“Qərbi Azərbaycanın qurucuları”
silsiləsindən
Əski Baharlılar
tayfasının xələfləri...
II yazı
Dünya Türk dövlətçiliyi
tarixində, Qaraqoyunlu
hakimiyyətində xüsusilə önəmli yer tutan tayfa
birlikləri sırasında,
şəcərə sülaləsinin əsası
1351-ci ildə qoyulmuş
Bahalıların məşhur
xələfləri ilə
yanaşı onların
adını (eləcə
də Təkləli, Şamlı...dəkkələrini)
Böyük Turan hüdudlarında yaşadan
antrotoponimlər də
az deyil-Anadolu yaylasından Dekan yaylasınadək, Qərbi Azərbaycandan Orxon-Yenisey çayınadək
uzanan ərazilərdə...
(Mərkəzi Asiyada Uyğur Türk dövlətində Təklə-Məkan,
Əfqanıstanın Herat şəhəri
yaxınlığında Təpə
(Təkə-Təklə) kəndi,
Hindistanın Bihar (Bahar)
vilayətində Bahar-Şərif,
Bəyisaray, Sultangənc...şəhərləri).
Türk-Müsəlman dünyasının
tarixi əhli-qövmləri
sırasında xüsusi
yer tutan Baharlılar nəslinin bir ocağı da Qərbi Azərbaycanın
Zəngəzur mahalının
"Gığı dərəsi"
hövzəsində, Gığı
çayının sahilində
yerləşən, iki
min illik yaşlı Baharlı kəndi olub. Azərbaycan dövlətçiliyi tarixində
xidməti olmuş Baharlı, eləcə onunla soy-kök bağlılığı olan
Təkləli, Şamlı., Əhmədli... tayfalarının
adı ilə bağlı antrotoponimlərə
Ağdam, Şamaxı,
Qobustan nahiyələrində
də rast gəlinir.
Dövlət və xalq təsərrüfatı quruculuğunda,
milli-tarixi dünyadərkinin
təşəkkülündə, gənc nəslin təlim-tərbiyəsində fərqlənən
"Gığı dərəsi"nin
qədim tarixə malik Baharlı kəndinin görkəmli elmli-dini nümayəndələri
sırasında, mədrəsə-tədris
sistemini mükəmməl
dünyəvi biliklərin
təlimini irfani-milli dünyagörüşünün əsaslarına uyğun yaradan Molla İsmayıl
Molla İmamalı oğlunun (1840-1925), Molla Qaraş Molla İsmayıl oğlunun
(1903-1998) adları da qeyd edilir. Bu
kənddə 1926-cı ildə
ibtidai, 1936-cı ildən
7 illik məktəb fəaliyyət göstərmişdir.
Əməkdar müəllim
Qəbil Abış oğlu Həsənov
(1931-1991) 1963-1983-cü
illərdə direktor olmaqla, həm də Azərbaycan dili və ədəbiyyatı
fənnini (artıq 8 illik məktəbdə) tədris etmişdir.
1983-cü ildə Baharlı
kəndi boşaldılandan
sonra G(ü)ecalan şəhər Zeyvə qəsəbə 5 saylı
tam orta məktəbdə,
qardaşı Surxay Abış oğlu
(1936-1992) ilə birgə
işləmişdir. Bu məktəbdə
qonşu Yuxarı və Aşağı Pürülü, Qovşud,
Müsəlləm, Yuxarı
və Aşağı
Gilətağ, Şəhərcik...
kəndlərindən də
olmaqla 640 şagird təhsil alıb.
Qeyd etmək lazımdır ki, hay kilsəsinin təzyiqi, milli-irqi ayrı-seşkiliyi ucbatından
Qərbi Azərbaycanın
"Gığı dərəsi"
boyunca əhalisinin sayı çox olan kəndlərində məktəb yaşlı uçaqların və istedadlı müəllimlərin
üstünlük təşkil
etməsinə baxmayaraq
yalnız bir neçə kənddə
orta məktəb var idi (Gığı,
Şəhərcik, Zeyvə,
Kurud və Pəyhan-Keypəşin kəndlərində).
Gığı kəndi eyni adlı çayın (ona Qazangölçay da deyilir) sahilində
yerləşirdi, ən
yaxın Baharlı kəndindən 8 km aralı
idi. 1936-cı ildən orta
məktəb kimi yaradılan bu kəndin tədris ocağı el arasında
"Gığı dərəsi"nin "Universiteti"
və ya "Ağabala müəllimin Akademiyası" adlanıb.
