“Azərbaycanın sakral coğrafiyası” silsiləsindən

Dini-ruhani təlimin və irfani dünyagörüşün elmi-nəzəri tədqiqi...

 

 (XXIV yazı)

 

Tarixən quldur dəstələrinin qərargahı, hərbi silah-sursat cəbbəxanası və hərbi-siyasi əməliyyatlar mərkəzi kimi təşəkkül tapan Qərbi Azərbaycanın Ü(i)çmüəzzin şəhərindəki hay kilsəsinin baş keşişi II Qaregin (1951) 31 dekabr 2021-ci ildə əsgər və zabitlər qarşısında çıxış edərək  "ordunun onun diqqət mərkəzində olduğunu" bildirmiş, Qarabağ iqtisadi rayonu sərhədləri hüdudundakı Azərbaycan Respublikasının tarixi ərazisinə küfr dolu bəddualar söyləmiş, görüş iştirakçılarına ikona, xaç və dua mətnləri paylamışdır. Anadolu yaylasının cənub-şərqində (hayların uydurduğu "Erməni dağlıq yaylası"nda) yuvalanmış hay sürüsünün başqa bir keşişi I Aram (Bedros Keşişyan, 1947) isə 2021-ci ili "Ərsak ili" elan etmiş,  il ərzində çoxsaylı çıxışlarında Bütöv Azərbaycan ərazisinin qədim türk antrotoponimi ilə adlanan  Ərsak tarixi-coğrafi bölgəsinə qarşı həyasız iddialar sərgiləmişdir.

Kiçik Qafqaz dağlıq silsiləsinin (Qapıcıq zirvəsi, 3906 m) və Qarabağ vulkanik yaylasının (Dəlidağ zirvəsi, 3616 m) orta və yüksək hündürlüklü qurşaqlarını, Həkəri, Tərtər, Xaçınçay, Qarqar və Köndələnçay çayları hövzəsinin xeyli hissəsini əhatə edən tarixi-coğrafi Qarabağ bölgəsinin əski antrotoponimlərindən olan - "Ərsak" yer adı barədə  "Kaspi" qəzetində ətraflı məlumat verildiyindən, "Erməni dağlıq yaylası" orotoponiminin müasir ibtidai insan-hay sürüsünə aid olmadığı ilə bağlı tarixi-coğrafi təhlil əsasında növbəti yazıda bilgi verilməsi nəzərdə tutulub.

İnzibati-ərazi və iqtisadi-coğrafi bölgə kimi Qarabağın aran və dağlıq hissələri tarixən Türk-Müsəlman dünyasının sakral-ruhsal mədəniyyətinin, irfani fəlsəfəsinin, dini-elmi dünyagörüşünün, Ruhani təlim ocaqlarının... mərkəzi olmaqla yanaşı, həm də şəcərə-sülalə davamçılarına görə İnam-Etiqad təriqətinin kamilliyi, Haqqın İnsan dünyasındakı təcəllası ilə fərqlənən din xadimlərinin ibadət-ziyarət ocaqları ilə məşhur olmuşdur. Hansı ki, əvvəlki yazımızda Sufiliyin-Təsəffüvi Mənəvi-Dünya dərkinin görkəmli nümayəndəsi olmuş Pir Məhəmməd Qarabağlının həyatına və dini faəiyyətinə həsr edilmiş "Qarabağlı Pir Məhəmmədin Mənaqibnaməsi" əsərinin (2020-ci il nəşrinin Fariz Xəlilli və Şəhla Xəlillinin elmi-nəzəri təqdimatında) dini-ideya məzmunu barədə söylənilmiş və indi isə davamı qeyd edilir.

I yazıda bildirildiyi kimi, Pir Məhəmməd Qarabağlının "Mənaqibnamə"si 3 nüsxə əsasında, mətnşünaslıq baxımından tekstoloji tədqiqata cəlb edilməklə, 25 vərəqdən ibarət olan Türkiyə nüsxəsində Pir Məhəmmədin adı və təxəllüsü-"Şeyx Pir Məhəmməd əl-Gəncəvi" kimi göstərilib, çünki XX əsrin 20-ci ilinədək aran və dağlıq Qarabağ bölgüsü olmamış (Şərəf əd-Din Əli Yəzdi (1370-1454) "Zəfərnamə" əsəri; R.M.Yüzbaşov (1906) "Qarabağ toponimi haqqında" məqaləsi"...), Kür çayının sağ sahil əraziləri də daxil olmaqla bölgə bütünlüklə "Qarabağ" orotoponimi kimi işlənilmişdir.

Qarabağ bölgəsinin relyef-landşaft strukturuna görə fərqləndirilməsi ilk növbədə hay kilsəsi-rus hərbi qaraguruhunun düşünülmüş siyasi məqsədi olmuş və bu mürətəce məqsədlərinə 1923-cü ilin 7 iyul tarixində nail olmaqla ("Dağlıq Qarabağ Muxtar Vilayəti" yaratmaqla), bölgədə yaşı minilliklərə bərabər olan tarixi, müqəddəs dini-sakral irsin izi pozulmuş, saxta, yabançı və dinsiz ocaqlar yaradılmış, Ruhani-İrfani zənginliyimizə qarşı soyqırım faciələri törədilmişdir.

