"Təbii gözəlliyi qorumaq
mənim üçün prioritetdir"
Ölkəmizdə estetik prosedurların olduqca
yayıldığı bir dövrdə medikal estetik həkim
Aygün Ay ilə işinin incəliklərini müzakirə etdik.
Aygün Ay uzun illlərdir ki, Türkiyədə
yaşayıb çalışır. Son illər mütəmadi Azərbaycana gələn tanınmış medikal-estetik həkim
təbii gözəlliyi qorumaq, təbii formada gəncləşməklə
bağlı bir sıra mətləblərə aydınlıq
gətirdi.
- Aygün
xanım, peşənizə necə yiyələnmisiniz?
- İlk təhsilim ginekologiya üzrə olub. Daha sonra Türkiyədə medikal
estetik, dermotologiya üzrə təhsil aldım. Ancaq bir müddət sonra söz verdim ki, tibbdə əməliyyatla
həyata keçirilən bir çox proseduru əməliyyatsız
həyata keçirəcəyəm. Bunu
bacarmaq üçün çox araşdırma apardım,
oxudum, öyrəndim. Və bunu
bacardım. Özünəməxsus
prosedurlarım var və pasiyentlərim, mənə müraciət
edənlər bundan çox məmnundur. Hazırda
Türkiyədə dermotoloq və medikal estetik həkim
kimi fəaliyyət göstərirəm.
- İnsanlar çox zaman
kosmetoloq və dermotoloq arasında qərarsız qalır. Aralarındakı fərq nələrdir?
Hansı hallarda sizə müraciət etməlidirlər?
- Əslində kosmetoloq deyiləm. Kosmetoloq sadəcə
dəriyə kənardan müdaxilə edə bilən şəxsə
deyilir. Ancaq həkim-kosmetoloq deyildiyi zaman dəri
bütünlükdə həkimə əmanət edilə
bilir. Medikal-estetik demək, mənim
üçün dəyişim demək deyil. Çünki, medikal estetik etdirmək istəyən
bir çox insan bir-birinə bənzəyir. Mənim buradaki fərqim pasiyentimi heç kimə bənzətmədən,
daha əvvəlki-gənc halına qaytara bilməkdi. Ümumilikdə estetik həkimlər standart işlər
görürlər. Dolğu, botoks və s.
Standartlara alışqın olduqları üçün bənzərlik
yaranır. Mən isə öz kəşfim
olan kök hüceyrə metodlu PRP üsulu ilə gəncləşmə
əldə edirəm. Prosedurun gedişatı
PRP kimidir. Amma təsiri kök hüceyrə
və daha çoxuna bənzəyir. Pasiyentdən
qan alınır. Cihazda bərpaedici
hüceyrə ayrılır. Daha sonra
üzdə və ya bədəndə ehtiyac olan bölgələrə
yeridilir. Prosedur həyata
keçirilən andan etibarən dəyişim görmək
mümkündür: dartınma, təravətlilik, canlanma və
s. Bu proses altı ay davam edir. Hər
sabah daha təmiz və rahat üzlə
oyanırıq. Dərinin ehtiyacı olan hər
şeyi tək prosedurla əldə edirik. Bu
isə həm dəriyə əlavə müdaxilələrə,
həm də zamana-vaxta qənaətdir.
- Azərbaycanda fəaliyyətə
nə zaman başlamısınız?
- 30 ildir
ki, Türkiyədə yaşayıram. 9 ildir ki, dermotoloq və
medikal estetik həkim kimi fəaliyyət göstərirəm.
Özəl xəstələrimin istəyinə, ehtiyacına uyğun
olaraq vaxtaşırı Dubaya
yollanıram. Bir çox ölkələrdən
gələn pasiyentlərlə Dubayda görüşürəm.
Ayda bir dəfə Azərbaycana gəlirəm.
Çünki, müalicəsi davam edən
insanlar var. Biz sadəcə gözəlləşdirməklə
məşğul deyilik. Eyni zamanda
müalicə edirik. Dermotologiyaya aid bir
çox xəstəlik var. Bunların müalicəyə götürdüyümüz
andan etibarən məsuliyyət almış oluruq.
