“Dağ hayları” toplumu və hay kilsəsinin
mürtəce -siyasi
niyyəti-məqsədləri
Qədim Həbəş və Misir kahinlərinin, cadugərlərinin xidmətçisi olmuş ibtidai insan-hay sürüsü, növbəti mərhələdə (I minilliyin əvvəllərində) Qırmızı dəniz hövzəsində və Aralıq dənizinin şərq hissəsində yaranmış monoteist İudaizm dini ehkamlarına sığınaraq yəhidələrin həyat tərzini və düşüncə təlimini əxz etməyə çalışmışdır. Yəhudilər kimi dünyaya səpələnməyi, mərkəzləşmiş dini-siyasi birlikləri formalaşdırmağı, ticarətdə nadir əyarlı dəyərlərə üstünlük verməyi..., hətta "Dağ yəhudiləri" termininə uyğun "Dağ hayları" kəlməsini də XX əsrdə dövriyyəyə daxil etməyi (baxmayaraq ki, morfoloji baxımdan coğrafi məkanla heç bir bağlılığı olmadan) dinsiz hay kilsəsi bacarmışdır.
Kiçik Asiya yarımadasında (Ön Asiyada) 1299-1453-cü illər ərzində formalaşmış və 30 avqust 1922-ci ilədək mövcud olmuş Osmanlı Türkiyəsi imperiyasının bütün ərazilərinə Bizans və Fars imperiyalarının məqsədli hərbi-siyasi təxribatlarının icraçısı timsalında Qara və Xəzər dənizi hövzələrinə, Quzey və Güney Qafqaz hüdudlarına sürülmüş hay sürüsünün XVI-XVIII əsrlərdə yataqlandıqları coğrafi-əski Türk-Müsəlman məkanlarından biri də Qurban çayı (Güney Qafqazda, indiki Kuban çayı) bölgəsi olmuşdur.
Qəsbkar Rusiya çarı I Pyortla (1672-1725) hiyləgər hay kilsəsinin ilişgili məkrli əməlləri nəticəsində XVII-XVIII əsrlərdə Dunay-Dnepr çaylarının mənsəb düzənliyində, Kərim sancaqlığında (indiki Krım yarımadası) I minillikdə Yunan-Bizans koloniyalarında yerləşdirilən hay sürüsünün bir hissəsi Əziz (Azov) dənizinin şərq ətrafında və Quzey Qafqazın dağlıq ərazilərində yerləşdirildi. Rusiya hüdudlarında ilk hay kilsəsi də məhz qədim Türk dövlətinin (Çingiz xan Yesudey oğlunun (1162-1227) böyük oğlu Cucinin (1185-1227) 10-cu oğlu nəslindən Toğa Teymur sülaləsindən olan Noyabr xan tərəfindən qurulmuş, 1466-1556-cı illərdə movcud olmuş Hacı Tərxan xanlığı ərazisində) paytaxtında-Hacı Tərxan şəhərində (indiki Həştərxan) 1706-cı ildə I Pyotrun razılığı ilə inşa edilmişdir.
I Pyotrun maşası olan hayların Rusiyaya axınını yazıçı-tarixçi S.N.Qlinka (1775-1847) "Türklərə qarşı birgə üsyana qalxmağa xalqlara çağırış və ya indiki hadisələrlə bağlı poema"sında (Moskva ş., 1828) aşağıdakı cümlələrlə ifadə etmişdir-"...ermənilər I Pyotrun çağırışına ürəkdən səs verdilər, bütün tayfaları ilə Rusiya hüdudlarında yerləşməyə can atdılar..."
Bölgənin dağlılardan ibarət kökənli Türk-Müsəlman yurdlarını (dağ bulqarları, çərkəzlər, adıgöylər, qaraçaylar, noqaylar...) işğal etmək üçün xəfiyyə-cəsusluq şəbəkəsinin, təxribat əməllərinin yaradılması, dağlılar arasında təfriqənin, parşalanmanın gücləndirilməsi... məqsədi ilə hay kilsəsindən və hay sürüsündən istifadə olunmuşdur.
