“Azərbaycanın sakral coğrafiyası” silsiləsindən

Dini-ruhani təlimin və irfani dünyagörüşün elmi-nəzəri tədqiqi...

 

(XXIII yazı)

 

"Qarabağ bölgəsində hay-daşnak və fars-rus birləşmiş qüvvələri tərəfindən Türk-Müsəlman dünyasının tarixi, dini-ideoloji sakral mədəniyyətinə və maddi-mənəvi irsinə qarşı  törədilən soyqırım qətliamları nəticəsində təkcə 1988-2020-ci illər ərzində 403 tarixi-dini abidə (o cümlədən 67 məscid, Alban dini-mədəni irsinə aid 144  kilsə, sovmə (hücrə, ibadət guşəsi), monastr...  məbəd, 192  ziyarətgah-pirlər, türbələr, ocaqlar, məqbərələr...) dağıdılmış, qarət və təhqir edilmiş, adları dəyişdirilmiş, yaxud yerlə yeksan olunmuşdur." (Nahid Məmmədovun "İşğal altındakı tarixi-dini abidələrimiz" (2015) kitabından).

Bəşər cəmiyyətində maddi-mənəvi dini-sakral abidələrin dağıdılması İlahi Haqq Hökmünün tələbi və buyruğu, eləcə də beynəlxalq hüquq yanaşmasına görə günahdır, yasaqdır, İnsanlığa layiq deyil, nəinki Səmavi Dinə, eləcə də Yaranışa qarşı cinayət hesab edilir ("Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvesiyasının, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasının və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvesiyasının hüquqi relamentləri əsasında). Əgər bu hal bir qövmün din adı altında cəmləşdiyi kilsə (hay kilsəsi) tərəfindən edilirsə, onda Bəşəriyyətin və İnsan cəmiyyətinin fəlakətə yön alması barədə bir xəbərdarlıqdır.

Təbii ki, İlahi Hökm və hüquqi tələblər hay kilsəsi və ibtidai insan-hay sürüsü üçün qəbuledilməzdir, çünki hələ də e.ə. IV-II minilliklərdə Şərqi Afrika cəngəlliklərindən qopub ayrıldıqları vəhşi şəraitə uyğun düşüncə və həyat tərzini yaşadan bu toplum nəinki regional bölgənin, eləcə də bəşər cəmiyyətinin irfani-ruhani duyğularına yabançı münasibət göstərməsi gözləniləndir.

Bunca Bütöv Azərbaycanın tarixi-coğrafi və dini-sakral irsi Türk-Müsəlman dünyasında zənginliyi ilə seçildiyindən birləşmiş düşmən qüvvələrinin davamlı hücumlarına da yüzilliklər boyunca hədəf olmuşdur. Bu mənada bəşər mədəniyyətinin bir hissəsi olan Qarabağ mahalında da bu toplumun törətdiyi soyqırım faciələri təsadüfi olmamış, minilliklərlə yaşa malik əski milli yaşayış ocaqlarına, maddi-mənəvi sərvətlərimizə yönəlik "hücumları" heç vaxt səngiməmişdir. Hansı ki, Qarabağ mahalı nəinki dövlətçilik tariximizin ənənəvi irsinin dəyərini-gələnəklərini yaşatmış, Türk-Müsəlman dünyasının sakral mədəniyyətinin əski beşiyi olmuş, həm də tarixi keçmişimizi yaşadan coğrafi məkan (bütünlüklə milli mənşəli toponimlərin yayıldığı) kimi qalmaqdadır

Dini-irfani zənginliyi ilə seçilən Qarabağın mənəvi-sakral tarixi keçmişi barədə çap edilmiş daha bir qiymətli nəşr-Fariz Xəlilli və Şəhla Xəlilli,"Qarabağlı Pir Məhəmmədin Mənaqibnaməsi" ("Elm və təhsil" nəşriyyatı, 2020, 200 səhifə) kitabı bu baxımdan mühüm tarixi məlumat yükünün (Sufiliyin-Xəlvətiliyin dini-təriqət hekayələri, məzmunu baxımından) zənginliyi, qiymətli tarixi-coğrafi məlumatların mənbəyi baxımından mühüm dəyər kəsb edir.

