“Qərbi Azərbaycanın coğrafiyası” silsiləsindən

Qədim Oğuz yurdunun əhalisi və demoqrafik xüsusiyyətləri....

 

İbtidai insan-hay sürüsünün 1955-1994-cü illər ərzində 130-cu baş keşişi olmuş və 1950-1960-cı illərdə dünyanın bütün "erməni" koloniyalarına baş vurmuş  Levon Palçyan (I Vazgen,1908-1994) "bütün ermənilərin katolikosu" adlandığını əsaslandırdıqda özü də bilmədən "erməni"lərin Vətənsiz olduğunu bir daha sübut etmişdir, yəni əgər bu toplum bütün dünyaya səpələnibsə (təqribən, 10 milyona yaxın), deməli "Ermənistan" adlı coğrafi məkan hayların özü tərəfindən də yalnız yaşayış ərazisi kimi qəbul edilir. yaxud, "Ermənistan" ərazisində yaşayan hayların sayı (3 milyona qədər) Rusiya Federasiyası hüdudlarındakı hayların sayından azdır, əslində dünyanın qalan xalqları kimi "Vətən"də yaşayan soydaşların sayı kənarda yaşayanlara nisbətdə daha çox olmalıdır...

Dünyaya yayılmış hay sürüsünün ümumi sayının coğrafi-regional ərazilər üzrə təhlili göstərir ki, XVII-XVIII əsrdən başlayaraq hay kilsəsinin qarşısında quran-həlli vacib məsələlərdən biri daimi olaraq etno-demoqrafik ərazi məskunlaşması probleminin həlli olmuşdur. Bu məqsədlə ayrı-ayrı ölkələrlə rəsmi və qeyri-rəsmi münasibətlərin yaranmasında, Osmanlı Türkiyəsinə və Bütöv Azərbaycan dövlətinə qarşı qurulan məkrli əməllərin əsasında duran "erməni məsələsi" məhz hayların ərazi məskunlaşması ilə bağlı olduğundan orta əsrlər dövrünün son mərhələsindən sonra Oğuz-Səlcuq kökənli Müsəlmanların (20 milyon nəfərdən çox) doğma vətəni olan Kiçik Asiyanın Anadolu (Ərzurum, İqdır, Qars...vilayətləri), Cənubi Qafqazın Naxçıvan-Zəngəzur, Qərbi Azərbaycanın Pəmbək-Göyçə, Doğu Azərbaycanın Qarabağ-Gəncəbasar...bölgələrinə qarşı hay kilsəsinin "etno-milli" təcavüzləri, qəsbkarlıq niyyətləri ara verməmişdir.

Beynəlxalq "İpək yolu" üzərində yerləşən adı çəkilən coğrafi məkanlarda hay sürüsünün yerləşdirilməsi həm demoqrafik artımın, məskunlaşmanın, həm də əlverişli iqtisadi-ticari əlaqələrin (Ağrıdağ-Zəngi çayı hövzəsi, Araz çayı vadisi boyunca...) möhkəmləndirilməsi sayəsində hay kilsəsinin siyasi-hərbi gücünün (bölgənin güc dövlətlərinin sərhədlərinin təmas-kəsişən hüdudlarında) artırılılması hədəfi ilə bağlı olmuşdur.

XVII-XVIII əsrlərdə hay kilsəsi Osmanlı Türkiyəsi sultanlığı və Səfəvilər dövləti bəylərbəyliyi ilə iqtisadi-ticari ilişgilərini artırmaqla Balkan yarımadasından-Frakiyadan, Suriya-Fələsin ərazilərindən Van-Urmiya-Göyçə gölləri ətrafına, Ərzurum-Ağrıdağ-Çuxursəəd bölgələrinə, Araz-Pəmbək çayları hövzələrinə 80-100 minə yaxın hayların kütləvi yerləşdirilməsinə nail olmuşdur.

Həmin dövrdə Qərbi Azərbaycanda 300 min nəfərdən çox kökənli Türk-Müsəlman camaatı yaşamışdır. bu dövrdən sonra mərkəzi İrəvan xanlığı olmaqla, ona bitişik Sürməli, Qaranlıq, Zəngibasar, Ü(İ)çmüəzzin...mahallarında hayların say nisbəti getdikcə artmağa başlamışdır (iqtisadi-ticari əlaqələrin genişlənməsi də öz təsirini göstərmişdir).

Qərbi Azərbaycana (Naxçıvan bölgəsinə də) hayların kütləvi köçürülməsi hay kilsəsinin məkrli-strateji məqsədlərinin ərazi üzrə genişlənməsinə rəvac vermiş, nəticədə hay kilsəsinin ardıcıl səyi ilə qonşu güc dövlətləri ilə (Osmanlı Türkiyəsi, Cənubi Azərbaycan, çar Rusiyası, Qərbi Avropa ölkələri...) sıx əlaqələr yaradılmışdır.

