Türkoloq alim Əjdər
İsmayılovun 85 illiyinə
həsr olunan
"Dövləti
qoruyun" adlı elmi praktik konfrans
keçirilib
Şərur rayonunda görkəmli alim, Ümummilli Lider Heydər Əliyevin ağır zamanlarda ən yaxın silahdaş və siyasi sirdaşlarından olan, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü,
Cavidşünas alim, filoloq-tarixçi, "Turan
Araşdırma Mərkəzi"
İctimai Birliyinin təsisçisi və ilk sədri, Yeni Azərbaycan Partiyasının ən fəal qurucularından, məşhur "91-lər" dən olan mərhum
professor Əjdər Tağı oğlu İsmayılovun anadan olmasının 85 illiyinə
həsr olunan "Dövləti qoruyun!" adlı elmi praktik konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Sonra professorun Azərbaycan və anadolu türkcəsində çap olunmuş kitabları və qəzetlərdə çap olunan məqalələrindən ibarət sərgiyə baxış olub.
Sonra Əjdər İsmayılovun oğlu, Turan Araşdırmalar Mərkəzinin sədri Cavid İsmayıl atası ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə paylaşıb, onun Ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyi, dövlətçiliyə xidmətləri ilə qürur duyduğunu vurğulayıb. Cavid İsmayıl tədbirin təşkilatına görə minnətdarlığını bildirib.
İlk çıxışı Yeni Azərbaycan Partiyası Şərur Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev edərək professor Əjdər İsmayılovun həyat-yaradıcılığından və siyasi fəaliyyətindən geniş danışıb. O, bildirib ki, tanınmış ictimai-siyasi və elm xadimi Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1963-1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1961-1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, Daxili İşlər Nazirliyinin "Şərq qapısı" redaksiyasının əməkdaşı, 1977-1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent, professor olub.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, bənzərsiz şəxsiyyəti ilə seçilən Əjdər İsmayılovun ədəbiyyatşünaslıq, tarix, dilçilik, türkologiya və digər sahələrdə apardığı bütün tədqiqatlar Azərbaycan elmi üçün mühüm töhfələrdir. Qeyd edilib ki, Əjdər İsmayılov "Moisey Xorenatsi anonim keşiş müəllifdir", "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir" kimi uydurma tarix və şəxsiyyətlərlə bağlı ciddi əsərlər ortaya qoyub, Albaniya ilə bağlı önəmli araşdırmalar aparıb və həmin tədqiqatlar bu gün Alban ədəbiyyatını, mədəniyyətini, ictimai fikrini öyrənənlər üçün qiymətli mənbələrdir. Əjdər İsmayılovun ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirak etdiyini vurğulayan İsmayıl Hacıyev onun Ümummilli Liderimizin ən yaxın silahdaşlarından və məşhur "91-lər"dən olduğunu qeyd edib. Heydər Əliyevçilik uğrunda sonacan, qətiyyətlə, təmənnasız mübarizə apardığını deyən akademik bildirib ki, Əjdər İsmayılov həyatının sonuna qədər Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalıb, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsal İsmayılov bildirib ki, ümummilli qurtuluş tarixində dəyərli professor Əjdər müəllimin xüsusi payı olub:
"Bir vaxtlar bu binada təsis konfransı keçirilmiş, Heydər Əliyev həmin konfransda iştirak etmişdi. O, konfransdan öncə təşkilatı işlər həyata keçirmişdi.
O vaxt Heydər Əliyevin ətrafında olmaq böyük cəsarət və qətiyyət tələb edirdi. Həmin insanlar Əjdər müəllimin rəhbərliyi ilə yaradılan təəssübkeşlər qrupunda birləşmişdi. Qrupun missiyası YAP-ın təsis olunması üçün imza toplamaq idi. Otuz iki mindən çox imza toplanmışdı.
İnsanlar partiya seçə bilər, bu onların siyasi məsuliyyətini göstərir. Ancaq, xidmət etmək tamamilə fərqli anlayışdır. Əjdər müəllim bu yolda böyük fədakarlıq etmişdi.
