Qoy torpaq sevinsin ki...

 

O gün bütün dünyanın informasiya məkanını Ulu Öndər "zəbt etmişdi"

 

Ümummilli Lider  Heydər  Əliyevin  Anım gününə sözardı

 

Bu, 20 il əvvəlin 12 dekabr günü idi.  O gün Azərbaycan xalqının seçilən oğlu  Heydər Əliyev canı qədər sevdiyi xalqına "əlvida" deyərək əbədiyyətə qovuşdu. 2003-cü il dekabrin 12-i  xalq üçün çox ağır, üzücü, yandırıcı bir gün idi. Həmin şaxtalı dekabr günlərində insanlar Heydər Əliyevin ölümünü sakit qarşılaya bilmədilər. "Ölüm" sözü ilə Heydər Əliyev adı qoşa çəkilsə , onun adı yüz-yüz, min-min ölümdən güclü idi. bu güc hələ   qüvvəsini itiriməyib. Abidəsi qoyulmamışdan əvvəl öz millətinin qəlbində heykəlləşən şəxsiyyətin adına xalq "ölüm" sözünü yaraşdıra bilmirdi. Qurub-yaradan, tikib-ucaldan, xalqının yolunda ürəyini məşələ çevirən, ömrünü şam kimi gilə-gilə əridib Vətən torpağına səpələyən bu böyük  insanın ölümünü xalq ağrı ilə qarşıladı. Amma dəyişən cismi idi,  Ulu Öndərin ruhu illərdi aramızdadı. Bu xalq yaşadıqca Onun da ruhu yaşayacaq.

Ümummilli liderimiz xalqın əbədi sevgisinə layiq olduğunu 2003-cü il dekabrın 15-  bir daha sübut etdi. Həmin gün bütün Azərbaycan, dünyada yaşayan soydaşlarımız milyonlarla heydərsevər göz yaşları içində Böyük Öndərini son mənzilə yola saldı. Dünyanın bir çox hökumət dövlət  rəhbərləri, tanınmış  siyasətçilər şəxsiyyətlər dünya siyasətinə öz möhürünü vurmuş  nəhəng dövlət xadimi ilə vidalaşmaq üçün Azərbaycan paytaxtına gəlmişdilər. Ən məşhur kütləvi informasiya vasitələrinin yüzlərlə nümayəndəsi nəhəng siyasətçinin dəfn mərasimindən xəbərlər reportajlar yaymaq üçün Bakıda qərar tutmuşdular. Bu, o demək idi ki, həmin gün bütün dünyanın informasiya məkanını Heydər Əliyev "zəbt etmişdi". Bu "zəbt"in qaynağı Heydər Əliyevin nəhəng  siyasətçi praqmatik dövlət xadimi olması idi...

Heydər Əliyev sağlığında da həmişə qələbə çaldı, ölümü ilə qalib oldu. Xəstə olarkən oğlu İlham Əliyevi siyasi varis kimi meydana çıxara bildi. O, Haqq Dünyasına qovuşarkən dünyanın nəzərini Azərbaycana çəkdi. Bu, mərhum Azərbaycan liderinin Azərbaycan xalqı, həm yeni seçilmiş prezidenti, onun siyasi varisi İlham Əliyev qarşısında daha bir xidməti oldu. Ona görə heç kim Heydər Əliyevin tarixi şəxsiyyət kimi tarixdə qalacağına şübhə etməsin. O, həyatı heç bir təsadüflərdən asılı olmayan, ömrü mübarizə qələbələrdən, ən xoşbəxt dəqiqələr sonsuz kədərdən keçən, lakin bütün acılara, əzablara, məhrumiyyətlərə rəğmən öz məramına ucalan tarixi şəxsiyyətlərdəndir.

Ulu Öndər hər  kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıbdır. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat fəaliyyəti doğma xalqına torpağa məhəbbət, sədaqət meyarı olub. Heydər Əliyevin sarsılmaz polad iradəsi qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz Heydər Əliyev müasir müstəqil Azərbaycanın arxitekturasını vermiş, milli dövlətçiliyimizin ideya təməlini qoymuşdur. Müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında müstəsna rolu misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır.

 

                              "Görən torpaq bilirmi qoynunda Heydər yatır"?!

