Yunus Oğuzun “Tarix ibrətdir” tarixi-fəlsəfi-publisistik
əsərində
Ümummilli lider Heydər Əliyev obrazı
Yunus Oğuzun fəlsəfi, tarixi, publisist düşüncələrinin toplusu olan, "Keçmişdən gələcəyə nə daşıyırıq?" kimi ağır, məna çoxqatlılığı ilə seçilən bir sualın cavabı kimi meydana çıxan "Tarix ibrətdir" (Bakı, 2022) kitabı təzadlı və xalqımız, dövlətimiz üçün həlledici bir dövrün şahidinin qələmə aldığı salnamədir. Kitabın əvvəlində müəllif yazır: "İstər elmi, istərsə də bədii əsərlərimdə xalqımın, dövlətimin gələcəkdə möhkəm və qüdrətli olması üçün onun pisi və yaxşısı ilə dörd əsas amili önə çəkmişəm. Məhz bu amillər millətimi keçmişdən gələcəyə daşıyır, etnosun və xalqın yaratdığı dövlətin davamlılığını təmin edir.
Bunlar:
1.Milli ruhumuz və dilimiz;
2. Milli kimliyimizin tarixi;
3. Etnososial psixologiyamız;
4. Maddi və qeyri- maddi mədəni
sərvətlərimizdir." ". Yunus Oğuz
"Tarix ibrətdir"
kitabında məhz bu amillərin işığında dövlətçilik
tariximizin müasir etapına - milli-azadlıq
mücadiləsindən bu
günədək olan
dövrünə nəzər
salmağı qarşısına
məqsəd qoymuş
və bu məqsədinə nail olmuşdur.
Yunus Oğuzun bu hadisələrin şahidi
və birbaşa iştirakçısı kimi
qənaətləri sayəsində
bu əsərdə həmin dövrün tarixi mənzərəsi tam
şəkildə, bütün
aspektləri ilə açılır.
Müstəqilliyin qazanıldığı ilk illərdən
bu günə qədər xalq və dövlət olaraq aldığımız
yaxud almalı olduğumuz ibrət dərslərinə analitik
baxışı sərgiləyən
bu kitabda ümummilli lider Heydər Əliyevin obrazı mühüm yer tutur. "Tarix ibrətdir" həmin dövrün hadisələrində, azadlıq
mübarizəsinin əsasının
qoyumasında və yetişməsində ümummilli
liderin birbaşa və dolayı yolla iştirakını əsaslı faktlarla ortaya qoyur. Heydər Əliyev fenomeninin xalqımız və onun varlığının
qorunub saxlanılması
üçün önəmini
vurğulamaq üçün
Yunus Oğuz tarixə ekskurs edərək azadlıq mübarizəsinin ilkin rüşeymlərini doğuran
faktorun - erməni azğınlığının təkrar alovlanmasına rəvac verən, onları təcavüzə
cəsarətləndirən məqamı diqqətə
çatdırır: "Azərbaycan
üçün bu
1987-ci ildə başladı.
Belə ki, imperiyanın Baş katibinin köməkçisi akademik
Aqambekyan Fransada olarkən qəzetlərin
birində müsahibəsində
bildirmişdi ki, Dağlıq Qarabağın
Ermənistanın tərkibinə
verilməsi haqqında
artıq məsələ
həll olunub. Bu
zaman Moskvada Azərbaycanın haqq səsi uğrunda mübarizə aparmaq üçün daha heç kim
qalmamışdı, Çünki
Qorbaçov və onun erməni havadarları Heydər Əliyevi Siyasi Büro üzvlüyündən
artıq uzaqlaşdırmışdılar.
Deyilənə görə həmin
gün İrəvanda
bu münasibətlə
toy- bayram etdilər.
Ümid yalnız xalqa və onun ziyalılarına
qalmışdı. Parisdə olduğu
kimi, Moskvada da ermənilər bu ölkənin siyasətinə təsir edəcək ikinci və üçüncü
dərəcəli vəzifələri
öz əllərində
saxlayırdılar. Oradakı
tək səsimiz H. Əliyev isə Siyasi Bürodan artıq istefaya göndərilmişdi.".
Bəli Heydər Əliyevin siyasi, inzibati səhnədən uzaqlaşdırılması
Azərbaycan üçün
gələcək faciələrin
əsasını qoydu.
Azadlıq mübarizəsi alovlandı.
Lakin təcrübəli siyasi rəhbərin yoxluğu səbəbindən bir sıra faciələrə
səbəb olacaq səhvlərə yol verildi. Vulkan kimi püskürən, azadlıq eşqi ilə alovanan passionarları düzgün
yönləndirmək, azadlıq
mübarizəsini həm
maddi, həm insani, həm də mənəvi kapital baxımından daha az itki ilə yekunlaşdırmaq
olardı. Əgər
həmin dövrdə
Heydər Əliyev kimi təcrübəli siyasi lider rəhbərlikdə
olsa idi azadlıq mübarizəsində
iştirak edən insanların mübarizə
bitdikdən sonra düzgün yönləndirilməsi,
Azərbaycan siyasi elitasının, vətənpərvər
siyasi xadimlərin daha erkən formalaşdırılması mümkün
bilərdi: "1988-ci ildən
hərəkata qoşulanların
və onların liderlərinin əksəriyyəti
gənc və çox passionar idik. Bəzilərimizin fikirləri ifrat
radikallığa qədər
gedib çıxırdı.