Əjdər müəllim həmin tədbirdə insanlara müraciət edərək demişdi,"...Allahın yolladığı müdrik xilaskarı həyatımız bahasına olsa da, qorumalıydıq. Vətənimizi bu bəladan xilas edə biləcək yeganə insan Heydər Əliyevdir. Və mən sizin qarşınızda and içirəm ki, biz hakimiyyətə gələndən sonra mən heç bir vəzifəyə getməyəcəyəm, mənim amalım vətənin xilasıdır"
Ümummilli qurtuluş tarixində dəyərli professor Əjdər müəllimin xüsusi payı olub.
Qurtuluşun müəllifi təbii ki, Heydər Əliyev olub. Onun ətrafında
toplanan, çaba göstərən insanlar olub. Onlardan biri də Əjdər
müəllimdir. Həmin
dövrdə konfransda
iştirak edənləri
hörmətlə yad edirəm.
Onların böyük xidməti,
əməyi olub. Əjdər müəllim
auditoriyanı ələ
almağı bacaran natiq idi. Partiyadan
kənar öz mənafeyini güdən birini tutsa, ona
sözünü deyirdi.
YAP çox qısamüddətli
müxalifət oldu. Azərbaycan xalqının
seçimi ilə seçilən Heydər Əliyev sonradan özü də bildirdi ki, hakimiyyətə
gəlməyində YAP cığır
yolu açıb. O dövrdə Azərbaycanda
və Naxçıvan
MR-da vəziyyət acınacaqlı
idi. Heydər Əliyevin hakimiyyətə
gəlməsi üçün
sosial tələblər
artmışdı. Əjdər
müəllim uzaqgörənliyi
ilə milli məfkurəni
dərk edən insan idi. Əjdər
müəllim xalqın
etimadını qazanmışdı,
Şərur torpağının
fəxri idi. Dediyi sözün sona qədər arxasında oldu. Əjdər müəllim
kimi insanlar sadə həyat yaşadı. Millət qazandı, xalq qazandı. O vaxt insanlar bir düşüncə
ətrafında cəmləşirdi.
Çoxu yanlışlığa
yol verə bilirdi. Aralarında cəsarət sahibləri
var idi. Biri də Əjdər İsmayılov
idi. O, ən ciddi məsələləri
ulu öndərə deməyi
bacarırdı. Partiyaya
gələn rüşvətxorları
görməyi bacarırdı.
YAP-ın öz sosial siyasəti, ideyaları, proqramları
var idi. Heydər Əliyev deyirdi ki, həmin adamlar zamanın sınağından
keçməyəcək. Sınaq
isə həmin ideyalar idi. Bu gün onun dövlətçilik
proqramı yüksək
səviyyədə həyata
keçirilir.
Bu gün Əjdər müəllimin xatirəsini
yaşadan, YAP-a sadiq olan Cavid müəllimə
də təşəkkür
edirəm. Siz atanızın adına layiq insansınız. Azərbaycan siyasi həyatına töfhələr
verirsiniz.
Əjdər müəllim öz
həyatını təhlükəyə
atdı. O vaxt DİN əməkdaşlarından biri
Əjdər müəllimə
"siz də yaşlısınız, dincəlin"
deyə xəbərdar
edib. Həmin vaxt müəyyən siqnallar verilirdi. Heydər Əliyevi fiziki olaraq məhv
etmək istəyirdilər.
Türkiyədən "killer"lər
gətirilmişdi. Həmin
insanların üzünə
qarşı Əjdər
müəllim əqidəsiz
olduqlarını bildirib.
Əjdər müəllim son nəfəsində
"dövləti qoruyun"
deyib".
Tarixi romanlar müəllifi, yazıçı-publisist Yunus
Oğuz çıxışı
zamanı qeyd edib ki, Əjdər İsmayılov Azərbaycan
tarixi üçün
çox dəyərli
alimlərdən biri olub:
"Bir dəfə Zeynəb Xanlarova mənə zəng vurmuşdu. Mən həm də "Olaylar" qəzetinin baş redaktoruyam. Dedi ki, "mənim anam Oğuz rayonundandır. Sən məndən niyə yazırsan?" Bildirdim ki, mən oğuzlu deyiləm. Yunus Oğuzam. Oğuz xanın nəslindənəm.
Əjdər müəllim İslamaqədərki
tarixi yazıb. Yazıb ki, "Qutqaşını,
Vartaşeni niyə ermənilərə vermisiniz?",
"niyə dəyişmisiniz
adını?" Bəziləri Əjdər müəllimə
qarşı çıxış
elədilər. Əjdər
müəllim bildirdi
ki, şen də, qut da, var da bizimdir. İslamaqədərki tariximizi
niyə unudursunuz?
