“Kitabi-Dədə Qorqud” dastanında

Qərbi Azərbaycanın təbiəti...

 

Geoloji quruluşunun və relyef-landşaft strukturunun mürəkkəbliyi, müxtəlifliyi

 

Qərbi Azərbaycanın heyvanlar aləmi (fauna) və bitki örtüyünün (flora) növ-cins  tərkibinin zənginliyinə səbəb olmuş, təbii mühitinin özünəməxsus bütövlüyünü təmin etmişdir. Belə ki, Bütöv Azərbaycanın bu regionu III neogen mərhələsinin miotsen dövr (23 mln.il əvvəl başlayıb, 5,3 mln.il əvvəl sona çatıb) yaşlı heyvan cinsləri Aralıq dənizi-Qafqaz və Orta Asiya-Xəzər hövzələrinin növtərkibinin qədimliyi, bitki örtüyü isə təbii landşaft vahidlərinə görə sıxlıq dərəcələrinin yüksək göstəricilərinin (1 kv.km-də 100 bitki növü yetişir) üstünlüyü ilə seçilir.

Dastanın  II -"Salur Qazanın evinin yağmalandığı boy"u da təbiət zənginliyin-gözəlliyinin vəsfi ilə açılır, tərənnüm edilir. Təbiət mənzələrinin nişanəsi kimi uca dağların, subalp  alp çəmənliklərinin, yalçın-sıldırımlı qayalıqların, dağlararası dərələrin, yamacların, çay vadilərinin, sərin sulu, bumbuz bulaqların... incə nəzm və dolğun nəsr dili ilə Kitab boylarında 1300-1400 il əvvəlki tarix timsalında tərənnümü indiki Qərbi Azərbaycan təbiətinin əsrarəngiz gözəlliyinin pozulmaz möhürüdür. Bu gözəllikdir ki, Şöklü Məliyin haramzatları-haramxələfləri, yağı düşmən Türk-Müsəlman dünyasının bu təbii sərvətini XX əsrdən bəri yağmalamışdır...

"Salur Qazanın evinin yağmalandığı boy"un dili ilə desək, Ulaş oğlu Salar Qazanın hökmü ilə bu Oğuz-Türk yurdunun quzeyinə, dağar, meşələr-gözəl təbiət qoynuna ov səfəri təklif edilir və Ozan dili ilə yol tədarükü-səfəri təsfir edilir:

-...Tüklü quşun (Türk xalqlarının müqəddəs quşu-Şahin, "tüklü"-"sıx, qalın, gur" mənasında bir çox orotoponimlərə şamil edilib, Zəngəzur dağlıq silsiləsində "Tüklü meşə"-Q.Y.) yavısı, Amid soyunun (Diyarbəkirli-Q.Y.) aslanı, Qaracığın qaplanı, qonur atın yiyəsi, Toqsan (Aslan) başlı ("Aslanlu" toponimi Sürməli qəzasında kənd adı kimi XIX əsrin sonlarınadək mövcud olub),...sığın-keyik yığını...Təpəlqaşqa ayqır...Göy bədəvi at...Parasarın Bayburd hasarı ("Qarahasar-Sürməli qəsaında kənd yeri olub, XIX əsrin sonlarınadək, əvvəllər  bu toponim "Qara Hisar" kimi yazılıb-1728-ci ildə, Dastanda "qala divarları" mənasında işlədilib-Q.Y.)...və Salur Qazanın dəstəsinin (Qalın Oğuz bəyləri ilə birlikdə-Şərqi Azərbaycandan və Qarabağ-Gəncəbasar mahallarından olanlar-Q.Y.) Ala dağa (Alagöz dağının coğrafi mövqeyinə uyğundur, "böyük, geniş hündürlüklü gəzintili yer" mənasında, əski çağlarda ov məskəni, yaylaq yerləri-Qızıldağ, Qaradağ, Qaraköynək, Ziyarət..., Qərbi Azərbaycanın ən uca dağı (4090 m)...-Q.Y.) üçün yollandıqları bildirilir...