İnsanlar düşünməməlidir ki, Aygün xanım
bu gün var, sabah yoxdur. İnsanlara
istədikləri zaman mənimlə əlaqə yarada biləcəkləri
güvəni vermişəm.
- Pandemiya işlərinizə necə
təsir göstərdi?
- Əlbəttə,
pandemiya bütün dünyaya təsir etdiyi kimi, bizim işlərimizə də
təsirsiz ötüşmədi.
Bütün çətinliklərə rəğmən
sosial media üzərindən məlumatlar paylaşdıq.
Davamlı canlı yayınlar etdik. Pasiyentlərimizi bizsiz buraxmadıq.
- Sizcə Azərbaycanda bu
peşəyə yiyələnmək üçün yetəri
qədər imkan varmı?
- Mən
azərbaycanlıyam. İllər sonra ölkəmə
geri dönmüşəm.
Geri dönməkdə məqsədim isə
insanlarımıza xidmət gösətrmək, onlara
faydalı olmaqdır. Düşünürəm ki, nə
üçün öz ölkəmin vətəndaşları
mənim etdiyim fərqli prosedurlardan istifadə edə bilməsin?
Heç bir zaman hədəfim pul qazanmaq
olmayıb. İnsani dəyərləri, həkim
vicdanını qorumaq və güvən qazanmaq olub. Təvazökarlıqdan
uzaq da olsa, şükür ki, insanların sevginisini,
hörmətini qazana bilmişəm. Bu gün Aygün Ay dediyiniz zaman
heç kim mənfi fikir bildirməyəcək. Hesab edirəm
ki, vətənimin insanı mənim işimdən, biliyimdən,
prosedurlarımdan
faydalanmalıdır. Artıq 3 ildir ki, Azərbaycana
daimi gəlirəm
və insanlara göstərdiyim xidmətdən zövq
alıram.
-Peşənizin incəliklərini gənclərə öyrədir, kurslar təşkil edib təlimlər
keçirsinizmi?
- Dərsi,
təlimi sadəcə
Tibb məzunu, bu işdə bacarıqlı ola biləcək şəxslərə verirəm. Bu barədə fəqrli düşünürəm. Sırf pul qazanmaq
üçün istənilən şəxs bu prosedurla mə.ğul
olmamlıdır. Bu baxımdan mən də gələn istənilən
şəxsləri qəbul etmirəm.
- Hansı hallarda dolğuya müraciət
edirsiniz?
-
Ağıllı dolğu dediyimiz bir preparat var. Dolğunun tərkibi
Hialuron turşusudur. Həmin turşu dərimizin
altında yerləşir. Yaş irəlilədikcə,
dəri altında ifrazı azalır və yer çəkiminə
görə üzü aşağı enməyə
başlayır. Biz bu prosesi dəstəkləmək
üçün dolğuya ehtiyac duyuruq. Mən
çox ehtiyac olmadığı halda, gələn pasiyentə
ilk öncə dolğunu məsləhət görmürəm.
Hətta bəziləri təəccüblənir.
"Kimə müracət etsək dolğu məsləhət
görürlər" deyir.
Sizə daha faydalı olacaq alternativ prosedur
varsa, mən onu edirəm. Toxuma itkisi
çoxdursa, üz həddən artıq sallanırsa,
dolğu mütləqdir. Dolğu ilə
möcüzələr yaratmaq mümkündür. Dolğu və botoksla burunu estetik olmadan gözəl
formaya sala bilirik. Üzü ideal hala gətirmək
üçün dolğu istifadə edirəm. Doldurmaq üçün əsla. Pasiyentim məndən süni görünüş
istəmədiyi müddətcə sünilik yaratmıram.
Böyük dodaq, jewline və.s istəmədiyi
müddətcə etmirəm. Xanımlarda
təbii gözəlliyi qorumaq mənim üçün hər
zaman prioritetdir. Mənə müraciət
edən şəxslər də əsasən təbiiliyi sevirlər.