Əjdər müəllim bu
cür alim idi.
Arada o biri dünya ilə danışıram.
Deyir ki, burada millət yoxdur. Nə var idisə, Naxçıvanda, Azərbaycanda
var idi. Allah onun ruhunu yüksək məqamlara qaldırsın.
Nəyi
necə yazacağını
zəng vurub soruşardı, fikir mübadiləsi edərdi.
Deyərdik ki, sən bizdən yaşca böyüksən. Cavabında
gəncləri dinləməliyəm,
gənclər yaradıcı
olur deyərdi, fikirləri və düşüncələri mənə
önəmlidir.
Rusiyaya
"böyük qardaş"
deyəndə "Nə
böyük qardaş,
biz burda anadangəlmə
olmuşuq. 5-6 minillikdən
yuxarı tariximiz
var" deyirdi. Heç
vaxt təkcə Naxçıvan ərazisini
yox, Azərbaycanı güneyli-quzeyli, bütöv
Azərbaycan düşünürdü.
İndi Əhməd bəy Ağaoğluna, Əli bəy Hüseynzadəyə
fikir babası deyirik. 50-60 il sonra Əjdər Tağıoğlunu
fikir babası adlandıracaqsınız. O, Şərurdan
çıxıb. Əjdər müəllim adam kimi adam idi.
Eşq olsun ona!"
Professorun
tələbəsi Vüqar
Məmmədxanlı çıxışı
zamanı qeyd edib
ki, biz hamımız özümüzü
Əjdər müəllimin
tələbəsi hesab
edirik:
"O, çox böyük alim olub. Filoloq, tarixşünas olub. Dövlətimizin sütunlarından
birinə çevrilib.
Biz film izləyərkən aktyorları görürük.
Rejissorları görmürük.
Əjdər müəllim
son 50-60 illik siyasi tarixdə bütün proseslərdə rejissor rolunu oynayıb. Hüseyn Cavid irsinin ən böyük tədqiqatçısı
idi. Mənfur düşmən torpaqlarımıza
göz dikdikdə ən böyük tarixi kitabları ortaya çıxarıb, onları susmağa məcbur edən alim idi. Sonraki dövrdə
Əjdər İsmayılov
milli azadlıq hərəkatının
qabaqcıl üzvü
olub. Şərurda
milli müdafiə dəstələrini
yaradan şəxs olub. Sonra Heydər Əliyevə olan haqsızlıqlara qarşı mübarizəyə
başladı. Onun hüquqlarının ən
böyük müdafiəçisi
oldu.
O, and içmişdi ki, dövlətçiliyə
xidmət edəcək.
Turançılıq ideologiyasının
ən böyük daşıyıcılarından biri idi. Tariximizin
izi ilə gedə bildiyi bütün nöqtələrə
gedib. Azərbaycan, türk tarixinin formalaşmasında misilsiz
xidmət sərgiləyib.
Zalda əyləşənlər
fəxr etməlidir
ki, onunla eyni dövrdə yaşayıblar
və söhbətlərini
eşidiblər. Hər
birimiz ona borcluyuq".
Şərur rayonu Çomaxtur
kənd orta məktəbinin direktoru Pərvin Nəcəfsoy çıxışında demişdir;
"1938- ci il aprelin 23-də Şərur rayon Çomaxtur
kəndində bir uşaq dünyaya göz açdı. İsmayılov Əjdər
Tağı oğlu təkcə
İsmayılovlar ailəsinə
sevinc bəxş etməklə qalmadı, gələcəkdə bir kəndin qürur, fəxr səbəbi oldu. O hələ uşaq ikən kitablara
maraq göstərir, hər gecə atasının onlara kitab oxumağını səbirsizliklə
gözləyirdi. Kitaba
olan sevgisi onun məktəb vaxtı da bədii kitablar oxumağı ilə seçilirdi.
