İşdir
Məktəb illərində bu fikri daim bizə aşılayan
müəlliməm Nəcibə xanımın
xatirəsinə.
Bilməyib, soruşub, öyrənib, bilmək,
Aqil insan üçün cəsarət işdir.
Soruşmayıb, öyrənməyib, bilməmək,
Hər bir insan üçün qəbahət işdir.
***
Bilib, qürrələnib, bilirəm demək,
Həddindən artıq cəhalət işdir.
Bilib, öyünməyib, "öyrənim"- demək,
Müdriklər içində ləyaqət
işdir.
Əlibalayeva
Gülnarə
Cəfər
Cabbarlı ev-muzeyinin
böyük
elmi-işçisi, jurnalist.
Olaylar.- 2022.- 20-26 may.- S.24.