İlhamə
Dağlının “Bayrağı öpən ruhlar”
kitabı filoloji
baxış müstəvisində
İlhamə xanımın adı
çəkilən kitabında ilk səhifələrdə yer
alan eyni adlı hekayəsini maraqla oxudum. Mifik-arxetipik motivlərdən
istifadə ənənəsi ədəbiyyatda yeni olmasa da,
müəllif bu ənənəyə fərqli novatorluq keyfiyyətləri qatmışdır. Birnəfəsə
oxunan hekayə şirin təhkiyyəsi, maraqlı obrazlar aləmi,
fərqli süjet-kompozisiya xüsusiyyətləri ilə
oxucunu öz orbitinə sala bilir. Qeyri-ənənəvi
üslubda yazılan hekayənin qəhrəmanları ruhlar
idi. Bu ruhlar adi ruhlar deyildi. Vətənin müstəqilliyi
yolunda başları çox bəlalar çəkən
tanınmış simalar, görkəmli şəxsiyyətlər,
repressiya qurbanları, son dövrün azadlıq fədailəri
olan yazarlarların və s.ruhları idi.
Mənfur
ermənilərin murdar niyətlərinin qurbanı olan
günahsız ruhlar, körpə ruhlar, sinəsini Vətən
torpağını qorumaq üçün sipər edən qəhrəman
ruhlar da onlarla birgə cənnətin ən yüksək məqamında yer almışdılar. Lakin narahat
görünən bu ruhları rahat olmağa qoymayan 30 illik
işğal və qırğınların qisasının
alınmaması idi. Müəllif maraqlı priyomla bu
ruhların toplantısını keçirir. H.Cavidin ruhunu
şəhid körpəmiz Zəhranın ruhu ilə
görüşdürür."Qız məktəbində
"şeiri yeni məzmunda şairin ruhunun dilindən verilir,
Gülbaharı Zəhranın
ruhu əvəz edir:
Quzum,yavrum
adın nədir?
-Zəhra
Peki,sənin-anan
,baban ,nasıl?
-Onlar
sağmıdırlar,yoxsa şəhid olmuşlar?
-Yox əfəndim.Yalnız
nənəmlə mən şəhid olduq
-Sən nədən
şəhid oldun, quzum
-Heç
bilməm ki, Bilməm günahım nə?
Zəhra
həyətdə oynarkən düşmən gülləsinə
hədəf olduğunu şeir diliylə bildirir.Cavidin ruhu
"İblis"dən, "Peyğəmbər"dən məşhur monoloqlarını
söylərkən ,Tofiq Fikrətin ruhu "Millət şərqisi" oxuyaraq toplantıya qatılır:
"Çeynəndi
yetər varlığımız cəhl ilə qəhrə,
Doğrandı
mübarək Vətənin bağrı səbəbsiz
Millət
yoludur,haqq yoludur, tutduğumuz yol,
Ey haqq
yaşa! Ey sevgili millət, yaşa, var ol!
İlhamə
xanım ideya daşıyıcısı kimi seçdiyi
ruhların diliylə müəllif qayəsini oxucuya təlqin
edə bilir.Türkçülük, Turançılıq
ideyaları uğrunda keçilən əzablı yolları,
tökülən günahsız qanları , türk birliyinin
vacibliyini Tofiq Fikrətin ruhuyla diktə edir.
Məmməd
Əmin Rəsulzadənin ruhu söhbətə qoşularaq
başımıza gətirilənləri, Cumhuriyyətimizin
hansı bəlalarla üzləşdiyini, Nuru Paşanın rəhbərliyi
ilə "Qafqaz " ordusunun daşnak
qırğınından bizi necə qoruduğunu, cəmi 23 ay
yaşayan müstəqil dövlətimizin erməni fitnəsi
və bolşevik qırğını ilə necə süqut
etdiyini, onu yaradanların çəkdiyi zillətləri,
tökülən qanları açıqlayir. Didərgin
düşdüyü vaxtlarda qəlbinin vətən həsrətilə
necə çırpındığını , ölüm
anında belə üç dəfə "Azərbaycan" deyərək həyata vida etdiyini
bildirir. Onun yüksəltdiyi bayrağın bu gün yenmədiyindən
qürur duyduğunu və qisas gününə çox az
qaldığını söyləyir. Azərbaycanın
güvənli əllərdə, güclü liderə
sahib olduğu bir dönəmdə
buna inamı etiraf edir.
Hekayənin
süjet xətti elə məharətlə qurulub ki, oxucu ətrafdan təcrid olunaraq ona hər şeyi unutduran
mövzunun əsiri olur. Mövzu oxucunu öz sehrinə, öz
orbitinə sala bilir. Təsvirin gözəlliyi, söz, tərkib,
ifadələrin diqqətlə seçilməsi belə
yüksək amala xidmətin ifadəsidir. İlhamə
xanımın təcrübəli dilçi olması dil
gözəlliyi, məna zənginliyi baxımından uğur
qazanmasında ona yardımçı olur.
