Bizim xilasımız cənubi

azərbaycanlıların oyanışından keçir

 

Dünya gündəmini zəbt edən və davam etməkdə olan iğtişaşlar İran hakimiyyətinin əsl üzünü bütün dünyaya göstərib. İranda iğtişaşların səbəbləri, vətəndaşları bu mərhələyə gətirən proseslər barədə Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruzla həmsöhbət olduq.

 

- Sayman bəy, Cənubi Azərbaycanda baş verən proseslərin mahiyyəti və nəticəsinin necə olacağı haqqında nə düşünürsünüz?

- Cənubi Azərbaycanda baş verən hadisələr silsilə hərəkatın, hadisələrin davamıdır. Yəni, bu gün başlayan bir etiraz dalğası deyil. İran inqilabı 1979-cu ildə azərbaycanlılar tərəfindən edilən bir inqilabdır. Amma həmin inqilabı dini dairələr o zaman Ayətullah Xameneinin  dəstəyi ilə bütün xalqın, azərbaycanlıların inqilabını ələ keçirdilər, azərbaycanlıların hamısını həbs etdilər və qalanları da edam olundu. Yaxud da İran -İraq arasında yaradılan süni müharibədə də çoxu məqsədli şəkildə cəbhələrə göndərilib şəhid edildi. Həmin inqilabdan sonrakı cəmiyyət anladı ki, onların inqilabları dini dairələr vasitəsilə ələ keçirilib, başladılar etirazlara. Yəni, inqilabdan həmən sonra artıq bu etirazlar başladı və əgər İran-İraq müharibəsi olmasaydı, yəgin ki, İranın molla rejimi bu günə qədər davam gətirməyəcəkdi.

Son 40 ildə gedən hadisələr gəlib axırda bu yerə çatıb ki, xalqın etirazları bir növ inqilablarla dəyişir. Yəni, mən belə düşünürəm ki, İranda olan bugünkü etiraz dalğaları özübir inqilab kimi artıq yetişibinqilaba çevrilib. Nəticə etibarilə, mütləq şəkildə ordakı hakimiyyətin dəyişməsinə, bəlkə də İranın parçalanmasına səbəb olacaqdır. Çünki zahirən səngimiş kimi görünsə də, əslində vəziyyət tamam başqadır. Sadəcə olaraq mahiyyətini, formasını və yol hərəkəti xəritəsini dəyişir. Yaxında yəqin ki, yenidən etirazların alovlanmasının şahidi olacağıq.

- Azərbaycanlıların həmin proseslərdə rolu haqqında nə deyə bilərsiniz?

- Azərbaycanlılar bir qayda olaraq İranı tarix boyu idarə edən qüvvələr olublar. Amma təəssüflər olsun ki, son yüzildə azərbaycanlıların qurduğu İran adlı dövləti farslar tamamilə təhrifə uğratdılar, bir növ azərbaycanlıların əlindən aldılar və təbii ki, xarici imperialist qüvvələrin, anti-türk dairələrin köməkliyi ilə azərbaycanlıları tamamilə öz dədə-baba yurdlarında əsir kimi saxlayıblar. Son yüzildə, xüsusilə də Qacar imperiyası dağıdılandan bu günə qədər Pəhləvilərin və sonra da mollaların hakimiyyəti dövründə azərbaycanlılara edilməyən zülüm qalmadı. Bütün tarixi təhrif etdilər, toponimlərin adlarını dəyişdilər, milli-mədəni abidələrimizin hamısı dağıdıldı, dilimiz məhv olundu, cənab prezidentin də söylədiyi kimi məişət səviyyəsinə qədər endirildi və demək olar ki, anti-Azərbaycan, anti-türk siyasəti çox ciddi şəkildə bu günorda davam etdirilir. Təbii ki, bunun müqabilində azərbaycanlılar sakit oturmayacaqdılar. Son yüzildə biz dəfələrlə inqilablar, etirazlar etmişikbu güneyni etirazları davam etdiririk. Necə ki, azərbaycanlılar olmasalar İranda hansısa inqilab baş tutmaz, eləcə də bu günİranda azərbaycanlılar olmasalar, azərbaycanlılar hansısa bir hərakata rəhbərlik etməsələr, İran adlanan ölkədə də heç bir inqilab, ya dəyişiklik baş verməyəcək. Ona görə də, bizim rolumuz orda tamamilə rəhbərlik roludur. Yəni, İran adlanan ölkənin ərazisində, hər guşəsində yaşayan Azərbaycan türkləri orda gedən hərakatın həm də baş bilənləri və rəhbərləridirlər. Yəqin ki, gələcəkdə də elə orda olan hərəkata rəhbərlik edəcəklər və bu  həm də onların tarixi haqlarıdır.