Erkən və orta əsrlər dövründə Bütöv Azərbaycanın Batı bölgələrində (müasir Qərbi Azərbaycan hüdudlarında) yaşayan Oğuz tayfalarının İcma-İdarəetmə birliklərinin timsalında hay kilsəsi özlərinin "milli-etno tarixiliyinə" yer etməklə (guya xristian səyyahlarının əsərlərində və xəritələrində hay kilsəsinin dəsti-xətti ilə saxtalaşdırılmış tarixi faktlara əsasən) Qərbi Avropa ölkə səyyahlarının, coğrafiyaşünaslarının əsərlərinə, xəritələrinə əsasən (flamandiyalı səfir  Uilyam de Rubrukun (1220-1293), ispan səyyahı Rui Qonsales de Klavixonun (1356-1412), venetsiyalı diplomat, tacir və səyyah Cozef Barbaronun (1413-1494)...əsərləri timsalında) uydurma demoqrafik "bilgilər" formalaşdırmışdır. Hansı ki, həmin müəlliflərin əsərlərində-xəritələrində (hay "dəsti-xətti" olmadan, uydurma-saxta düzəlişlər edilmədən) "Azərbaycan" toponimi qeyd edilib (hay kilsəsi iddia edir ki, bu toponim yalnız 1918-ci il mayın 28-dən sonra "yaranıb"), Naxçıvan bölgəsində, Gəncə, Təbriz, Şamaxı...şəhərlərində Türklər-Müsəlmanların yaşadığı vurğulanmışdır.

XVI əsrdən etibarən hayların müasir Qərbi Azərbaycan ərazilərində məskunlaşmasına sübut kimi 1590-cı ildə Osmanlı Türkiyəsi üzrə aparılan əhali siyahıyaalınmasına dair göstəriciləri ola bilər. Belə ki, bu ildə Çuxur-Səəd (Səfəvi bəylərbəyliyinin mərkəzi inzibati-ərazi hüdudlarında) mahalında 120 min nəfər əhalinin 75%-i, Şörəel mahalının 23 min əhalinin 85%-i Türk kökənli olub.

1728-ci ildə Naxçıvan, İrəvan və Şörəel mahallarının cəmi 183 min nəfərinin 77,5%-i yerli mənsubiyyətli idi.1801-ci ildə isə Çuxur-Səəd bölgəsində cəmi 4500 hay yaşadığı bildirilir, 161 min nəfər Türk əhalisi ilə nisbətdə.

XIX əsrin əvvəllərində hay kilsəsinin məkrli siyasi-iqtisadi əlaqələrinin nəticəsində yerli Türk-Müsəlman əhalisinin yurdlarına, otlaq-əkin sahələrinə Qarsdan, Vandan, Ərzurumdan, Xoydan, Marağadan, Təbrizdən... hayların köçürülməsinə rəvac verilmişdir (1804-1810-cu və 1823-1825-ci illərdə təkcə İrəvan şəhərinə 2 min hay yerləşib).

XIX-XX əsrlərdə Qərbi Azərbaycana ayrı-ayrı ölkələrdən sürülərək yerləşdirilən hay sürüsünün "tarixi"liyini, "qədimli"yini saxta faktlarla yaradan hay kilsəsinin əsas məqsədi Türk-Müsəlman əhalisinə qarşı "etno-demoqrafik soyqırım" siyasətinin yürüdülməsi olmuşdur. Çünki istər İrəvan xanlığı (XVII-XVIII əsrlər), istərsə də çar Rusiyası mərhələsində (XIX əsr) və 1897-ci ildə aparılmış "Rusiyada əhalinin birinci siyahıyaalınması" məlumatlarında Qərbi Azərbaycanın əhali sayı, etno-milli tərkibi və demoqrafik strukturunda üstünlük təşkil edən əhali yalnız Türk-Müsəlman qrupu idi.

Bu məlumatlara türk səyyahı-alimi Çələbi ibn Dərviş Muhəmməd Zilli-Övliya Çələbinin 10 cildlik "Səyahətnaməsi"nin II cildində (1640-cı və 1645-ci illərdə Azərbaycana səfərləri ilə bağlı) , fransız taciri və səyyahı Jan Şardenin (1643-1713) 1673-cü ildəki səfər təəssüratlarında yer verilib.

Alman səyyahı F.K.Şillinqer (1679-1724) İrəvan şəhərində olarkən idarəetmə-dini hüquq sistemində çalışanların yalnız Türk-Müsəlman əhalisi olduğunu, "erməni"lərin yalnız şəhərətrafında, kənarlarda alış-veriş işləri ilə məşğul olduqlarını qeyd etmişdir.

Hay mənşəli filoloq-etnoqraf Ervand Şahəziz  (1856-1951) də "Qədim İrəvan" kitabında (1931) bu faktları təsdiq etmiş və İrəvan şəhərində 6 məscidin olduğunu bildirmişdir.

