Hay-daşnak
quldurlarının rus nəşrlərində
“qəhrəmanlıq”
izləri və ya hay
kilsəsinin mürtəce ilişgiləri...
Poruçik A.N.Kolmakovun "Erməni
rotasının tarixi" əsəri hay-daşnak qatili
A.Ozanyanın "qəhrəman" kimi ("Sasunlu Andranik" adı ilə)
tərənnümünə həsr
edildiyindən (88 səhifə) K.Vartanyan onu hay dilinə
çevirərək 2014-cü ildə 400 nüsxə ilə
İrəvan şəhərində nəşr etdirmişdir.
Rus mətbuatında bu ruhda başqa bir yazı da publisist və
texnika elmləri namizədi, Rusiya Yazıçılar
İttifaqının üzvü V.Y.Şambarovun (1956) "General Sasunlu Andronik Qafqaz
uğrunda döyüşlərdə" məqaləsi isə
"Tarix elmləri" jurnalının 2006-cı il tarixli
1-ci sayında çap edilmişdir.
Çar
Rusiyası ordusunda poruçik-hərbi zabit rütbəsi olmaqla, indiki dövrdə
leytnant çininə uyğun gəlir. Hərbi-taktiki
heyət olaraq (80-225 nəfər) rota, yəni bölük,
nisbətən çoxsaylı (300-1300 nəfər) hərbi
birliyə-tabora (batalyona) daxil olmaqla əlverişsiz relyef-iqlim
şəraitində daha çevik, əlverişsiz şəraitdə
hərbi əməliyyatların aparılmasında əsas
qüvvə kimi qiymətləndirilir. Rusiya ordusunun zabiti A.N.Kolmakov I
Dünya müharibəsi zamanı çar ordusunun Qafqaz cəbhəsində
Osmanlı Türkiyəsinə qarşı döyüşlərdə,
eləcə də Naxçıvanda, Zəngəzurda,
Qarabağda... məhz "erməni
bölüyü-taboru"nda iştirak etdiyindən
A.Ozanyanın bütün hərbi əməliyyatalrının
iştirakçısı-müşahidəçisi və
onun "qəhrəman"lığının şahidi
olmuş, o dövrdə Bakı şəhərində rus
dilində nəşr edilən "Bizim zaman" qəzetində
"Tarixi erməni rotası" başlıqlı məqalələrini
çap etdirmişdir (12-19-23-02, 25-04...1919-cu il tarixli 34,39,
43...175 nömrəli buraxılışlarda).
Buna
görə də başqa hay yazarları da onun müharibə
qeydlərini "erməni" oxucularına
çatdırmağı özlərinin mənəvi borcu
saymış (V.A.Mikayılyan, A.A.Zəkəriyan
"Poruçik A.Kolmakov Andronikin 1918-ci il fəaliyyəti
haqqında"- "İctimai elmlər xəbərləri"
jurnalı, ¹1, 1988, səh.62), təkrar nəşrləri
çoxalmışdır.
Sənədli-tarixi oçerk janrında qələmə
alınan bu əsər tarixi faktlar əsasında hay sevgisini izhar
etsə də, əslində dinsiz və milli terror qüvvələrinin
himayəçisi (yuvası) olan hay kilsəsinin XIX əsrin
sonlarında və XX əsrin əvvəllərində həyata
keçirdiyi hərbi-siyasi fəaliyyətə işıq
salmaqla, ilk növbədə bu təşkilatın
Türk-Müsəlman xalqlarının əsas və qorxulu
düşməni olduğunu bir daha sübut etnmişdir. Belə ki, 1911-ci ildə hay
kilsəsinin baş keşişi olmuş V Qevorq Surenyantsın
(1847-1930) Moskva, Petroqrad, Tiflis, İrəvan və Gümrü
şəhərlərində silahlı dəstələrinin
olduğu, bu qüvvələr tərəfindən 1904-1920-ci
illər ərzində Cənubi Qafqazda Türk-Müsəlman əhalisinə
qarşı soyqırım cinayətlərinin törədilməsi
fikrimizə bir daha yetərli sübutdur.
