“Qərbi Azərbaycanın qurucuları”
silsiləsindən
“Ov dərəsi”nin
kökənli əhli və təsərrüfatı...
IV
yazı
Rus-bolşevik qüvvələrinin
himayəsi sayəsində Qərbi Azərbaycanda qondarma
mövcud olmuş "Ermənistan SSR" adlı qurum 1988-ci
ilədək bütün təşkilatlardan (XX əsr ərzində
2 milyon nəfərdən çox Türk-Müsəlman əhalisi
də daxil olmaqla) hər il 50
rubl. ianə toplayırdı - "erməni" abidələrinin (həyasızcasına "əminiz
uşaqları dağıb"-deyərək, uydurma
böhtanlarını yaymaqla) bərpası, yenidən
qurulması-adı ilə, Pəmbək nahiyəsi üzrə
bu ianələri yığan
Komissiyaya rəhbərliyi
Maarif şöbəsinin müdiri, millətçi-daşnak
V.K.Baqdasaryan edirdi...
Mürtəce-dinsiz hay kilsəsi və daşnak-hay rəhbərliyi 1950-ci illərdən başlayaraq əksəriyyəti Türk-Müsəlman etnik tərkibli olmaqla əhalidən hər ay 8-10 rubl. toplayıblar "Daçnakstyun" terrorçu hərbi-siyasi birliyin fəaliyyətini maliyyələşdirmək, DQMV-nin Azərbaycanın tərkibindən zorla, hərbi yolla ayrılmasına silah-sursat ehtiyacını ödəmək üçün-"ətraf mühitin mühafizəsini, qorunmasını təmin etmək" adı ilə...
Dağ Borçalı-Pəmbək mahalı Qərbi Azərbaycanın şimal ərazilərini tutmaqla, qonşu Aran Borçalı və Cəvahirli-Məhsəti bölgələri ilə həmsərhəd olmaqla yanaşı, həm də geniş-"gözyoran-gözoxşayan" bərəkətli, münbit torpaqları (dəmyə, narın qaratorpaqla zəngin "Ceyran düzü", eni və uzunluğu 30-40 km-ə bərabər), güllü-çiçəkli ot örtüyünə malik otlaq-örüş sahələri (məşhur Ağlaöan-Dəlidağın ətəklərində "Ov dərəsi", Ağbaba dağlarına bitişik "Yurd yeri" yaylaqları), eləcə də, işgüzar, bacarıqlı, zəhmətkeş, ziyalı, elmi-dünyagörüşlü, din-irfan yiyəli.. əhalisinin çoxsahəli-çoxşaxəli təsərrüfat quruculuğu, elmi-mədəni, ictimai-siyasi, dini-mənəvi... fəaliyyəti ilə də tanınmışdır.
Qədim Türk-Müsəlman yurdu-ocağı olan Pəmbək nahiyəsinin Molla Eyyublu kəndi (elmi-dini təhsilli Molla Eyyub əfəndinin adını daşıyan bu ocağa cənub-qərbdən İlməzli (16-17 km aralı), qərbdə Şahnəzərli (6-7 km), şimal-qərbdə Dəmirçilər (2 km), cənubda İmir (5-6 km), Sarıyal, Qızıldaş...kəndləri yaxın idi, həmsərhəd Başkeçid nahiyəsinin Caatlı və Muğanlı kəndlərinədək məsafə 5-6 km olardı) də mahalın təbii-coğrafi şəraitinə, relyef-landşaft quruluşuna görə xüsusilə seçilən, füsunkar mənzərəsi ilə fərlənən yaşayış məntəqəsi olub. Bu kəndin əsası XVIII əsrin əvvəllərində Şəmşəddil-Qazax mahalının bir neçə köçəri tərəkəmə elatının yaylaq yurdunda daimi oba salması ilə qoyulub, bir çox tayfaların (artıq 1980-ci illərdə 170 evi olan bu kənddə 16-17 tayfa yaşayırdı-qaramollalılar, əzizlər, qorçular, vəliməmmədlilər, cuvarlılar, bayramlılar, talıblılar, yetəröylülər, ağdəstələr...) məskunlaşması ilə nəticələnib.