1961-ci ildə Azərbaycan
Dövlət Universitetinin
filologiya fakultəsini
bitirdi. Əjdər müəllim hər
sahədə mükəmməllik
istəyir və göstərirdi. Onun rejissorluq sənətinə
də yiyələnməsi
bunun bir göstəricisidir. Əjdər
müəllim həm də dünənimizin ,bugünümüzün və gələcəyimizin
işıqlı yolu olan Yeni Azərbaycan Partiyasının quruculuğunda
böyük əməklər
sərf etmişdir. O Şərur rayonunda iclas təşkil edərək Heydər Əliyevin prezdentliyə namizədliyini irəli sürmüşdür. 1961-1977-ci illərdə Çomaxtur
kəndində müəllim
və məktəb direktoru vəzifəsində
çalışmışdır. O vaxt bir çox
yerlərdə olduğu
kimi Çomaxtur kəndində də məktəb 7 illik idi. Əjdər İsmayılov direktorluq vəzifəsini Çomaxtur
kəndində təzə
10 illik tam orta məktəb tikdirmək şərti ilə qəbul etdi və onun bu
istəyi nəticəsində
Çomaxtur kəndində
ilk dəfə yeni avadanlıqlarla təchiz olunmuş məktəb tikildi. Əjdər müəllimin direktorluq etdiyi dövrlərdə məktəb tamamilə dəyişmiş, ciddi və səmimi mühit yaradılmışdı.
Çomaxtur kəndindən
ali məktəblərə
məhz həmin ildən qəbul olunmuş və bu ənənə o vaxtdan bugünə qədər gəlib çıxmışdır.Texnologiyanın
inkişaf etmədiyi bir dövrdə məktəbin sinif otaqlarında dərslərin
dinlənilməsi sistemini
yaratmış və hər bir müəllimin
özünü daha məsuliyyətli hiss etməsini
təmin etmişdir. Hətta onun rəhbərlik etdiyi dövrlərdə şagirdləri
elə tərbiyə etmişdir ki, illər ərzində şagirdlər
məktəb avadanlıqlarını
göz bəbəyi kimi qoruyub saxlamışlar.
O şagirdlərinin təhsili
üçün əlindən
gələndən artığını
etməyə çalışmış
və buna nail olmuşdu.
Çomaxtur kəndinin
həkimi də, hakimi
də, müəllimi
də məhz onun dövründə olmuşdur. Əjdər müəllimə bu nailiyyətlərinə görə
"Sosialist yarışı
qəhrəmanı" döş
nişanı təqdim
edilmişdir. Əjdər
müəllim şagirdlərinə
hər zaman nümunə
olmuş, onlarda milli vətənpərvər ruh
oyatmışdır. Bir müəllim,
bir direktor, ədəbiyyatçı, tarixçi
alim ola, vətənpərvər ruhlu ola, şagirdlərinin
təhsilini hər şeydən öndə tuta, məktəb ən gözəl elm mühiti olmazmı? Müəllimlik sənətini
çox sevən, elmin bütün sirlərinə yiyələnən
Əjdər müəllim
övladlarını, hətta
nəvələrini də
ali savada yiyələndirmiş, dövlətin
xidmətində hər
zaman hazır etmişdir.
Onun qız övladları: Aygün,
Natavan, Gülbəniz və
Heyran xanım ata sənətini davam etdirərək şagirdlər yetişdirən
müəllimlik sənətinə
yiyələnmişlər. oğlu Cavid isə Fəlsəfə doktoru, iqtisadçı, hüquqşunas olmaqla dövlətə xidmət
göstərir. Bir ömür
ki, xalqa, şagirdlərə
həsr oluna .."Dünyada müəllimdən varlı
bağban tapılmaz"
misalını da məhz
Əjdər müəllimə
aid etmək olar. 85 il sonra da xatırlanan insan boşa ömür sürmüş
ola bilməz.Əjdər İsmayılov
həm sevimli müəllim, həm sevimli ata, həm
də gözəl ailə başçısı
olmuşdur.Əjdər İsmayılov
əsərlər yazaraq
Hüseyn Cavidi dünya yazıçılarına
bərabər tutmuş
və bunu tanınmış, səlahiyyətli
şəxslərə isbat
etmişdir. O ədəbiyyata,
Hüseyn Cavidə olan sevgisini oğlunun adını Hüseyn Cavid qoyaraq bir daha
sübut etmişdir.
Xalqımın ulu oğlu
Əjdərisən, Əjdəri
Elm üçün yaşayan
Alimlər Alimisən
Sən müəllim adının
Ən bariz nümunəsisən!..