- Sizcə, insanları rejimə qarşı doğruldan səbəb həqiqətən gənc bir qızın qətlidir, yoxsa bu, səbri daşırmaq üçün son damla oldu?

- Məhsanın ölümü etirazların dalğalanmasına, şiddətlənməsinə sadəcə bir bəhanə oldu. Yoxsa insanlarda hicab dərdi yoxdur. Xüsusilə də, azərbaycanlılarda bu gün mən sizə deyərdim ki, birmənalı olaraq etirazlar milli-mədəni mübarizələr, təfəkkür əsasındadır. Məsələ hicab davası deyil ki, icazə verin biz saçımızı açaq. Birmənalı olaraq, milli-mədəni haqların tələbi, ana dilinin tələbi, milli müstəqilliyin tələbi və müstəmləkəçilikdən qaçmaq. Yəni, bəsdir azərbaycanlılar öz dədə-baba yurdlarında əsir, məhbus kimi saxlanılıblar. Bəsdir onların bütün varlıqları fars adından mənimsənildi. Bəsdir onlar artıq İranda fars mədəniyyətinin formalaşmasına xidmət etdilər. Artıq biz azərbaycanlılar Azərbaycan mədəniyyətinin inkişafına kömək etmək, azərbaycanlı kimi yaşamaq istəyirik. Milli kimliyimiz ətrafında birləşmək istəyirik, öz milli bayrağımız və dövlətimiz ətrafında birləşmək istəyirik və bizi də xoşbəxt edən sırf bu həqiqətdir. Artıq Cənubi Azərbaycanlılar bunu anlayıblar. Ona görə də, qəti şəkildə İran olan xalqların ümumiyyətlə hicab dərdi olmadığı kimi, azərbaycanlıların da hicab dərdi yoxdur. Orda yeganə xalqları birləşdirən amil o oldu ki, mərkəzi hakimiyyətə qarşı olan etirazlar. Etirazlarda da birlikdə, vahid şəkildə hərəkət etdilər. Məhsanın da dərdi hamının dərdi kimi bu məsələdə özünü göstərdi. Təkcə Məhsa deyildi ki, İranda, Cənubi Azərbaycanda şəhid olan xanımların böyük əksəriyyəti elə azərbaycanlılardılar. Onlardan da danışmaq lazımdır. Hədis Nəcəfinin adını mütləq çəkmək lazımdır. Amma gördüz ki, Hədis Nəcəfi qəhrəmancasına gülləyə doğru hərəkət etdi. Bunun fonunda onların dediyi şüarlara biz diqqətlə baxmalıyıq. Heç biri hicabla bağlı şüarları özünə əsas götürmürdü. Hamısı insan haqları və azərbaycanlıların birmənalı olaraq milli-mədəni haqlarını tələb edirdilər, bu gün də tələb edirlər, sabah da edəcəklər.

- Necə düşünürsünüz, İranın hazırki vəziyyətində kənar müdaxilələr var, yoxsa tamamilə daxili problemdir?

