Hay-daşnak quldurlarının rus nəşrlərində “qəhrəmanlıq”
izləri və ya hay kilsəsinin mürtəce
ilişgiləri...
(II yazı)
XVIII -XIX əsrlərdə, I Dünya müharibəsi ərəfəsində və 1920-ci ilədək olan dövrdə hay kilsəsinin əsas fəaliyyət istiqaməti-Osmanlı Türkiyəsi və Azərbaycan Cumhuriyyəti hüdudlarında qondarma "erməni dövləti" yaratmaq (yapmaq) və Avropa dövlətləri daxil Rusiya ilə siyasi-hərbi əlaqələri gücləndirməklə, iqtisadi-ticari, eləcə də dövlət" statusunda yerlənib-yataqlanmaq məqsədi olmuşdur. Tarixi faktlar göstərir ki, bu kəsimdə yaşamış hay kilsəsinin baş keşişləri (Mkrtiç Xrimyan-1820-1907, Matteos İzmirlyan-1845-1910, Gevorq Çörəkçiyan-1868-1954...) çar Rusiyasının himayəsindən hərtərəflui yararlanmaqla Türk-Müsəlman xalqlarına qarşı milli- etnik soyqırım qətliamlarını həyata keçirməklə yanaşı Rusiya hakimiyyətinmin tabeliyində qalmağı üstün tutmuşlar. Saxtalaşdırılmış tarixi faktlar əsasında "qədim xalq və kilsə" məfhumunu dövriyyəyə buraxmağa müvəffəq olmuş hay kilsəsi tarixən Yunan-Fars-Rus hakimiyyətlərinin hərbi-siyasi qurumuna çevrildiyi artıq sirr deyil. Belə ki, 1908-ci ildə hayların yeni seçilmiş baş keşişi ("bütün ermənilərin katolikosu") M.İzmirilyan hələ İstanbul şəhərindən Ü(İ)çmüəzzinə getməzdən əvvəl çar II Nikolay (1868-1918) 23 may 1909-cu ildə Peterqof çar sarayında hay icmasının nümayəndəsi-tərcüməçi M.Çeraz (1852-1929) ilə birlikdə qəbul edərkən ona brilliyant xaç hədiyyə olmaqla ənənəvi qaydalara uyğun gələn təsdiq edilmiş Fərmanı təqdim etmiş və fəaliyyətə başalamasına rəsmən içazə verilmişdir. Sankt-Peterburq şəhərindən yola düşən baş keşiş 14 iyun 1909-cu ildə Tiflis şəhərində Qafqaz canişini İ.İ.Vorontsov-Daşkovla (1837-1916) görüşdükdən və müvafiq təlimat aldıqdan sonra yeni iş yerinə gəlmişdir.
A.Kolmakovun qələmə aldığı hərbi mövzulu oçerkdə qeyd edilən faktlar bir daha sübut edir ki, mənfur və terror cəbbəxanasına çevrilən hay kilsəsinin müxtəlif səviyyələrdə olan dinsizləri bütün dövrlərdə Türk-Müsəlman dövlətlərinə və xalqlarına qarşı məkrli, bəd əməllərindən, hiylələrindən usanmamışlar. Osmanlı Türkiyəsində arxiyepiskop Maqakiya Ormanyan (1841-1918) 1881-ci ildə "erməni" gizli silahlı "Paştpan Ayrenyants" ("Vətən müdafiəçisi") dəstə yaradaraq bu quldurların üsyanlarını himayə və idarə etmişdir. Bu məkrli-qanlı əməli azmış kimi Qərbi Avropa ölkələrində uydurma təbliğat məqsədilə imansız M.Ormanyan "Türkiyə ermənilərinin faciəsi. Tarixi sənədlər" əsərini yazıb dövriyyəyə buraxmışdır.
