Saç-saqqal ağarmasının
qarşısını alan meyvə
Azərbaycan nar
müxtəlifliyi və nar sortlarının miqdarına
görə dünyada birincidir
Adi nar yabanı halda ölkəmizdə
rast gəlinir. Narın bir
neçə növmüxtəliflikləri vardır ki, bunlar
bəzək məqsədi daşıyır və bəzək
bağçılığında geniş istifadə edilir.
Narın müxtəlif hissələrindən təbabətdə
və sənayedə geniş istifadə edilir. Nar şirəsi
mədə ağrıları, baş ağrısı,
hipertoniya, öskürək, isitmə, soyuqdəymə və
s. xəstəliklərin müalicəsində çox istifadə
edilir. Meyvə qabığında, gövdə
qabığında, köklərdə olan dabbaq maddələri
gönaşılayıcı sənayedə, meyvə
qabığı və çiçəklər
boyaqçılıqda istifadə edilir.
Nar müxtəlif iqlim və torpaq
şəraitinə uyğunlaşan, hazırda Avstraliyadan Cənubi
Afrikaya, ABŞ-dan Çinə qədər çox geniş
sahələrdə yetişdirilən meyvədir. Bəzi
mənbələrdə İran, Qafqaz və Şimali Hindistan əraziləri
narın vətəni hesab edilsə də Anadolu və
bütün Aralıq dənizi hövzələrində daha
geniş sahələrdə qədimdən nar bitkisinin becərilməsi
ilə məşqul olmuşlar. 2010-cu ilin statistik məlumatlarına əsasən
dünyada 2.500.000 ton nar istehsal edilmişdir. Dünyada ən
çox nar istehsal edən ölkələr Hindistan, İran və
Çindir. Türkiyənin Yaxın Şərqi İrandan
sonra, Türk Dünyası və qonşu ölkələr
içərisində istehsalı və ixracı
baxımından ön sıralardadır.
Azərbaycanda
iqtisadi rayonlar sırasında Aran iqtisadi zonası nar
istehsalının 79%-ni təşkil edir. 2016-cı ildə Azərbaycanda
1127,5 hektarda yeni nar bağları salınmış və nar bağlarının
ümumi sahəsi 22486 hektar təşkil etmişdir. Hektardan
orta məhsuldarlıq 74,0 sentner olmuşdur. Məlumat
üçün qeyd edək ki, dünyada narın 500 sortu var. Ancaq bunlardan az bir qismi
(təxminən 60 sort) ticari sortlardır. Nar istehsal edən bəzi
qabaqcıl ölkələrdə yetişdirilən və
iqtisadi baxımdan əhəmiyyətli sortlar Vanderful, Qranada,
RubiRed, Futhill, Early (Öli), Spaniş Svit, Balegal, Kloud, Krab,
Early Vanderful, Fleşman, Frankis, Qrin Klobe, Home, Kinq və
başqalarıdır. Azərbaycan nar müxtəlifliyi və
nar sortlarının miqdarına görə dünyada birinci
yerdədir. Bunlar həm morfoloji-bioloji xüsusiyyətlərinə,
meyvələrin keyfıyyətinə, həm də yetişmə
vaxtlarına görə bir-birindən fərqlənir. Azərbaycanda
nar istehsal edən iqtisadi rayonlar sırasında Gəncə-Qazax
bölgəsində Çəhrayı gülöyşə,
Bala Mürsəl, Lənkəranda Çəhrayı
gülöyşə, Azərbaycan gülöyşəsi,
Nazik qabıq, Vələs, Oleq, İri gilə, Quba-Xaçmaz
iqtisadi rayonunda Azərbaycan gülöyşəsi, Nazik
qabıq, Aran iqtisadi rayonunda Çəhrayı
gülöyşə, Bala Mürsəl, Azərbaycan
gülöyşə, Nazik qabıq, Vələs, Oleq, İri
gilə, Dağlıq Şirvan bölgəsində Çəhrayı
gülöyşə, Bala Mürsəl, Azərbaycan
gülöyşə, Nazik qabıq, Vələs, Oleq, İri
gilə və s. sortlar becərilir.
Xarici səraitə
münasibəti Nar quru subtropik iqlim bitkisidir. Vegetasiya
dövrünün normal başa çatması
üçün yüksək istilik tələb edir.
