Xəzər dənizi sahili
və Abşeron yarımadası
hövzələri-1918-1920-ci illərdə...
Bütöv Azərbaycanın bu ərazilərində
kökənli Türk-Müsəlman əhalisinə
qarşı soyqırım siyasətinin rus-hay birləşmiş
dini-siyasi-hərbi qüvvələri tərəfindən
yürüdülməsi tarixi XVIII əsrin I yarısında Xəzər
dənizi sahili ərazilərə çar I Pyotrun (1672-1725) hərbi
yürüşündən xeyli əvvəl (XVII əsrin II
yarısında) başlasa da, ən yüksək
inkişaf mərhələsinə
XIX əsrin sonlarında çatmaqla (Tiflis şəhərində
yaranan rus-hay siyasi-ideoloji mərkəzinin və Abşeron
yarımadasında neft sənayesinin inkişafında yer alan
hay mənşəli neft maqnatlarının maliyyə
yardımı ilə hay-daşnak quldur dəstələrinin
Bakı şəhərindəki fəaliyyətləri sayəsində),
XX əsrdə mükəmməl
mərkəzləşdirilmiş hərbi-siyasi təşkilatlanma
ilə həyata
keçirilmişdir.
Ümumilikdə çoxmilyonlu və çoxtərkibli Türk-Müsəlman xalqlarına qarşı beynəlxalq səviyyəli soyqırm siyasətinin coğrafi məkan üzrə tərkib hissəsi olan Cənubi Qafqaz "səhifəsi"nin tarixi xeyli keçmişə malikdir və zəngin tarixi faktlara əsaslanır. Bu həm də regionun ərazi baxımından sivilizasiyaların təmas hüdudlarında yerləşməsi, strateji əhəmiyyətli Aralıq dənizi hövzəsinə yaxınlığı, eləcə də zəngin təbii ehtiyatları ilə fərqləndiyi üçün siyasi-hərbi niyyətlərə hədəf olması amili ilə bağlıdır.
Haşiyə. Cənubi Qafqazda Osmanlı Türkiyəsinə və Səfəvilər dövlətinə qarşı mübarizə aparmaq məqsədi ilə İrəvan xanlığında Ü(İ)çmüəzzin məbədində 1677-ci ildə hay kilsəsi nəzdində baş keşiş IV Akop Culfalının (1598-1680) təşkilatçılığı ilə məxfi görüş keçirilərək qərara alınıb ki, Türk-Müsəlman torpaqlarında "Böyük Ermənistan" yaradılması naminə qonşu Kartli çarı XI Georgiyə (1651-1709), Kaxetiya çarı II Arçilə (1647-1713), Moskva knyazı Aleksey Mixayiloviçə (1629-1676, I Pyotrun atası), Qərbi Avropa dövlətlərinə (Polşa kralı III Yan Sobeskiyə (1629-1696) məktub yazmışdır) və Roma Papasına da müraciər edilsin. Bu məqsədlə görüşlər keçirmək və danışıqlar aparmaq üçün nümayəndə heyəti (tərkibə İsrail Ori də daxil idi) yaradılmışdır. 1680-cı ildə İstanbul şəhərinə gələn heyətdə IV Akop qəflətən öldüyündən bəd əməllərinə müəyyən müddət fasilə verilmiş, nümayəndə heyəti (İ.Oridən başqa qalanlar) geriyə qayıtmışdır.
Tarixi faktların təhlili bir daha sübut edir ki, mütəşəkkil hay kilsəsi Bütöv Azərbaycanın qərb hissəsini (Osmanlı Türkiyəsi ilə həmsərhəd torpaqlarını) Qərbi Avropa və Rusiya, şərq ərazilərini isə İran (Fars) və Rusiya dövlətlərinin iqtisadi-ticari və siyasi-hərbi yardımları sayəsində ələ keçirməyi hədəfləmişdir.
1673-cü ildə IV Akop Moskva knyazı Aleksey Mixailoviçə yazdığı məktubdan sətirlər:
-Rusiyanın güclü və qüdrətli çarları həmişə Dini müdafiə edib, düşmən təqiblərindən qoruyublar, mühafizə ediblər. Əlahəzrət Özü həmin qəhrəmanların varisi kimi bizim köməyimizə yetişəcəyinə ümid edirik...