Əgər diqqət yetirilərsə belə bir fakt şübhə doğurmur-ünvanından asılı olmayaraq hay kilsəslərinin nəzdində ilk növbədə nəşriyyat qurumu və "tədris mərkəzləri" (silahlı birliklərin və gizli terror təşkilatlarının təlim mərkəzləri) yaradılır və yaxud hay keşişlərinin əksəriyyəti həm də "arxeoloq-etnoraf və ya topoqraf-kartoqraf ixtisası üzrə mütəxəssislər" olur (Mikael I Sebastatsi-1498-1576, Venetsiya şəhərində "erməni" kilsəsi nəzdində nəşriyyat yaradıb (1565); I Astvatsatur-1664-1725, Rusiya çarı I Pyotrla gizli əlaqəyə girərək Türk-Müsəlman xalqlarına qarşı işğalçılıq siyasətinin həyata keçirilməsində köməkliyini təklif edib; I Mesrop Smbatyan-1833-1911, "paleoraf-topoqraf"; Aristakes Sedrakyan-1845-1906, "etnoraf-tarixçi"; Stepanos V Salmastesi-"erməni" milli-azadlıq hərəakatının üzvü"; Levon Palçyan (I Vazgen)-1908-1994, "Ermənistan"ın Milli Qəhrəmanı...).
Hay kilsəsinin Rusiya hakimiyyəti tərəfindən idarə edilməsi və fəaliyyət göstərməsi nəticəsində Qafqaz cəbhəsində Osmanlı Türkiyəsi ordusundan fərarilik etmiş, satqınlıq və xəyanət ucbatından Rusiya tərəfinə keçən hay mənşəli əsgər-zabit heyəti ayrı-ayrı şəhərlərdə hərbi təlimlər keçdikdən sonra silahlı-nizami qüvvələr halında (tərkibinə rus hərbiçiləri və kazak dəstələri də qoşulmaqla) 1918-ci ilin yaz-yay aylarında Qərbi Azərbaycanda, Qarabağda və Xəzəryanı bölgələrdə dövlətçiliyimizin süqutuna və xalqımızın milli qətliamlarına rəvac vermişlər. Rus mənşəlilərin hay-daşnak qüvvələrinə qarşı "sevgiləri və tərənnümləri"nin məhz bu cür mənbələrdən qidalanması artıq sirr deyildir.
Çar Ordusunun zabiti A.Kolmakovun "Erməni rotasının tarixi" sənədli əsəri də himayə edilən hay kilsəsinin (hay-daşnak quldur qüvvələrinin) 1918-1920-ci illərdə Qərbi Azərbaycanda həyata keçirdiyi hərbi-siyasi fəaliyyətini (qırğınlarını) təhlil etməyə imkan verir, hay kilsəsinin rus siyasi-hərbi qüvvələri ilə gizli ilişgilərinə "işıq saçır". Həmin hadisələrin şahidi və quldurbaşı A.Ozanyanın silahdaşı olmuş rus zabiti adı çəkilən əsərində yazır ki, bizim bölük Gümrü qəzasının Qayqulu-Qazançı kəndində (bu kənd Oğuz-Türk mənşli Qayı tayfasına aid olmuş, amma kökənli əhalisi 1878-ci ildə hay quldurlarının amansız basqınları nəticəsində doğma ocaqlarını tərk etnişlər, yurdlarında Qars mahalından sürüslən haylar yerləşmişlər-Q.Y.) düşərgə salanda haylar sevinclə qarşıladılar.Və döyüşçülərin daxil olduğu evlərin birində yerdən tikilmiş təndirdə (ocaq-təndirdə) çörək bişirilməsinin şahidi olduğunu bildirir. Bu mənzərə bir daha sübut edir ki, A.Ozanyanın silahlı quldur dəstələri və onlara kömək edən çar Rusiyasının Qafqaz cəbhəsinin əsgər-zabit heyəti Ağrıdağ vadisi, Dağ Borçalı və Dilican dərəsi boyunca (Pəmbək sıra dağlarının şimal yamacları hövzəsində) Türk-Müsəlman kəndlərinə hücum etməklə, yerli camaatı qətlə yetirməklə və ya doğma yurdundan-ocağından didərgin salmaqla Osmanlı Türkiyəsinin Ərzurum, İqdır və Qars vilayətlərindən sürülən hayları soydaşlarımızın qurulu qoyub tərk etdikləri (məcbur olaraq) həyətlərdə, hazır tikililərdə yerləşdirmiş, bölgənin bu hissəsində demoqrafik şəraiti xeyirlərinə dəyişdirə bilmişlər. Qeydlərdən də görünür ki, hətta, bu qaçqın hay ailələri qısa bir zaman kəsiyində döyüşçüləri qatıqla-qaymaqla və isti ev xörəkləri ilə təmin edə bilmişlər (qarın-şaxtanın, yağışlı havanın tüğyan etdiyi qanlı-qadalı günlərdə-!!!).