Qarşılıqlı anlaşma ilə
çalışmaq pasiyentə də, mənə zövq
verir. Təbiiliyi pozmadan proseduru həll
edirik. Estetik etmək çox asandır.
Hər tərəfə dolğu vurdurub, estetik
etdirdim deyə bilərsən. Mövcud
olan gözlliyi, spesifikliyi qoruyub saxlamaq isə olduqca çətindir.
- Müqayisə etdiyimiz zaman digər
ölkələrlə Azərbaycan arasında qiymət fərqi
varmı?
- Ölkədən
kənar qiymətlərlə müqayisədə Azərbaycanda
qiymətlər çox uyğundur. Digər
ölkələrdə estetik etdirmək olduqca
bahalıdır. Mən burda pula önəm
vermirəm. Ölkəmdəki insanların büdcəsini nəzərə
alıram. Məsələn, digər yerlərdə
2000-3000 dollar arasında dəyişən prosedurun qiyməti
Azərbaycanda 500 manatdır. Bu qiymətə
digər yerlərdə 2 dəfə dolğu etdirmək belə
mümkün deyil. Ancaq Azərbaycanda bu
ödənişlə gəncləşmək
mümkündür.
- Pasiyentlərinizin geri
dönüşləri necə olur?
- Bir
neçə müddət öncə bir məclisdə idim. Qadınların hamısı bir-birinə bənzəyirdi.
Üzləri düşmüş formada idi. Bir zamanlar istifadə
edilən süni dolğular öz işini görüb. Süni dolğuya müdaxilə etmək də
mümkün olmur. Mən həmin pasiyentlərə az da olsa yardım edə bilirəm. Ancaq, dolğunu ordan tamamilə çıxara bilmək
mümkün deyil. Mütəxəssis gözü ilə baxıram
qadınlara. Onların adına məyus
oluram. Cizgiləri çox qəşəngdir, amma təəssüf
ki, bəzən özlərini heyif edirlər. Mənim pasiyentlərim
isə seçilir. Mənə müraciət
edən xanımları digərlərindən rahatlıqla
ayırd etmək olur. Üzdə dolğuluq və
böyüklük hiss edilmir. Daha gənc
görünürlər. Bu da qadını
xoşbəxt edir. Qadın özünü gözəl
hiss etdiyi zaman xoşbəxtdir. Ona görə hər bir
qadın özünü hər zaman gözəl hiss etməlidir.
- Uğursuz prosedur keçirən
şəxsi əvvəlki görüntüsünə
qaytarmaq mümkündürmü?
- Bayaq
qeyd etdiyim kimi medikal estetik fərqli anlayışdır. Azərbaycanda buna kosmetoloq adı verilib. Kosmetoloq adı
altında tibblə əlaqəsi olmayan insanlar var. Ancaq biz dərialtı
ilə, bədənlə işləyirik. Çoxları
dərinin altında nələr olduğundan bixəbərdir.
Biz buna dəli
cəsarəti deyirik. Onlar bilsə ki, etdikləri xırda xətaya
görə nələr ola bilər, bu
işi görməzlər. Mənə
ağzı, burunu əyilən, göz qapağı
düşən çox xəstə müraciət edib.
Pandemiya dövründə Azərbaycana səfər
edə bilmədiyim üçün məcburən başqa həkimə
müraciət edən şəxslər sonradan yenidən mənə
müraciət ediblər. Xəyanəti
sevmirəm. Pasiyentim başqasına
müraciət etdikdə onunla yollarımı ayırıram.
Qeydlər tuturam.
Nəyi, necə, nə zaman etdiyimi qeyd edirəm.
Üzdə bir həkimin əl işi
olmalıdır. Həmin qeydlərə əsasən
nəyə ehtiyacı olduğunu bilirəm. Hər kəsin tanışları arasında
kosmetoloq var. Və xanımları ətrafları öz
tanıdıqlarına getməyə məcbur edirlər.
Təbii ki, qarşı cins qadınlarda süni
görünüşü sevmir. Bəzən "ərim başa
düşməsin", "qayınanam başa düşməsin"
modeli istəyirlər. Hazırda bu işlə məşğul
olan çox sayda insan var. Ona görə də axtarıb,
yaxşı şəkildə araşdırıb qərar vermək
lazımdır. Mənim üçün
reklam yox, keyfiyyət önəmlidir.