"Tüklü meşə" Qapıcıq zirvəsi (3916 m) yaxınlığında, Naxçıvan MR-nın Culfa rayonu ərazisində Qərbi Azərbaycanla həmsərhəd olan Ləkətağ (2673 m), Bəyəhmədli (2486 m) və Göydağ (2720 m) zirvələri ətəyindədir, qalın meşə ağacları ilə (palıd, vələs, cökə, ayı gilası, gəmrəşov...) örtülüdür, "Gığı dərəsi"nin yaylaqlarına ("Qazangöl", "Acıbac-Keypəşin yaylaqları"...) yaxındır.

"Tüklü" sözü arxaik mənşəli olub-"sıx","qalın" mənasında işlədilib Oğuz-Qıpçaq tayfalarında.

Dastanın II boyunda adı çəkilən "Qaracıq" orotoponimi Qərbi Azərbaycanda geniş yayılmış yer adlarındandır. Kökənli, yerli Türk-Müsəlman elatının leksik çivə-dialekt tələffüzünə uyğun olaraq bu toponim sonralar morfo-fonetik dəyişikliyə uğrayaraq müxtəlif cür səslənmiş ("Qaraçalu", "Qaraçulu", "Qaraçlı", "Qaraçınqıl", "Qaracalı", "Qaracalar", "Qaralar"...), deyilmiş və yazıya köçürülmüşdür. Toponimin kökü "Qara"-"Qaraca" sözü-"böyüklük, uca" mənasında olmaqla yer (dağ, yüksəklik, yaylaq, yurd-oba...) və isimləri (tayfa-qəbilə adlarını) ifadə edir ki, Şərur-Dərələyəz, Vedibasar, Ağbaba... mahallarında kifayət qədər yayılmışdır.

Şörəel mahalında Qaraçalu kəndi (Qaracalı tayfasının adındandır), İrəvan mahalının Sürməli elatının "Qaraçılar qışlağı", Şərur-Dərələyəz mahalında Qaraçlı kəndi, Göyçə gölünün şimal-qərbindəki Qaraçınqıl dağı, Dərəçiçək və İqdır nahiyələrində Qaracalar kəndi, İrəvan mahalı, Qırxbulaq elatının Qaracalı kəndi... qədim toponimlərimizin yadigar irs nümunələridir ki, bölgədə say etibarı ilə onlar xeyli dərəcədə tarixi-coğrafi mənbələrdə yazılmışdır.

Vedi nahiyəsinin Qaralar kəndi Vedi şəhərindən (1935-ci ildən hay kilsəsi "Sevkar", 1978-ci ildən isə "Aralez" deyir) 5 km aralıda) Ağdağın ətəyində yerləşib, qədim tarixə malik bu kəndin əhalisi 1948-ci ildə köçürüldükdən sonra Türk-Müsəlman yurdunda Suriyadan, Livandan, Cənubi Azərbaycandan... sürülən haylar yerləşdirildi.

Boyun surətləri sırasında Qaraca Çobanın adı xüsusilə çəkilir, kafir düşmənlərə qarşı  ərdənliyi, mərdliyi, yenilməzliyi və Qazan xana olan sədaqəti ilə vurğulanır.

Gümrü nahiyəsindəki Qara Çoban çayı hidrotoponim kimi, Şərur-Dərələyəz mahalının Künnüt kəndi yaxınlığındakı (Şərur rayonu inzibati ərazi vahidi) "Qara Çoban düzü" indi də qalmaqdadır.

İrəvan xanlığı ərazisində Qaracaverən kəndinin əhalisi hay-daşnak quldurlarının törətdiyi amansız soyqırım qətliamlarının qurbanı olmuş, yaxınlıqdakı "Qaraca xarabalığı" isə keçən əsrin 30-cu illərinədək qədim yurd yerindən soraq vermişdir.

