Qoyar!

 

Sən istədiklərini,

Yalnız Allahdan istə!

Bəndədən istəyərsən,

O, sənə minnət qoyar!

 

***

 

Üzündə olan suyu,

Yad qapılara tökmə!

Bəndə verərsə, minnət,

Verməsə zillət qoyar!

 

***

 

Tanrıya təzim edib,

Arzularını istə!

Tanrı verərsə, nemət,

Verməsə, hikmət qoyar!

 

***

 

Tanrı verməsə əgər,

Heyfsilənmə, şükr elə!

Verdiyini bəd görər,

Hər kəsə qismət qoyar!

 

Əlibalayeva Gülnarə

Cəfər Cabbarlı ev-muzeyinin

böyük elmi-işçisi, jurnalist

 

Olaylar.- 2022.- 18-31 mart.- S.24.