Türküstan diyarı:- Türk-Müsəlman soyqırımının tarixi-coğrafi səhifələri...                           

Çöllər diyarını (müasir Qazaxıstan hüdudları) və Orta Asiya bölgəsini-Türküstan diyarını XVII əsrin I yarısı-XX əsrin I çərəyində işğal edən  Rusiya həmin ərazilərin kökənli Türk-Müsəlman xalqlarını əsarətdə saxlamış, dövlət quruculuğunu, etnogenetik və milli-mədəni özgürlüyünü məhv etmək siyasətində mürtəce hay kilsəsi və daşnak qüvvəsindən istifadə etməklə bu zəngin diyarın işğalına ...çox təəssüf ki...nail olmuşdur. Görkəmli italiyalı tarixçi-tədqiqatçı, Turin Universitetinin professoru M.Buttinonun (1947) 2003-cü ildə  işıq üzü görən "Əksinə inqilab" əsəri 2007-ci ildə rus dilinə tərcümə edilmiş (448 səhifə) və bu nəşrdə  arxiv materiallarına istinadən həmin hadisələrin tarix-coğrafi  faklarına geniş yer verilmişdir...

Avrasiya materikinin Mərkəzi və Orta Asiya bölgəsi-Şərqi və Qərbi Türküstan diyarı ("Uluq Türküstan"-Böyük Türküstan) Turan dünyasının özək hüdudlarında təşəkkül tapdığından Rusiyanın xarici-işğalçılıq siyasətində başlıca tarixi-coğrafi məkan kimi strateji əhəmiyyət kəsb etmişdir. Türküstan diyarının kökənli xalqlarının axırıncı mərhələdə, 1916-1923-cü illərdə soyqırım faciələrini törədən Rusiyaonun hərbi-siyasi tərəfdarları sırasında (bütün mənalarda) daha çöx yer alan hay kilsəsi, hay-daşnak dəstələrinin qanlı-amansız qətliamları haqqında xeyli tarixi-hərbi sənədli əsərlər, fundamental monoqrafiyalar, saysız-hesabsız məqalələr... yazılmışdır (T.R.Rıskulov, (1894-1938),"İnqilab və Türküstanın kökənli əhalisi, 1917-1919-cu illər", I hissə, Daşkənd ş.,1925; "Özbəkistan Milli Ensklopediyası" (2000-2006-cı illər nəri); R.Nəzərov, "Fərqanə vadisi 1929-1953-cü illərdə", 2020; "Kaufman toplusu", (Moskva ş.,1910); "Fərqanədən Əndicana kimi-Türküstanda daşnakların qanlı izləri" məqalə (2016), F.Bağırova; "Fərqanədən Qarabağa kimi-daşnaklar" və "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Fərqanədən Qarabağa kimi-daşnaklar" kitabları, Ş.N.Salamov-Barlas; K.K.Abaza (1841-1905), "Türküstanın işğal edilməsi, hərbi-tarixi hekayələr, oçerklər...", S-P ş., 1902..).

   Haşiyə. "Kaufman toplusu"-Türküstan diyarının, yəni Orta Asiyanın (Kokand və Xivə xanlıqlarının, Buxara əmirliyinin) rus işğalına və müstəmləkə idarəetmə sisteminə rəhbərlik etmiş, Türküstanın 1-ci  general-qubernatoru, Türküstan hərbi dairəsinin komandanı K.P.Kaufmanın (1818-1882) ölümünün 25 illiyinə həsr edilmiş tarixi, publitsistik məqalələrdən ibarətdir. Bu nəşrdə rus şərqşünas-alimlərindən A.A.Semyonovun, V.V.Bartoldun, D.N.Loqofetin...də yazılarına rast gəlinir.

Adı çəkilən əsərlərin ideya-məzmun, eləcə də həmin dövrə aid tarixi-coğrafi arxiv məlumatlarının təhlili göstərmişdir ki, 1916-1923-cü illərdə Türküstan diyarında (10 milyon nəfərdən çox kökənli əhaliyə malik coğrafi məkanda) Türk-Müsəlman xalqlarına qarşı Rusiya dövlətinin törətdiyi soyqırım siyasətinin hərbi-siyasi, ictimai-iqtisadi...əsasları uzun illər ərzində formalaşmış xarici siyasətin nəticəsi id. Bu, XX əsrin 20-ci illərində qanlı faciələrə səbəb dövlət siyasətinin çoxşaxəli istiqamətləri, məqsədli və ardıcıl idarəetmə sistemi, hərbi-siyasi gücün irqi, dini, mədəni...amillərə qarşı davamlı təzyiqlərin yürüdülməsində ifadə olunmuşdur ki, ilk növbədə Böyük Türk Birliyinin qarşısının alınmasına yönəlmişdir.

1982-ci ilin yazında böyük "Azadlıq mücadili" X.R.Ulutürkün söylədiyi haqq sözü bu yerdə yadıma düşür:

-Ruslar...çox təəssüf ki,   Türküstanı, Türk xalqlarını əriştə kimi doğradılar...