Quraqlığa davamlı bitkidir. Lakin yaxşı boy və məhsul
verməsi üçün nar rütubətə tələb
göstərir. Ümumiyyətlə havanın normal
istiliyi və torpağın
kifayət dərəcədə rütubətliliyi narın bol və keyfiyyətli məhsul
verməsinin əsasını təşkil edir. Subtropik meyvə
bitkiləri içərisində şaxtaya
davamlılığma görə nar, şərq xurmasından
sonra ikinci yerdə durur. Nar torpağa az tələbkardır.
Müxtəlif mexaniki tərkibə malik torpaqlarda becərilə
bilər. Nar, şoran, şorakət və çeyilli torpaqlar
çıxılmaqla, bütün torpaq tiplərində
müvəffəqiyyətlə becərilə bilir. Ən
yaxşı torpaqlar isə qalın şum qatlı, münbit,
susızdırma qabiliyyəti yaxşı olan gilli və gillicəli
torpaqlar sayılır. Nar bir qayda olaraq odunlaşmış
çiliklərlə artırılır. Çiliklər əsasən
payızdan tədarük olunur. Bu zaman cavan hissələrin
qış şaxtalarından zədə alması qorxusu aradan
qalxır. Nar bağı üçün səthi hamar və
yaxud bir qədər meyilli, küləklərdən mühafizəli
yaxşı rütubətlənmiş və qalın şum
qatlı ərazilər seçilir. Sahə, ümumi
aqroqaydalara əsasən hazırlandıqdan və sahəsi
8-12 ha, bəzi iri təsərrüfatlarda 15-25 ha olan sərnələrə
bölündükdən sonra tinglər, 5x5 m, 5x4 m, 6x3 m qida
sahəsi ilə əkilir. Gövdələrin optimal
sayını nizamlamaqla sıx əkinlərin (4x3 m, 4x2 m) tətbiq
edilməsi də sınaqdan keçirilir. Əkin dərin
plantaj edilmiş sahələrdə şırıma və ya
çalaya əkilir. Nar özübarlı bitkidir, ona görə
də bir sortlu sərnələrin yaradılması, sort
aqrotexnikasının düzgün tətbiq olunması
imkanı artırır. Bununla yanaşı məhsuldarlığı
yüksəltmək üçün hər sərnədə,
çarpaz tozlanmanı təmin etmək məqsədilə
5-6% digər sortlardan da əkmək məsləhət
görülür. Tinglər payızda və erkən yazda əkilir.
Yeni nar bağının salınması üçün
ayrı-ayrı sxemlər üzrə 4000 manatdan 7000 manata qədər
vəsait tələb olunur. Yeni nar bağından orta hesabla
170-180 sentnet məhsul alınarsa, satışdan 3500-4000 manat mənfəət
əldə etmək olar. Rentabellik səviyəsi isə 50% təşkil
edir.
Həkim
Füzuli Hüseynov qeyd edib ki,
Müqəddəs kitabımızda narın həm
dünyamızın, həm də cənnətin ən gözəl
meyvələrindən olduğu haqqında məlumatlar verilir.
Nar Quranda ən çox adı çəkilən meyvələrin
içində xurma, zeytun və üzümdən sonra
dördüncüdür. Narın tərkibi kalium, fosfor,
kalsium, natrium, dəmir kimi minerallarla, həmçinin A, B1, B2,
B3, C vitaminləri ilə zəngindir. Tərkibindəki kalium və
natrium bədənimizin su balansını qoruyur, kalium həm də
yığılmış artıq mayeni və ödemləri
xaric edir, ürək, qan-damar sistemini qüvvətləndirir, əzələ
və sümüklərə mineralların rahat daxil
olmasına şərait yaradır.