Diqqətçəkən bir məqam da odur ki, hadisə şahidi olmuş rus zabiti bütün toponimləri milli-etnogenetik və morfogenetik baxımdan dəyişmədən, olduğu kimi yazmışdır. Belə ki, müəllif bildirir ki, Cəlaloğlu yaşayış məntəqəsi istiqamətində hərəkət etməyi A.Ozanyan əmr etdikdə (əslində Mehmet Vəhib paşanın (1877-1940) başçılığı ilə Osmanlı Türkiyəsinin 36-cı və 5-ci Qafqaz diviziyalarının süvari, topçu və piyada alaylarının hücumu qarşısında hay-rus ordusunun 1-ci atıcı diviziyasının və 8-ci atıcı alayının 18 taboru daxil qaçmağa məcbur olduqlarından-Q.Y.) 12 saat ərzində qarlı, yağışlı havada, palçıqlı yolla getdiklərini və Dilican vadisinin füsunkar mənzərəsini, Həmzəçimən (Bozukənd), Qarapapaqlı, Qurduqulu, Kürd Əli...kəndlərinin təbii şəraitini, coğrafi mənzərəsini yazmaqla, bu yerlərin təbiətinin Rusiya çöllərinin genişliyi ilə müqayisəsi əslində bu yerlərin ilk növbədə Türk-Müsəlman xalqlarına mənsub olduğunu təsdiq etmiş olur. Amma, hay xislətinin rus zabitinə keçərliyi də nəzərdən qaçmır, geriyə qaçmağa üz tutan hay əsgəri bu yerdə guya O.Tumanyanın şerini deyir, dili anlamayan zabit isə bu poeziya ilə Bruyusovun tərcüməsi ilə tanış olur...
Cəbhənin bu hissəsində hay-rus ordusuna (1-ci Rus süvari və "erməni" alaylarından ibarət İqdır piyada alayının) kazak albay P.Zolotaryev başçılıq edib, qərargah rəisi, çar ordusunun general-mayoru Y.Vışinski (1873-1918) idi, sonra albay A.Şneur ("ermənilər" kitabının müəllifi) oldu, zabitlərdən N.Şumov, M.Medvedev, M.Dvernitski... operativ şöbədə qulluq göstərirdilər. Kazak albayı A.Perekrestov partizan dəstəsinə başçılıq etmişlər.1-ci süvari alayında bölük başçısı, kiçik zabit, hay-daşnak O.Baqramyan sonralar Sovet İttifaqı Qəhrəmanı olmuşdur.
Tarixi hadisələrin gedişi göstərir ki, bəzən hayların mənfur istəkləri rus sakinləri tərəfindən də hiddətlə qarşılanır, onlara layiq olduqları dəyəri verirlər. Belə ki, müəllifin bildirdiyinə görə, Calaloğlu şəhərində artileriya qüvvələri yerləşdirildikdən sonra A.Ozanyana Qafqaz canişininin məktubu-xəbəri çatdı, ruslar (molokanlar) yaşayan Voronsovka kəndindəki iki top onun dəstəsinə verilməsi tapşırığının icrası barədə. Dəstə Vorontsovka kəndində etirazla qarşılandı, ruslar topları verməkdən imtina etdilər, səbəb kimi "erməni"lərə nifrət etdiklərini bildirdilər və Türk hərbi heyətini kəndlərinə dəvət etdiklərini dedilər, hərbi sursatı və üstəlik rus hərbi əsirlərini də onlara vermişdilər...
