Kənan Hacıdan yeni roman
Haşım bəy Saqibin həyatı roman oldu
Tanınmış yazıçı
Kənan Hacının
yeni kitabı çapdan çıxıb. "Fəna fasiləsi" romanı
XIX-XX əsrlərdə məşhur
Azərbaycan ziyalısı,
şair, qəzəlxan
Haşim bəy Saqibin ömür yolundan bəhs edir. Əsərdə
XIX əsrin sonları,
XX əsrin əvvəllərində
Bakıda və Bakıətrafı bölgələrdə
baş verən hadisələr, Cümhuriyyətin
qurulması, Qafqaz İslam Ordusunun Bakıya gəlişi və digər ictimai-siyasi proseslər geniş təsvir edilib. Yazıçı romanda həmçinin, Xurşudbanu Natavanın, Seyid Əzim Şirvaninin, Cabbar Qaryağdıoğlunun, Hacı
Zeynəlabdin Tağıyevin
və bir sıra tarixi şəxsiyyətlərin obrazını
yaradıb.
Xatırladaq ki, Haşım bəy Saqib ötən əsrin əvvəllərində fəaliyyət
göstərən "Məcməüş-şüəra"
ədəbi məclisinin
fəal üzvlərindən
biri olmuşdur. Eyni zamanda
tacir və xeyriyyəçi kimi də Cümhuriyyətin qurulmasında, "Difai"
təşkilatının erməni
zülmünə qarşı
mübarizəsində maddi
dəstək göstərmişdir.
Haşım bəy Saqib qüdrətli qələm sahibi kimi zəngin ədəbi irs
qoyub getmişdir. Onun 700 səhifəlik
"Divan"ı M. Füzuli
adına Əlyazmalar İnstitutu tərəfindən nəfis
tərtibatla çap olunmuşdur.
Haşım bəy Saqib Azərbaycan səhnəsinin
və kinosunun sevilən aktrisalarından
olmuş Xalq artisti Nəcibə Məlikovanın atasıdır.
"Fəna fasiləsi"
Haşım bəy Saqibin ədəbiyyatımızda
bədii obrazını
yaratmaq baxımından
ilk əsərdir. İnanırıq ki, roman geniş
oxucu kütləsinin marağına səbəb
olacaq.
Kitabın təqdimatı 11 sentyabr
saat 11:00-da Gənclik
Mall CinemaPlus VİP zalında
keçiriləcək.
Qeyd edək
ki, kitab Çapar Yayınları tərəfindən nəşr
edilib. Naşiri Yusif İlhamoğlu,
redaktoru İlhamə Dağlıdır.
Olaylar.- 2022.- 9-15 sentyabr.- S.24.