IV Akop 1679-cu ildə İstanbul şəhərində "ertməni" icması ilə görüş keçirmiş, təşkilatlanma və silahlanma istiqamətində ümumi məqsədlərinə uyğun fəaliyyət istiqamətləri geniş müzakirə edilmişdir. Və bu sahədə Osmanlı Türkiyəsində iqtisadi imkanları böyük olan hay mənşəli işbazlarının və məmurlarının toparlanması nəzərdə tutulmuşdur.
Dinsiz, kafir və mürtəce hay kilsəsi tərəfindən eyni hərbi-siyasi əməllər həmin dövrdə Səfəvilər dövləti hüdudlarında, sonrakı mərhələlər də isə Bütöv Azərbaycan miqyasında da davam etdirilmişdir, xüsusilə XIX-XX əsrlərdə.
"Bakinskaya izvestiya" qəzeti yazırdı ki, 1898-1901-ci illərdə Bakı şəhəri, Abşeron yarımadasında neft hasilatına görə dünyada birinci yeri tutur və fəaliyyət göstərən 154 neft maqnatının 74-ü hay mənşəlidir. Və yaxud, 1889-cu ildə Bakı şəhərində qeydiyyata alınmış 69 firmanın əksəriyyəti hay mənşəli olan 58-i neft istehsalını həyata keçirmişdir.
Abşeron yarımadasında "....mədən sahiblərinin tamamilə erməni olması və kənd camaatlarının tamamilə müsəlman olması..." barədə isə Bakı şəhər Dumasının nümayəndəsi olmuş, AXC-nin maliyyə naziri, 1918-ci il mart ayının 18-22-də Abşeron yarımadasında hay silahlılarının törətdiyi qırğınların qarşısını almaq üçün yaradılmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü Əliağa Hacı Süleyman oğlu Həsənov (1871-1933) yazmışdır.
Dünya bazarında tanınan, Abşeron yarımadasının və Şimali Qafqazın yanacaq ehtiyatlarını mənimsəyən hay mənşəli neftxudalar sırasında O.M.Mirzoyan, Q.M.Lianozov, A.Saturyan, Q.Arafelyan, A.O.Qukasyan, A.Saruxanyan, İ.N.Ter-Akopov, A.İ.Mantaşyants (daşnak S.Şaumyanın himayəçisi)... bu sərvətlər hesabına hay kilsəsinin təlimatı əsasında XX əsrin ilk illərində Bakı şəhərini hay-daşnak və rus-bolşevik ocaqlarının (terror yuvasının) himayədarları olmuşdur.
XIX əsrin sonu, XX əsrin əvvəllərində təmərgüzləşmiş regional hay-daşnak siyasi-hərbi qruplaşmasının ərazi-inzibati mərkəzi Tiflis şəhəri olduğundan istər I Dünya müharibəsi dövründə Qərbi Azərbaycanda və Naxçıvanda, istərsə də 1918-1920-ci illərdə Xəzər dənizi sahili və Abşeron yarımadası hövzələrində xalqımıza qarşı soyqırım faciələrinə bu mərkəzdən "bəd-dualar" verilmişdir (çar Rusiyasının Qafqaz canişini İ.İ.Vorontsov-Daşkov (1837-1916, Abşeron yarımadasında 10 neft yatağına sahibi olub) bu şəhərdə mütəmadi olaraq hay kilsə keşişləri ilə məkrli niyyətlərini planlaşdırmış, 1890-cı ildə bu şəhərdə "Daşnakstyun" terror təşkilatı yaradılmış, S.Şaumyan, A.Mikoyan, S.Kandelaki, Q.Korqanyan...buradan Bakı şəhərinə yollanmış, eləcə də, Qərbi Avropa ölkələri nümayəndələrinin (Tiflis şəhərinin meri A.Xatisyanın Böyük Britaniya nümayəndələri barədə Paris şəhərindəki "erməni" nümayəndəliyinə yazdığı 06 fevral 1919-cu il tarixli məktubunda bu barədə məlumat verilmişdir) hay-daşnak qüvvələri ilə birlikdə Türk-Müsəlman dünyasına qarşı birgə silahlı mübarizə yollarınının məsləhətləşmələri də bu şəhərdə aparılmışdır.