Qazan xanın kafir Şöklü Məliklə qarşı-qarşıya döyüşündə ona arxa duran bəylərin sırasında adlar çəkilir:

-"Qaradərə ağzında qara buğa dərisindən beşiyinin yerliyi olan...Qaragünə xan...","Dəmir qapı Dərbənd fatehi...Qıyan Səlcuq oğlu Dəli Donqaz...", "...Qaragünə oğlu Qarabudaq..."

Qərbi Azərbaycanın tarixi-coğrafi sərhədləri hüdudlarında bir sıra antrotoponimlər, orotoponimlər, hidrotoponimlər...yayılmışdır ki, Kitabın II boyunda çəkilən adların mənası ilə eynilik təşkil edir, morfogenetik özəlliyini bildirir, həm tarixi yaranma səbəbinə, həm coğrafi məkan xüsusiyyətinə, həm də filoloji təhlil baxımından.

Belə ki, "Qaradərə ağzı" ifadəsi " sərhəd yerini bildirir, İrəvan xanlığının Zəngidərəsini nişan verir, Zəngi çayı bu dərədən axır, Ü(i)çmüəzzin yaşayış məntəqəsi (əski çağlarda Qadirverən obası) ilə ayırıcı hissədir. Zəngi çayı (antro-hirotoponim kimi, əski Oğuz-Qıpçaq tayfalarının "döyüşkən, cəng-qurşaq tutan, məğlubedilməz" qoluna verilən ad) qədim Zəngibasar mahalında axır, başlanğıcını Göyçə gölündən götürür, Araz çayına soldan qovuşur (hay kilsəsi "Razdan" adlandırır).

İlin yaz və payız aylarında vaxtaşırı daşan Zəngi çayı (uzunluğu 141 km) yataqboyu yerləşən düzənlik ərazini basırdı. Ona görə də, bu yerlər-Zəngi çayının daşqın sularının basdığı ərazi "Zəngibasar" adlandırılıb.

Mahalın münbit və məhsuldar suvarılan torpaqları geniş sahələr tutur, bərəkətli əkin yerləri ilə tanınır.

Hidrotoponim kimi Qaradərə çayı da (Araz çayının sol qolu, uzunluğu 40 km, Culfa rayonu ərazisindən qovuşur) eyni mənadandır.

"Qaragünə-Qaragüney" orotoponimi Sürməli mahalında kənd olub, əhalisi 1918-1920-ci illərdə hay-daşnak quldurlarının basqınları nəticəsində basqınlara məruz qalmış, kənd yerlə-yeksan edilmişdir.

Türkiyə Cumhuriyyətinin Qars vilayətində də eyni adlı kənd və dağ mövcuddur.

Şərqi Azərbaycanın Sabirabad bölgəsində də Qaragüney, Qaralar, Qaratəpə, Qaraağac, Qaralı, Ağdam-Ağcabədi-Ağdaş-Ağstafa-Beyləqan-Xocavənd...nahiyələrində Qaradolaq, Qarapirimli, Qaradağlı, Qarahəsənli... antro-orotoponimlər tarixən mövcuddur.

...Ulaş oğlu Salur Qazanın dar ayaqda dadına çatan, hayına "Çal qılıncını Ağam, Xanım Qazan, çatdım" deyib at belində özünü yetirən qurdürəkli ərənləri ...sırasında..."Ayğırgözlü suda (göldə-Q.Y.) at üzdürən... İlək Qoca oğlu Alp ərən də vardır..." II boyun söyləməsinə görə.

Ayğırgöl İrəvan xanlığı ərazisində, Gəyən dağlıq silsiləsinin (70 km uzunluqda, ən hündür yeri Acıdağ zirvəsi, 3597 m) platosunda yerləşən dağ  kəndi olub (Təkəli kəndindən qərbə 10 km aralıda), 1918-1919-cu illərdə əhalisi hay-daşnak silahlılarının təhdidləri-təqibləri ucbatından köçürülərək, evlərinə xaricdən sürülən kafirlər-"erməni"lər doluşub, kəndin adı yaxınlığdakı eyni adlı göldən yaranıb, amma mənfur hay kilsəsi 1978-ci ildə hər iki toponimi dəyişərək-"Aknaliç" adlandırıb.