- İranda baş verən hadisələr daxili hadisələrdir. Yəni xalqın özünün mərkəzi hakimiyyətə qarşı etirazıdır. Bəzən İran dövləti, molla hakimiyyəti öz xalqına təzyiqlər və etirazları artırmaqdan ötrü onları bu fikirlərlə şərləyir ki, xarici qüvvələrin vasitəsilə guya onlar İranda hər hansı bir etirazın başlanmasına səbəb olublaryaxud etirazçıları hansısa bir xarici kəşfiyyata bağlamaqla onların ən ağır cəzalanmasına şərait yaradır. Sadəcə olaraq İran molla hakimiyyətinin öz xalqına qarşı şər kompaniyasının məhsuludur. Yoxsa qətiyyən elə deyil. Yəni xalq özü belə düşünmür, xalq doğurdan da o dövləti, rejimi, təfəkkürü istəmir. Azad və xoşbəxt yaşamaq istəyir və bunu tələb edir.

- İranın Azərbaycana qarşı son 2 ildə mövqeyinin kəskin şəkildə dəyişməsinin altında sizcə hansı amillər dayanır?

- Amillərin ən böyüyü budur ki, Azərbaycan artıq öz torpaqlarını işğaldan azad edib, öz suveren haqlarını bərpa etməyə çalışır. Öz tarixi torpaqlarında təbii olaraq inkişaf prosesinə ciddi şəkildə addım atıb. Bu isə Azərbaycanın tarixi torpaqlarında qurulan fars təfəkkürlü molla hakimiyyətini təbii ki, narahat edir. Çünki o bilir ki, Azərbaycanın güclənməsi Cənubi Azərbaycanın dirçəlişi deməkdir. Necə ki, bu son hadisələr də bunu tamamilə göstərdi. Xüsusilə də, İkinci Qarabağ Müharibəsi ərəfəsində hamı gördü ki, dünyada yaşayan azərbaycanlılar, o cümlədən cənubi azərbaycanlılar da bu prosesə qoşuldular, birmənalı olaraq Azərbaycan dövlətini dəstəklədilər və sona qədər də dövlətimizin yanında olmağa and içdilər. Bu da onu göstərir ki, biz müəyyən müqavilələrlə ayrılsaq da, heç vaxt ruhən ayrılmadıq. Bunu molla hakimiyyəti də anlayır. Ona görə də, hər daim çalışır ki, Azərbaycan dövlətinin güclənməsinin, inkişafının qarşısını alsın və Azərbaycan dövlətinin inkişafı qarşısında əngəllər törətsin. Ona görədir ki, İkinci Qarabağ Müharibəsi dönəmində də, ermənilərə dəstək durdu, onlara hərbi, siyasi və mən deyərdim iqtisadi yardımlar elədi və bu güneyni hadisələr baş verir. Azərbaycana qarşı təxribatlar törədilir, ermənilərə köməklik edirlər, Zəngəzur dəhlizinin açılmasının qarşısını alırlar, süni əngəllər törədirlər, Azərbaycanın tarixi torpağı olan Qafanda konsulluq açırlar və s. Yəni, bütün bu düşmənliklərin arxasında böyük, bütöv Azərbaycanın yaranmasının qarşısını almaq məqsədləri dayanır ki, bunu da təbii ki, biz həmrəyliyimiz ilə edə bilərik ki, bu problemlərin hamısının qarşısında başı uca, alnı açıq olaq, qalib gələk. Mən əminliklə deyirəm ki, bütün bu süni əngəllər vaxt gələcək Azərbaycan dövlətinin və ali rəhbərliyinin öz xalqı ilə onun həmrəyliyi sayəsində mütləq şəkildə məhv ediləcəkdir, bizim qələbəmiz olacaqdır. Azərbaycan, Azərbaycan xalqı qalib gələcək. Doğurdan da bu bizim haqqımızdır. 200 ildir ki, bu günləri gözləyirik və xalq olaraq da kifayət qədər bu birliyin, qələbənin xəzinəsini də vemişik. Artıq vaxtdır ki, biz o ümummilli həmrəyliyi və xoşbəxtliyi görək. Vaxtdır ki, böyük, müzəffər və qalib Azərbaycanın bayrağı altında yaşayaq. Bu haqqı da heç kim bizdən ala bilməyəcək. İranın da bu türlü-türlü məkrli oyunları hər halda onun masqasının cırılmasından sonra daha da çoxaldı və açıq şəkildə özünü büruzə verir. Bunun qarşısında da biz qorxmamalıyıq. Gərək mütləq şəkildə başladığımız bu prosesi sona qədər davam etdirək. Şükürlər olsun, artıq elə bir dönəmə gəlib çatmışıq ki, ali baş komandan İlham Əliyev ən yüksək kürsülərdən cənubi azərbaycanlıların haqqını da müdafiə edir, onların dilinin və onların təhlükəsizliyinin qorunması barəsində kifayət qədər tarixi mesajlar verir. Bu isə cənubluların ürəyində böyük və əbədi bir məskən salmışdır və ümummilli həmrəyliyimizi daha da gücləndirmişdir. Bundan narahat olan molla hakimiyyəti və onların havadarları da çalışırlar ki, məsələnin qarşısında müxtəlif formalarda əngəllər yaratsınlar. Mən sadəcə deyirəm ki, bu mümkün olmayacaq. Biz bu yolda sona qədər hərəkət edəcəyik.