1904-1906-cı və 1918-1920-ci illərdə Astara və Samur çayları və Xəzərdənizi hövzələri boyunca ərazilərdə (Astara, Lənkəran, Salyan, Şamaxı, Qobustan, Abşeron, Şabran, Xaşmaz, Quba, Qusar...nahiyələrinin kəndlərində) 200 min nəfər dinc Türk-Müsəlman camaatı məhz S.Şaumyan, A.Mikoyan, Amazasp Srvantstyan, Q.Korqanyan, T.Amiryan, S.Lalayants..başda olmaqla hay-daşnak və rus-bolşevik silahlı qüvvələri tərəfindən amansız qətliam-soyqırım faciələrinin qurbanı olmuşlar.
1918-ci ilin mart ayında Astara-Lənkəran nahiyələrində Gərmətük, Sitəmurdov, Boradigah, Girdəni, Veravul, Vilvan, Cil, Gərgəlan, Pensər, Kərgəlan, Hacıtəpə, Xırmandalı...faciələri (daşnak-quldurlar Z.Avetisyanın, T.Əmiryanın və Denikin dəstələrinin törətdikləri) barədə tarix üzrə fəlsəfə doktoru Mürvət Əzim oğlu Abbasov (1965) və əməkdar müəllim, dosent Mir Haşım Mir Murtuza oğlu Talışlı (1926-2018) yazmışlar:
-Əgər 100 il əvvəl Lənkəran bölgəsi sahillərini lentə alan olsaydı, burada minlərlə meyitin, yaralanmış, təhqir olunmuş insanların, viran edilmiş evlərin şahidi olardıq.
Həmin dövrdə Lənkəran qəzasının 40 kəndi tamamilə dağıdılmış-yandırılmış, yüzlərlə insan qətlə yetirilmişdir.
Salyan qəzasında faciələrin-amansız qətliamların geniş miqyas almasına səbəb rus-hay silahlı qüvvələrindən (2 min piyada əsgər-zabit, 12 pulemyot, 6 top...) başqa, həm də Xəzər dənizi Hərbi Donanma qüvvələrinin 2 zirehli və 4 nəqliyyat gəmisi ("Krasnovodsk", "Bakinets", Demosfen", "Salyanets"...) ilə Kür çayının mənsəb hissəsinə daxil olmaları idi. Nəticədə, 1918-ci ilin iyun-iyul aylarında 18 kənddə (Bankə, Seyidlər, Uzunbabalı, Tatarməhlə, Xıllı, Abbaslı, Cəngən, Kürqaraqaşlı...) 550-yə qədər ev yağmalanaraq yandırılmış, 1100 nəfər amansızlıqla qətlə yetirilmişdir (S.S.Həsənov "Salyanda ermənilərin törətdiyi qətliam" kitabı, 2012, Bakı ş., səh.47-48).
Şamaxı qəzasında qırğınların törədilməsi qərargahı Hilmilli-Mərəzə kəndlərində yerləşən S.Lalaynatsın və T.Əmirovun başçılığı ilə həyata keçirilmişdir. Nəticədə Şamaxı şəhərinin Qafqazda ən qədim (743-cü ildə tikilmiş) Cümə məscidi 1800 nəfər dinc sakinlərlə birlikdə yandırılmış külə döndərilmiş (divarları-sütunları qalmaqla), eləcə də şəhərin 13 məhəlləsi də (12 məscid-İmamlı, Yuxarı Qalabazar, Aşağı Qalabazar, Kərbəlayi Qurban, Əbu Səlim Xorasani, Hacı Qasım, Ərdəbil, Sarıtorpaq... ibadətgahları məhv edilmiş, Piri-Şirvan məhəlləsində 500 nəfəri məscidə yığıb diri-diri yandırmışlar) eyni aqibətə tuş gəlmiş-ümumilikdə şəhərdə 8 min nəfər dinc sakin qətlə yetirilmişdir.