Lacivərd dalğalı, büllur göz yaşı kimi dumduru Ayğırgölünün mənzərəsi Dastanda məcazi mənalı təşbehlə təsvir edilməsi, bu vulkanik mənşəli dağ gölünün qədim tarixiliyindən, bu gölün yiyələri olmuş Qğuz-Səlcuq tərəkəmə-ərən elatının günü-güzəranından xəbər verir. Kafirlərin murdar ləpirlərindən uzaq müqəddəsliyin vəsfini canlandırır.

Coğrafi səciyyəsinə görə, dəniz səviyyəsindən 3030 m yüksəklikdə yerləşən Ayğırgölünsu səthinin sahəsi 0,5 kv.km, ümumi ərazisi 0,8 kv.km-dir, ən dərin yer15 m-ə çatır, qar, bulaq və yeraltı sularla qidalanır. 1959-cu ildə üzərində su anbarı tikilmişdir.

Şörəel mahalında da  Ayğırgölü (vulkanik mənşəli, sahəsi 5 kv.km, dərinliyi 10 m) vardır.

Qazaxıstan Respublikasında da Ayğırbulaq və Ayğırgöl hidronimləri bu toponimlərlə morfogenetik baxımdan eynilik təşkil edir.

II boyunda sonunda, kafir düşmən üzərində qələbə səhnəsi, uğur şölə timsalında Dədə Ozan nəql edir ki,...Salur Qazan Qaraca Çobanı Əmiraxur (bütün ilxıçıların başçısı-Q.Y.) etdi...

Göyçə mahalında olan  Əmirxeyir-Əmiraxur məhz oturaq-köşəri həyat fəaliyyətinin bir sahəsi olan ilxıçıların yaşadığı, binə qurduğu məkanılardan biri olub.

Bütöv Azərbaycanın çox yerlərində"İlxıçı" toponimləri yaranıb (İrəvan xanlığında İlxıçı, İlxıqoruğu və Gümrü nahiyəsində İlxıoba kəndləri, Ağsu və Xaçmaz rayonlarında İlxıçı, İlxıçı Həsən əfəndi kəndləri, Tərtər rayonu, İlxıçılar kəndi...).

Dastan boylarının tarixi-coğrafi təhlili göstərir ki, hadisələrin nəqlində Dış Oğuz, İç Oğuz, Qalın Oğuz...coğrafi məkanları eyni dərəcədə tərənnüm edildiyi kimi, yer adlarının yaranması və yayılmasında eyni qanunauyğunluq nəzərə çarpır (Şərqi Zəngəzurda, Qubadlı nahiyəsində Ulaşlı kəndi...).

Azərbaycan sərhədləri hüdudunda eyni toponimlərin morfogenetik-məna eyniliyi məhz Dastan dilində də öz təsdiqini tapmışdır.

 

(ardı var...)

 

R.S. Təkəli kəndinin əhalisi 1949-cu ildə Şərqi Azərbaycana köçürüldükdən sonra kəndin adı hay kilsəsi tərəfindən-"Tsxakaşen" adlanıb.

(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Şərur-Dərələyəz mahalının Keşkənd nahiyəsinin Ardaraz kənd sakini Məcid Hüseyn oğlu Məmmədovun (1936) və Qərbi Zəngəzur mahalı, Qapan nahiyəsi, Baharlı kənd sakini Heydər İsmixan oğlu Dünyamalıyevin (1939) məlumatlarından, eləcə də B.Ə.Budaqov və Q.Ə.Qeybullayevin "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti" kitabından (Bakı ş., 1998) istifadə edilmişdir.)      (05.372.60.08.)

 

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2022.- 9-15 sentyabr.- S.17.