Bu təlim-tərbiyə-tədris ocağının ilk direktoru
2-3 il ərzində nahiyənin Yuxarı Gilətağ kəndindən
Həbib Bünyadov (şair Hafiz Baxışın-1932-1989-atası),
sonra isə əslən Şəhərcik
kəndindən olan Nurəli Qurbanov həm də tarix fənnini tədris edib, sonra Qovuşudlu Bəhlul Bayramov (Azərbaycan dili və ədəbiyyatı
fənni üzrə) və Keypəşin kəndinən Muxtar Baxşəliyevdən sonra
bu məktəbə
1945-1972-ci illərdə, əməkdar
müəllim Ağabala
Qulaməli oğlu Babayev (1910-1972) rəhbərlik
etmişdir. O, 1941-1945-ci illərdə
cəbhədə olmuş,
sağ qolunu itirmiş və müharibədən qayıtdıqdan
sonra 4-5 ay ərzində
sol əllə yazmağı
öyrənə bilmişdir.
"Gığı dərəsi"nin 22 kəndinin (Acıbac, Gərd, Çaykənd, Mahmudlu, Baharlı, Kirs, Pürülü...) 800 nəfərə
yaxın şagirdi bu məktəbdə oxuyurdu. Daha çox yerli imkanlar (bağ-bostan sahələri var idi) hesanına maliyyələşən internat
tiplu (uzaq kəndlərdən, hətta
Qubadlı, Zəngiulan
rayonlarından gələn
100-ə yaxın şagird
burda qalırdı, pulsuz yeməklə təmin olunurdu) bu məktəbdə əsaslı tədrisdən
əlavə axşam saat 6-dan sonra da müəllimlər şagirdlərlə əlavə
məşğul olurdular
(1945-1955-ci ilərdə bu
məktəbin şagirdi,
1970-1975-ci illərdə isə
Gığı kənd
xəstəxanasının baş həkimi olmuş Səfixan həkimin söhbətindən).
Məktəbdə nizam-intizam, elmlərin öyrədilməsi elə
qurulmuşdu ki, tədris ilində nəinki müəllimlər,
hətta şagirdlər
tərəfindən belə
bir gün də olsun geçikmə
və ya iştirak etməmə halına yol verilməzdi. Dərsin boş buraxılması
"ağır cinayətə"
bərabər idi, Gığı kənd orta məktəbində (həmin məktəbin yetirməsi Salam müəllim
51 illik pedaqoji fəaliyyətində 1saat, 1 gün belə dərs buraxdığını
hələ də xatırlaya bilmir).
A.Babayevin ata nənəsi qaçaq Nəbinin bibisi olub.
Hay kilsəsinin xəbis
fitnə-fəsadının və məkrli niyyətinin qurbanı olan Ağabala müəllimi Qapan şəhər xəstəxanasında
zəhərlənib fəvat
etdi-uydurma "kor bağırsağın iltihabı"
adı altında, Gığı kənd qəbirstanlığında dəfn
edildi.
Qapan rayon Partiya
və rayon İcraiyyə
Komitələrinin rəhbər
hay-daşnak heyəti
saxta həkim-ekspertiza
rəyi ilə bu ağır cinayətin üstünü
örtə bildilər.
Tarix və ictimaiyyat fənnini keşən Ağabala müəllimlə
yanaşı, 1945-1987-ci illərdə
riyaziyyat dərsini keçən, 1945-1952-ci illərdə
tədris hissə müdiri olan və ensklopedik biliyə malik, doğma Yuxarı Pürülü kəndindən
gələn, əməkdar
müəllim Həsən
Abış oğlu Şəkərəliyevin də
(1916-1987) bu məktəbin
şərəfli tarixində
xüsusi yeri var. Onunla pedaqoji-tədrislə
bağlı fikir mübadiləsi aparmağa,
fənn planının
təşkili üçün
məsləhətə almağa,
ayrı-ayrı elmlərin
çətin suallarını
öyrənməyə ... Zəngəzurun
Qarakilsə, Mehri nahiyələrindən, eləcə
də Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarından da müəllimlər yanına
gələrdi.