XX əsrin əvvəllərində Türküstan diyarının işğalı mərhələsinin tarixi-coğrafi, ictimai-iqtisadi...baxımdan qiymətləndirilməsi M.Buttinonunun "Əksinə inqilab" əsərində daha geniş işıqlandırılmış, bir növ faciəvi hadisələrə aid faktların əsaslı məzmunu və mahiyyətini ətraflı (tarixi faktlarla) təsvir edilmişdir. Təbii ki, bu əsərdə rus-hay birləşmiş qüvvələrinin Türküstan diyarında həyata keçirdikləri mürtəce, qanlı əməllərinə əsas olan hadisələrin xronoloji ardıcıllığı ətraflı əks olunması əsərin əsas məziyyətlərindən biridir.

Tədqiqat, zəngin arxiv, tarxi-coğrafi məlumatların təhlili və məlumatlar əsasında hazırlanmış "Əksinə inqilab" əsərinin Giriş səhifələrində (5-14-cu) Rusiya tərəfindən işğal edilmiş Orta Asiya və Qazaxıstan ərazilərinin tarixi, coğrafiyası, siyasi-hərbi, iqtisadi, milli-etnogenetik, etnodemoqrafik, milli tərkib...təhlili sübut edir ki, Rusiya dövləti Türk-Müsəlman xalqlarının dövlətlərini süquta uğratmaq məqsədində ilk növbədə demoqrafik amildən (rusqeyri-rus əhalinin həmin ərazilərə köçürülməsi) və ictimai-iqtisadi böhran şəraitinin yaradılmasından (aclıq, səfalət, xəstəliklərin yayılması...) istifadə etməklə hərbi-siyasi müdaxilə üçün əlverişli hüquqi zəminə üstünlük vermişdir. Və xüsusilə vurğulanmışdır ki, Rusiyanın bu təcavüzkar-işğalçılıq siyasətinin yardımçıları sırasında hay-daşnak sürüsü böyük rol oynamışdır:

-1917-ci ilin sonunda, 1918-ci ilin əvvəlində rus-"erməni" süngüləri ilə (hansı ki, azlıqda idilər)  Rusiya imperiyası Çöllər və Türküstan diyarında diktatura hakimiyyəti, aqressiv hərbi-siyasi şəraiti yaratmaqla yerli Türk-Müsəlman əhalisini həmişə qorxu içərisində saxlamağa, istədikləri hərbi-siyasi nəticələrə  müvəffəq olmuşlar.(səhifə 11).

Əsərin I hissəsi  "Daşakənd və müstəmləkə" adlanır (səhifə 15), növbəti vərəqdə isə Rusiya işğalına qədər olan dövrə aid Türküstan və Çöllər diyarının xəritəsi verilmişdir. Qeyd olunur ki, XVII əsrin I yarısından başlayan bu amansız-mürtəce işğalçılıq  XIX yüzilliyin II yarısında, 1865-ci ildə Daşkənd şəhərinin ələ keçirilməsi, 1867-ci ildə  Türküstan diyarında rus general-qubernatorluğunun yaradılması, əvvəlcə Kokand, sonra Xivə xanlıqlarının, axırda isə Buxara əmirliyinin məhv edilməsi, 1880-cı illərin əvvəllərində Xəzərarxası hövzədə hərbi mövcudluğu ilə sonuclanmışdır.

 

Bu hissədə məlumat verilir ki, Türküstan diyarının general-qubernatoru F.V.Martson (1853-1916) 1916-cı ilin mart ayının əvvəlində, general A.İ.Qippius (1855-1918), A.F.Kerenski (1881-1970), rus ordusunun zabiti, (sonralar, 1933-1936-cı illərdə Tacikistan KP MK-nın I katib) Q.İ.Broydo (1884-1956)...1917-ci il ərzində Daşkənd, Əndican, Namanqan, Cizaq...şəhərlərində törədilən dağıntılar və amansız qırğınlar, yerlidinc əhaliyə qarşı qətliamlar... haqqında rəsmi mənbələrdə geniş danışmış, statistik məlumatları çap etdirmişlər.

Rusiyada burjua-demokratik inqilabın öncüllərindən olmuş A.F.Kerenski 1917-ci ilin avqust ayında Petroqrad şəhərində Dövlət Dumasında çıxışında (10 milyon nəfərdən çox əhalisi olan Türküstan diyarının Rusiya Dövlət Dumasında təmsilçisi-nümayəndəsi yox idi) bu hadisələrə xüsusi diqqət ayırmışdır (səhifə 85). Təbii ki, yerli Türk-Müsəlman əhalisinin soyqırımı-amansız qətliamları hay-daşnak quldurlarının intiqam hissinin və düşmən xislətinin...nəticələri idi ki, ruslar da bunu etiraf etməyə məcbur olmuşdular.

