Heydər Əliyevin
sadiq silahdaşı
(Görkəmli dövlət xadimi
Musa Məmmədovun 90 illiyi münasibəti ilə)
Görkəmli dövlət xadimi Musa
Məmmədov
(15 iyul
1932, Qutqaşen - 12 mart 2019, Bakı) haqqında yazmaq istədiklərim indi
yazacaqlarımdan qat-qat artıqdır. İnsan nə
qədər mahir qələm ustası olsa da, keçirdiyi
hissləri tam əhatə edə bilmir. Respublikamızda
kənd təsərrüfatının inkişafında
tutduğu yeri, gördüyü işləri qələmə
almaq, onları sadəcə bir məqalədə Musa sevənlərə
çatdırmaq heç də asan iş deyil. O, daim
axtarışda olan, yorulmayan, sahəsində ensiklopdik biliyə,
elmdə və istehsalatda fərqlənən, nadir yaddaşa və zəkaya
sahib insanlardan idi. Biz həmyerli olmuşuq, məndən
bir yaş sonra (1932-ci ildə) dünyaya gəlib,
uşaqlığı Bpyük Vətən müharibəsinin
ağır illərinə düşüb: atası Salam kişi müharibənin ilk günlərindən
cəbhəyə gedib və qayıtmayıb. Məndən
fərqli olaraq iradə tapıb məktəbi tərk etməyib,
yeri gəlmişkən mən 1942-ci ildə 6-cı sinfi
qurtarandan sonra təhsilimi davam etdirə bilmədim, kolxozda
işləməyə başladım və ancaq 1946-cı ildə
məktəbə qayıtdım. Bu faktı ona görə
yazıram ki, tale bizi ayırdı: o, məktəbi məndən
3 il əvvəl qurtardı, beləliklə,
yolumuz 1965-ci ilə qədər ayrıldı.
1985-ci ildə Musa Salam oğlunun işlədiyi Kənd Təsərrüfatı
Nazirliyinin əsasında (bütün ölkədəki kimi)
Aqrar-Sənaye Komitəsi yarandı və mənim naziro
lduğum Yeyinti Sənayesi Nazirliyi də onun tərkibinə
verildi. Musa Salam oğlu komitənin sədri, mən isə
onun birinci müavini təyin edildik. Beləliklə,
uşaqlığımızda mümkün olmayan
yaxınlığımıza imkan yarandı. Musa Salam oğlu haqqında yazdıqca yazmaq olar.
O, nəinki Azərbaycanda, hətta SSRİ-nin pambıq
istehsalı ilə məşğul olan respublikalarda da
tanınmış bir mütəxəssis idi. Bu
fikri təsdiqləyən, zahirən qeyri-adi olan bir, deyərdim
ki, faktı yox, hadisəni oxuculara çatdırmaq istərdim.
Kənd təsərrüfatı işçilərinin,
yəqin ki, yaxşı yadındadır - sovetlər
vaxtında mütəffiq respublikalar arasında sosializm
yarışı geniş vüsət almışdı.
Onlarda biri də Azərbaycanla Özbəkistan
arasında gedən pambıqçıların bir qrupunun
qarşılıqlı uyğun respublikalara gəlməsi idi.
Musa müəllimin başçılğı
ilə növbəti gedişin sonunda onu Özbəkistan
Kommunist Partiya Mərkəzi Komitənin birinci katibi Ş.Rəşidov
qəbul etmiş və o, bir mütəxəssis kimi,
yumşaq desək, pambıq istehsalının vəziyyəti
barədə mülahizələrini söyləmişdi.