-Ölkəmizdə qadınlar
estetik prosedurlara olduqca maraqlıdır. Çoxları
isə tələyə düşərək ucuza
qaçırlar. Ucuz prosedurlar sonradan
hansı problemlər yarada bilər?
- Mən
bura gələndən sonra demək olar ki, hər gün
müxtəlif firmalar qapımızı döyür. İşi bilməyən kosmetoloqlar həmin
firmaları qəbul edib, məhsullarını istifadə edirlər.
Məsələn, firma iddia edir ki, "X"
adlı məhsul ləkələri müalicə edir. Əvvəla məhsulun tərkibini bilmək əsasdır.
İkincisi ləkə tək səbəbdən
əmələ gəlmir. Ləkənin
müxtəlif səbəbləri olur. Əvvəlcə
ləkənin səbəbi müayinə edilməli,
araşdırmlı, sonra məhsuldan istifadə etmək
lazımdır. Ləkəli pasiyent demək
müalicəyə götürmək lazımdır deməkdir.
Bu səbəbdən ləkə kosmetologiyaya aid
deyil. Sonra
istifadə olunan məhsul başqa fəsad yaradır. Fəsad yaranandan sonra
da başqa kosmetoloqun qapısını döyürlər.
Üst-üstə edilən səhvlərdən
sonra çirkin bir hal alınır. Qaş
düzəltmək istəyərkən, vurub göz
çıxarırlar. Ödəniş edərək
çirkinləşirsən. Buna görə
yaxşı həkim seçimi şərtdir, mütləqdir. Kosmetoloqa isə təmizlik və s.
üçün getmək olar. Bu müsahibəni
oxuyanlara məsləhət görərdim ki, İynəli
prosedurlar üçün mütləq həkimə müraciət
etsinlər.
- Hansı yaşdan etibarən estetik
müdaxilələri doğru hesab edirsiniz?
- Bu məsələ
problemə görə dəyişir. Sadəcə
estetik prosedurdursa, 28 yaşdan tez məsləhət
görmürəm. Az yaşda
dolğu istifadə edənlər
getdikcə daha çox prosedur istəməyə məcbur
olurlar. Ona görə də gəncləşmək
üçün 28 yaşdan sonra müdaxiləyə məsləhət
görülür.
- Dolğunun qalıcılıq
müddətinin orqanizmlə əlaqəsi varmı?
- Təcrübəyə
dayanaraq danışmaq istəyirəm. İki rəfiqə
mənə müraciət etmişdi. Hər
ikisinə eyni prosedur və dolğunu istifadə edirəm.
Birində olduğu kimi qalır, digərində isə heç nə
qalmır. Pandmeiya dövründə bu problemlə
çox rastlaşdıq. Sonra Türkiyə
Səhiyyə Nazirliyinin bir açıqlamasından anladıq
ki, koronavirus keçirən şəxslərdə dolğu
qalmır. Səbəbi isə koronavirusa
yoluxan insanların qansulandırıcı dərmanlar çox
istifadə etməsidir. Qan durulduğu
üçün təsir azalır. Hilauron turşusu su tərkiblidir.
Suyu gün ərzində normadan az qəbul
etdikdə bədəndə harada nəmlik varsa, oradan su
çəkməyə başlayır. "Dolğum
1 ildən az qaldı" deyənlərə, ilk sualım
"su içirsən?" olur. Cavab isə əsasən "yox"
alıram. Gündəlik
su ehtiyacını qəbul etdikdən sonra dolğunun
ömrü uzanır. Gün ərzində hər 20 kiloya 1 litr su qəbul
etmək lazımdır. Unutmayaq
ki, su həyatdır, gözəllikdir, gənclikdir... İnsan bədəni üçün çox
lazımlı maddədir. Əskik edildiyi
zaman ciddi problemlər yaranır.
Əfsanə Kamal
Olaylar.- 2022.- 2-8
sentyabr.- S.18.