"Qarabağı azad edən Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsinə ithaf olunan" bu əsər qiymətli saxlanc bilgiləri (İstanbul Millət Əlyazma Əsərlər kitabxanasının, Azərbaycan Milli EA-nın M.Füzuli adına Əlyazmalar institutunun və Qəbələ rayonu, Duruca kənd sakini Ruslan Məmmədovun şəxsi arxivinin nüsxələri) əsasında tədqiqatçılar və bütün oxucular üçün nəzərdə tutulmaqla məzmunu Xəlvəti Şeyxi Şəms Təbrizi şəcərəsinin xələflərindən olmuş, XVI əsrin I yarısında ömür sürən Pir Məhəmmədin həyatı, dini fəaliyyəti-təsəvvüfi təriqətinin irfani-ruhsal yükünü tutan-"Mənaqibnaməsi"... barədə dəyərli məlumatlardan ibarətdir.

Allah-Təalaya doğru uzanan yolun yolçusu, milli-mənəvi ruha əsir düşən, hakim kəsilən Kamil İnsanın yetişdirlməsini hədəfləyən Təsəvvüfi-Sufiliyin (dini-irfani təlimi Həzrəti-Məhəmməd (s.ə.s.) Əhli-sünnəsinin, hümmətinin həyat qayəsi, yaşam tərzi, məzhəb ocağı kimi VII əsrdən başlayaraq Mədinə (Əshabüs-Süffən, Səlman Farisi, Əbu Zər, Süheyb Rumi...), Bəsrə, Kufə (Əbu Musa əl-Əşəri...), Xorasan, Nişapur (Bəyazid Bistami, Yəhya Müəz oğlu Razi, Əbu Həfs Həddad...), Bağdad (şeyx Cüneyd Bağdadi, şeyx Məruf Kərhi, Əbu Səid Hərraz, Hüseyn ibn Mənsur Həllac, Əbu Nəccab Sührəverdi, Əbu Həfs Sührəverdi...) şəhərlərində, Misir (Zün-Nun Misri, şeyx Süleyman Əbu Hərrəz...) və Suriyada (şeyx Əbu Süleyman Dərani...) ruhsal təriqətləri (sührəverdilik, rifailik, qadirilik, kübravilik, yasəvilik...) təşəkkül tapmışdır.

Qeyd etmək lazımdır ki, IX-X əsrlərdən etibarən Kamil İnsan -Sufilik təlimi Azərbaycanda da yayılmış, bütün bölgələrində (Dərbənd, Şirvan-Qobustan, Zəncan-Ərdəbil, Qarabağ-Göyçə, Borşalı, Zəngəzur-Naxçıvan...) bu təriqətin Mükəmməl şeyxləri, mürşidləri, müridləri, xəlifələri... fəaliyyət göstərmiş, təkkə, xənəkə ocaqları yaradılmış, bu irfani təlimin Sədaqətli davamçıları yetişmişdir.

XIII əsrdə Şirvanda və Naxçıvanda təşəkkül tapmış  Xəlvətilik təriqətinin Kamil İnsan təcəllasını təcəssüm etdirən Şeyx İmadəddin Nəsimi (1369-1417) ardıcıllarının Yaxın Şərq ölkələrinə qədər yayılması Sufiliyin tarixi mərhələsidir.

Təsəvvüf-Sufi ocaqlarına rəhbərlik etmiş Şeyxlərin adı ilə bağlı tarixi-coğrafi toponimlərimizin yayılma arealı yuxarıda adı çəkilən bölgələrimizi (Şeyxlər kəndləri Göyçay, Cəbrayıl, Qax, Qobustan, Masallı, Sabirabad, Qaradağ, Yardımlı, Cəlilabad, Xaçmaz, Ağdam... rayonlarında, Qərbi Azərbaycanın Zəngəzur və Vedibasar mahallarında...mövcuddur) əhatə etməklə, həm də yerli əhəmiyyətli oro-hidrotoponimlərlə də "doğmalaşmışdır".