Heç demə, bu görüş başa çatdıqdan
sonra Ş.Rəşidov Heydər Əliyevə zəng edib və
Musa Salam oğlunun
heç olmasa, bir ay burada qalmasını xahiş
edib. Bu isə respublika rəhbərliyi tərəfindən
Musa Salam oğlunun az qala tamam Daşkənddə
qalmaq istədiyi kimi qiymətləndirilmişdi. Heç də olmayan bu hadisə Musa Salam oğlunu
çox narahat etmişdi. Əlbəttə
ki, Heydər Əliyev Ş.Rəşidovla belə bir söhbətin
olmadığı və bu onun şəxsi təşəbbüsü
olduğuna inanmış və Musa müəllimi olduqca narahat
etmiş bu hadisə onda şübhəsiz ki, müəyyən
narahatlığı yaratmışdı. Musa Salam
oğlunun deyərdim ki, tale yüklü həllinə nail
olduğu digər məsələ: o vaxt ölkədə
alkoqolizmə qarşı mübarizə başlananda
respublikanın şərab zavodlarında olan
yarımfabrikatları və hazır məhsulun istifadəsi
problemi özünü tam kəskinliyi ilə ortaya qoydu. Yaxşı yadımdadır, respublikada bu xammalı
başqa məqsədlər üçün istifadə
olması texnologiyası yox idi. Problemin həlli
üçün Musa Salam oğlu dəfələrlə
Moskvada olurdu. Nəhayət, onu çox yaxından
tanıyan, ona güclü bir mütəxəssis kimi dərin
hörmət bəsləyən Sovet İttifaqı Mərkəzi
Komitəsinin kənd təsərrüfatı sahəsinin
kuratoru, təqribən 30 milyon ton məhsulun
"Başkirbelok" müəssisəsinə yollanmasına
qərar verdi. Əks təqdirdə, şərab
zavodlarımızın rəhbərlərini Özbəkistan
Respublikasının pambıq zavodlarının rəhbərlərinin
aqibəti gözləyirdi. Qoy oxucu elə
fikirləşməsin ki, Kamil Məmmədov öz qəhrəmanının
gündəlik işlərinin xronikasını verir. Yox
və yenə də yox! İnanın ki, mən
yüzlərlə, bəlkə də daha çox faktlardan
ancaq və ancaq diqqətə daha çox layiq olan faktların
bəzilərini seçmişəm.
Beləliklə, mətləbə keçim. Komitə
işçilərinin sosial-məişət vəziyyətlərinin
yaxşılaşdırılması sahəsində biz Aqrosənayedə
olduqca şox işlər gördük. Nəzərdə
tutulan məqsədə çatmaq üçün vəsait
və yolların axtarılıb tapılması istiqamətində
kifayət qədər təcrübə topladıq; Tikinti sahəsində
istehsal gücü olan bir təşkilat olaraq Musa Salam
oğlunun başçılığı ilə əməkdaşlarımız
üçün mənzil və bağ evlərinin tikintisinə
başladıq. Bu məqsədlə kənd
təsərrüfatı üçün yararsız torpaq sahələri
ayrıldı. Qısa zaman ərzində Bilgəhdəki
sahə qaya qranitindən təmizləndi
(hesablanmışdır ki, burada 80 min tona qədər qranit
daşınmışdır) və qısa bir zaman kəsiyində
52 bağ evi tikildi, onların dəyərinin demək olar ki,
yarısı sosial-məişət sahəsi üçün
nəzərdə tutulmuş vəsaitlər hesabına ödənildi.
Eyni zamanda Türkan kəndi
yaxınlığında 500 bağ evi üçün sahə
hazırlanmışdı, bura Abşeron kanalından su
çəkildi, transformatorlar quraşdırıldı və
yol salındı. Bu işlərin
smetası elə tutulmuşdu ki, kəndin bir sıra sosial-məişət,
o cümlədən, su və yol məsələsi həll
edilmişdi. Və vaxtı ikən səhranı
xatırladan bu yerlər bağ- bağçaya çevrildi.
Yeri gəlmişkən, bağ evi alanlar -
keçmiş aqrosənaye işçiləri - sonradan bizlərlə
görüşəndə bu işləri minnətdarlıqla
xatırlayırlar. Burada A.Bakıxanovun sözləri
çox yerinə düşür: "İnsan
gördüyü yaxşı işlərdən iki dəfə
zövq alır: birinci dəfə işə başlayanda,
ikinci dəfə - nəticələri gördükdə".
Musa Salam oğlu və mənimlə görüşənlər
fəxrlə öz bağ sahələri haqqında, becərdikləri
məhsulla öyünür, minnətdarlıq hissləri
bildirirdilət. Mən respublika tütünçülərinin
istehsal etdiyi tütünün satış qiymətinin necə
qaldırılması məsələsinə toxunmaq istərdim.