Ərazi dəniz səviyyəsindən 1800-2200 m hündürlükdə olmaqla, əsasən orta dağlıq və subalp çəmənliyi qurşaqlarını əhatə edir, əhalisi tarixən əkinçiliklə-heyvandarlıqla məşğul olub, amma təbii-coğrafi şəraiti, ekoloji mənzərəsi xüsusilə füsunkar, yüksək dərəcədə baxımlıdır. Dörd tərəfi yüksək dağlarla (cənub-şərqdə, 3 km aralı Koroğlu dağı (1698 m), şimal-şərqdə Molla Zeynal-Çaxraqlı (142 m), şimal-qərbdə İmir dağı, cənub-qərbə 2 km aralıda Qarovultəpə (Səngər dağı, 1821 m), eləcə də dağ meşələri ilə əhatələnib.
Koroğlu dağı həm də Dağ-Borçalı-Pəmbək mahalının əski maddi-tarixi abidəsi kimi, zəngin mənəvi irs "qalası" kimi dəyərə malikdir. Dağdakı 2 "daş axur"ların (hərəsi 2 m uzunluqda, 50 sm enində) Qırata və Dürata məxsus olduğu el deyimləri sırasındadır
Bu yerlər payızda "bildirçin oylağı" olduğundan ovçuların ən çox üz tutduğu məkanlardan idi.
Qonşu Başkeçid rayon PK-nin I katibi, Sosialist Əməyi Qəhrəmanı Mahmud Quliyev istirahət günlərində bu yerlərə ova gələndə Molla Eyyublu kəndinin təbiətini İrəvan-Tiflis yolundan 20-30 dəqiqə seyr etməsi mütləq idi, 1981-1982-ci illərdə özü etiraf edirdi ki, "bu mənzərə insan ruhunu İlahi məqamlarla qovuşdurur..."
İrəvan-Tiflis avtomobil yolundan 800 m kənarda yerləşən Molla Eyyublu kəndində (hamısı Türk-Müsəlman ailəsi) 1930-cu illərdə kollektiv təsərrüfatçılıq (kolxoz) yaradılmış (o vaxtı 30-40 ev olub), ümumilikdə 1 şum traktoru (ÇTZ), 5 kotan (hər kotana 8 öküz qoşulurdu), 102 öküz, 18-20 at, 40 araba, 2500-3000 toyuq, 800 baş qoyun, 30-35 baş qaramal... olub yarananda, C.M.Kirov adında, torpaq sahəsi 5-6 min hektar idi. Sonralar qonşu Dəmirçilər kəndi də (50-60 ev) bu kolxoza daxil edildi, əkin sahələri 600 hektara, biçənək yeri 400 hektara, örüş-otlaqları 700-800 hektara qədər çatmışdır.
Təsərrüfatın əsas istiqaməti 1950-ci ildən sonra ətçilik-südçülük, heyvandarlıq üzrə olub, çünki torpaq ehtyatlarında əkin ("Cala","Bayramın çökəyi", "Qozlu", "Şairin bulağı"...), örüş-otlaq və biçənək sahələri üstünlük təşkil etmişdir.
Qərbi Azərbaycanın Pəmbək bölgəsi kartofçuluğu və yüksək keyfiyyətli pehdir istehsalı ilə məşhur olmuşdur.
Mollu Eyyublu-Dəmirçilər kəndlərindən 40-50 km aralıda yerləşən "Ov dərəsi" yaylaq sahələri kimi istifadə olunub, bu yaylaq bərəkətli ot örtüyü, bulaqları ("Göy bulaq", "Sarı bulaq", "Seldaşan bulaq", "Güllübulaq"...) ilə tanınırdı, təsərrüfatçılıq əhəmiyyəti çox idi, birləşən bulaq sularından Ovdərəsi çayı yaranmış, bu çay Pəmbək çayının qolunu təşkil edir, Calaloğlu şəhərindən (kənddən 28 km aralı, cənub-qərbdə) də keçməklə Kür çayına kimi uzanır..
Bu bulaqların suyundan Molla Eyyublu-Dəmirçilər kəndinə həm də içməli su kəməri çəkilmişdir-1970-ci illərdə...
Ətraf bütünlüklə (5-6 km aralı) meşə landşaftı ilə örtülü idi.