Bu baxımdan Fariz Xəlilli və Şəhla Xəlilli "Qarabağlı Pir Məhəmmədin Mənaqibnaməsi" əsərini Bütöv Azərbaycanda Sufiliyin tarixinin, dini-nəzəri əsaslarının, coğrafi yayılmasının və təşəkkül tapmasının təhlili istiqamətində tədqiqat mövzusuna çevirmələri ilə yanaşı həm də Şeyx (Pir) Məhəmmədin dinşünaslıqda də layiqli yerini bir daha göstərmiş, onun qələmə aldığı "Mənaqibnamə"nin Uca Haqqa mənən qovuşmağın və İlahi Hökmə Qul olmağın mənəvi təməlinə  həsr edildiyini vurğulamışlar. Əsərin ərsəyə gəlməsində mənbə kimi Osmanlı Türkiyəsinin şeyxülislamı olmuş Feyzullah əfəndinin (Pir Məhəmmədin nəticəsi) nəsil şəcərəsi ilə bağlı qələmə aldığı "Silsilənamə"dən də istifadə edilib.

Tədqiqat toplusunda "Mənaqibnamə" haqqında (dini şəxsiyyətlər, toponimlər...haqda olmaqla) bilgilərlə yanaşı "Qara Pirim" və "Qara Şeyx" kimi tanınan Pir Məhəmməd Qarabağinin həyatı, ömrünün Xəlvətilik dövrü, İrfani-Ruhsal davamçıları... barədə də məlumatlara yer ayrılmış, eləcə də əsər transfoneliterasiya edilərək dilimizə sadələşdirilmiş və redaktə olunmuşdur.

Sufiliyin poetik irsini yaratmış sufi alimi-şairi Şəms Təbrizi (1185-1248, Mövlana Cəlaləddin Ruminin (1207-1273) mürşidi-Təsəvvüf yolunda rəhbəri) nəslinin davamçısı olan Xəlvəti şeyxi Pir Məhəmməd Səfəvilər hakimiyyətinin I Şah Təhmasib (1524-1576) dövründə yaşamış, şeyx Əbdülqafarın, Mövlana Şah Qubad Şirvaninin (1460-1543) xəlifəsi olmuş, əsərində Şirvan bölgəsinin övliyaları olmuş Şeyx Əmir Ağdaşinin və Şeyx Əbdülməcid Şirvaninin adını çəkmiş, onlarla bağlı hekayətlərə yer vermişdir.

Pir Məhəmmədin həyatı ilə bağlı hissədə (səhifə 10-14) bildirilir ki, Şeyx Cüneydin (1429-1460)  nəvəsi olan Pir Məhəmməd Soltan Əhməd oğlu XV əsrin sonlarında Qarabağ mahalında, Ağdam nahiyəsinin Maqsudlu obasında doğulmuş, uşaqlıq həyatını burada keçirmiş, ilk irfani təlimini qonşu kənddə yaşayan və xəlvətilik təriqətini yayan Şeyx Əbdülqafarın himayəsində qəbul etmişdir.

Cümlə Qafqazda Təsəvvüfi-Sufilik təriqətinin Xəlifəsi kimi məşhur olan Şirvan hakimi Şah Qubadla 1543-cü ildə görüşdən sonra onun irşadilik fəaliyyətinə icazə verildiyindən, onun sonrakı həyatı qövmün təsəvvüfi-irfani təliminə həsr olunmuş, ardıcıllarının (müridlərinin) sayı artmış, zamanında rəvayətə dönən mənqibə və kəramətləri sayəsində külli-Qarabağda məşhurlaşmış, Dağıstanda Oruc Əmirlə əlaqələri artmışdır.

Azərbaycan Səfəvilər dövlətinin hakimi II Şah Təhmasib (1704-1740)  Pir Məhəmmədi Qəzvin şəhərinə dəvət edir, onunla görüşdən sonra Şeyxin dini-irfani dünyagörüşünün kamilliyinə, mükəmməl təriqət sahibi olduğuna əmin olur və onun fəaliyyətini təqdir edir. Bu onu göstərir ki, Şeyx Məhəmməd Qarabağlının Təsəvvüfi-Sufilik təlimi Dağıstanda, Şirvanda, Göyçədə, Zəngəzurda, Naxşıvanda, Təbrizdə irfani ocaqlarda keçilmiş və mükəmməl dini təmələ, dini-nəzəri əsaslara çevrilmişdir.

1549-cu ildə Ağdam nahiyəsinin doğma ocağında dünyadan köçən Şeyx Məhəmməd Qarapirim kəndindəki Baba-Ata xanəgahında (Şeyx Cüneyd və Soltan Əhməd məqamgahında) dəfn edilmiş, qəbri üstündə türbə tikilmiş, el ziyarətgahı kimi müqəddəs məkan olmuşdur.