O zaman heç kim bilmirdi
ki, Xalq Hərəkatı və Milli Azadlıq Hərəkatı hər kəsin gələcək
taleyini müəyyənləşdirib.
Indi hadisələrin üstündən
otuz iki il keçib.
Dönüb geriyə baxanda
görürsən ki,
bütöv iki nəsil keçmişin nisgililə yaşayır,
çünki bəziləri
inersiya ilə hərəkatçılıqlarını siyasi partiyalarda, bəziləri millət vəkili olmaqda, bəziləri biznesdə,
kimlərsə vəzifələrdə
qalmaqda davam etdirirlər. Amma, çoxları ortalıqda
itib batdılar, heç kim
Xalq Hərəkatının
iştirakçılarına nə mitinqlərdə, nə də mətbuatda başa salmırdı ki, bəs bu hərəkat
qələbə çaldıqdan
sonra əksəriyyət
yenə də öz işinə qayıtmalıdır. Bəlkə də
lazım deyildi bunu demək, çünki müstəqil
dövlətə yeni
siyasi elita və milli burjuaziya
lazım idi. Bunu bir o qədər vəhşicəsinə, savadsız
və təcrübəsiz
etdik ki, nəticədə bütün
bunların əsasını
rəhmətlik Heydər
Əliyev qoydu. O
belə şeylərin
ustası idi".
Yunus Oğuz
"Tarix ibrətdir"
əsərində Azərbaycan
milli azadlıq hərəkatının, yeni
dövlətçilik ənənələrinin
yaranmasının, formalaşmasının
fəlsəfi köklərinə
enir, ideoloji baxışla dövrün
hadisələrinin mahiyyətini,
qanunauyğunluqları açır. Onun müstəqillik tariximizə
baxışının obyektivliyi
sayəsində həm
tarixi hadisələr,
həm də bu hadisələrin gələcəkdə yaratdığı
əks-sədalar publisistik
bir dillə, məhz vətənpərvərlik
mövqeyindən şərh
olunur.
Fəlsəfə tariximizdə ilk dəfə
Yunus Oğuz bu əsərində müstəqillik tariximizi bir filosof kimi
"milli təfəkkür"
və "dövlətçilik
təfəkkürü" anlayışlarının qovşağında
bir daha təhlil edərək bu dövrün fəlsəfi -ideoloji mənzərəsinin obyektiv
elmi şərhini təqdim edir. Yunus Oğuz müstəqilliyimizin ilk illərində
yaranan problemlərin,
"Gəncə qiyamı"nın kökündə
vətəndaşlarda vətən
anlayışının üstünlüyünün,
dövlət təfəkkürünün
hələ formalaşmamasının
dayandığını qeyd
edərək Heydər
Əliyev fenomeninin önəmini, onun milli təfəkkürlə
idarə olunan bir cəmiyyətə dövlət təfəkkürlü
idarəetmə gətirməklə
xalqın gələcəyinin
qurtarıcısı olmasını
vurğulayır.
" Heydər Əliyev
2003-cü ildə Azərbaycandan ayrıldıqdan sonra daha nəhəng görünür. Onun ölümündən on yeddi
il keçib,
amma baxırsan ki, uzaqda bir
zirvə kimi durur. İllər keçdikcə bu
zirvə daha da nəhəngləşir.
O özü bir nəhəng fikir babası, siyasi-ictimai xadim olduğundan və Azərbaycanın özü zaman-zaman getdikcə nəhəngləşdiyindən
onun dövlətdə
yeri və rolu, xidməti indi daha çox
başa düşülür.
". Ümummilli liderin
layiqli varisi, Qarabağı, Şuşanı
xalqımıza yenidən
qaytaran, Azərbaycanın
adını dünyanın
qüdrətli ölkələri
ilə bir sırada yazdıran Prezident İlham Əliyevin rəhbərlik
etdiyi müasir Azərbaycanın vətəndaşı,
tariximizi romanlarında
təbliğ edərək
yaşadan, milli azadlıq mübarizəsinin
iştirakçısı Yunus
Oğuzun Heydər Əliyev fenomeni haqqında bu sözləri yetkin elmi-fəlsəfi qənaətdir və gələcəkdə ümummilli
liderin bədii obrazının yaradılması
üçün istinadgahdır.
Elnarə Qaragözova
Filologiya üzrə fəlsəfə
doktoru,
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun aparıcı
elmi işçisi
Yeni Azərbaycan Partiyasının
üzvü
Olaylar.- 2023.- 24 fevral-2
mart.- S.12.