 

Dahi şəxsiyyətin  ölümündən 20 il keçir. Lakin ötən bu 20 ildə  o heç bir zaman yaddaşlardan silinmədi, zaman-zaman anıldı, adı təkrarlandı. Bu xalqa bəxş etdiyi düşüncə azadlığını  millətin zəkalı, savadlı  şəxsiyyətləri, eləcə sadə insanları hələ bundan sonra da dövlətimizin dil uzunluğu,  mədəni sərvəti kimi qoruyub saxlayacaq. O bu millətin əbədi sərvəti, əbədi xəzinəsi, əbədi qazancı idi. Bunu bir daha onun millətə, dövlətə 30 ildən çox  müddət ərzində xidməti ilə Azərbaycanı dünyada ucaltması 2003-cü ilin dekabrında bir günlük dəfn karvanı, həmçinin 40 günlük ardı-arası kəsilməyən yas mərasimləri sübut etdi. Həmin günlərdə Heydər Əliyev öz xalqını, millətini yenidən qaldırdı, onu yenidən dünyanın ən mötəbər, ən möhtəşəm  milləti sırasına çıxardı. Xalqın öz liderinə, liderin öz xalqına olan  sevgisinin məntiqi nəticəsi idi ki, insan axınının sayı-sanbalı, həcmi-ölçüsü, ləngəri-axarı heç bir fikrə, heç bir cümləyə sığışmayan möcüzə yaratmışdı.

Aleksandr Puşkin  "Heykəl" şeirində yazır: "Mən özüm özümə heykəl ucaltmışam. O heykələ gedən yolda heç vaxt  ot bitməyəcək". Bu fikri Heydər  Əliyevə şamil etmək olar. Ulu Öndərin dünyasını dəyişdiyi vaxtdan  bu günə kimi Fəxri Xiyabandakı məzarını ziyarət edənlərin ardı-arası kəsilmir. Qarşıdakı illərdə belə olacaq.  Onun məzarına-qəbrüstü abidəsinə uzanan yolda heç vaxt ot bitməyəcək. Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə yurd salmaq heç bütün dövlət rəhbərlərinə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları gələcəyə gedən yollarımızı hələ uzun illər işıqlandıracaq.

Heydər Əliyevin  uyuduğu  Fəxri Xiyaban 20 ildir bu xalqın daha çox fəxr yeri, qürur ünvanı, mənəvi ziyarətgahıdır. Hər il dekabrın 12-15-də bu yerə insan axınının ardı-arası kəsilmir. Azərbaycan xalqı öz ümummilli liderinə, xilaskarına dərin ehtiramını ifadə etmək üçün axın edir. 2003-cü ilin dekabrında mərhum  xalq  şairi  Zəlimxan Yaqub yazırdı:

 

Bu da Fəxri Xiyaban-son mənzil, son düşərgə

Ziyarətin adı bir, zəvvarı cərgə-cərgə.

Gedir insan axını, güllə, çiçəklə birgə.

Tarixə şöhrət olan bir ər oğlu ər yatır,

Görən torpaq bilirmi qoynunda Heydər yatır?

 

                                      "Mən ona özüm qədər inanıram"

 

Dahilərin doğum günü bəlli olsa da, ölüm günləri məlum olmur. Dahilik təkcə nəsə ixtira edib, nəyisə kəşf etmək, yaxud da bəşəriyyət üçün gərəkli olanı yazıb-yaratmaq deyil ki?! Ən böyük dahi milləti, xalqı üçün, qoynunda doğulub, uyuduğu torpağı üçün təmənnasız xidmət edəndir. Dahilik həm gözlərini geniş açaraq yer üzündəki bütün olan-qalan gözəlliyi su kimi içmək, dünyaya heyrət, təəccüb maraq dolu baxışlarla baxmaq, nəyicə dəyişmək gücünə malik olmaq, haradan gəldiyini, hara getdiyini bilmək, kim, nəçi olduğunu unutmaq, sevdiklərini təmənnasız olaraq qucaqlayıb bağrına basmaq, ürəyinə yerləşdirməyi bacarmaqdır. Dahilik bütöv bir xalqın xoşbəxtlik işığını yandırmaqdır, bir millətin yolunda şam kimi əriməkdir, dövlət qurmaq, dövləytçiliyi qorumaqdır. Şübhəsiz, Ulu Öndər bu parametrlərin daşıyıcısı idi. Dahilik memarı olduğu dövləti xalqını onu sevən, dövlətini möhkəmləndirməyəi bacaran ikinci bir şəxsə əmanət etməkdir. Heydər Əliyev ömrü dahilik tərəzisində ağır gələn tərəfdir. Bunu özünün ən böyük əsəri olan müstəqil Azərbaycanı özünün siyasi varisi davamçısı olan İlham Əliyevə əmanət etməsi təsdiq edir. 2003-cü il oktyabrın 1-   xalqa etdiyi müraciətin, daha doğrusu, vəsiyyətin doğrudan da dahi bir addım olduğunu Azəbaycan xalqı gördü.

