DƏYİŞMƏZ
"Göz ürəyin aynasıdır"- deyiblər,
Duyğular onları dəyişə bilməz.
Duyğular nə qədər təmiz olsa da,
Göz ürəkdən su içər, yenə dəyişməz.
***
Körpə uşaq ğöz götürməz, deyiblər,
Gözmuncuğu təsirini dəyişməz.
Dilin demədiyin gözlər deyiblər,
Dil sussa da, göz mənasın dəyişməz.
***
Gözəl gözlər gözəl görüb, seçiblər,
Çirkin əməl fikirlərin dəyişməz.
Gözəl görüb, gözəl seçib, seviblər,
Sadiq gözlər baxışların dəyişməz.
***
"Göz görməsə, könül sevməz"- deyiblər,
Göz dəyməsə, sözlər qəlbi dəyişməz.
"Gözdən uzaq, qəlbdən iraq"- görüblər,
Göz görməsə, üz utanıb dəyişməz.
***
"Parlaq günəş şölə saçar"- deyiblər,
Qədirbilən dərgahını dəyişməz.
"Nur Tanrının bəxşişidir" - deyiblər,
Şükran olan qibləgahın dəyişməz.
Əlibalayeva
Gülnarə
Cəfər
Cabbarlı ev-muzeyinin
böyük elmi-işçisi,
jurnalist.
Olaylar.- 2022.- 3-9 iyun.- S.24.