Türküstan diyarının soyqırımı-tarixi əsərlərdə...

 

hay kilsəsi sürüsünün qanlı izləri

 

Türk-Müsəlman ölkələrinin coğrafi məkan baxımından mərkəzi hissəsini, strateji cəhətcə birləşdirici mövqe tutan Orta və Mərkəzi Asiya respublikalarının (1930-cu ilədək Türküstan diyarı) kökənli Türk-Müsəlman əhalisinə qarşı rus-hay siyasi-hərbi birliyi tərəfindən 1916-1923-cü illərdə törədilən soyqırım faciələri ilə bağlı çoxsaylı tarixi-sənədli, elmi-nəzəri və ictimai-siyasi məzmunlu...əsərlər yazılmışdır- "Orta Asiyada və Qazaxıstanda 1916-cı il hərəkatı" (sənədlər toplusu); "Qırğızıstanda 1916-cı il hərəkatı. Sənədlər və materiallar

(T.R.Rıskulovun redaktorluğu ilə), Moskva ş., 1937; R.B.Mukanbetova, "1916-cı ildə Qırğızıstanda hərəkat", 2016; eləcə də T.R.Rıskulovun, Ş.N.Salamovun (Barlas), R.M.Abdullayevin, S.S.Aqzamxocayevin, İ.A.Alimovun,

K.U.Usenbayevin...əsərləri, "Uluq Türküstan" ("Böyük Türküstan) qəzetinin 1918-ci il sayları...

XIX əsrin sonlarında XX əsrin əvvəllərində Türküstan diyarının dövlət qurumlarının (Çöllər İttifaqı, Xivə Kokand xanlıqları, Buxara əmirliyi...) inzibati-ərazi vahidlərinin məhv edilərək zəbt olunması Türk-Müsəlman xalqlarının (10 milyon nəfərə qədər) etno-milli dəyərlərinin, tarixi-coğrafi köklərinin yox edilməsi əsarət altına alınması siyasətini yürüdən Rusiya dövlətinə yardımçı olan hay kilsəsinin daşnak-hay sürüsünün amansız əməlləri barədə, Türküstan diyarı qarətlərində, sonrakı mərhələdə Fərqanə, , Zərəfşan, İssık-Kul...vadilərində məskunlaşaraq idarəetmə sistemlərində yer tutmaları haqqında ayrı-ayrı dövrlərdə yazılan tarixi-sənədli əsərlər sırasında italiyalı tarixçi-tədqiqatçı, Turin Universitetinin professoru M.Buttinonun "Əksinə İnqilab" monoqrafiyası da (2003) xüsusi yer tutur.

Qeyd etmək lazımdır ki, Türküstan xalqlarına qarşı rus-hay qüvvələri tərəfindən XIX-XX əsrlərdə törədilən bütün növ (etno-milli, mənəvi, irqi, dini, ictimai-mədəni, siyasi-iqtisadi, elmi-ekoloji...) soyqırım faciələri haqqında yazılan kitabların, məqalələrin, elmi-tədqiqat əsərlərinin ümumi məzmun struktural hissəsində oxşarlıq, eynilik bəzən təkrarçılıq təəssüratı yaratsa da, əslində bu nəşrlər tarixi-xronoloji biblioqrafik sistem kimi mühüm tarixi-nəzəri dəyərə malikdir. Təbii ki, bu əsərlərdə qiymətli arxiv məlumatlarının əldə edilməsi nəticəsində fərqli yozumlara təhlillərə, həmin dövrün qiymətləndirilməsinə əsas olan bilgilər az deyil, fərqləndirici yanamalara da yer verilmişdir.

Bu baxımdan "Əksinə İnqilab" əsəri istisna deyil. 