Müəllif
günahsız ruhlarla günahkar ruhları
qarşılaşdırır. Etiraflar, nifrətlər,
ittihamlar ruhların öz dilindən eşidilir:
Nəriman
Nərimanovun ruhunu toplantıya qoşan İlhamə xanım
, onun ruhunun Məmmədəminin ruhu qarşısında
özünü təqsirkar bildiyini obrazın öz diliylə
çatdıri:
"Mən
vəfat etdikdən sonra ruhum 26 Bakı Komissarlarının
ruhu ilə görüşdü.Onlarin içərisində
Şaumyanı görmədim.Soruşduqda onun satqın
olduğunu, ölməyib xaricə
qaçdığını eşidib məyus oldum.Bir az
keçməmiş ruhum ağırlaşmağa
başladı,üzərimə hər tərəfdən
daşnakların qətlə yetirdiyi günahsız
insanların qanı axırdı.Mən qan gölündə
boğulurdum.Mələklərdən bu qanları
dayandırmağı xahiş etdim.Mələklər cavab
verdi ki, Şaumyan ölüb cəhənnəmə vasil olduqdan
sonra sənin üzərinə tökülən qanlar
qaynaya-qaynaya onun üzərinə axacaq.O zaman sənin
günahların təmizlənəcək.Mənim o
qanların axıdılmasında günahım satqın
Şaumyana inanmağım idi."
Şaumyan
cəhənnəmdən götürülən üfunətli
dəsmalla boğularaq it kimi ulaya-ulaya cəhənnəmə
vasil olduqdan sonra onu ittiham üçün Sirat
körpüsünün üstündə gözləyən Nərimanovun
ruhuyla qarşılaşır. Bunları müəllif
şirin təhkiyə ilə Nərimanovun ruhunun dilindən
verir. Şaumyan ittiham olunur, alçaqcasına etdiklərini
öz dilindən etiraf edir. Törədilən
qırğınları, tökdükləri qanları, millətə
tutulan divanları etiraf edir.
"Siz də
bizim şərəfimizə mahnılar qoşur, şeirlər
yazırdınız.Elə sən özün "Bahadır və
Sona"nı yazmadınmı?"
"Qələmim
qırılaydı.mən onu sənin kimi qaniçənlər
üçün yazmamışdım.Mirzə Cəlil də "Kamança"nı
yazmışdı.Siz heç ona da layiq deyilsiniz!Cəfər
Cabbarlı da "1905-ci ildə"
pyesini yazdı."
Onlar
bir-birini ittiham edərkən Şaumyan körpünün
üstündən ağzından od püskürən cəhənnəm
əjdahaları vasitəsilə qaynar cəhənnəmə atılır
və üzərinə odda qaynayan qanlar axır.
Nərimanovun
ruhu Cəfərin ruhunu sorğu-sual edir.Cəfər bunun iki
qonşu xalqı düşmən görməmək arzusundan
qaynaqlandığını, yaranan münaqişənin səbəbkarı
ruslar olduğunu "Atan kazaklardır" cümləsində
bildirdiyini söyləyir.
Yusif Vəzir
Çəmənzəminlinin, Əhməd bəy
Ağaoğlunun ruhları da vaxtilə gördüklərini,
bildiklərini, qırğınlar zamanı Hacı Zeynalabdin
Tağıyevin millətə dəstəyini söyləyirlər.
Zeynalabdin
Tağıyevin ruhu da söhbətə
qoşulur,xalqını necə sevdiyini, xeyriyyəçiliyini,
Nərimanı oxutduğunu, Nərimanın isə başqa cəbhəyə
qulluq
etdiyini vurğulayır.Repressiya qurbanlarını
xatırladır.Nəriman etiraf edir:
-"Hacı,
haqlısan, məni keçəl aldatdı."
Müəllif
Aşıq Ələsgərin ruhunu sazla, Dədə Qorqudun
ruhunu qopuzla toplantıya qatır.Onlar Oğuz elində tezliklə
şənlik olacağını müjdə verərkən
M.Müşviqin ruhu "Yenə o bağ olaydı"
şeirini yeni məzmunda səsləndirir:
Yenə o
bağ olaydı
Biz o
bağa gedəydik,
Qarabağa
dönəydik.
Vaxtilə
bir kölgə tək hürr yaşamaq istəyən,
Bu insan
oğlu bilsən.
Azadlıq
ölkəsində daha şad olacaqdır,
Dünya
dad alacaqdır.
İlhamə
xanım bu üsulla Ə.Cavad, Ü.Hacıbəyov, X.Rza,
Qabil kimi şair-mütəfəkkirlərin ruhlarının
diliylə mənfur milləti ittiham edib nifrinlər
yağdırır.
