Qardaş şəhərlərindoğma”,

qanı bir-dini bir”... faciələri...

 

Fərqanə vadisinin Əndican şəhəri ilə Xəzər dənizi sahilində, Abşeron yarımadasının şimalında yerləşən Sumqayıt şəhərinin salnamə səhifələrindəki tarixlər-02-03 may 1990-cı il 1988-ci il 26-27 fevral hadisələri eyni faciələrin ağrıları ilə yoğrulduğundan bu iki Türk kökənli, mənən ruhən yaxın, doğma "Qardaş şəhərlər", həm rus-hay xislətli  düşmənlərin yapdığl qanlı olayları yaşamışlar...eyni imzalı, eyni məzmunlu, eyni dəsti-xəttli....

Tarixi Türk dövlətləri əski xalqlarının ortaq siyasi-iqtisadi, ticari-təsərrüfat dəyərlərinə malik qədim "İpək yolu"nun 400 km-lik bir kəsimdə keçdiyi əski Özbəkistan dövlətinin Fərqanə vadisi (Sır-Dərya çayının Böyük Fərqanə kanalının hövzəsi, 15 milyon nəfər əhalinin məskunlaşdığı 22 min kv.km  (ətraf dağ silsilələri ilə birlikdə 80 min kv.km-dək olan coğrafi məkan) həm Mərkəzi Asiyanın Türk-Müsəlman dünyasının zəngin tarixi-dünyəvi dini-fəlsəfi (sakral) dəyərlərini (Fərqanə, Kokand, Mərgilan, Bağdad, Şəhrixan, Kurqantəpə, Namanqan, Əndican...şəhərləri) özündə qoruyub saxlamışdır.

Təsadüfi deyil ki, vadi "Özbəkistanın mirvarisi" kimi qiymətləndirilir, strateji əhəmiyyətinə görə Türk-Müsəlman dünyasının üç mühüm ölkəsinin-Qırğızıstan, Tacikistan Özbəkistanın təmas hüdudlarında yerləşdiyindən beynəlxalq səviyyəli siyasi-iqtisadi çəkisi xeyli dərəcədə yüksəkdir, eyni ilə beş dövlətin hövzəsinə aid olan Xəzər dənizi sahilində yerləşən Abşeron yarımadası kimi.... 

İşğalçı istilaçı qüvvələrin hədəfinə tuş gələn  Fərqanə vadisi XX əsr ərzində 1916-1923-cü, 1990-cı 2005-ci illərdə birləşmiş rus-hay qüvvələrinin hərbi-siyasi məkrli müdaxilələri nəticəsində faciəvi olaylar yaşamışdır. Coğrafi məkan baxımından eyni enlikdə beynəlxalq əhəmiyyətli ticarət yolu üzərində yerləşən Fərqanə vadisi Abşeron yarımadası, keçən əsrin əvvəllərində sonunda məkrli düşmən qüvvəllərinin eyni hərbi-siyasi təxribatlarının mərkəzi olmuşlar.  

Səbəb?

-Fərqanə vadisi   təbii sərvətlərlə ucuz işçi qüvvəsi ilə zəngin olub (1928-ci ildə vadidə 53 min hektar suvarılan əkin sahəsi olduğu halda, 1931-ci ildə bu rəqəm 1,4 milyon hektara çatmışdır), Abşeron yarımadası da (XX əsrin əvvəllərində bu hövzədə 11 milyon ton neft çıxarılmışdır ki, bu da Rusiya dövləti üzrə həcmin 89%-ni təşkil etmişdir);

-Fərqanə vadisi Hind okeanı hövzəsinə çıxış üçün XVII-XVIII əsrlərdən Rusiya dövlətinin işğalına məruz qaldığından, eyni təcavüz İran körfəzinə-Ərəbistan yarımadasına istiqamətlənməkdə siyasi-iqtisadi əhəmiyyət kəsb edən Abşeron yarımadasına qarşı da törədilmişdir;

-Eko-bio-geo-aqro...zənginliyi ilə oxşar olan Fərqanə vadisi Abşeron yarımadası eyni tarixi kəsimlərdə (XIX əsrin II yarısında, 1916-1920-ci 1988-1990-cı illərdə) birləşmiş-güclü rus-hay təcavüzünün meydanına çevrilmişlər, eyni siyasi-hərbi niyyətlərə köklənən mürtəce iqtisadi-təsərrüfat sisteminin yaradılması məqsədi ilə;

-milli-genetik, kökənli əhali bütövlüyünün dağıdılması-parçalanması naminə etno-demoqrafik dəyişikliyi sürətləndirmək üçün hər iki bölgəyə Rusiyanın Mərkəzi Qaratorpaq-Volqaboyu hövzələrindən Qarabağ bölgəsindən rus-hay toplumunun davamlı olaraq yerləşdirilməsinə uyğun kompleks sənaye-istehsal emal-tədarük, ixrac-nəqliyyat...şəbəkəsinin genişləndirilməsi;