Bizans-Yunan imperiyasına sığınmaqla (Həbəş-Misir dövlətlərinə qarşı müharibədə) Aralıq dənizi hövzəsində və Balkan yarımadasında-Frakiyada yerləşməyə ("Balkan nəzəriyyəsi") nail olan hay sürüsü Fars-İran və çar Rusiyası dövlətlərinə xidmətləri müqabilində Quzeyli-Güneyli Qafqaz bölgəsində yataqlana bilmişlər.
Müasir Adıgö(e)y-Çərkəz Respublikasının dağlıq ərazilərində-Altıkəsik vadisində, Ağır və Qılınc çayları yataqları boyunca yerləşən haylar yerli-kökənli Türk-Müsəlman əhalisinə və Osmanlı Türkiyəsinə qarşı çar Rusiyasının hərbi-siyasi və iqtisadi-ticari əməliyyatlarının icraçısı kimi nisbətən əlverişli Qurban çayının sol sahillərinə-Teymurgöl və Beşbaxır çayı hövzəsindəki Şorca yaşayış məntəqəsi ətrafına, Korqol çayı yatağına yaxın Buzxana-Sotcuq Qala yaşayış məntəqələrinə, Qışlar kökənli-Tatarlı (Türk) bölgəsinə köçürülmüşlər.
Bu köçürülmə XVII əsrin sonunda-XVIII əsrin I yarısında hay baş keşişləri I Qukasın (1722-1799), Ovsep Arqutyanın (1743-1801), I Yepremin (1748-1835), VIII Ovanesin (1762-1842), V Nersesin (1770-1857)... Rusiya çarı II Yekatirina (1729-1796), rus siyasi və hərbi təbəqəsinin rəsmiləri (feldmarşal Q.A.Potyemkin (1739-1791), qraf P.S.Potyemkin (1743-1796), generalissimus A.V.Suvorov (1729-1800), general A.N.Samoylov (1744-1814)...) ilə olan əlaqələri hesabına baş vermişdir. Nəticədə 1839-cu ildə Şimali Qafqazda hərbi dairə rəisi, alman mənşəli general-mayor, baron Qriqori fon Zassın (1797-1883, Şimali Qafqazda Türk-Müsəlman əhalisinə qarşı amansız soyqırım qətliamının icraçısı) rəhbərliyi ilə həyata keşirilmiş və 300 ailə düzən yerlərdə məskunlaşdırılmışdır. Həm də dinsiz baş keşiş O.Arqutyan çar Rusiyası hakimiyyətini inandırmışdır ki, Zaqafqaziyaya hərbi yürüşlər zamanı hay qüvvələri onlara hərtərəfli kömək etməklə bölgənin Osmanlı Türkiyəsi və Fars-İran dövlətlərinin idarəçiliyindən azad olunması hesabına "Ermənistan" dövlətinin yaradılması Rusiyanın imperiya maraqları üçün vacib şərtlərdən biridir. Bunun üçün hay kilsəsi bütün qüvvəsi ilə çar Rusiyasının itaətində olmağa, hətta yalandan çar I Pavelin (1754-1801) şərəfinə xüsusi dini mərasimlərdə- ibadətlərində həm də pravoslav Rusiyanın birliyi və güclənməsi naminə dualar edildiyi bildirilmişdir.
Azərbaycanın əməkdar jurnalisti (Latviya Respublikasının vətəndaşı) T.Çaladzenin "Eçmiəzdin-min il xaç və qılıncla" məqaləsində (25.09.2015-ci il tarixli) göstərmişdir ki, 1891-ci ildə keşiş Ter-Voskakova qarşı məhkəmə işində hay kilsəsinin bu uydurması məlum olmuş və Rusiya çarlarına edilən dualar ümumi dini mərasimdən heç də fərqli olmadığı öz təsdiqini tapmışdır...