Təsərrüfatın günbatan tərəfi Ağbaba-Şörəel mahalının yaylaqları ilə sərhədlənirdi. Artıq, 1970-1980-ci illərdə sovxoz kimi fəaliyyət göstərən bu kənd istehsal mərkəzində (direktoru Molla Eyyublu kənd sakini Əmrah Musa oğlu Qorçuyev olub 1977-1989-cu illərdə), o cümlədən süd-əmtəə fermasında 200 baş sağılan mal, 250 baş subay mal, 1000 baş qoyun, 10 at... saxlanılırdı. Təsərrüfatın işçilərinin ümumi sayı 250 nəfərə qədər idi.
Təbii münbitliyi yüksək olan əkin torpaqları (taxıl, kartof, çuğundur, qarğıdalı, günəbaxan, noxud, vələmir...əkilirdi) məhsuldarlığının yüksək göstəriciləri ilə fərqlənirdi, hektara 40-45 ton noxud (silosun 80 faizi noxud idi) yığılırdı, hər hektar 30-35 sentner taxıl, 50-60 sentner qarğıdalı məhsulu verirdi...
Yetişdirilən kartof ("Pəmbək" sortu) məhsuldarlığına (hektara 40-45 ton) və dadına-tamına görə nəinki bölgədə, qonşu Aran Borşalı mahalında da tanınırdı. Hər həyətdə kartof quyusunda qış aylarında məhsul saxlanılırdı. Quyu 50-60 sm dərinlikdə, 1-2 m enində qazılırdı, işərisi saman-külüşlə örtülürdü, bu üsulla məhsulu qışda keyfiyyətli saxlamaq olurdu. Təsərrüfat ərazisində də toxumçuluq məqsədi ilə bu cür quyulur qazılırdı (dərinliyi 1 m, eni 10-15 m olmaqla, 250-300 kq kartof toxumu saxlanılırdı.
Taxıl, qarğıdalı, günəbaxan və kartof toxumçuluğunun təkmilləşdirilməsində Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi ilə olan sıx əlaqələrin, qarşılıqlı münasibətlərin (1975-1981-ci illərdə nazir müavini olan, Borçalı mahalının ağsaqqalı Ayvaz Dursun oğlu Həsənov ilə) böyük rolu olub.
Qısa arayış: II Dünya müharibəsindən geri qayıtmayan Molla Eyyublu kənd sakini Musa Həsən oğlu Qorçuyevin (1916-1942) ailəsində 1940-cı ildə doğulan Əmrah Həsən oğlu 1953-cü ildə kənd 7 illik məktəbini, sonra isə İlməzli kəndində orta məktəbində 8 illiyi əla qiymətlərlə bitirdiyindən imtahansız İrəvan Zootexnikumuna qəbul olunub və oranı Qırmızı diplomla qurtarıb.
Doğma kəndinin süd-əmtəə fermasında (170-180 baş sağmal mal olan) 1958-1961-ci illərdə müdir kimi çalışıb və 1961-ci ildə "Ermənistan SSR"-dən Almaniya Demokratik Respublikasına göndərilən 34 nəfərlik nümayəndə heyətində yeganə yerli, kökənli üzv Ə.Qorçuyev idi.
Təhsilini davam etdirərək 1961-ci ildə S.Ağamalıoğlu adına Gəncə Kənd Təsrrüfatı İnstitutuna qəbul olub, 1969-cu ildə ali təhsilini də Qırmızı diplomla bitirib, təhsil qabiliyyətinə və ictimai fəallığına (institut və fakültə həmkarlar təşkilatının sədri, İnstitut Partiya Komitəsinin büro üzvü olub) görə fərqlənmişdir (1961-1963-cü illərdə hərbi xidmət keçib Moldaviyada, Beltsı şəhərində).
Ali təhsilini yüksək səviyyədə başa vurduqda professorlar, Rusiya Kənd Təsərrüfatı Akademiyası və Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (Azərbaycanda camışçılıq elmi məktəbinin banisi) A.Ə.Ağabəyli (1904-1980), Zebuçuluq elmi-tədqiqat problem laboratoriyasının müdiri Z.Q.Verdiyev (1907-1992) ona institutda qalmağı təklif etsələr də, o, Böyük Vətəninin bir parçası olan doğma kəndinə qayıtmağı üstün tutmuşdur.. Əvvəlcə, 1969-1977-ci illərdə qonşu İlməzli kəndinin sovxoz təsərrüfatında (bu təsərrüfata həm də Qaraqala və Qaraisa kəndləri də daxil idi, ümumilikdə 600 baş sağmal qara mal, 2000 baş qoyun saxlanılırdı) süd-əmtəə fermasında baş zootexnik, 1977-1979-cu illərdə isə sovxoz direktoru işləyib.