Və
yaxud, Gürcüstan yeparxiyasının yepiskopu Mesrop
Ter-Movsesyan (1865-1939) Qafqaz
canişini İ.İ.Vorontsov-Daşkovla (1837-1916, Abşeron
yarımadasında 10 neft yatağı olub) 27 aprel 1913-cü
ildə görüşərkən (bu mərasimdə Tiflis
şəhər valisi A.İ.Xatisyan (1874-1945, 1916-cı ilin
dekabr ayında Moskva şəhərində saray
çevrilişinin və II Nikolayın devrilməsi
planının müzakirəsində iştirak etmişdir),
Qafqaz "erməni" Xeyriyyə
Cəmiyyətinin (?) sədri S.S.Arutyunyan (1861-1941,
1918-1919-cu illərdə "Ermənistan
Respublikası"nın ədliyyə naziri olub),
"Mişak" ("Zəhmətkeş") qəzetinin
redaktoru A.A.Kələntər və Rusiya Dövlət
Dumasının deputatı M.İ.Papacanov (1869-1929, Bakı,
Yelizavetpol və İrəvan quberniyalarından IV
çağırış seçilib, "Daşnakstyun"
üzvü) iştirak etmişlər) ondan xahiş etmişdir
ki, Osmanlı Türkiyəsinə arxadan zərbə vurmaq
üçün və çar Rusiyasının maraqlarına
uyğun gəldiyindən "erməni" dəstələrinin
silah-sursatla, hərbi ləvazimatla təchizatı təmin
edilsin. Məhz bu razılıqdan sonra, Rusiya Dövlət
Nazirlər Soveti 23 iyul 1914-cü il tarixli qərar qəbul
etmiş, çar ordusuna əlavə könüllülərin
qəbul edilməsini rəsmiləşdirərək Qafqaz
Ordusu tərkibində "erməni" Milli Bürosunun fəxri
sədri M.Ter-Movsesyanın xeyir-duası ilə "erməni"
silahlı-nizami dəstələrinin yaradılması həyata
keçirilmişdir. Həmin tarixdən iki gün sonra, yəni
25 iyul 1914-cü ildə Ü(İ)çmüəzzin şəhərində
hay kilsəsinin Dəftərxana Şurasının
iclasında məxfiliyi qorunmaqla qərara
alınmışdır ki, Dünya müharibəsinin
başlanılması, Rusiya və Türkiyə dövlətlərinin
əks cəbhələrdə qarşılaşması
qaçılmazdır, bunun üçün hərbi qüvvələr
çar II Nikolaya (1868-1918) sədaqətlərini nümayiş
etdirmək üçün tarixi missiyanı yeruinə yetirməyə
hazır olmalıdır...
Bu
baxımdan hay quldurlarının "xalq qəhrəmanı"
adı altında təbliğ edilməsi də Rusiya mətbuatında hay
kilsəsinin mürtəce siyasətinin tərkib hissəsi
kimi davam etdirtilir. Çünki, dinsiz hay kilsəsi terror fəaliyyətini
pərdələmək məqsədi ilə "xalq qəhrəmanları"nın
geniş təbliğatını aparmaqla özünü bir
növ kənarda (gizli) saxlamağa nail olmuşdur.Yəni,
bütün dövrlərdə hay sürüsünün hərbi
əməliyyatlarının əsas Baş qərargahı
Ü(İ)çmüəzzin şəhərində yerləşsə
də, rəhbərliyi baş hay keşişləri etsələr
də, tərənnüm ediləndə "xalq qəhrəmanları"
önə çəkilir.
Rusiyalı uşaq yazıçısı S.A.Maxotin isə
(1953) digər hay qəsbkarını "xalq qəhramanı"
kimi nağıl-dastan dilinə çevirərək balaca
oxuculara sevdirməyə çalışmışdır
("Sasunlu Davud, erməni eposu Sergey Maxotinin təsvirində",
Sankt-Peterburq şəhəri, 2022).
Bu nəşrlərdə
qatil-daşnak quldurlarının hərbi təcavüzləri
isə riyakar hay xislətinə və həyasızlığına
uyğun olaraq yozulmaqla, əsil həqiqətlərin yalanlanmasına
yol verilir. Belə ki, müəllif
qeyd edir ki, 1918-ci ilin may-iyun aylarında A.Ozanyan Araz
çayını keçib Zəngəzur qəzasına getmək
üçün Yaycı kənd sakinlərindən təhlükəsizliklərinə
zəmanət verdiyi halda, onlar müqavimət göstərmiş
və haqq tələb etmişlər. Həqiqətdə isə,
Cənubi Azərbaycanın Xoy şəhərində
Osmanlı Türkiyəsi ordusuna məğlub olan A.Ozanyan
şimala çəkilməyə məcbur olmuş,
Naxçıvan qəzasını ələ keçirmək
üçün azğınlaşmış dəstələri
ilə Culfa nahiyəsinə daxil olaraq Aza, Duylun, Yaycı, Dizə...kəndlərində
(Gilançay və Əlincəçay hövzələrində)
dinc sakinləri amansızlıqla qətlə yetirmiş, faciəvi
soyqırım qətliamı törətmiş, Sirab kəndinin
3 məscidinə sığınmış 1000 nəfərdən
çox kənd sakini diri-diri yandırmışdır.