Nar yeyən
insanların sinir sistemi və sümüklərində mineral
çatışmazlığı ilə bağlı problem
olmur. İbn Sina demişdir: "Əgər böyrəklərinizdə
iltihab və yaralar (pielonefrit, nefrit) varsa, şirin nardan bol-bol
yeyin, göz qaşınması zamanı isə narşərabı
sürmə kimi gözə çəkin. Diş əti qanamalarında,
ağız yaralarında, anginalarda, ağızdan iy gəlməsində
nar qabığını və ya nar çiçəyini 5 dəqiqə
suda qaynadıb qarqara edin". Əgər babasil düyünləri
ağrı verirsə və tez-tez qanayırsa, nar şirəsini
qaynadaraq yarısını buxarlandırın, yarısı
qalanda bir o qədər alma sirkəsi əlavə edib daha 5 dəqiqə
qaynadın və bu məhlulla babasil üzərinə islatma
edin, tez bir zamanda düyünlər kiçiləcək.
Keçəlliyin müalicəsində zeytun
yağının içinə nar dənələri
töküb qaynadın, süzün, gündə 3 dəfə
keçəl nahiyələrə sürtün. Həzrəti
Əli (Allah ondan razı olsun) buyurmuşdur: "Narı
içindəki pərdəsi ilə birlikdə yeyin,
çünki o mədəni təmizləyir". Həqiqətən
nar mədənin divarlarını içdən təmizləyir
və əzələsini möhkəmləndirir. Nar ürək
əzələsinin vurma gücünü artırır,
ishalın qarşısını alır, qabığı
qurdqovucu təsir göstərir. Nar şirəsini buruna
tökən zaman burundakı poliplər kiçilməyə
başlayır. Öskürək zamanı şirin nar yeyilməsi
öskürəyi kəsir, ağciyərləri təmizləyir.
Turş nar isə ürəkbulanmanı azaldır, sidikqovucu təsir
edir, mədə və qida borusundan qaynaqlanan ağız
qoxusunun qarşısını alır. Öd durğunluğu
zamanı turş nar yemək faydalıdır. 1 ədəd
orta ölçülü narın şirəsini çəkin,
bir o qədər bal ilə qarışdırıb 5 dəqiqə
qaynadın, alınan qarışımı göz xəstəlikləri
zamanı sürmə kimi gözünüzə çəkin,
sağalmaz ağız və damaq yaralarının
üstünə çəkin. Bu qarışımı
dırnaq dibinin iltihabı zamanı şişmiş nahiyənin
üzərinə qoyanda iltihab sorulur. Nar qanda yüksəlmiş
xolesterini aşağı salır, damarların mənfəzini
təmizləyir, beyin qan dövranını yaxşılaşdırır,
yaddaşı və zehni qabiliyyəti gücləndirir,
qanı durulaşdırır, artmış ürək
döyüntülərini normallaşdırır. Nar
qabığını suda 5 dəqiqə qaynadıb, bir az bal əlavə
edib koliti və bağırsaqdakı yaraları müalicə
etmək olar, bu qarışım çox güclü ishalkəsicidir.
Şirin nar qabığını qurudub, qəhvəüyüdəndə
üyüdərək toz halına salıb, sulu yaraların
üzərinə tökən zaman yaralar həm sulanmır, həm
də tez sağalır. Bu tozu zeytun yağı ilə
qarışdırıb yaraların üzərinə məlhəm
kimi çəkmək olar.
Saç-saqqal
ağarmasının qarşısını almaq
üçün 1 xörək qaşığı turş
nar qabığının tozu və 1 çay
qaşığı mixək tozunu 100 qram rafinə
olunmamış zeytun yağına qarışdırıb
gündə 1 dəfə saça və saqqala çəkmək,
3 saatdan sonra yumaq lazımdır. Nar suyu ilə sirkə
qarışdırılıb qaynadılır, bununla
sızanaqlar müalicə olunur. 200 qram arpanın üzərinə
100 qram su, 200 qram nar şirəsi tökülür, vam odun
üzərində 10 dəqiqə qaynadılır,
süzülür, mədə yaraları zamanı yeməkdən
əvvəl 2 xörək qaşığı içilir.
Qarışığı soyuducuda 3 gün saxlamaq olar.
Narın şirəsini içməkdənsə,
özünü yemək daha faydalıdır, çünki
nar şirəsi çox büzücü xassəyə malik
olduğundan qəbizlik törədə bilər,
özünü yeyən zaman isə tumları qəbizliyin
qarşısını alır. Turş nar şəkər xəstələrinin
istifadə edə biləcəyi ən faydalı meyvədir.
Zəka
Olaylar.- 2022.- 7-13 yanvar.- S.23.