"Azərbaycanın sakral coğrafiyası"nın nadir səhifələrini yaşadan Qarabağ dini-irfani məktəbinin ünlü varisi olmuş Şeyx Pir Məhəmməd haqqındakı kitabla bağlı söhbət açılması eləcə də dini tariximizin unudulmaması baxımından əhəmiyyətlidir.

Bu əsərin araya-ərsəyə çıxmasında zəhməti olan tədqiqatçı müəlliflər tərəfindən göstərilir ki, çap üçün istifadə edilən əlyazmaların Türkiyə nüsxəsinin hər vərəqi nəstəliq xətti ilə yazılmış 15 sətirdən ibarətdir və dəri cildlidir, son səhifə Osmanlı Şeyxülislamı Feyzullah Əfəndinin vəqf möhürü ilə hicri 1120-ci, miladi 1700-cü ilə aid olmaqla təsdiqlənib.

"Pir Məhəmməd əl-Gəncurri-Risalə" adı ilə verilən Bakı nüsxəsi 27 vərəqdir.

Duruca əlyazması isə 70 vərəq, hər vərəq 9 sətirdir, sonuncu səhifədə hicri 1245-ci, miladi 1829-cu il qeyd  edilib.

Kitabın 21-26-cı səhifələrində "Mənaqibnamə", 26-38-ci vərəqlərdə isə "Mənaqibnamə" adı çəkilən şəxsiyyətlər barədə ətraflı və dini-elmi dəyər yüklü bilgilərə yer ayrılmışdır.

Mənbələrdəki verilmiş mətnlər-mənaqibələr rəvayətlər əsasında söylənildiyi də vurğulanır, nüsxələrdə dil, tələffüz, cümlə...fərqliklərinin olduğu bildirilir.

Tədqiqat əsərinin maraq doğuran məlumatları sırasında Türk-Müsəlman dünyasının dini-tarixi səlnaməsinin formalaşmasında yeri olan şəxsiyyətlər barədə bilgilər xüsusi yer tutur.

Həmin İrfan-Ruhani yiyələri nəinki Qarabağ Təsəvvüf-Sufi təriqətinin ocaq Şeyxləri-Mürşidləri olmuş, həm də Xəzər dənizinin "Dəmir qapısı"-Dərbənd şəhərindən başlayaraq Beşbarmaq-Xıdır Zində ocağında, Qobustanın-Şirvanın Şeyx Nəsimi məqamındaeyx Eyyub məkanında, Şərqi Zəngəzurda Hacı Qara İman-Hacı Çələbi müqəddəsliyində, Gəncədə Şeyx Nizami vəqfində, Göyçə gölü-Zəngəzur ziyarətgahlarındakı Miskin Abdal-İlahi Haqqın qulu Dədə Ələsgər köyündə, Naxçıvanda Əshabi-Kəhf məqamgahında... dolanan imamların, müridlərin, dərvişlərin...dini-irfani təlimlərində həm də zikr olunmuşlar.

Bunca kitabda adı çəkilənlərdən Şeyx Şəms əd-Din ibn Əli Məlikdad Təbrizinin (1185-1248) cümlə Azərbaycan hüdudlarında Süfiliyin-Təsəvvüf təliminin ulu ustadı olduğuna da bir işarət edilir və Qarabağlı Pir Məhəmmədin nəsil ocağının başında durduğu bildirilir. Orta əsrlərdə Yaxın Şərqin böyük Sufi-Haqq mütəfəkkiri olmuş Mövlana Cəlaləddin  Ruminin mürşidi olmaqla, yaratdığı Təbriz-Ərdəbil şəhərlərinin Sufi ocaqlarının Şimali Azərbaycanda intişar etməsi bu təlimin ilk növbədə İnsan Bəşəriliyi və İlahiliyi ilə bağlıdır.

Həmişə qara rəngli keçədən əba geyinən, ömrünü Təsəvvüf təriqətinin, İlahi Haqq ruhsallığının yaşam tərzinin təcəssümçüsü olmaqla səyahətlərdə keçirən və karvansaraylarda yaşayan Şeyx Təbrizinin dini-nəzəri təlimi geniş yayılmış hikmətli kəlamlarını müridləri, davamçıları toplayaraq "Məqalət" əsərində yayıblar.

Şeyx Mövlana Rumi mürşidi haqqında deyib - Əgər sənsiz diri qalsam, Məni axıra qədər yandır; Kimə pərəstiş edirsənsə, sənin qiymətin də o həddədir...Piri-Mürşidin kəlamları isə  İlahi Hökm-Hikmət timsalındadır:

Mömin sərgərdan olmaz...

Yoxsullud var, adamı Haqqa yaxınlaşdırar və Haqqdan qeyri hər şeydən uzaqlaşdırar, Yoxsulluq da var, adamı Haqqdan qaçırar və xalqın ayağına aparar...

Müsəlmanlıq-nəfslə savaşmaqdır, kafirlik-nəfslə barışmaq!

Haqq mənim əlimdədir! Haqq mənim deyil!