- Bəs Azərbaycan hansı halda İranı bağışlamalıdır?

- Diplomatik danışıqlarda bütün yumşalmalar mümkündür. Amma bunun şərtləri var. İran mütləq şəkildə Azərbaycanın bütün şərtlərini qəbul etməlidir. Yəni Zəngəzur dəhlizi ilə bağlı süni maneələrdən mütləq şəkildə geriyə çəkilməlidir. Qafanda öz konsulluğunu bağlamalıdır, ermənilərə verdiyi yardımları dayandırmalıdır. Azərbaycanın Qarabağda əldə etdiyi zəfərlə birmənalı olaraq barışmalı və suveren haqlarını dəstəkləməlidir. Azərbaycanın Qarabağda olan bütün siyasətlərini dəstəkləməli, əngəl törətməməlidir. Terroristlərə verdiyi dəstəyi dayandırmalıdır. Cənubi azərbaycanlılara qarşı zorakılıq siyasətindən əl çəkməlidir. Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların dili onlara verilməli, məktəblər açılmalı, azərbaycanlılar öz dillərində təhsil almaü imkanlarını qazanmalıdırlar. Cənubi Azərbaycanlılar öz doğru tarixlərini bilməlidirlər, bu onlara tədris edilməlidir. Milli-mədəni haqlarımız bundan artıq təhrifə uğradılmamalı, basqı altında olmamalıdır. Bəlkə də bu şərtlər müqabilində hansısa yumşalmalar ola bilər. Amma yenə də təkid edirəm ki, bu mümkün olmayacaq. Çünki o Azərbaycanın inkişafını qəti şəkildə istəməyən fars molla hakimiyyəti bu şərtlərlə razılaşmayacaq. Onlar Azərbaycanı öz təhlükəsizliklərinə qarşı olan bir problem hesab edirlər. Ona görə də, bu mümkün olmayacaq. Sadəcə olaraq məsələdən çıxış yolu budur. Biz siyasi baxımdan dostlarımızın sayını artırmalıyıq. Daha çox digər ölkələrlə yaxınlaşmalar etməliyik və eyni zamanda, dünyada yaşayan azərbaycanlılarla həmrəylik işini ciddi şəkildə davam etdirməliyik. Bizim xilasımız cənubi azərbaycanlıların oyanışından keçir. Mütləq şəkildə bu işləri görməliyik və göstərməliyik ki, İran dövləti heç vaxt azərbaycanlıların inkişafını və xoşbəxtliyini istəmir.

 

Röyalə Xəyal

 

Olaylar.- 2023.- 17-23 fevral.- S.10.