Üzqarası ağsaqqal

 

Gördüyümə peşman oldum bu səhər,

Ahıl insan aqillikdən dəm vurur.

Sürüçünü qızışdırıb birtəhər,

Dava üçün min-bir fəsadlar qurur.

 

***

 

Sanki kəhər ata salıbdır yəhər,

Zəhərli qamçıyla hər yana vurur.

Bayaqdan içdirir hər kəsə zəhər,

Ədalı sözlərlə hamını yorur.

 

***

 

Məəttəl qalıbdır bu əhli- şəhər,

O isə, hörümçək torların burur.

Haqqısevənləri tutubdur qəhər,

Fitnə-fəsadıyla üzlərə durur.

 

*** 

 

Ağ saçdan utanır söz deməyənlər,

O, ağsaqqallığın tamam unudur.

Beləsi anlamır sonda bezərlər,

Üzünə tüpürüb, "itil" - deyərlər.

 

Əlibalayeva Gülnarə

Cəfər Cabbarlı ev-muzeyinin

böyük elmi-işçisi, jurnalist.

 

Olaylar.- 2022.- 24-30 iyun.- S.24.