Ömrünün son günlərində imza atdığı  müraciətdə Ulu Öndər siyasi varisi  haqqında çox böyük  əminliklə, inamla  fikir söyləmişdi. Sanki 20 ildən sonrakı  güclü Azərbaycanı əvvəlcədən görə bilmiş, İlham Əliyevin Azərbaycanı işğaldan tam azad edəcəyini, köçkün düşmüş Qarabağ sakinlərinin doğma yurda dönüşünü təmin edəcəyini, Böyük Qayıdış planının qüsursuzluğunu Ali Baş Komandan kimi Azərbaycan xalqının sevimlisinə  çevriləcəyini fəhmlə kəsdirmişdi. Bəlkə məhz həmin duyğular Ulu Öndərə bu sözləri diktə etmişdi: " Üzümü  sizə-həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin 1-ci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram.  O, yüksək intellektli, praqmatik düşüncəli,  müasir dünya siyasətini iqtisadiyyatını gözəl bilən, enerjili təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı xalqımızın firəvanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram gələcəyinə böyük ümidlər bəsləyirəm".

 

                                         Əmanətə xəyanət olunmadı

 

Ulu Öndərin can parçası davamçısı Prezident İlham Əliyev əmanətə xəyanət etmədi, atasının ümidlərini doğrultdu, vəsiyyətinə əməl etdi, əmanət götürdüyü Azərbaycanı 30 illik işğaldan azad etdi. Üç on il yurd-yuva həsrətindən kor olmuş gözlərə nur verdi, evsizlik ağrısını sağaltdı, 1 milyon insana vurulmuş "köçkün" damğasını sildi. Əminəm ki, üç il əvvəl Vətən müharibəsində qazanılmış Zəfərin sevincini  Şəhidlər Xiyabanında dayanıb Azərbaycan xalqı ilə bölüşən İlham Əliyev "xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim"  deyəndə Ulu Öndərin ruhu şad oldu.

O insan xoşbəxtdir ki, dünyasını dəyişəndən sonra da müəyyən bir müddət bu dünyada "yaşayır". Yəni, ən azı, onun doğmaları əzizləri xatirəsini yaddaşlarından uzun müddət silmir, adını unutmurlar. Heydər Əliyev  Azərbaycan xalqının yaddaşına öz ideyaları, siyasi gücü iradəsi, möhkəm qətiyyəti mənəviyyat ucalığı ilə əbədi hoparaq yaşayır. Onu yaddaşlardan silmək sadəcə, mümkün deyil. Bu gün Ulu Öndər cismani olaraq həyatda yoxdur. 20 ildir onu sevənlər Ulu Öndərin yoxluğunun kədər yükünü çiyinlərində daşıyırlar. Lakin bu "yük" digər yüklərdən fərqli olaraq bir kimsəni incitmir. Çünki hər Azərbaycan türkünün içindəki Ulu Öndər  işığı onun əlindən tutaraq  gələcəyə aparır. Bu gün içimizdə xoşbəxt bir işıq yanır o, heç zaman sönməyəcək. Xoşbəxtik ona görə ki, Heydər Əliyevlə bir zəmanədə yaşamış, onunla bir əsrdə doğulmuş, bu qurucu dövlət başçısının dövlətçilik ənənələrinin şahidi olmuşuq...

 

Züleyxa NADİR

 

Olaylar.- 2023.- 15-21 dekabr, ¹46.- S.12.