Hər daşı, torpağı tarix olan məmləkət
Qardaş Türkiyənin də Azərbaycanda
olduğu kimi hər
daşı, hər torpağı, hər addımı tarixi-mədəni
abidə, hər bir məkanı potensial turizm mənbəyidir.
Məhz bu iki amilin birgə vəhdət təşkil etməsi
Türkiyəyə turizm
axınını hər ötən il bir qədər də artırır. Elə Dünya Turizm Təşkilatının
2022-ci ilin yekunları ilə bağlı
açıqladığı rəqəmlər də dediklərimizi
təsdiqləyir. Hesabatdan aydın olur ki,
Türkiyə Cümhuriyyəti turist qəbuluna
görə, əvvəlki illərdən fərqli olaraq bir neçə pillə
irəliləyib. Əgər 2019-cu ildə Türkiyə turist qəbuluna görə, ümumi
sıralamada 6-cı yerdə idisə, keçın ilin yekun nəticələrinə
görə, qardaş ölkə reytinq cədvəlində 3-cü yeri bölüşüb.
Türkiyə bu göstəricisinə
görə, İspaniya və Fransadan sonra üçüncü yeri
bölüşdürməklə Birləşmiş Ştatlar və İtaliyanı üstələyib.
Türkiyənin turizm sektorunda əldə etdiyi uğurlar təbii ki, bu ölkənin turizm sahəsinə göstərdiyi diqqət və qayğıdan, turizmin inkişafı məqsədilə atdığı addımlardan irəli gəlir. Təkcə turizmin inkişafı məqsədilə infrastrukturun yaradılması, ölkəyə gələn turistlərə yüksək ehtiramın, diqqətin göstərilməsi bu məsələdə əsas rol oynamır, həmçinin Türkiyənin ictimai-siyasi baxımdan sabit bir dövlət olması da bu ölkəyə turist axınını şərtləndirən amillərdəndir.
Eyni zamanda yuxarıda da qeyd etdiyimiz kimi zəngin tarixi-mədəni abidələrə malik olması, bu abidələrin dövlət səviyyəsində mükəmməl şəkildə qorunması da turistləri Türkiyə üçün cəlbedici ölkələrdən biri edir. Biz də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin layihəsi çərçivəsində qardaş ölkədə bir neçə günlük səfər zamanı bunun əyani şahidinə çevrildik.
Dəfinə
axtaranların tapdığı qədim yaşayış məskəni
Özbəkistandan olan həmkarlarımızla birlikdə baş tutan səfər çərçivəsində növbəti dayanacağımız Karabük şəhəri idi. Daha doğrusu buradakı Hadrianoupolis qədim kəndi. Məlumat üçün qeyd edək ki, Hadrianoupolis qədim kəndi Karabük şəhərinin Eskipazar qəsəbəsinin 3 kilometr qərbində yerləşir. Qədim şəhər qalıqları 2000-ci illərin əvvəllərində dəfinə axtaranların ərazidə apardıqları qazıntılar zamanı üzə çıxıb. Bundan xəbər tutan Türkiyə Tarix Qurumu qısa zamanda müvafiq qurumlar qarşısında məsələ qaldıraraq ərazidə arxeoloji qazıntılara başlayıblar. Bu günə qədər davam edən qazıntılar nəticəsində Hadrianoupolis qədim kəndinə aid olan ayrı-ayrı yaşayış obyektləri, ibadət məkanları, eləcə də qədim hamam və digər tarixi abidələr üzə çıxıb. Türkiyə Tarix Qurumunun ərazidə qazıntı və təmir-bərpa işləri aparan nümayəndələrinin verdiyi məlumata görə, qısa müddətdə bu qədim yaşayış məskəni turistlərin ziyarət məkanına çevrilib. Xüsusilə, xarici turistlər Türkiyəyə gələrkən bu qədim yaşayış məskənini də ziyarət etməyə üstünlük verirlər.
Hadrianoupolis qədim kəndinin yerli və xarici turistlər üçün maraq kəsb etdiyini nəzərə alan Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi paytaxt Ankara, eləcə də turistlərin əsas üz tutduğu İstanbuldan əraziyə getməyin daha da asanlaşdırılması üçün hökumət qarşısında məsələ qaldırıb. Nəticədə Hadrianoupolis qədim kəndinə turistlərin daha rahat şəkildə gedişini təmin etmək məqsədilə qatar xəttinin çəkilməsi nəzərdə tutulub. Onu da qeyd etmək yerinə düşər ki, sözügedən xətt yalnız adı çəkilən qədim yaşayış məskəni üçün xarakterik olmayacaq. Marşrut elə seçilib ki, Hadrianoupolis qədim kəndinə qədər olan məsafədə yerləşən digər tarixi-mədəni abidələri də turistlər ziyarət etmək imkanı əldə edəcəklər.
Lokumu ilə məşhur Safranbolu
UNESKO-nun Ümumdünya irsi siyahısına daxil olan Safranbolu öz sakit həyat tərzi, eyni zamanda mehriban və səmimi insanları ilə seçilir. Bir növ Şəkinin küçələrini xatırladan Safranbolunun elə bizim Şəkiyə oxşar cəhətləri də çoxdur. İlk növbədə Safranbolu da Şəki kimi şirniyyatı ilə tanınır. Şəki halvası və paxlavası ilə məşhur olduğu kimi, Safranbolu da lokumu ilə Türkiyədə tanınıb. Nəinki Türkiyə, hətta Türkiyədən kənarda da Safranbolu lokumuna tələbat var və dünyanın bir çox ölkələrinin bazarlarında Safranbolu lokumuna rast gəlmək mümkündür.