General-mayor B.N.Litvinov (1872-1945) qeyd etmişdir ki, rus ordusu Türküstanda hərbi-siyasi mövqeyinimövcudluğunu gücləndirdikdən sonra bu diyarda silahlı hay-daşnak qruplaşmalarının sayı kəskin surətdə artmaqla yanaşı, Türk-Müsəlman mədəniyyəti ocaqları yaxınlığında "erməni"lər özlərinə məxsus məktəblər, kilsələr, ticarət mərkəzləri...tikmişlər, hay məhəllələri salmışlar, həm də Xəzər dənizi sahillərində liman şəhərlərini ələ keçirmişlər.

Etnogenetik və milli-mədəni irs zənginliyi baxımından Türkdilli xalqların əski tarixi-coğrafi keçmişiniözgürlüyünü qoruyub saxlayan Qazaxların, Uyğurların, Türkmənlərin, Özbəklərin, Qırğızların..., Müsəlman birliyinin-Taciklərin, Farsdilli digər xalqıların...sarsılmaz İttifaqlartı arasında milli-etnik düşmənçilik ədavətinin gücləndirilməsi, milli zəmində qanlı qarşıdurmaların genişləndirilməsində (Cənubi Qafqazda olduğu kimi) ruslar ilk növbədə hay sürüsündən istifadə etməyi ön plana çəkdikləri üçün XX əsrin əvvəllərində hay kilsəsinin və hay-daşnak qüvvələri Türküstanda mövqe qazana bilmişlər.

Amma onlara qarşı müqavimət hərakatı da səngiməmişdir.

Bütöv Türk-Müsəlman dövlət ideyasının yaranmasına münasibət bildirən müəllif qeyd eidr ki, (səhifə 125) 1917-ci ilin əvvəllərində Daşkənd şəhərində qazax xalqının görkəmli oğlu Mustafa Çokay bəy oğlunun (1890-1941) redaktorluğu ilə "Uluq Türküstan" ("Böyük Türküstan") qəzeti çap edilmişdir, ilin ortasında bir qrup Azərbaycanlı ziyalının dəvəti ilə Bakı şəhərindən "Müsavat" firqəsinin qabaqcıl üzvləri-Abasqulu Kazımzadə (1882-1947), M.Ə.Rəsulzadə (1884-1955)...təşrif buyurmuşlar ki, müstəqil Türküstan-Turan ideyalarının dövlət quruluşu, milli-idarəetmə, ictimai-siyasi, milli-mədəni...əsasları müzahirə edilmiş, "Türk xalqlarının Mərkəzi"-ictimai-siyasi qurumu (sədri M.Ə.Rəsulzadə, o cümlədən Türküstanın öncül ziyalılarından Münəvvər Kari Əbdürəşidxan-1878-1931) yaradılmış, Məhəmməd Əmin əfəndinin rəhbərliyi ilə ayda iki dəfə "Turan" qəzeti nəşr edilmişdir.

Əsərin iki hissəsində ("Müsəlman ali təbəqəsinin yetişməsi" (səhifə 112-129) və "Cəmiyyətin ziddiyəti (səhifə 130-156) başlıqlı mövzularda) müəllif tərəfindən Türküstan diyarı ilə bağlı 1916-1918-ci illərin tarixi hadisələrinin təhlili və ardıcıl təsviri bir daha sübut edir ki, çarbolşevik Rusiyasının Türk-Müsəlman dövlətlərinin-xalqlarının varlığına siyasi-hərbi və ictimai-iqtisadi...baxımdan yanaşması (dövlət siyasətinin mahiyyəti-strateji istiqaməti) eynidir:

-ilk növbədə rusdilli əhalinin (Volqaboyundan, Cənubi Uraldan, Şimali Qafqazdan...köçürülən) bölgədə yerləşdirilməsi ilə iqtisadi sisteminetnodemoqrafik tərkibin idarəedilməsi;

-dövrü olaraq iqtisadi-siyasi böhran yaratmaqla mövcudluğuna zəmin yaratmaq;-yerli milli, etnogenetik...kökənliyin müxtəlifliyindən istifadə etməklə siyasi, iqtisadi birliyin yaradılmasına mane olmaqla siyasi-hərbi təsirinin artırılması;

-münaqişələr zəmnində bərabərliyə nail olunma mərhələsində regional və beynəlxalq siyasi-hərbi hadisələri bəhanə gətirməklə ziddiyətin davamlı səciyyə daşımasına nail olmaq.

Göründüyü kimi, 1916-1918-ci illərdə Türküstan diyarında ictimai-siyasi proseslərin idarəedilməsi və tənzimlənməsi sahəsində İslami Milli Şuranın və Muxtariyyət idarəetmə sisteminin fəaliyyəti ilk növbədə Rusiya dövlət nümayəndələrinin (siyasilərinin və hərbiçilərinin, eləcə də onların yerli müvəkkillərinin) müdaxiləsi nəticəsində iflic olmuşdur. Bu sahədə onlara "sadiq təəbələrin"-hay sürüsünün göstərdiyi "xidmətlər"in tarixi faktlarla təhlilinə M.Buttino tərəfindən növbəti səhifələrdə yer verilmişdir.

(ardı var)

 Qismət Yunusoğlu

Olaylar  2023.- 11-17 avqust.- S.12.