Amma, nə fayda, hay hiyləgərliyi "öz meyvəsi"ni dərib, dadına da baxmışdır. Canına və ruhuna edilən hay kilsəsinin duasından ruhlanan I Pavel 1799-cu ildə "Dərbənd erməniləri üçün torpaq sahəsinin ayrılması və Şimali Qafqaz ermənilərinə güzəştlər barədə" fərman imzalamışdır. Nəticədə, 1837-ci ildə Qurban çayının sol sahilində, 1839-cu ildə Urup çayının mənsəbində Xəzər dənizi sahillərindən, Qaraçay-Adıgöy dağlarında yuva qurmuş hay sürüsü (hansı ki, özlərini "dağ hayları" adlandırılar) bu ərazilərdə məskunlaşmış, yaşayış məntəqlərində (indiki Armavir şəhəri) yataqlanmışlar.
Təsadüfi deyil ki, 1768-1774-cü illərdə rus-türk müharibəsində kəşfiyyat məlumatlarının əldə olunmasında, diversiya-təxribat əməliyyatlarında rusların xeyrinə Dunay, Dnestr və Dnepr çaylarının mənsəbində, Quzey Qafqazın dağlıq hissələrində yuva quran hay dəstələri yaxından iştirak etmiş və bu xidmətlərinə görə 1771-ci ildə Krım xanlığının ərazisində general V.M.Dolqorukovun (1722-1782) köməkliyi ilə Osmanlı Türkiyəsindən haylar yerləşdirilmişdir, eləcə də qubernator, general-mayor V.A.Çertkovun (1726-1793) səyi ilə Azov dənizi sahillərində də bu proses davam etmişdir.
1787-1791-ci illər rus-türk müharibəsində hay sürüsünün xidməti müqabilində II Yekatirinanın (1729-1796) əmri ilə Frakiyadan (Balkan yarımadasındakı koloniyalardan) 320 hay ailəsi (1650 nəfər) Dnestr çayı boyunca (indiki Dnestryanı ərazilərə) yerləşdirilmişdir.
1785-1791-cü illərdə Dağlıq Qafqaz xalqlarının ruslara qarşı milli-azadlıq müqavimət mübarizəsində-Şeyx Mənsur Şahbaz oğlunun (1762-1794) hərəkatına qarşı, daha sonra, 1796-cı ildə general V.A.Zubovun (1771-1804) başçılığı ilə Xəzərsahili Azərbaycan xanlıqlarına hərbi yürüşlərində də hay dəsətələrinin başçısı kimi iştirak edən O.Arqutyan Şirvan hakimi Mustafa xan Xançobanlını (1768-1844) Rusiya himayəçiliyinə keçməyə təhriik etmiş, bu əməli ilə Qarabağ xanı İbrahimxəlil xan Cavanşiri (1732-1806) də inandırmış (Qarabağ məliklərinin qüvvələrindən istifadə edərək) və nəticədə hay hiyləsi öz nəticəsini vermiş, çar Rusiyasının qoçun tərkib hissələri Azərbaycanın Şirvan və Qarabağ bölgələrində hərbi düşərgə salmış və hay kilsəsinin "sədaqətli xidmətləri müqabilində" 30 min "erməni" Cənubi Azərbaycandan köçürülərək bu ərazilərdə yerləşdirilmişdir.
Həmin bu baş hay keşişi 1783-cü ildə "rus və erməni xalqlarının ittifaqı haqqında" sənəd işləyərək çar Rusiyasının hakimiyyətinə təqdim etmişdir.