Qobustan nahiyəsinin Ərəbqədim, Dərəkənd, Cəmcəmli, Mərəzəli (Ağcakənd), Cəyirli, Sündü, Nabur, Ərəbcəbirli, Çuxanlı... kəndlərində rus-hay silahlı dəstələri tərəfindən qanlı cinayətlər törədilmiş, tarixi-maddi abidələr məhv edilmiş, 60 nəfərə yaxın tanınmış el ağsaqqalı-din xadimi "Qarabulaq yeri"nə (sonralar həmin yer "Qanlı qobu" adlanmışdır) barışıq adı ilə çağrlaraq orada qətlə yetirilmişlər.
1904-1906-cı illərdə olduğu kimi 1918-ci ildə də amansız qətliamlar Şamaxı qəzasının 53 kəndində 8027 nəfərə qarşı da törədilmişdir.
Bu barədə rəsmi hesabat Azərbaycan Xalq Cumhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının toplanılmış materialları 7 cilddə (925 vərəq) olmuşdur.
Siyəzən və Şabran nahiyələrində yerli-kökənli əhaliyə qarşı amansız qətliamlar zirehli hərbi qatarlarla və süvari qüvvələrin hərəkət istiqaməti üzrə yerləşən kəndlərdə olmuşdur.
Birləşmiş düşmənin süvari və piyada düşmən qüvvələrinin bir hissəsi də Cəngi-Ağdərə və Şeyxlər-Altıağac məntəqələri boyunca hərəkət edərək Xızı nahiyəsində Tıxlı, Fındığan, Baxşılı, Dağ Quşçu... kəndlərində qətllər-qarətlər törədmişlər. Oxşar acı aqibət Qızılburun (Siyəzən) nahiyəsinin Sədan, Çarxana, Mükül, Qara Siyəzən, Əlixanlı...kəndlərində də yaşanmışdır.
Söz ardı. Peterburq şəhərində bolşeviklərin nəşr edilən "Axşam işıqları" qəzetinin 12 aprel 1918-ci il tarixli 19-cu nömrəsində belə bir məlumat verilmişdir ki, V.Lenin, İ.Stalin, G.Çiçerin və A.Lunaçarski Xalq Komissarları Sovetinin Cənub rayonu üzrə fövqəladə komissar Orconikidze ilə bağlı dekret imzalamışlar. Dekretlə komissarlığa bütün Şimali Qafqaz və Qara dəniz vilayətlərinin, o cümlədən Bakı şəhəri də daxil olmaqla idarəedilməsinin mərkəzi Xalq Komissarları Soveti ilə əlaqələndirilməsi tapşırılmışdır...
Və yaxud, 1918-ci ilin iyun ayında S.Şaumyan 5-ci Qafqaz İslam Ordusuna qarşı mübarizə tədbirlərini sağ eser S.S.Saakyan, "Daşnakstyun" təşkilatının üzvləri A.Arakelyan, A.S.Nuricanyan (I Dünya müharibəsində Van və Bitlis cəbhələrinin döyüşçüsü), S.Melik-Eolçan (təşkilatın Bakı şəhər şöbəsinin rəhbəri), A.Srvantstyan, polkovnik Z.Avetisov... olmaqla bir heyətlə geniş müzakirə etmiş və bu barədə Mərkəzə rəsmi məlumat verilmişdir.
1918-1920-ci illərdə rus-hay birləşmiş hərbi mütəşəkkil qüvvələrinin Xəzərsahili və Abşeron yarımadası hövzəsində Türk-Müsəlman əhalisinə qarşı törətdiyi amansız qətliamlar-soyqırım faciələrinin siyasi hədəfi (mahiyyəti) ondan ibarət olmuşdur ki, Azərbaycan dövlətçiliyinin (AXC timsalında) məhv edilməsi, mərkəzləşdirilmiş inzibati-idarəetmə sisteminin ələ keçirilməsi və Xalqımızın-Dövlətimizin milli-mənəvi, maddi-tarixi irsinin yox edilməsinə nail olunsun.
Təəssüf ki, Vətən
tariximizin 1991-ci il oktyabr ayının 18-dək olan
səhifəsi məhz bu mənfur siyasi-hərbi
təcavüzün məzmununa uyğun olaraq
yazılmışdır...
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin
müəllimi
Olaylar.- 2023.- 7-13 aprel.- S.17.