Azərbaycanın tarixi-coğrafi

irsinə qarşı qəsdlər...

 

Rusiya Federasiyasının şimal paytaxtı Sankt-Peterburq şəhərində, Rusiya Elmlər Akademiyasının I Pyotr adına Antropologiya və etnoqrafiya muzeyinin əməkdaşı Y.O.Andreyeva və həmin şəhərdəki Rusiya Etnoqrafiya muzeyinin işçisi Y.Y.Qulyayeva müştərək yazdıqları "Naxçıvan erməniləri: 1950-1980-ci illərin qonşuluğu barədə xatirələr"  məqaləsində ("Etnoqrafiya" jurnalı, 2(16), 2022-ci il tarixli, səh.116-123) yol verdikləri təhrifləri görünür ki,  hay kilsəsinin və hay sürüsünün təsiri altında, həqiqi tarixi mənbələrə varmadanilə  qədim yurdumuzun tarxi və  coğrafiyası barədə yanlış, həqiqəti uyğun olmayan mühakimələr yürütmüşlər.

Rusiya Elmlər Akademiyasının sahəvi nəşrləri sırasında yer tutan "Etnoqrafiya" jurnalı 1926-1930-cu illərdə akademik S.F.Oldenberqin (1863-1934) redaktorluğu altında elmi ictimaiyyətə təqdim edilsə də, bir əsrə yaxın fasilədən, 2018-ci ildən sonra yenidən çapı bərpa edilmiş, ildə 4 dəfə, rus və ingilis dillərində işıq üzü görür. Redaksiya heyətinin üzvü kimi Rusiya EA-nın müxbir üzvü, N.N.Mikluxo-Maklay adına Etnologiya və Antropologiya institutunun "Qafqaz xalqları" şöbəsinin müdiri, tarix elmləri doktoru S.A.Arutyunovun (1932) olması müəlliflərin nədən "hay xisləti"nə tuş gəlmələrinin səbəbi aydın ola bilər.

Qeyd etmək lazımdır ki, Rusiya dövləti üçün XIX əsrin I yarısında yaratdığı "Qarabağ münaqişəsi" qədər "Naxçıvan məsələsini"nin də körüklənməsi, elmi və kütləvi çap müstəvisində bu mövzunun qorununb saxlanılması, dönə-dönə ona müraciət edilməsi xarici siyasətində əsas yerlərdən birini tutur. Bu mürtəce tarixi yanaşma II Yekatirina (1729-1796) dövründən başlayaraq dövlət siyasətinə çevrilmiş, bir növ "it ağzına sümük atılmışdır".

Skif-Sak çarlığı dövründə (e.ə. VIII-III əsrlərdə) Krım xanlığı hüdudlarında Yunan koloniyalarından qalma məskunlaşma ərazilərində) bir hissəsi kimi yerləşdirilmiş hay sürüsü 1779-cu il 14 noyabr tarixli çar Fərmanına əsasən  Azov dənizi sahillərində, Don çayının mənsəb hissəsində Rostov şəhərinin yaxınlığında yaşayış məntəqəsi salınaraq yerləşdirlmiş və "Yeni Naxçıvan" adlandırılmışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünə qəsd edilərək Rusiya Federasiyasının inzibati-ərazi vahidliyi kimi "Yeni (Nor)-Naxçıvan" şəhərinin olması (Rostov şəhərinin bir hissəsi kimi) dövlət reyestrinə daxil edilməsi dövlət ərazi statusuna qarşı "siyasi qəsd" kimi qiymətləndirilməli və beynəlxalq hüquq tələblərinə uyğun olaraq bu toponimin dəyişdirilməsi ilə bağlı tədbirlər görülməlidir. Çünki, dinsiz hay kilsəsi "Rusiya ərazisində "Naxçıvan" toponimindən istifadə etməklə və həyasızcasına  bu adı "erməni"ləşdirməklə mənfur siyasətini davam etdirməkdədir. Belə ki, 1966-cı ildə hayların baş keşişi I Vazgenin qərarı ilə Rusiya və Yeni (Novo)-Naxçıvan yeparxiyası yaradılaraq ("erməni" Apostol Kilsəsi) bütünlüklə Rusiya ərazisində hay-daşnak qüvvələrinin mərkəzləşdirilmiş strukturunu formalaşdırmışdır ki, hazırda bu qurumun fəaliyyət dairəsinə Belarus, Molodova, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan əraziləri də daxil edilmişdir.