Safranbolunu Şəkiylə oxşar edən cəhətlərdən biri də tarixilik, qədimliyin qorunub saxlanmasıdır. Burada da tarixi binalar, hətta yaşayış binaları belə öz qədimliyini qoruyub saxlayıb, onlara kənar müdaxilələrə icazə verilməyib. Elə bu cəhətin özü Safranbolunun UNESKO-nun Ümumdünya İrsi siyahısına salınmasına səbəb olan amillərdəndir.
Məlumat üçün qeyd edək ki, Safranbolu Karabük vilayətinin turistlik qədim şəhəridir. Ankaranın 231 kilometr şimalında və Qara Dənizin 90 kilometr cənubunda yerləşir. Karabük mahalının mərkəzindən isə 8 kilometr şimalda yerləşir. Safranbolu şəhər mərkəzi və Karabük vilayət mərkəzi bir-birinə yaxındır.
Ev nümunələrinə "Beybazarı", "Göynük", "Daraqlı", "Odunbazarı" və "Osmaneli" kimi Türkiyənin bir çox yerində rast gəlinən klassik Osmanlı şəhər memarlığını əks etdirən tarixi Safranbolu evləri ilə məşhur olan şəhər, bu özəlliyi sayəsində 1994-cü il dekabr ayının 17 tarixindən bəri Türkiyədə "Dünya İrs Siyahısı"nda yer alan 9 mədəni irsdən biridir və turistlərin marağını çəkməkdədir. Safranbolun adı bölgədə yetişən və nadir bitki olan "safran" bitkisindən götürülüb.
Tarix boyunca inzibati və ticarət mərkəzi olan şəhər
Safranbolu coğrafi mövqeyinə görə tarix boyunca inzibati və ticarət mərkəzi olub. Şəhər Osmanlı zamanında XVII əsrdə İstanbul-Sinop yolu üzərində olması səbəbindən tarixdəki ən mühüm dövrünü yaşamışdır.
Qara dəniz bölgəsində yerləşən Safranbolu rayon mərkəzindən 8 kilometr və dənizə 65 kilometr məsafədə yerləşir. Rayon, Karabük (Mərkəz, Ovacıq və Eflani), Baronet (millət) və Kastamonu (Araç) rayonları ilə əhatə olunmuşdur.
Böyük hissəsi meşə olan və ərazisi 1.013 km² olan şəhər coğrafi baxımdan kələ-kötür bir bölgədədir. Şəhərin ən aşağı nöqtəsi dəniz səviyyəsindən 300 metr, ən yüksək nöqtəsi isə 1,750 metr olan Sarı Çiçək Təpəsidir. Şəhər mərkəzində isə ən alçaq nöqtə 400 metr və ən yüksək nöqtə 600 metr yaxınlığında olub, orta hesabla yüksəkliyi 500 metrə qədərdir.
Rayondan keçən önəmli axar sulardan Araç çayı, Soğanlı çayı və Ovacuma dərəsinin yanında su miqdarı az olan və böyük yarğanlar əmələ gətirən çoxsaylı balaca çuxurlar var. Dərin və uzun yarğanların yanında, böyük mağaralar və dağ yamaclarında yerləşən mağara ağızlarından çıxan böyük miqyaslı sular var. Tokatlı (gümüş), Akçasu və Bulaq dərələri üç ayrı yarğan yaradaraq şəhərdən keçib Araç çayına qarışırlar. Araç çayı isə Soğanlı çayı ilə birləşir və Filyos çayından Qara dənizə çatır.
Safranboluda Uluyaylaq və Sarıçiçek olmaq üzrə iki yaylaq yerləşir. Şəhərə 50 kilometr məsafədə yerləşən, 280 hektar və 7 kilometr məsafədəki Uluyaylağın ortasında bir sədd və içində yeraltı çay olan bir mağara var. Safranboluya 8 kilometr məsafədə olan Sarıçiçek yaylağında isə düşərgə qurub, dağçılıqla məşğul olurlar.[ Həmçinin şəhərdə yarğanlar və mağaralar yerləşir.
Yarğanlar qrupunda Sakaralan (Yacı) yarğanı Safranbolu Turizminə və təbiətsevərlərə verilmişdir. Uzunluğu 2.725 m olan Bulaq (Mencilis) mağarasının iki girişi var və 350 metrlik hissəsi işıqlandırılmışdır. Üfüqi inkişaf etmiş və fosil Mişar mağarasının böyük bir girişi var. Ağzıkara mağarası isə sarkıt və stalaqmitlər ilə diqqəti cəlb edir. Konarı kəndində yerləşən Yarasa İni və Karabükdə 100 İl Məhəlləsində yerləşən 100 il Mağarası daxil olmaqla 1000 metrlik sahəsi olan Sepeleoloji Cəmiyyətinin ölçmələri də xidmətə girəcək. Qeyd edək ki, 100 İl Məhəlləsi Su batan və Çıxan mövqedə təbii proses olaraq bağ sahəsi içindədir.
Qara dəniz və İç Anadolu iqlimləri arasında olan Safranboluda yay isti, qış soyuq, yaz isə ilıq və sərin keçir. Yaz və payız olduqca uzundur. Xüsusən son illərdə yay ayları quraq keçməyə başlamışdır, yağışlar yaz, payız və qış aylarında olur. İllik yağmur miqdarı orta hesabla 500 mm, rütubət nisbəti isə 60% həcmindədir. İldə orta hesabla 35 gün qar yağışı olur.
Süleyman İsmayılbəyli
Olaylar.- 2023.-3-9 fevral.- S.23.