Ümumiyyətlə, 1918-1920-ci illərdə Naxçıvan
mahalının 120 min nəfər əhalisinin 73 min 727 nəfəri
quldur-daşnak A.Ozanyanın soyqırım qurbanı
olmuşdur.
Türk-Müsəlman
əhalisinin qanına susayan A.Ozanyanın Naxçıvan, Zəngəzur,
Qarabağ qəzalarında, Gümrü nahiyəsində
apardığı hərbi əməliyyatların tərənnümü
barədə A.Kolmakov Tiflis şəhərində
çıxan "Əmək bayrağı" (07 dekabr
1918-ci il tarixli, 148 sayl) və "Qafqaz
sözü" (12 dekabr 1918-ci il tarixli, 269 saylı) qəzetlərində
də məqalələrlə çıxış
etmişdir.
Poruçik
A.Kolmakov "Erməni rotasının tarixi" əsərinin
giriş hissəsində məlumat verir ki, I Dünya
müharibəsinin ilk ilində (1914-cü il) Osmanlı
Türkiyəsi ordusunun hay mənşəli əsgər-zabit
heyəti xainçəsinə çar ordusuna tərəf
keçməklə, bütün hərbi sirrləri
çatdırmaqla yanaşı, həm də Osmanlı
dövlətinə qarşı döyüşməyə
razı (hazır) olduqları halda, hakimiyyət nədənsə
onları arxa cəbhəyə, uzaq Sibirə və ya Ural
hövzəsinə göndərməyi üstün
tutmuşdur. Hakimiyyət xəyanətkar və satqın hay
kilsəsinin və hay sürüsünün xislətinə bələd
olduğu üçün könüllü olaraq cəbhənin
Qafqaz tərəfinə keçənləri "hərbi əsirlər"
adı altında ağır və dözülməz katorqa həyatı
yaşatsa da (1914-1917-ci illərdə), mürtəce
V.Lenin-S.Şaumyan-A.Ozanyan üçlüyü onları xilas
edərək Azərbaycan Xalq Cumhuriyyətinə qarşı
nizami-silahlı birləşmələr kimi Naxçıvan,
Qərbi Azərbaycan, Qarabağ və Xəzərsahili
bölgələrə (Quba, Şamaxı, Salyan, Lənkəran)
göndərmiş, yerli Türk-Müsəlman xalqlarına
qarşı XX əsrin soyqırım faciələrini
yaşatmışlar.
Hay-daşnak
qulduru ilə bilavasitə təmasda olan A.Kolmakov həmin
dövrün təbəddülatlarını, ağır
istimai-siyasi şəraitini və Cənubi Qafqazda hərbi cəbhə-döyüş
hadisələrini şərh etməklə (təbii ki, hay
sürüsünə olan yanğısından dolayı) həm
dinsiz hay kilsəsinin, həm də daşnak-hay
quldurlarının və yeni yaranmış Sovet Rusiyası
hökumətinin Dövlətimizə və Xalqımıza
qarşı düşmənçiliyini
işıqlandırmış, ibtidai insan-hay
sürüsünün dəyişməz xislətini (xəyanətini,
satqınlığını,
etibarsızlığını, riyakarlığını...)
bir daha 1914-1918-ci illərin şərhı əsasında
açıb göstərmişdir. Belə ki, Rusiya Xalq Komisarları Sovetinin sədri
V.Ulyanovun (Lenin), Milli Məsələlər
üzrə Xalq Komissarı İ.Cuqaşvilinin (Stalin) və
hökumətin İşlər müdiri
V.D.Bonç-Brueviçin (1873-1955) imzaladıqları 29 dekabr
1917-ci il taixli (yeni tarixlə 11 yanvar 1918-ci il) "Türkiyə
ermənistanı" dekreti ilə Qafqaz üzrə fövqəladə
müvəqqəti səlahiyyətli daşnak
S.Şaumyana bilavasitə Qərbi
Azərbaycanla həmsərhəd Qars, İqdır və
Ərzurum vilayətlərində, eləcə də Qərbi
Azərbaycanda ("Rusiya tərəfindən işğal
edilmiş ərazilərdə") "erməni
xalqı" tərəfindən müstəqil və suveren
dövlətin yaradılması üçün
çoxşaxəli hərbi-siyasi fəaliyyətin genişləındirilməsi
vəzifəsini tapşırmış, hər cür
yardım göstəriləcəyini vəd etmişdir.