Yuxarı
Pürülü kənd
sakini Gəncalı Hacı Əziz oğlunun (1929) dediyinə
görə Həsən
müəllim fitri istedadına görə ana babası, 70 yaşından
sonra dini-irfani təlimlərə başalayn
Əziz Gəncalı
oğluna (1801-1954) çəkibmiş,
hətta onu oğulluğu götürmək
istəyibmiş. Bu kəndin
8 illik məktəbində
də savadlı müəllimlər az olmayıb (1941-1945-ci illər
müharibəsindən polkovnik
rütbəsində yaralı
qayıdan, tarix müəllimi İsmayıl
Əziz oğlu Gəncalıyev (1921-1947), kimya
müəllimi Cəbrayıl
Əziz oğlu Gəncalıyev (1925-1990), Abbas
Həsən oğlu Şəkərəliyev (1949), coğrafiya
müəllimi-"xəritədə
gözüyumulu göstərirdi"...).
H.Şəkərəliyevin şagirdləri
sırasında BDU-nun riyaziyyat
üzrə elmlər doktoru, professor Yaşar Topuş oğlu Mehrəliyev (1959), dosent Eldar Səməd oğlu Qarayev (1956), biologiya elmləri doktoru, professor Bəhlul İsfəndiyar oğlu Ağayev (1939), geologiya elmləri doktoru, professor Cəbrayıl Əbdüləli
oğlu Azadəliyev
(1935-2022, Mahmudlu kəndindən,
Gığı kənd
orta məktəbini
1954-cü ildə 8 ilə
bitirib)... kimi elm adamları-ziyalılar az olmamışdır. Sonralar,
1998-2008-ci illərdə N.Tusi
adına Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru olan B. Ağayevin anası 1945-1969-cu illərdə məktəbin
tədris hissə müdiri işləmiş,
fizika müəllimi Əliş Allahverdi oğlu Qarayevə
(1922-1989) 1955-1956-ci illərdə deyərmiş:
-Siz Bəhlulu qorxuzmayın, onun boynunu qıdıqlayın,
sonra özü oxuyacaq...(Əslən
Gərd kəndindən
olan Əliş müəllim İrəvan
Pedaqoji məktəbini
və Pedaqoji institutunu bitirmiş,
1964-1969-cu illərdə Gərd
kənd 8 illik məktəbinin direktoru olmuş, bu kənddə 1969-cu ildə
9 ballıq zəlzələ
olandan sonra hay kilsəsinin bəhanəsi
ilə kənd (70 ev) boşaldılmış,
camaat Zeyvə qəsəbəsinə (3 km aralıdakı)
köçürülmüş, o, isə Zeyvə 5 saylı məktəbin direktoru işləmişdir).
Həsən müəllim tədris
etdiyi fənni şagirdlərə sevdirmək
üçün həm
də el dilində tövsiyyə edərmiş:
-Riyaziyyat elmi "quyruqlu ulduza" bənzəyir, həyatın
bütün sahələrində
onun yeri görünür...
-1984-1985-ci
illərdə IX sinifdə
oxuyanda bir neçə həftə Həsən müəllimin
evində qalmışam,-deyə-
İsmayıl Gəncalı
oğlu məktəb illərini yada salır- hərdən məni su dalınca
bulağa göndərəndən
sonra, həmin vaxtın əvəzini
"ödəməsəydi", mənə əlavə vaxt ayırıb dərs keçməsəydi
qəlbən, ruhən
rahat ola bilməzdi...deyirdi ki, hər şey
halallığa möhtacdır...
müəllim zəhməti
xüsusilə...
R.S. Zəngəzur mahalında
elmi-dini tədris mərkəzi kimi təşəkkül tapan
məşhur Baharlı
kəndi hay kilsəsinin
və hay sürüsünün
xislətinə uyğun
olaraq 1983-cü ildə
"Gığı çayı
üzərində su anbarının tikintisi"
bəhanəsi ilə
su altına verilmiş, əhalisi qonşu Zeyvə və Zəngilan rayonu, Bürünlü kəndlərinə, eləcə
də Abşeron rayonu, Mehdiabad qəsəbəsinə və
Sumqayıt şəhərinə
köçürülmüşlər.
(Yazının hazırlanmasında həm
də Qərbi Azərbaycanın Zəngəzur
mahalının Qapan nahiyəsi, Gığı
kənd sakini Səfixan Xəlil oğlu Gəncəliyevin
(1936), Baharlı kənd
sakinləri Heydər İsmixan oğlu Dünyamalıyevin (1939), Salam Qaraş
oğlu İsmayılovun
(1949) və Yuxarı Pürülü kənd sakini İsmayıl Gəncalı oğlu Əhmədovun (1969)
məlumatlarından istifadə
edilmişdir.)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin
müəllimi
Olaylar.- 2022.- 18-31 mart.-
S.18.