Mənim könlüm kimsənin xəzinəsi deyil,

Haqqın xəzinəsidir!

(çevirəni: şərqşünas alim-tərcüməçi Məsiağa Əhməd oğlu Məhəmmədi (1961)...)

Təsəvvüf-Sufi ocaqlarının Qarabağda rişələnən dini-irfani təlimlərində əsas yer tutan Haqq İnsanının, Mənəvi-Ruhən Kamil müridlərin yetişməsi təriqəti-duyğusallığının mayasında Ərdəbil-Təbriz-Konya məqamgahlarının İlahi Ruhu "Ana südü" kimi Azərbaycan torpaqəna hopmuşdur.

Qarabağın Ağdam nahiyəsində irfani-xəlvətilik  təlimi əsasında irşadi ömür sürən din xadimlərindən biri də XVI əsrdə Şeyx Əbdülqafar olub, Pir Məhəmmədin mürşidi, dini öyrətməni, onun adı "Mənaqibnamə"də 4 yerdə çəkilir.  Ustad İrfan sahibi olduğu səccadəsini, təriqət məqamını övladalrına (varislərinə) deyil, artıq kəşfi və kəraməti şübhə doğurmayan Pir Məhəmmədə ötürmüşdür. "Mənaqibnamə"də Şeyx Əbdülqafarın adı 4 hekayətdə çəkilib, onun XVI əsrin  I yarısında yaşadığı, Qarabağ bölgəsində müridləri və davamçıları ilə birlikdə İlahi Haqq yolunun yolçusu olduğu bildirilir. Xəlvətilik təriqətinin xüsusilə Ağdam nahiyəsinin Qarapirimli, Boyəhmədli, Papravənd, Mollalar, Sofulu, Salahlı Kəngərli... kəndlərində də yayılması, Sufiliyin zikr-ziyarət ocağına çevrilməsi həm də Şeyx Əbdülqafarın adı ilə bağlı olmuşdur. O, 1527-ci ildə Haqqa qovuşmuşdur.

Bundan sonra Pir Məhəmmədin mürşidi şirvanlı Şeyx Qubad olub.

Tədqiqatşıların qənaətinə görə, Şeyx Əbdülqafar dini-təlim ocağının Qarabağda geniş inkişaf etməsinin, ona qonşu bölgələrdə çoxsaylı müridlər dəstəsinin yaranmasının əsas səbəbi Pir Məhəmmədin mükəmməl Ruhani-İrfani dünyagörüşə yiyələnməsi, Təsəvvüf-Xəlvətilik təriqətinin davamçıları arasında İnamEtibar qazanması olmuşdur. Onun bu cəhətlərini hələ sağlığında  Şeyx Əbdülqafar da qiymətləndirmişdir.   Təsadüfi deyil ki, Şeyx Pir Məhəmmədin dini təlimi az bir vaxtda Zəngəzurda, Göyçə-Ağbaba mahalında, Şərur-Ordubad nahiyələrində, Şirvan-Qobustan bölgəsində də davamçılarını tapmış, Borçalıda-Kürqırağı zikr-ziyarət məkanlarının yaranması ilə nəticələnmişdir.

"Mənaqibnamə"də xatırlanan din xadimlərindən biriŞeyx Şah Qubadın adı çəkilir, iki hekayədə.   Şirvan hakimi Şeyx Şah Qubadla Şeyx Məhəmməd Qarabağlının dini-irfani bağlılığı xüsusi mərhələ təşkil etmişdir, onların İrfani görüşləri xeyli müddət davam etmişdir.

Kitabda verilən təsvirdən anlaşılır ki, Şeyx Qubad nəinki Azərbaycanda, eləcə də bütün Qafqaz məkanında Sufiliyin-Xəlvətilik təriqətinin yayılmasında tanınan İrfan sahibi, Ruhani söz yiyəsi olmuşdur. Onun müridlərindən biri də dağıstanlı  Oruc Əmir idi.

Sufi təliminə Ruhən bağlı olan, Allahın Qəlb aşiqi Şeyx Qubad hakimliyini İrfani həyatına, Dini İbadət həyat tərzinə qurban vermiş, Xəlvətilik təriqətinin Ustadı kimi Şirvanda-Qobustanda məqam-mərtəbə sahibi olmuşdur. Onun mürşidi isə Quba nahiyəsinin Rük kəndində Məhəmməd Rukki olub, Osmanlı Türkiyəsi ərazisində Xəlvətiliyin sivasi qolunun təşəkkül tapması Şeyx Qubadın adı ilə bağlıdır.

Şeyx Qubadın vəfatından sonra Şirvan müridlərinin Qarabağa, Şeyx Məhəmməd ocağına ziyarət etmələri, irfani təlimlərini təkmilləşdirmək üçün Pir məkanına üz tutmaları da bildirilir.

Təbii ki, bu dini-irfani təlim əlaqələrinin sərhədləri həmin dövrdə xeyli geniş olmaqla Bütöv Azərbaycan sərhədlərini əhatə etmişdir.

(ardı var)                                                                                          

  

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2022.- 14-20 yanvar.- S.17.