Siyasi təxribat, inzibati-ərazi vahidliyinininin qəsdi (həm də beynəlxalq hüquq müstəvisində üstünlük qazanmaq) məqsədi ilə dövriyyəyə rəsmi qaydada daxil edilmiş "Novo-Naxıçevan" termini adı ilə XX əsrdə, eləcə də sonrakı mərhələdə kifayət qədər regional və beynəlxalq səviyyəli elmi-nəzəri və tarixi mövzulara-layihələrə həsr edilmiş toplantılar keçirilmiş, nəşrlər çap edilərək yayılmışdır ("Rusiya və Yeni-Naxçıvan "erməni" Apostol Pravoslav kilsəsinin 300 illiyi. Tarixi yol və müasirlik, 1717-2017" mövzusunda Beynəlxalq elmi konfrans, 15-16 sentyabr 2017-ci il, Moskva ş.; O.X.Xallaxçyan, "Don çayı üzərindəki Naxçıvanın arxitekturası", İrəvan ş., 1988; M.Q.Baqdıkov, "Naxçıvan portretləri", Rostov ş., 1991; Q.M.Baqdıkov, "Don çayı üzərindəki Naxçıvanın qısa tarixi", Rostov ş., 2013, "Mənim Naxçıvanım. Şəhər və əhalisi", Rostov ş., 2015; "Artsax (Qarabağ): tarixi və müasirliyi" mövzusunda Beynəlxalq kofrans, 15-16 sentyabr 2022-ci il, Moskva şəhəri, təşkilatçılar - Ü(İ)Çmüəzzin və Yeni-Naxçıvan kilsələri, "Ermənistan" EA...).

 

Bu sıraya əlavə ediləcək yuxarıda adı çəkilən məqalənin müəllifləri Azərbaycan Respublikasının inzibati-ərazi vahidi Naxçıvan Muxtar Respublikasını "Naxçıvan Muxtar Vilayəti" kimi göstərməklə "hay siqlətləri"nə rəğmən ərazinin tarixi-siyasi kökənliyini şübhə altına almaq cəhdində bulunmuşlar. Bununla kifayətlənməyən "Şimal maralları" həm də bu bölgəyə aid Türk-Müsəlman toponimlərini "erməni"cə  yazmış və qədim yurdun tarixi-coğrafi irsini həyasızcasına saxtalaşdırmağa cəhd göstərmişlər:

-Ordubad şəhəri-"Qoxtna", bu nmahiyənin Nəsirvaz kəndi-"Mesropavan", Cənnab kəndi-"Tsxna", Behrud kəndi-"Byuryut"...

Qərbi Azərbaycanda məskunlaşan "naxçıvanlıları" axtaran müəlliflərin etirafından göründüyü kimi, hay kilsəsinin və ibtidai-insan hay sürüsünün Naxçıvan bölgəsinə aid iddialarına haqq qazandırmaq üçün "şifahi söhbətlər aparmaqla tarixi faktların təsdiqi, köçkünlərin yaddaşında qalan məlumatların tarixi əhəmiyyəti..." əsasında "ermənilərin Naxçıvan ərazisindən yox olmasına səbəb olan amillərin üzə çıxarılması və qələmə alınması" əsas məqsəd olmuşdur. Daha sonra bildirilir ki, "bu sırada kult obyektlərinin tədqiqi tarixi mənzərənin təsviri üçün əsas mənbə rolu oynadığından" sakral maddi irs nümunələrinə də diqqət yetirilmişdir.

Göründüyü kimi, etiraf etdikləri kimi, xanım "mirzələr"in məramı, məqsədi və qarşılarına qoyulan vəzifə mənfur və dinsiz hay kilsəsinin dövlətimizin bütövlüyünə və xalqımızın irsinə qarşı şeytani xisləti və bədniyyətləri ilə necə də doğmadır.

Bu doğmalıq məqalədə yer alan "Tarixi kontekst və əhali sayı barədə statistik məlumatlar" yarımbaşlıqlı bölmənin məzmununa da hopmuşdur. Antropolgiya və etnoqrafiya sahəsi üzrə kifayət qədər elmi təhlil qabiliyyətinə malik bu mütəxəssislərin yanaşmasında sırf hay kilsəsinin mürtəce mənafeyinə uyğun mülahizələrin sərgilənməsi aşağıdakı nəticələrdə ifadə olunmuşdur:

-Məqalənin Naxçıvanda həlak olan hayların xatirəsinə həsr etmələri dolayısı ilə bu "torpaq uğrunda həlak olanların qəhrəmanlığına ehtiram əlaməti"dir (saxta hünərvərliyin uydurma tərənnümü timsalında) ;

-1960-1980-ci illərin xüsusi qabardılması niyyəti hay kilsəsinin rəyinə əsasən bu dövrdə Naxçıvan bölgəsində hayların demoqrafik tərkibdə yer almaları kimi qondarma, yalan mülahizələri üçün irəli sürülməsi şübhə doğurmur, hətta göstərilir ki, "Ermənistan"ın Vayondzor mərzliyində Qoxtanik kəndi "Naxçıvan hayları"nın məskunlaşdığı ən iri yaşayış məntəqəsidir;