-imperialist millitarist təfəkkür-idarəetmə strukturlarını (inzibati qaydada) rus-hay mənşəlilərlə gücləndirməklə Fərqanə vadisini Abşeron yarımadasını güclü təsir dairəsində saxlamağa nail olmaq;

-Rusiya dövlətinin ağır yüngül sənaye sahələrini qiymətli, amma ucuz xammal ehtiyatları ilə təminatını davamlı halda saxlamaq üçün siyasi-hərbi idarəetmə sisteminin gücləndirilməsi şərtinə uyğun olaraq Fərqanə Abşeron bölgələrində milli münaqişə ocaqlarının (rus-hay əsillilərin sayını artırmaqla) yaradılması qorunub saxlanılması;

   Haşiyə. 1919-ciu ilin 22 oktyabrında Müvəqqəti Fəqranə Hökuməti yaradılmış, sədr müavini K.İ.Monstrov (1874-1920, çar ordusunun polkovniki, Fərqanə Rus Kəndli Ordusunun komandanı), Külçə qalasının komendantı, general-mayor A.V.Muxanov (1874-1941) isə hərbi nazir olmuşdur.

Abşeron yarımadasında 1918-ci ildə yaradılmış Bakı Xalq Komissarları Sovetinin tərkib hissəsi demək olar ki, bütünlüklə rus-hay mənşəlilər idi.

1919-1920-ci illərdə Türküstan Cəbhə komandanı M.V.Frunze (1885-1925), Azərbaycan dövlətinin 1921-1926-cı illərdə rəhbəri S.M.Kirov (1886-1934) olmuşdur.

Mərkəzi Asiya dövlətlərinin idarəedilməsində Fərqanə vadisinin siyasi-hərbi, inzibati-iqtisadi əhəmiyyəti eyni dərəcədə Cənubi Qafqazının idarəedilməsi baxımından Abşeron yarımadasına da şamil edilmişdir;-XVIII-XIX əsrlərdə Mərkəzi Asiyaya (Fərqanə vadisinə) Cənubi Qafqaza, Xəzər dənizi sahillərinə (Abşeron yarımadasına) Rusiya dövlətinin təşkil etdiyi geoloji-kəşfiyyat, arxeoloji-etnoqrafiya, təbiətşünaslıq-dini (sakral)...istiqamətində İmperator Rusiya Arxeologiya Cəmiyyəti, Rusiya Coğrafiya Cəmiyyəti, İmperator Rusiya Hərbi-Tarixi Cəmiyyəti, Rusiya Tarix Cəmiyyəti... tərəfindən təşkil edilmiş  elmi-tədqiqat ekspedisiyaları ilk növbədə hərbi-siyasi, imperiya dövlətçiliyi məqsədlərinin icrası üçün nəzərdə tutulmuşdur.

I Pyotr hakimiyyəti illərində digər dövlətlərin tarixi torpaqlarını işğal etməklə çar Rusiyasının sərhədlərinin genişləndirilməsi siyasətinin "Cənub istiqamətləri"nə Qara-Azov-Xəzər dənizlərinin əhatəsi, Amu-Dərya Sır-Dərya çaylarının hövzələri, Pamir-Tyan-Şan dağları silsilələri...əsas yer tutduğundan həm Cənubi Qafqaza Orta-Mərkəzi Asiyaya "elmi ekspedisiya"lar ardıcıl olaraq davam etdirilmişdir.

Rusiyalı publisist-araşdırmaçı M.Kalişevski 2011-ci ilin avqust ayında yazdığı "Buxara ekspedisiyasının 170 illiyi" məqaləsində qeyd etmişdir ki, 1866-cı ildə Buxara əmirliyinə çar Rusiyasının nizamli hərbi dəstələri daxil olduqdan sonra, 1868-ci ildə bölgə Rusiya dövlətinin əyalətinə çevrilmişdir. Şübhəsiz ki, Rusiya ordusunun Buxara əmirliyinə 1841-1842-ci illərdə K.İ.Butenev tərəfindən təşkil edilmiş ekspedisiya nəticələrindən yararlandığı istisna deyil...

Haşiyə.  Çar Rusiyasının general-leytnantı K.İ.Butenevin (1805-1869) Orta Mərkəzi Asiyaya hərbi-siyasi yürüşü Əfqanıstan dövləti ərazisinə Böyük Britaniya ordusunun daxil olması ilə eyni vaxta təsadüf etmişdir. Belə ki, ingilis qoşunları Amu-Dərya çayının sol sahillərinə yaxınlaşdıqı zaman K.İ.Butenev Buxara əmirliyinə daxil olmuşdur.