Göründüyü kimi, 1904-1906-cı illər ərzində
Naxçıvanda, Qərbi Azərbaycanda və Qarabağda
kökənli, dinc Türk-Müsəlman əhalisinin hay
quldurları ("Daşnakstyun" və "Qnçak"
terror təşkilatları) tərəfindən
soyqırıma məruz qalmaları çar Rusiyasının
Qafqaz canişinliyinin himayəsi altında baş vermişdirsə,
1918-1920-ci illərdə bu qanlı siyasət V.Lenin,
İ.Stalin və S.Şaumyan üçlüyünün rəhbərliyi
ilə Türk-Müsəlman qanına susayanlar A.Ozanyan,
D.Kananyan (Dro), Q.Nijde, F.Nazarbekyan... tərəfindən icra
edilmişdir.
A.Kolmakov da qeyd edir ki, "Türkiyə ermənistanı"
dekreti qəbul edildikdən sonra Qafqazda Türkiyəyə
qarşı hərbi əməliyyatlarda iştirak etmək
üçün (təbii ki, Azərbaycan Xalq Cumhuriyyəti də
istisna edilməyib-Q.Y.) Rusiyanın ayrı-ayrı ərazilərində
olan "erməni" əsirlərindən ibarət
nizami-silahlı dəstələrin, könüllü
döyüşçülərin yaradılması prosesi
sürətlənmişdir. Sovet Rusiyası onlara maddi və
mənəvi dayaq olmuşdur, hökumət tərəfindən
onlara maneəsiz hərəkət və ərzaqla təminat məqsədi
ilə xüsusi rəsmi icazələr verilmişdir.
İrkutsk
şəhərindən xüsusi reyslə Tiflis şəhərinə
yola düşən qatarı (261 hay
döyüşçüsü olan "erməni"
bölüyünü "milli-azadlıq müharibəsi"nə
aparan) yolda saxlayıb yoxlayanda və "erməni
bölüyü" olmaqları bilinəndə onlara səxavətlə
"yaşıl işıq"
yandırılmışıdr. Don çayı
üzərindəki Rostov şəhərinə yetişərkən
onlara Moskva, Kiyev və Xarkov şəhərlərindən gətirilən
hay dəstələri (eləcə də könüllü tələbələr)
də qoşulmuşdur.
Tiflis şəhərinə Poti şəhər
limanından daxil olan hay tərkibli silahlı
döyüşçülərin yerləşdirilməsi, təminatında
A.X.Zavaryan (1864-1920, daşnak, 1902-ci ildə Balaxanı xəstəxanasının
baş həkimi, 1914-1915-ci illərdə Qafqaz cəbhəsində
döyüşmüş) xüsusi fəallıq göstərmiş,
Qərbi Azərbaycan ərazilərindəki döyüşlərdə
A.Ozanyanın birləşmələrinə qatılmaq üçün
Gümrü şəhərinə yollanan "erməni
bölüyü"nün (eləcə də onlara 1200 nəfər
Türkiyədən gələn və qoşulan heyətin də)
sağlamlığını yoxlamışdır.
1918-ci
ilin aprel ayında Gümrü qəzasının Arpaçay
çayı yaxınlığındakı
Qızılqoç nahiyəsində Qazançı, Qayqulu
Ciftəli, Qızılqüllə...kəndlərində dinc
Türk-Müsəlman əhlinə qarşı törətdikləri
qanlı qırğınları qeyd edən rus zabiti bu
amansız qətliamları hayların intiqamı kimi qiymətləndirir...
(ardı var)
R.S.
Qızılqoç yaşayış mərkəzində 1878-ci ildə Osmanlı Türkiyəsindən
sürülən hay ailələri yerləşdirilmiş,
1956-cı ildə isə "Qukasyan rayonu" adlanıb, 1990-cı ildən-"Aşotsk",
Qayqulu Ciftəli kəndinə-"Zuyqapyur" deyirlər.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin
müəllimi
Olaylar.- 2023.- 10-16 fevral.- S.17.