Nəşrin kifayət qədər zəngin, Moskva Daşkənd şəhərlərində saxlanılan 1916-1930-cu illərə aid arxiv məlumatları əsasında mövzuların ("Sovet hakimiyyəti bölünür", "Daşkənd şəhərində siyasi dəyişiklik", "Hərbi əsirlərin partiyası", "Müsəlman ordusu necə olmalıdır?", "Turan", "İnqilabda inqilab"...) elmi-nəzəri tarixi hadisələrin timsalında təhlili göstərir ki, Türküstan diyarında ictimai-siyasi hadisələrin kəskin ziddiyətli səciyyə daşıması tarixi-coğrafi istiqamətin əks istiqamətə dəyişdirilməsi (kitabın "Əksinə inqilab" adlandırılması bu anlamda qəbul edilir) Rusiya dövləti ilə hay kilsəsinin müştərək məqsədləri olmuşdur. Türküstan diyarının iri şəhərləri (Daşkənd, Səmərqənd, Əndican, Namanqan, Kokand, Düşənbə...) ətrafındakı yaşayış məntəqələrinin, Qərbi Xəzər hövzəsi ərazilərinin, Çöllər bölgəsinin (müasir Qazaxıstan hüdudları) ictimai-iqtisadi siyasi-hərbi böhranı məhz rus-hay cütlüyünün birgə səyi ilə yaranmış genişlənmişdir (bu ərazilərə köçürülmüş ruslar Cənubi Uralın kazak qüvvələrinin köməkliyi olmuşdur). İlk növbədə yerli bölgə idarəetmə sistemində təxribatların yaradılması I Dünya müharibəsi cəbhəsindən gətirilmiş "Daşnakstyun" partiyasının əsgər-zabit heyəti yerli hay sürüsünün səyi ilə baş tutmuş, iqtisadi çətinliklərin miqyasının genişlənməsində rus kəndliləri, hay silahlı dəstələri kazak birləşmələri böyük rol oynamış Türk-Müsəlman siyasi hakimiyyətinin idarəedilməsi çətinləşmiş, siyasi iqtisadi böhran yaradılmışdır.

Rus-hay birliyi bölgədə yeni vüsət almış  Milli-Azadlıq hərəkatını yatırmaq üçün müxtəlif siyasi-iqtisadi vasitələrdən istifadə etmişlər (1919-cu ildə Fərqanə vadisini tutan rus hərbi qüvvələri ardınca yaşayış məntəqələrinə hücum edən "Daşnakstyun" partiyasının hay-daşnak silahlı dəstələri bütün mal-mülkü qarət edir, kütləvi yanğınlar-dağıntılar törədir, dinc əhaliyə  amansızlıqla qətliam faciələri yaşatmaqla mübarizə ruhunu idarəetmə hakimiyyətinə ümidini-inamını sarsıtmış, vadinin 600 min nəfər əhalisinin 150 min nəfərini dözülməz aclığa düçar etmişlər).

Haşiyə. 1919-cu ildə rus-hay qüvvələrinin süni yaratdıqları iqtisadi böhran nəticəsində Türküstan diyarının hər 5 nəfərindən biri aclıq keçirmiş, Fərqanə vadisi əhalisinin 30 faizi bu bəlaya düçar olmuş, Daşkənd şəhərində 38 min nəfər.

Səmərqənd vilayətinin Cizak şəhərini isə 1917-ci lldən aclıq bəlası bürümüşdür.

Ona görə "Daşkənd şəhərində siyasi dəyişiklik" mövzusunda (səhifə 292-301) qeyd olunur ki, guya artıq 1917-1919-ci illərdə Türk-Müsəlman siyasi hakimiyyəti xalq qarşısında öz etibarını itirmişdilər... Siyasi hakimiyyəti zəifləmiş İttifaq birliyini ələ keçirmək növbəti mərhələdə nəzərə tutulan hərbi-silahlı müdaxiləni (Fərqanə, , Zərəfşan...vadisində, Daşkənd, Əndican, Düşənbə...şəhərləri ətrafında) həyata keçirmək rus-hay qüvvələri tərəfindən çətin olmamışdır.

Göründüyü kimi, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyətinin Qarabağ bölgəsində Rusiya dövləti hay kilsəsinin birgə yürütdüyü mürtəce-seperatizm siyasəti eyni dəst-xətt ilə Türküstan diyarında da həyata keçirilmişdir.  