Bu qiymətlər Moskvada təsdiq olunurdu, lakin ilkin olaraq yerlərdə,
bu halda respublikamızda, yeni kənd təsərrüfatı və
hazır tütünü alan Yeyinti Sənayesi
Nazirliyi idi. Musa Salam oğlunun təqdim etdiyi
satış qiymətlərini mən bir nazir kimi heç tərəddüd
etmədən qəbul etdim. Nəticədə
bu vaxta qədər tütün becərməyən - Kəlbəcər,
Qubadlı, Zəngilan və Lerik rayonlarında onun
istehsalında yüksək iqtisadi maraq yaratdı. Buna qədər
tütün istehsal edən Naxçıvanda, Balakən,
Zaqatala, Şəki və Qəbələ rayonlarında tədarükün
artması əsasında müasir tütün- fermentasiya
zavodları tikildi, bu isə öz növbəsində həmin
rayonlarda infrastruktur obyektlərinin: yaşayış evlərinin,
uşaq bağçaları, uşaq xəstəxanası,
stadion və nəhayət, istirahət sanatoriyasının
tikintisinə əsas yaratdı. Onu da qeyd etmək
lazımdır ki, bütün bu nailiyyətlər Ulu öndər
Heydər Əliyevin respublikamızda yaratmış olduğu
yaradıcı mühitlə bağlı idi. Musa müəllimin
iş günü ağılagəlməz dərəcədə
sıx idi. Onun faktiki vəzifəsi var idi: Azərbaycan SSR
Nazirlər Sovetinin 1-ci müavini, Aqrar- Sənaye Komitəsinin
sədri və Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitənin büro üzvü kimi məsuliyyətli vəzifələr
ona tapşırılmışdı. Təsəvvür edin
ki, o, axşam 18-ə qədər Nazirlər Sovetində
işləyir, Aqrar- Sənaye Komitəsindən başqa ona
tapşırılmış Su təsərrüfatı,
"Azərkimya", Meşə təsərrüfatı və
s. sahələrə rəhbərlik etmiş, axşam saat 18-dən
sonra komitəyə gələr (Hökümət evi), demək
olar ki, saat 23-ə qədər bilavasitə onun fəaliyyəti
ilə məşğul olurdu. Musa Salam
oğlunun xidmətləri dövlət tərəfindən
çox yüksək qiymətləndirilmişdir. O,
"Qırmızı Əmək Bayrağı",
"Oktyabr İnqilabı", "Şərəf
Nişanı" ordenləri və müxtəlif medallarla təltif
edilmişdir. 2 dəfə Respublika Ali Sovetinin Fəxri Fərmanı,
Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin
iki qızıl, iki gümüş və bürünc
medalları ilə, həmçinin sərginin Fəxri
diplomları ilə təltif edilmişdir. Elm və
texnika üzrə Dövlət mükafatı laureatı,
Respublikanın "Əməkdar Aqronomu" və nəhayət,
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü
olmuşdur.
Fikirlərimi yekunlaşdırarkən qeyd etmək istərdim
ki, Musa Salam oğlu, gördüyümüz kimi, layiqli bir
ömür yaşamışdır. Allahın ona verdiyi bu
ömür son nəfəsinə qədər doğma
respublikamızın inkişafına həsr etdi. Ahıl yaşlarında belə, necə deyərlər,
sakit durmadı. Kənd Təsərrüfatı
Nazirliyində işə düzəldi, bilik və təcrübəsini
cavan mütəxəssislərlə bölüşdü və
Azərbaycan kənd təsərrüfatı inkişafında
unudulmaz bir iz qoyaraq dünyasını dəyişdi.
Yazıçı B.Vahabzadənin rəhmətlik anasına
ithaf etdiyi şeiri rəhmətliyə müraciət kimi ifadələrlə
qurtarmaq istəyirəm:
Vaxt
keçir sən məndən uzaqlaşırsan,
Biz sənə günbəgün
yaxınlaşırıq.
Qəbələ, 2022.
Kamil Məmmədov
Yeyinti sənaye naziri (1972-1985),
iki çağırış (1975- 1980 və1980- 1985-ci illər)
Azərbaycan SSR Ali Sovetinin
deputatı,
Azərbaycan Respublikasının əməkdar
mühəndisi
Olaylar.- 2022.- 10-16
iyun.- S.15.