Çariçası II Yekaterina (1729-1796) XVIII əsrin II yarısında Rusiya dövlətinin Qara, Azov və Xəzər dənizi hövzələrində Osmanlı Türkiyəsi və İran dövlətlərinə qarşı siyasi-hərbi mövqe üstünlüyü qazanmağı hədəf seçməsi müqabilində hay kilsəsinə (təbii ki, hay sürüsü timsalında) istinad etməsi təsadüfi olmadığını həmin illərdə hay kilsəsi ilə bağlı verilmiş saray Fərmanları (09 iyun 1763-cü il tarixli "Rusiyaya gələn xaricilərin harada yaşamaqlarından asılı olmayaraq öz qanunlarına uyğun kilsə tikmək istəklərinin yerinə yetirilməsi barədə" və 30 iyun 1768-ci il tarixli "Müqəddəs Eçmiəzdin kilsəsinin Rusiya erməniləri üzərində hüququnun yaranması barədə") bir daha sübut edir. Çünki,  həmin fərmanlarla hay kilsəsinə yaradılan hərbi-siyasi fəaliyyət imkanları XX-XXI əsrlərdə Rusiya Federasiyası tərəfindən hay kilsəsinə göstərilən münasibətdən heç də geri qalmır. Daha sonra, XVIII-XIX əsr bəzi rus alimlərinin hay kilsəsinin mənafeyinə uyğun olaraq mürtəce mövqe tutmaları müasir bir sıra rusiyalı yazarların  yazı üslubu ilə eynilik təşkil edir, Y.O.Andreyeva və Y.Y Qulyayevanın da müəllif məqalələrinin məzmunu aşağıdakı istəklərdən xali deyil:

-Naxçıvan mahalına qarşı hay kilsəsinin yüzilliklər boyunca əsassız və saxta iddiaları guya bu ərazilərin "Bibliya"nın dini-mistik "Dünyanın su altında qalması və Nuh peyğəmbərin gəmisi ilə Ağrı dağına varid olması" təliminə əsasən təsvir edilən coğrafi məkanın məhz müasir "Ermənistan" ərazisi ilə bağlı olduğundan bu uydurmaya əsaslanmaları;

-Naxçıvan əhalisinin guya üstünlük təşkil edən "erməni" mənşəli "kökənli" sakinlərinin XX əsr ərzində başqa yerlərə köç etmələrini "demoqrafik-statistik məlumatlar"la, "bölgənin hər yerində rast gəlinən və hayalra məxsus dini-sakral məbədlərlə" əsaslandırmağa çalışmaları;

-Naxçıvan toponimlərinin "erməni" dilində transkripsiyasının izahının və "erməni" toponimlərinin yazıya alınması ilə "tarixi-coğrafi informasiya konsepsiyasiyanın əski tarixə malik olmasını" süni olaraq qabardılması ilə;

..amma, onlar məqsədlərini də gizlətməyiblər:

-Rusiya Federasiyası ərazisində yaşayan, səpələnmiş "Naxçıvan hayları"nı axtarıb tapmaq, onlar barədə tarixi, coğrafi, etnoqrafik, dini-sakral, demoqrafik məlumatları toplamaq, onların yaddaşlarında qalan xatirələr əsasında tarixi keçmişi bərpa etmək, tarixi əhəmiyyət daşıyan faktları ictimaiyyətə çatdırmaq, "erməni" əhalisinin Naxçıvan bölgəsindən "yox"olma səbəblərini araşdırmaq, kult obyektlərinin tarixiliyi kontekstində milli-mənəvi kulturoloji təhlilləri...aparmaqdır ki,  necə də dinsiz hay kilsəsinin kiflənmiş məramları, şeytani niyyətləri  ilə uzlaşır...

Əlavə şərhə ehtiyac qalmır...

Müəlliflərin fikrincə Rusiya Federasiyası və "Ermənistan" Respublikası ərazilərində "Naxçıvan hayları" barədə məlumat-informasiya sisteminin yaradılması millətlərarası münasibətlərin tənzimlənməsi baxımında xüsusilə vacibdir, təbii ki, ünvan məlum və bəllidir..

Eləcə də, müəlliflər saxta və əsassız  mühakimələrini əsaslandırmaq üçün müqəddəs "Bibliya"da yer alan "Nuhun əfsanəsi" dini-mistik şərhi hay kilsəsi tərəfindən "erməni"ləşdirilmiş variantı xatırlamaları təəccüb doğurur, çünki və axı..."Bibliya"da "erməni" kəlməsi və ya söz birləşməsinin kökü barədə heç nə yazılmayıb...

 

(ardı var)

 

   R.S. Qərbi Azərbaycanın Bayandur mahalı hay kilsəsi tərəfindən-"Vayots Dzor", Keşişkənd şəhəri-"Yexeqnadzor", Qabaqlı kəndi-"Qoxtanik", bu kəndi kəsib keçən Alayaz çayı (uzunluğu 49 km) isə-"Yexeqis" adlanır.

R.S.S. Müəlliflərin "Naxçıvan hayları"nın doğma kəndləri kimi  qələmə verdikləri Qabaqlı kəndinin əhalisi 1897-ci il Ümumrusiya əhali siyahıyaalınmasına görə 566 nəfər Türk-Müsəlman mənşəli olub, 1747-ci ildə isə Naxçıvan xanlığının inzibati-ərazi vahidi kimi qeydə alınıb.

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2023.- 24 fevral-2 mart.- S.17.