Tarixi faktlar göstərir ki, müasir dövrdə olduğu kimi, XVIII-XIX əsrlərdə də mürtəce-dinsiz hay kilsəsinin hiyləgər, saxta və xəyanətkar niyyətlərini-əməllərini həqiqi mənada başa düşənlər, anlayanlar, bilənlər olmuşdur, amma onlar azlıqda olduqlarından, eləcə də həyasız-utanmaz qaragüruhçu hay sürüsünün həm xaricdcən, həm də daxildən təqiblərinə, təzyiqlərinə məruz qaldıqları üçün istədiklərinə nail ola bilməmişlər. Rusiya imperatoru III Aleksandr hay kilsəsinin xislətini bildikdə (Qafqazda pozucu, təfriqəçi, dağıdıcı fəaliyyətlərini hiyləgərliklə ört-basdır və "dini tədris" adı ilə itaətsizliyi təbliğ etmələrini) 16 fevral 1884-cü il tarixli Fərmanla "Qafqazda erməni-qriqoriyan kilsəsinin təlimlərinin qaydaları"nı təsdiq etmiş və ona əməl edilməsinə göstəriş vermişdir. Qafqazda yuvalanmış hay sürüsü də daxil olmaqla hay keşişləri ayağa qalxaraq hayların baş keşişi I Makar Texutsinin (1813-1891), keşiş M.B.Bekqulyantsın (1847-1902) başçılığı bu qaydalara öz etirazlarını bildirdilər, Rusiya təbəəliyindən imtina üçün imzalar toplanıldı. Stavropol quberniyasının polismeyestri Filimonova, general-adyutant S.A.Şeremetevə (1836-1896) 02 fevral 1885-ci il tarixli 304 nömrəli, qubernator K.L.Zissermana (1826-1888) 04.03.1885-ci il tarixli məktublar çatdırıldı, Fərmanın icrasından qəti imtina olundu...
Beləliklə, çar III Aleksandar hay kilsəsi barədə əvvəlki fikrinə qayıtmağa məcbur edildi...
"Dağ hayları" adlanmaqla hay kilsəsi nəyə hədəflənib, bu kəlmənin işlədilməsi hay kilsəsinə və onun idarə etdiyi sürüyə hansı üstünlükləri verə bilər:
-Qafqazın qədim, yerli-əzəli etnik-milli kökənli xalqları ilə eyni təbii-coğrafi və etnoqrafik səviyyəyə yiyələnməyi;
-bölgənin digər çoxsaylı, mürəkkəb milli-etnik tərkibə malik xalqlarının etno-morfoloji assimlyasiyasında iştiralarını saxta uydurmalarla sübutlamağı;
-Qafqaz bölgəsinin istər dağlıq, istərsə də düzən vadilərində yapdıqları və mənimsədikləri "hay kilsəsi" adlı Türk-Müsəlman xalqlarının ədim tiklililərinə uydurma tarixi "səhifələr" yapıçdırmaqla hayların bu regionda "qədim, əzəli xalq" statusuna yiyələnməyi;
-Dünya çapında bu istiqamətdə saxta, yalan, uydurma təbliğatlarını, eləcə də "əzəli rus-hay birliyi-ittifaqı" adı altında hay kilsəsinin mürtəce fəaliyyətini Azov-Xəzər dənizi hövzələrində gücləndirməklə Türk-Müsəlman irsinin tədricən sıradan çıxarılmasına;
-Güney və Cənubi Qafqazın coğrafi-tarixi səlnaməsində uydurma hay tarixinin yer tutmasına;
Son onilliklərdə Krasnodar və Stavropol diyarlarında, Dağıstan, İçkeriya-Çeçen, Kalmık, Adıgey... respublikalarında hayların Rusiyanın cənub vilayətlərinin tarixində, mədəniyyətində və ictimai həyatında "yeri"nə dair beynəlxalq və federal dövlət səviyyəli çoxsaylı və davamlı elmi-nəzəri konfransların, tədqiqat mərkəzlərinin toplantısının ("ermənistan"ın iştirakı və hay kilsəsinin xeyir-duası ilə) keçirilməsi sıradan bir olay deyildir...
Çox təəssüf ki, bu cür
toplantılarda Türk-Müsəlman mənşəli
"alim"lər-"tədqiqatçı"lar da cani-dildən iştirak
edirlər.
Qismət
Yunusoğlu,
Bakı Dövlət Universitetinin
müəllimi
Olaylar.- 2022.- 2-8 sentyabr.- S.17.