Pir Məhəmməd Qarabağlıdan sonra Qarapirim xanəgahını oğlanları Şeyx Vəliyyədin Məhəmməd və Şeyx Həbib Məhəmməd idarə etmişlər. Nəslin davamçılarından Cənubi Azərbaycanda (Astrabad şəhərində) və Krımda yeni yurd-ocaq yaradanlar, təriqət ardıcılları yetişmişdir.

Şeyx qardaşlarının vəfatı da (onlar da şəcərə xanəgahında dəfn edilmişlər) Sufiliyin Qarabağ və ətraf bölgələrdə geniş yayılmasının qarşısını ala bilməmişdir-"Qızılqaya seyidləri"ndən Seyid Məhəmmədşərif əfəndi, onun oğlu Seyid Məhəmmədəmin, Seyid Mustafa Şeyx Həbib oğlu, Şeyx Məhəmməd Şeyx Həbib oğlu, Mir Həmzə Seyid Nigari... irfan-ruh sahibi, "abid, zahid, hər şey ilə Rəbbinə yönələn, dünya dəbdəbəsindən üz çevirən, ibadət və xəlvət məsələsində dəqiq, sürəkli zikrə davam edən" İman yiyələri kimi məşhurlaşmışlar.

Laçın nahiyəsinin Cicimli kəndindəki Məlik Əjdər məqamgahında uyuyan Övliya da bu sıradandır.

XVII əsrin ortalarında dini təriqətlərinə qarşı təzyiqlərlə üzləşən Pir Məhəmməd xanəgahının mürşidi Şeyx Mustafa Şeyx Həbib oğlu ailəsi, qohum-əqrabası ilə birlikdə doğma ocağı tərk etmək məcburiyyətində qalır, Ərzurum diyarına üz tutur, Osmanlı sultanlı IV Muradla görüşür və Ərzurum, Ərzincanda yerləşdirilir.

1666-cı ildə haqq dünyasına qovuşan Şeyx Mustafa Ərzurum qəbirstanlığında torpağa tapşırılır, mürşidilik fəaliyyətini qardaşı Şeyx Məhəmməd əfəndi (o, 20 il Ərzurum müftisi olmuşdur) davam etdirir, mükəmməl dini ibadətləri, xeyriyyəçiliyi (məscid, körpü, su kanalları tikdirmişdir), şairliyi ilə ad qazanır. O, məşhur alim Hənəfi Qarabaği nəslindən olan, Ərzurum müftisi Molla Mürtəza Cənnətinin qızı Şərifə xatunla (Pir Məhəmmədin nəticəsi, Osmanlı  Şeyxülislamı Feyzullah əfəndinin (1639-1703) anası) ailə qurur...

Şeyx Məhəmməd əfəndi 1693-cü ildə 86 yaşında haqqa qovuşmuş, Ərzurum şəhərində qardaşı şeyx Mustafanın qəbri yanında dəfn edilib.

Nəslin ünlü xələflərindən olan Feyzullah əfəndi İstanbul, Ərzurum, Şam, Ədirnə, Məkkə, Mədinə... şəhərlərində dini-irfani təlimləri, dünyəvi-elmi bilikləri tədris edən çoxlu sayda mərkəzlər, hədis dərsxanaları, mədrəsələr, kitabxanalar... inşa etdirmiş (İstanbul şəhərinin Fateh rayonundakı kompleks hazırda Millət Kitabxanasıdır), qiymətli əlyazmaları (Qarabağla bağlı dəyərli mənbələr toplusu da daxil olmaqla) milli irs kimi əmanət qoymuşdur...

Onun böyük oğlu Mustafa əfəndi Feyzullahəfəndizadə də 1736-1745-ci, digəri isə-Mürtəza Feyzullahəfəndizadə  1750-1755-ci illərdə Osmanlı dövlətinin Şeyxülislamı olmuşlar.

Bu məlumatlar kitabın 16-21-ci səhifələrində yer alan "Qarabağlı Pir Məhəmmədin davamçıları" başlıqlı bölümündə verilmişdir.

 

(ardı var)

 

Qismət  Yunusoğlu,   `

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2022.- 7-13 yanvar.- S.16.