1831-ci ildə Qərbi Azərbaycanın türk-müsəlman əhalisinin daha çox yaşadığı İrəvan xanlığı ərazisində 90 min nəfərə qədər kökənli Oğuz-Səlcuq tayfalarının xələfləri yaşamışdır (Zəngi çayı hövzəsinin təbii ehtiyatlarından və ticarət yolunun əlverişli olması əsas amil kimi qiymətləndirilir).

İrəvan şəhərində yaşayan əhalinin (6 min nəfərdən çox) əksəriyyəti (5338 nəfər) kökənli ailələr olmuşdur.

Göyçə gölü hövzəsində 50-60 min nəfər əhali qeydə alınmışdır.

1828-1832ci illərdə İrəvan və Naxçıvan xanlıqları ərazisində etno-demoqrafik tədqiqatlar aparmış fransız mənşəli rus tarixçisi-etnoqarf İ.İ.Şopenin (1798-1870) qeydlərinə görə bu dövrdə həmin ərazilərdə Osmanlı Türkiyəsindən və Cənubi Azərbaycandan köçürülən hayların  hesabına onların sayı xeyli  artmışdır, təkcə Çuxur-Səəd bölgəsinə yerləşdirilən 140 min xristian dini mənsublarından 62 mini Cənubi Azərbaycandan, 78 mini isə osmanlı Türkiyəsindən olmuşdur. 

Ümumiyyətlə, XIX əsrin I yarısında bu bölgədə (Qarabulaq, Qaraqoyunlu, Çuxur-Səəd, Sərdarabad...mahallarında) əhalinin 80%-dən çox hissəsi kökənli Türk-Müsəlmanlardan ibarət olmuşdur.

1897-ci ildə Rusiya imperiyası ərazisində əhalinin siyahıya alınmasının nəticələri göstərmişdir ki, Irəvan vilayətində (Gümrü, İrəvan, Doğu Bəyazid, İqdır...nahiyələri hüdudlarında) 804757 nəfər əhalinin 75%-ə qədəri  (İrəvan şəhərinin 82278 nəfərindən 75 mini) kökənli əhali idi.

Çox dəyərli tarixi fakt kimi qeyd etmək olar ki, Ümumrusiya tədbiri kimi ilk ictimai-siyasietnodemoqrafik əhəmiyyət kəsb edən bu statistik sənədləşmədə "Ermənistan" termini işlədilməmişdir.

XX əsrin əvvəllərində Qərbi Azərbaycanın qədim Şərur-Dərələyəz mahalında yaşayan 75 982 nəfərin, Yeni Bəyazid mahalında 123 839 nəfərin, Sürməli mahalında 88 844 nəfərin, Gümrü mahalında 163 435 nəfərin 90%-ə qədəri Türk-Müsəlman kökənli olmuşdur.

Demoqrafik dəyişikliyi başlıca məqsəd sayan hay kilsəsinin səyi ilə artıq XX əsrin əvvəllərində Qərbi Azərbaycanda hayların sayı 350 minə çatmışdır (ümumi əhalinin sayı isə 830 min nəfər olmuşdur), 1940-cı ildə isə 1 320 min nəfər əhalinin artıq 70%-ə qədəri Türk-Müsəlman camaatı idi.

1918-1920-ci illərdə xalqımıza qarşı törədilən soyqırım 200 min nəfərə qədər Türk-müsəlman əhalisinin amansız qətliamı ilə nəticələnmişdir.

Qərbi Azərbaycanda digər xalqların nümayəndələri (yunanlar, aysorlar, yezidi və əcəmi kürdlər, ruslar (molokanlar), bolqarlar...) XX əsrin son illərinədək yaşasalar da, 1988-1990-cı illərdən sonra hay kilsəsinin təzyiqi ilə yaşadıqları əraziləri tərk etməyə məcbur olmuşlar.

XX əsrdə (1904-1906-cı, 1918-1920-ci və 1988-1989-cu illər soyqırımı, 1948-1952-ci və 1960-1963-cü illər deportasiyası, 1941-1945-ci illər müharibəsindən geri qayıtmayan 150 min nəfərədək soydaşımız da nəzərə alınmaqla) hay kilsəsi tərəfindən Qərbi Azərbaycanda yerli Türk-Müsəlman əhalisinə qarşı milli, etno-demoqrafik soyqırım siyasətinin yürüdülməsi nəticəsində 2 milyon nəfər soydaşımız bu faciələri yaşamış, nəticədə doğma Zəngəzur, Göyçə, Dərələyəz, Pəmbək, Dağ Borşalı, Zəngibasar... mahallarında indi Türk-Müsəlman əhalisinə rast gəlinmir.

 

(ardı var)

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2023.- 14-20 aprel.- S.17.