 "Hərbi əsirlərin partiyası" başlıqlı tarixi faktların təhlilində (səhifə 301-306) qeyd edilir ki, 1918-ci ildə  Kokand şəhərinin yerlə yeksan edilməsində, əhalisinin soyqırıma məruz qalmasında...I Dünya müharibəsində ələ keçirilən əsirlərlə yanaşı, "Daşnakstyun" partiyasının hay mənşəli silahlı dəstələr azğınlıq vəhşilik göstərmişdir (I Dünya müharibəsinin 2 ilində Rusiya 2 milyon nəfər əsir tutmuşdur, əksəriyyəti Türküstanda saxlanılırdı).

1916-1923-cü illərdə Mərkəzi Orta Asiyada, Şərqi Qərbi Türküstan ərazilərində rus-hay işğalçılıq siyasəti ilk növbədə həm Turan İttifaqının (Türkdilli Dövlətlərin Birliyinin) süquta uğradılmasına yönəldilmişdir.

Haqqında danışılan  kitabın 308-310-cu səhifələrini tutan "Turan" mövzusu xüsusilə diqqətçəkən faktlara əsaslanmışdır. Rusiya dövlətinin xarici işğalçılıq məqsədlərinin bir istiqaməti Turan İttifaqına yönəldiyi şübhə doğurmadığından, Türküstan diyarında 1916-1923-cü illərdə cərəyan edən siyasi-hərbi hadisələrin mahiyyətində rus-hay cütlüyünün xəbis, mürtəce, davamlı-arasıkəsilməz düşmən... niyyətlərinə  açıq-aydın faktlarla işıq salınır. Belə ki, Daşkənd şəhərində 1920-ci ilin yanvar ayında Türküstan Müsəlman Bürosunun III, Türküstan Kommunist Partiyasının V qurultayları eyni vaxtda keçirilmiş hər iki tədbir Moskva şəhərindən göndərilən radioqramlarla idarə edilmişdir, Orta Mərkəzi Asiyanın  "Turan ideyası"-Türkdilli Dövlətlərin Birliyi əvəzinə Türküstan Sovet Respublikasının yaradılması ilə əvəz olunmuşdur (Rusiya Federasiyasına daxil olmayan). Bununla da, rus-hay cütlüyü Türk-Müsəlman xalqlarının minilliklərlə tarixi yaddaşa müstəqil dövlətçilik uğrunda mücadilə amalına ünvan olan Turan İttifaqına ağır zərbə vurmuş oldular.

Qərbi Türküstan ərazisində inzibati-idarəetmə sistemində, iqtisadi-təsərrüfat sahələrində, siyasi-hərbi hüquq-təhlükəsizlik strukturlarında...möhkəmlənən, yerlənən-yataqlanan rus-hay mənşəlilər (Qırmızı Ordu "Daşnakstyun" partiyası) bu Qurultaylarda hansı mənfur qərarların qəbul edilməsinə nail olmuşlar?

-Türk xalqlarının Kommunist Partiyasının yaradılması barədə (əksəriyyəti yerli Türk-Müsəlman xalqlarından olmaq şərti ilə);

-yoxsul Türk-Müsəlman xalqlarının taleyinin proletar inqilabi mübarizəsi ilə bağlı  olması barədə;

-Türk-Müsəlman xalqlarının sosializm quruculuğuna cəlb edilməsi barədə;

-sinfi mübarizənin Türküstan Kommunist Partiyasının əsas mübarizə üsuluna (siyasi xəttinə) çevrilməsi barədə;

-Qırmızı Ordu tərkibində Türk hərbi hissələrinin yaradılması barədə...

Orta Mərkəzi Asiyada, Fərqanə vadisində yerli, kökənli xalqlara qarşı soyqırım faciələrini yaşadan rus-hay silahlı birliklərinin azğınlığı əhalinin narazılığı timsalında 1919-cu ilin aprel ayı hadisələrinin tarixi faktları əsərin "Fəranədə quldurlar kimdir?" (səhifə 312-315) "erməni hərbi hissələrinin buraxılması" (səhifə 315-318) başlıqlı bölümlərdə verilmişdir.