Rus səyyahı-coğrafiyaşünas, Sankt-Peterburq Elmlər Akademiyasının akademiki A.F.Minddendorf (1815-1894) Fərqanə vadisinin yararlı təbii-coğrafi əlverişli təsərrüfat şəraitini  1878-ci ildə tədqiq etmiş 1886-cı ildə "Fərqanə vadisinin oçerki" əsərini yazmış, vadinin əski insan yaşayış məskəni kimi qiymətləndirmiş səhra landşaftının təsnifatını vermişdir. O, həm Rusiyanın Orta Mərkəzi Asiya regionunda siyasi-iqtisadi, hərbi-strateji mövqe tutması istiqamətində mühüm elmi-nəzəri nəticələrin (nəzəriyyənin) müəllifi olmuşdur.

Materikin Türk-Müsəlman dünyasına qarşı eyni hədəf müstəvisindən yanaşan çar Rusiyası həmçinin eyni yanaşma tərzini sərgiləmişdir, fərq, yalnız  Tarix Zaman kəsimi olmuşdur. Belə ki, Orta Mərkəzi Asiyanın Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan dövlətlərinə qarşı yürüdülən siyasi-inzibati, hərbi-hüquqi siyasət....eyni ilə Cənubi Qafqazda yalnız Azərbaycan dövlətinə qarşı əsrlər boyunca həyata keçirilmişdir.  

XVIII əsrin əvvəllərində Xəzər dənizi hövzəsinin Abşeron yarımadası I Pyotr (1672-1725) tərəfindən hədəfə alınmışdırsa, həmin əsrin II yarısında II Yekaterina dövründə (1729-1796) daha da güclənmişdir.   

Akademik S.Q.Qmelin (1745-1775) Şimali Cənubi Qafqazı, Xəzər dənizi sahili əraziləri tədqiq etməklə Rusiya dövlətinin sərhədlərinin bu istiamətdə genişləndirlmək, işğalçılıq siyasətini gücləndirmək, regionun təbii sərvətlərini ucuz əmək ehtiyatlarını istismar etmək...üçün siyasi-hərbi iqtisadi əsasları üzə çıxarmışdır. Çünki onun 1771-ci ildə başlanan səfərində bu elm adamını çar Ordusunun kazaklardan ibarət olan piyada heyəti, topçuları, avarçəkənləri...müşayət etmişdir. O, həmin ildə Bakı şəhərində olarkən Abşeron yarımadasının neft yaytaqlarının yayıldığı arealı müəyyən etmiş, Kür çayının deltasının planını tərtib etmişdir. Bu səfərin növbəti mərhələsi Xəzər dənizinin şərq sahillərinində (Türkmənistan ərazilərində) davam etdirilmişdir.

Onunla bərabər tədqiqat işlərində aqronom-professor İ.M.Komov (1750-1790) da olmuş, "dini-ruhani fəlsəfi fikir" "kənd təsərrüfatının inkişafı" nəzəriyyələrinin hazırlanmasını həyata keçirmiş, Rusiya Elmlər Akademiyasına hesabat hazırlamışdır.

Dəniz nəqliyyatı mütəxəssisi A.Y.Kolodin (1776-1851) 1809-1817-ci illərdə (dinsiz mürtəce hay kilsəsinin böyük ümid həsrət dolu niyyət bəslədikləri I Pyotrun Xəzər dənizi sahillərinə səfərinin yüzilliyində) Xəzər dənizi sahil ərazilərini hərtərəfli tədqiq edərək 1826-cı ildə "Xəzər dənizinin Atlası"nı tərtib etmişdir.

Təbii ki, yuxarıda göstərilən tarixi-siyasi mahiyyət kəsb edən amillər Rusiya dövləti tərəfindən Cənubi Qafqazın işğalı siyasətində qarşı tərəf üçün önəmli dəyərə malik olduğu kimi, eynən Orta Mərkəzi Asiya regionunda yürüdülən siyasi-hərbi, iqtisadi təmayüllü dövlət məqsədləri səviyyəsində davam etdirilmişdir.

Məqsəd?

-hər iki bölgə müvafiq regionların ən sıx məskunlaşdığı Türk-Müsəlman yaşayış məntəqələrinin arealını əhatə etdiyindən "ən zəif həlqə" "ən güclü hədəf" dəyərini daşımış bu baxımdan Rusiya dövləti mövcudluğunun siyasi-hərbi iqtisadi maraq dairəsində saxlanılması;

-hər iki bölgə siyasi-iqtisadi strateji xəttin şaxələndirilməsi baxımından əlverişl tarixi-coğrafi mövqe kəsb etdiyindən milli-etnik, dini-mədəni...demoqrafik tərkib fərqliliyinin yaradılması...

...olmuşdur...miqyas, ərazi, bölgə, region...üzrə.

Qeyd etmək lazımdır ki, Fərqanə vadisi siyasi-iqtisadi etno-milli "çəkisi"nə görə Abşeron yarımadası ilə müqayisədə heç geri qalmamışdır...

 

(ardı var)

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2023.- 7-13 iyul.- S.17.