir, I, IV-V əsrlərdə, 735-ci, 906-cı, 1308-ci, 1406-cı illərdə... güclü zəlzələlər baş vermişdir;
2. Bazum-Zəngəzur geoloji qurşağı Qərbi Azərbaycanın ucqar şimaldan cənuba doğru uzanan (250-300 km məsafədə) geoloji-struktur vahidi kimi geoseysmikliyinin intensivliyi, materik mənşəli çökmə suxurlarının (Yura və Təbaşir yaşlı) qalınlığı və səthə çıxması, çoxyaruslu vulkanogen-karbonatlı layların yayılması...ilə fərqlənir. Bazum dağlıq silsiləsi Dağ Borçalı platosu ilə Pəmbək vadisi arasında 70-90 km məsafədə uzanır, eni 15-20 km-dir, ən uca zirvəsi Urasar dağıdır (2992 m). Dərin dağarası çökəklilər və çay yataqları səciyyəvidir. Və iki çoxyaruslu yarımqurşağa ayrılır:
-Göyçə-Ağbaba istiqaməti;
-Dərəçiçək-Zəngəzur yarımqurşağı;
Qərbi Azərbaycan hüdudlarında III geoloji qurşaq Arazboyu sinklinal-zəif əyirlmə hissəsidir-İrəvan-Ordubad çökəkliyi (Bazum dağlıq qurşağından cənuba doğru uzanır) və IV dövr əyilmə (çökmə mənşəli qurçaqlar da daxil olmaqla) qanadı ilə yarımqurşaqlara ayrılır.
Adları çəkilən struktur hüdudlarında ümumilikdə relyef kompleksi materik mənşəli suxurların üstünlüyü, vulkanogen, çökmə (eləcə də IV dövr mənşəli) laylarının yayılması ilə seçilir.
İrəvan-Ordubad yarımqurşağında relyef vahidi kimi İrəvan (Zəngi), Dərələyəz əyilmə layları, IV dövr suxur qatlarının paylandığı oroqrafik hissələrə (düzən, hamar səthə malik) Naxçıvanın Arazboyu vadisi, Göyçə-İrəvan, Ağrı düzü, Vedi vadisi-Kəmərli... vahidləri daxildir. Çökmə suxurların qalınlığı bir neşə yüz metrdən bir neçə km-dək çatır, geoloji inkişafında nisbətən "sakit" dövrlər üstünlük təşkil etmişdir.
Avrasiya matekinin orta coğrafi en dairəsi üzrə fəal seysmik geoloji proseslərin təsiri ilə formalaşan Qərbi Azərbaycan ərazisi həm də zəngin faydalı qazıntı, hidroloji-mineral xammal ehtiyatına, ekostruktur vahidlərinə, mürəkkəb quruluşlu oroqrafik relyef formalarına malikdir.
Bu barədə növbəti yazılarımızda...
R.S. Mürtəce hay kilsəsi və ibtidai insan-hay sürüsü Ləlvər çayını-"Debed", Dərəçay çayını-"Dzoraqet", Ləmbəli kəndini-"Baqrataşen", Kəmərli nahiyəsini-"Kotayk", Zərzəmi kəndi-"Zar", Kənkan kəndini-"Atis", Dəlləkli kəndini-"Zovaşen", Kəmərli-Zeytun kəndini-"Kanaker-Zeytun", 1948-ci ildən Qırxbulaq mahalının Qaraqala kəndini-"Sevaberd", Köhnə Bişənək kəndini-"İn Xot", Hamamlı şəhərini 1948-ci ildən-"Spitak", Qarakilsə şəhərini 1935-ci ildən "Kirovakan", 1992-ci ildən sonra isə "Vanadzor", Dərəçiçək şəhərini 1984-cü ildən-"Tsaxkadzor", Talış kəndini-"Aruç", Sərdarabad şəhərini 1992-ci ildən-"Armavir", Kəmərli şəhərini 1946-cı ildən-"Artaşat" ... adlandırır.
Hazırda "Kanaker-Zeytun" (8 kv.km) İrəvan şəhərinin şimal-şərq hissəsini tutur, 1946-1947-ci ildə Livan, Suriya, Misir, İran, İrak və Yunanıstandan köçürülən haylar yaşayır bu məkanda.
R.S.S. Köçürüldüyü
ərazilərdə xristian dini pərdəsi altında "daimi Vətən" yaratmağı başlıca məqsəd bilən dinsiz hay kilsəsi qədim Türk-Müsəlman
torpağı, tərəkəmə elatının yurd-ocaq məkanı olan Kəmərli
platosunun Kənkan dağında (2528 m) İsa Məsihin 77 metrlik heykəlini yapmaqla Qərbi
Azərbaycanın tarixi-coğrafi maddi irsinin yozumunu
bir daha
saxtalaşdırmağa, əski Türk yurdunda qondarma hay "izini" salmağa və dünyaya
bir daha "hay qədimliyi" barədə haray salmağa can atır.
Qismət Yunusoğlu,
Bakı Dövlət
Universitetinin müəllimi
Olaylar.- 2022.- 15-21 iyul.- S.17.