Pəmbək-Dilican vadisində, Qarakilsə döyüşlərində məğlubiyyətə uğrayan "qəhrəman" hay quldur dəstələrinin-xüsusi "erməni" briqadasının tör-töküntüləri Cəlaloğlu şəhərində quldur A.Ozanyanın bölüyünə qoşularaq müqavimət apamağın mənasız olduğunu bildiriblər. Ən yaxşı halda Tiflis şəhərinə geri cəkilməyi təklif ediblər. Bu təklif A.Ozanyan tərəfindən "Türkə qul olmaq" amili kimi qəbul olunur və rədd edilib:
-Türkə təslim olmaq? Məgər onlar insandır ki, onlara təslim olasınız? Məgər onlarda bir damcı da olsa rəhm varmı? Qafqaz "erməni"lərinin bədbəxtliyi ondadır ki, onlar Türkləri Aydan gəlmiş hesab edirlər...
Ümumiyyətlə, hay sürüsünün sıravisindən və generalından tutmuş bütün canlılarının iliyinə işləmiş Türk-Müsəlman düşmənçiliyi-nifrini, barışmazlığı bütün dövrlərdə eyni dərəcədə dəyişilməz olaraq qalmış və qalmaqdadır. Və dəyişilməyəcəkdir və bu nifrətə layiqli cavab yalnız və yalnız eyni münasibəti hay sürüsünə cavablamaqdır. Çünki, XX əsrin əvvəllərində özlərindən əvvəlkilərin əməllərini davam etdirməklə Türkə nifrət edən A.Ozanyan, Q.Nijde, D.Kananyan...., yaxud baş keşişlər-Vazgen, I Aram, II Qaregin... təbliğatlarını hay sürüsünün genetik irsinə yeritmiş, onları xəstə təxəyyüllü canlılara çevirmişlər.
Osmanlı Türkiyəsi ilə bağlanan Batumi müqaviləsi (04 iyun 1918-ci il) şərtlərini, barışıq və hərbi əməliyyatların dayandırılması razılığını hay kilsəsinin və ibtidai insan-hay sürüsünün xislətinə uyğun olaraq A.Ozanyan qəbul etmir, sözdə axıra qədər vuruşmağı vəd edir əsgərlərinə, amma əməldə quyruğunu qısıb qaçmağa nail olur.
Bu səhnə "Erməni rotasının tarixi"ndə belə təsvir edilir:
-Dilican şəhərində mövqe tutduğumuz vaxtı Batumi müqaviləsinin bağlanması xəbərini eşitdik, A.Ozanyan bu şərtləri "erməni" xalqının mənafeyinə uyğun olmadığı üçün qəbuledilməzliyini bildirdi, axıra qədər döyüşəcəklərini elan etdi. "Türkə qul omaqdansa ölmək daha şərəflidir" deyib dəstəsini ətrafına yığdı.
Amma, geri şəkilməyə, şərəfsizcəsinə, hiyləgərliklə Göyçə gölü sahilindəki Yeni Bəyazid şəhərinə qaçırlar, Səlim aşırımından keçib gəlib çatırlar Naxçıvan şəhərinə, oradan Culfa şəhəri istiqamətinə yol alırlar. Şəhərə çatmamış körpüdə Osmanlı Türkiyəsi əsgərlərini görüb "Türk marşı" sədaları altında onlara yaxınlaşırlar.
Hiyləgərliklə 25 əgəri və 2 zabiti əsir götürüb gəlirlər Culfa şəhərinə, təbii ki, burdan Cənubi Azərbaycana keçmək, qaçıb canını qurtarmaq A.Ozanyanın əsas məqsədi olmuşdur və asanlıqla buna nail ola bilmişdir...
1918-1921-ci illərdə Naxçıvan mahalında 73 min 727 nəfər Tük-Müsəlman A.Ozanyan və onun quldur dəstələri tərəfindən amansızlıqla qətlə yetirilmişdir.
R.S. Gümrü qəzasının Qarapapaqlı kəndinə 1830-cu ildə Qars vilayətindən hay sürüsü yerləşdirilib, 1918-ci ildə kökənli əhali qovulub, 1950-ci ildə qonşu "Vartanes" kəndi ilə birləşib, 1953-cü ildən-"Xindzrut", 1955-ci ildən- "Şaumyan", Qurduqulu kəndi isə 1935-ci ildən-"Armavir", Həmzəçimən kəndi 1978-ci ildən-"Markohavit"... adlanır.
Qismət Yunusoğlu,
Bakı Dövlət
Universitetinin müəllimi
Olaylar.- 2023.- 17-23 fevral.- S.17.