"Etdiyi yaramazlıq
üstümə yaxılardı"
Mən balaca olanda,
Qonşudakı bir qızın gözəl anası vardı.
Yapdığı pislikləri, anası
örtüb basdırardı
Etdiyi yaramazlıq üstümə
yaxılardı
Mən hər zaman müqəssir...
O tərtəmiz çıxardı!
O vaxtdan öyrənmişəm
Həyatın qanununu!
Arxalı
köpək qurd basar,
Əzbərləmişəm bunu.
Amma geci-tezi var
Çox
da gizli qalmayıb, üzə çıxıb yalanlar
Heç
vaxt xeyir tapmayıb, kiməsə quyu qazanlar
Ola bilər müvəqqəti
hər şey yerində, hazır,
Sən yazdığını yaz
Bax gör Allah nə yazır
Aldığım bu dərslərin
Xeyri də az
olmadı
Güvəndim tək özümə,
uman yerim qalmadı
Qartal uçar göylərdə
Səmada
o da Təkdir
Arxası
bərk olsa da
Köpək yenə köpəkdir
Bu həyat
məktəbinin bir də yararı oldu
Köpəklərdən
qorunmaq qəlbin qərarı oldu
Elə
o vaxtdan sevdim, canavar qüdrətini
Qürürlu duruşunu, dürüst əzəmətini.
Brilliant Dadaşova
Xalq artisti
Olaylar.- 2022.- 28 yanvar-3 fevral.- S.24.