Gəlirlər
Həyat çox qəribə, insan müxtəlif,
Kimi dar, kimi şad gündə gəlirlər.
Dar günə ağlayan, şad günə gülən,
Az imiş dünyada, keyfə gəlirlər.
***
Dar günün dostları, elə bir sinif,
Açıq-aşkar, əhdi-kama gəlirlər.
Şad günün dostları edirlər təklif,
Yeyib, içib,
şənlənməyə gəlirlər.
***
Canyanar insanın qəlbi çox zərif,
Dostcasına dəstəkliyə gəlirlər.
Dəstəklərin göstərirlər
çox xəfif,
Son tikəsin bölüşməyə
gəlirlər.
Əlibalayeva Gülnarə
Cəfər Cabbarlı ev-muzeyinin
böyük elmi-işçisi, jurnalist.
Olaylar.- 2022.- 27 may-2 iyun.- S.24.