Tarixi hadisələrin ardıcıllığına əsasən təhlillər göstərir ki, 1919-ci ilin aprel ayında Müsəlman Bürosu Sovet hakimiyyətinin Qırmızı Ordunun "Daşnakstyun" partiyası ilə sıx ictimai-siyasi, hərbi-hüquqi...əlaqələrinin Fərqanə vadisi əhalisi üçün təhlükəli olduğundan narahatlığını bildirmiş, hakimiyyətdə yerli xalq nümayəndələrinin olmasını tələb etməklə aşağıdakı qərarların qəbul edilməsini nəzərdə tutmuşlar:

-Fərqanə vadisi hakimiyyətinin Qırmızı Ordu sıralarının təxribat törədən hay-daşnak ünsürlərindən azad olunmasını;

-milli zəmində bütün təqiblərə qarşı mübarizə elan edilməsi, iğtişaş yaradanlar barədə (hay-daşnak silahlı dəsətləri-Q.Y.) tədbirlərin görülməsini.

Çünki, Fəranə vadisində inqilabi diktaturanın silahlı qanadını "Daşnakstyun" təşkil edirdi (səhifə 315).

Amma, yuxarıda qeyd edilən tarixdə, yəni, 1920-ci ilin yanvar ayında keçirilən Ali yığıncaqda, yenə rus-hay cütlüyü qalib kimi çıxmışdır...

Bu cütlüyün siyasi-hərbi məqsədləri mənfur işğalçılq siyasəti, kökənli Türk-Müsəlman əhalisinə qarşı irqi, dini, milli-mənəvi...düşmənçilik təqibləri-təhdidləri 1920-ci ildən sonra yeni mərhələyə keçmiş, fərqli məzmun kəsb etmişdir. Türküstan diyarı dövlət qurumlarının idarəedilmə sistemində 1920-ci illərədək siyasi-hərbi təcrübə qazanmış hay-daşnak ünsürlərindən istifadə edilmişdir.

Belə ki, Qazaxıstan diyarının Kommunist təşkilatlarının katibi Qazaxıstan Kommunist Partiyasının I katibi 1933-1938-ci illərdə daşnak L.İ.Mirzəyan (1897-1939, həm , 1926-1929-cu illərdə Azərbaycan KP MK-nın I katibi) olub. yaxud, Tacikistan KP-nın I katibi 1935-1937-ci illərdə hay mənşəli S.K.Şadunts (1898-1938) idi...1920-ci illərdə Türküstan diyarında "erməni" Mərkəzi Bürosu yaradılmışdır...

 "Əksinə İnqilab" kitabında faciəvi tarixi hadisələrin mərkəzi kimi adı çəkilən Daşkənd, Səmərqənd, Kokand, Əndican, Buxara şəhərlərində 1970-ci illərdə 50 mindən çox "erməni" yaşayıb, 2006-cı ildən etibarən Özbəkistan Respublikasının hay mənşəliləri fransalı müğənni, daşnak Ş.V.Aznavuryanın (1924-2018, "ermənistanın milli qəhrəmanı")  tövsiyəsi ilə "Depi Apaqa" ("Gələcəyə doğru") jurnalını nəşr etdirirlər...

1920-ci ildən sonra Türküstan diyarında məskunlaşmada, çoxsaylı icma halında geniş sıx şəbəkənin yaradılmasında hay kilsəsinin hay sürüsünün əsas məqsədi Türk-Müsəlman xalqlarının birliyinin sarsıdılması, milli-mənəvi irs dəyərlərinin azaldılması, siyasi-ictimai fəaliyyət sahələrinin "beynəlmiləlləşdirilməsi", tarixi keçmiş hadisələrinin unudulması...istiqamətində düşmən niyyətlərinin həyata keçirilməsidir. Sanki, yaxın keçmişdə, 1916-1923-cü illərdə, M.Buttinonun yazdığı kimi "Daşnakstyun" partiyasının üzvlərinin "erməni" hərbi birləşmələrinin Türküstanda törətdikləri qanlı əməllər olmamış, bir yuxu kimi gəlib keçmiş bu quldur dəstələrin (hayların) Orta Mərkəzi Asiyadan qovulması faktı isə tamam yaddan çıxmışdır...

 

(ardı var)

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2023.- 25-31 avqust.- S.12.