Bu təsərrüfat ətçilik-südçülük sahəsində yüksək göstəricilərə nail olub, hər gün nahiyə mərkəzindəki südün qəbulu və emalı müəssisəsinə 3 ton süd göndərirdi, Gümrü şəhərindəki ət məhsullarının istehsalı mərkəzini at-inək əti ilə təmin edirdi (hər atın orta çəkisi 1 və ya 1,2 tona çatırdı), konserv məhsulları İrəvan, Qarakilsə, Ellərkənd, Cəlaloğlu, Hamamlı, Kəmərli... şəhərlərinə, hətta qonşu gürcüstana da göndərilirdi.
Çuğundur əkini sahələrinin məhsulu qaramala verilirdi (hər gündə 7-8 kq), nəticədə həm südün zülallığı-yağlığı, həm də heyvanın diri çəkisi (300-350 kq) artırdı. Təşkilatşılığı, bacarığı və elmi-təcrübi qabiliyyəti sayəsində M.Qorçuyev 1979-1989-cu illərdə Molla Eyyublu və Dəmirçilər kəndini birləşdirən sovxoza rəhbərlik edib, yüksək təsərrüfat göstəricilərinə, əhalinin yaşayış rifahının yaxşılaşmasına nail olmuşdur.
Onun dövründə gənc ailələrin kənddə məskunlaşması, qalıb işlə təmin olunmasına xüsusi diqqət yetirilib, 1960-1970-ci illərdə hər ailəyə 0,2-0,3, sonrakı illərdə 0,10 hektor torpaq sahəsi həyətyanı məqsədilə ayrılıb. Təsərrüfat üzvləri şəxsi mülklərində 50-60 baş qoyun, 5-6 baş qarmal, başqalarının 10-15 baş xırda davarı, 2-3 baş qaramalı olub..
1950-1960-ci illərədək kənd camaatı Şahnəzər kəndindəki (6-7 km aralıdakı), sonrakı illərdə 28-30 km uzaqlıqdakı Calaloğlu şəhərindəki su dəyirmanından istifadə edirdi.
Ə.Qorçuyevin əmisi Əhməd Həsən oğlu Qorçuyev də (1909-1969) Calaloğlu və Pəmbək nahiyələrinin ictimai-siyasi həyatında, təsərrüfat quruculuğu işlərində fəal iştirak etmişdir. 1930-cu illərdə Calaloğlu nahiyəsində Daxili İşlər Şöbəsinin işçisi kimi dövlət quruluşuna qarşı çıxan qaçaqların zərərlişdirlməsində xüsusi rolu olub.
II Dünya müharibəsindən qayıtdıqdan sonra, 1946-1952-ci və 1953-1958-ci illərdə Molla Eyyublu kəndində, 1952-1953-cü illərdə Qızıldaş kəndində kolxoz sədri olub, 1969-cu ilədək Molla Eyyublu və Dəmirçilər kəndləri üzrə Sovet sədri işləmişdir.
R.S. Mürtəce hay kilsəsi və ibtidai insan-hay sürüsü Pəmbək nahiyəsini 1835-ci ildə-"Vorontsovka", 1935-ci ildə "Kalinino", 1991-ci ildən "Taşir", Calaloğlu şəhəri-1991-ci ildən "Stepanavan", Qarakilsə şəhərini 1935-1992-ci illərdə-"Kirovakan", 1992-ci ildən - "Vanadzor", Ellərkənd şəhərini 1961-ci ildən-"Abovyan", Kəmərli şəhərini 1945-ci ildən-"Artaşat", Molla Eyyublu kəndini 1935-ci ildən - "Evli", İmir kəndini-"Mixaylovka" ... adlandırır.
(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Dağ Borçalı mahalı, Pəmbək nahiyəsinin Molla Eyyublu kənd sakini Əmrah Musa oğlu Qorçuyevin (1940) məlumatlarından istifadə olunub.)
Qismət Yunusoğlu,
Bakı Dövlət
Universitetinin müəllimi
Olaylar.- 2022.- 22-28 iyul.- S.17.