Ulu xaqan
toplantıya qatılaraq gözaydınlığı verir.
Qisasın alındığını bildirir.
Bəxtiyar
Vahabzadənin ruhu vətən yolunda yeni şəhid olan
ruhları "Şəhidlər"
şeiriylə qarşılayır. Şəhid Xudayar "Vətən
yaxşıdır"
mahnısını səsləndirir.
Hekayənin
sonluğunu müəllif Şuşada qələbə
sevincinin təntənəsini yaşayan ruhların mənəvi-psixoloji
yaşantılarının təsviriylə tamamlayır.
"Ruhlar
da izdihama qoşulub Qarabağa doğru
addımlayırdı.Şəhid ruhları izdihamın
içərisində doğmalarını
tapmışdılar.İzdiham Qarabağa
yetişdi.Üçrəngli bayrağımız
Şuşanın ən uca zirvəsinə
sancılır.Dörd tərəfdən Azərbaycanın dövlət himni səslənir.
Həmin
an bütün şəhid ruhları, vətənini,
xalqını, dilini sevən, onun uğrunda canından
keçən hər bir Azərbaycan
övladının ruhu izdihama qoşulub himni
oxuyurdu.Bütün ruhlar dalğalanan üç rəngli
bayrağımızı öpüb bağırlarına
basırdı.Ancaq sevinən ruhları izdihamın arasında
heç kim görmürdü"
Kitabda yer
alan "Bobikin şikayəti" isə heyvanların həyatını,
yaşantılarını gözəl təsvir və təhkiyə
dili ilə oxucuya çatdıran maraqlı hekayədir. Hekayədə
insanların özü də bilmədən heyvanların həyatına
hansı zərbələr vurduğu , onların
dünyalarını necə alt-üst etdiyi göstərilməklə
yanaşı, humanizm , insanpərvərlik kimi yüksək
keyfiyyətlər də açıqlanır.
Bobik
adlı it obrazına münasibət timsalında nəinki təbiətə, heyvanlara, o
cümlədən bəşərə, insanlığa da
laqeyd münasibət tənqid olunur.
İlhamə
Dağlı qələmini lirik növdə də sınayan və
uğur qazanan müəlliflərdəndir.vDövrün aktual
problemlərinə güzgü tutan
bir sıra təmsilləri örnək olası ədəbi
nümunələrdir.v"Qarğa ,dığa və
bozqurd" təmsilində mənfur
ermənilərin xəbis niyyətləri ifşa
olunur.Dığa ağaca
qonmuş qarğaya, "niyə qonmusan bizim budağa?-deyə
müraciət edir və bildirir ki, "torpaq mənimdir, budaq
mənimdir".
Qarğa
onların da dığalarla eyni nəsildən olduğunu və
onlara yalnız bozqurdun təhlükə olduğunu bildirir.
Doğrudan da Bozqurd Vətəni
dığaların və qarğaların təhlükəsindən
azad edir.
Milli dərdimizi
təmsil janrında ipə-sapa düzən şairə
uşaqlar üçün anlaşıqlı dildə gözəl
təmsil nümunəsi yaratmışdır.
"Çinli
qarınqulu" təmsilində isə müəllif
başımıza bəla olan, əsrin ağrısına
çevrilən koronavirusun hardan qaynaqlandığını tənqid
obyektinə çevirə bilir.
"Virusların
söhbəti" alleqorik hekayəsində də belə bir
tendensiya izlənilir.
"Buta
" povesti isə mənə elə gəlir ki, avtobioqrafik
xarakterli gözəl bir əsərdir. Əsərdə təmiz,
saf bir eşqin şirin anlarını qəlbinin dərinliklərində
yaşadan, vüsal həsrəti ilə çırpınan
iki sevən qəlbin yaşantılarını təbii
detallarla təsvir edən müəllif kökü folklorumuza bağlanan buta fenomenindən istifadə
edir. Obrazlı dil, özünəməxsus müəllif təhkiyəsi
əsəri oxucuya sevdirə bilir.
Kitabda
toplanan ədəbi nümunələrin hər biri haqqında
yaxşı mənada müsbət fikirlər söyləmək
mümkündür.İlk kitabı olsa da İlhamə
xanımın ədəbi nümunələrinə xas
olan yüksək ideya-bədii
xüsusiyyətlərin onu geniş oxucu kütləsinə
sevdirəcəyinə inanırıq.
Mətanət Saraçlı (Həsənova)
Bakı Dövlət Universitetinin Azərbaycan
ədəbiyyatı tarixi kafedrasının dosenti, filologiya
üzrə fəlsəfə doktoru,
Olaylar.- 2023.- 10-16 fevral.- S.15.