Mən həm comaxturlu, həm Əjdər İsmayılovun qohumu, həm də onun davamçısı olaraq Çomaxtur kənd tam orta məktəbinin direktoru olduğum üçün
qürur hissi keçirirəm.Əjdər
İsmayılov-müəllim, dilçi, tarixçi alim
13 mart 2022- ci ildə dünyasını
dəyişdi.
Bir Alim köçərsə
dünyadan, bir cahan köçər onunla bir yandan..
Amma Əjdər müəllim
özündən sonra
özü kimi savadlı Hüseyn Cavid adlı oğul qoyub getmişdir. İllər, əsrlər bir- birini ötüb keçəcək, xalq üçün yaşayanlar,
Əjdər müəllimlər
hər zaman bir tarix olub könüllərdə,
dillərdə gəzəcəklər.
Sən rahat yat, vətən oğlu,vətən alimi, ruhun şad
olsun!
YAP-ın veteranlarından olan Musa Şirəliyevin sözlərinə görə,
Əjdər müəllimlə
əsas fəaliyyəti
Sovet hökumətinin
dağılması ərəfəsində
rayonda gedən ictimai-siyasi hadisələrlə
bağlı olub:
"Mənim üçün çox xoşdur ki, Azərbaycan tarixində öz dəsti-xətti ilə yer tutan
alim Əjdər İsmayılovun
85 illik yubileyi qeyd olunur.
Bu, zalda çıxış
etməkdən şad
oldum. Köhnə dostları gördüm. Qəlbim kövrəldi.
Biz bu gün Əjdər müəllimin
ruhunun işığına
yığışmışıq.
Əjdər müəllimlə əsas
fəaliyyətimiz Sovet
hökümətinin dağılması
ərəfəsində rayonda
gedən ictimai-siyasi hadisələrlə bağlı
idi.
1990-cı
ildə "Şərq
qapısı"nda Əjdər
müəllimin yazısı
dərc olunmuşdu. Yazıda SSRİ-nin dağılması məsələləri
yer almışdı.
Yazıda qeyd etmişdi ki, "Türkiyə
NATO üzvüdür. Ancaq,
bütün natoluların
gözü Türkiyədədir".
Həmin dövrdə
qəzetdə belə
bir yazı dərc etmək cəsarət tələb
edirdi.
Çox
ağır günlər
idi. Sovet höküməti dağılırdı.
Daxili vəziyyət gərgin idi. Düşmən ərazi iddiaları irəli sürürdü.
Həmin
vaxt ölkəyə başçılıq edə
biləcək tək müdrik şəxs Heydər Əliyev idi.
Ulu öndərin 1987-ci il istefasından
sonra 15 noyabrda Fransanın "İntercontinental" mehmanxanasında Qorbaçovun
müşaviri "Qarabağ
İrəvana yaxındı,
nəinki Bakıya. Onu Ermənistana birləşdirməliyik" dedi.
Bu fikirlər ziyalıları
da qaldırmışdı. Gözümüzü dikmişdik
ki, Şərurda üzdə
olan insanlar buna nə reaksiya verəcək. Belə insanlardan biri də Əjdər müəllim idi.
Biz belə hadisələrdə
köhnə zavodun həyətində taxta balkonda, "Şərq qapısı"-nın redaktorunun balaca otağında toplaşırdıq.
Əjdər müəllim Bakıdan
sənədlər gətirirdi.
Mətbəədə şüarlar
çıxarıb, kəndlərə
paylayırdıq.
15 noyabrda Şərurda iki böyük mitinq keçirildi. Bakıdan gələnlər
olsa da, Əjdər müəllimin çıxışı
daha böyük
alqış aldı.
Əjdər müəllim bildirdi
ki, Azərbaycanın yeganə
çıxış yolu
Heydər Əliyevin hakimiyyətə gətirilməsidir.
Həmin çıxışdan
sonra yerlərdə güclü təşkilatlanma
getməyə başladı.
Nəticədə 21 noyabrda
xalq öz istəyinə nail oldu.
Əjdər müəllimin elmi
fəaliyyəti çox
dərin idi. Onun kimi söz
sahibi olan insanlar olduqca azdır. Əjdər İsmayılovun "Moisey Xorenatsi
anonim keşiş müəllifdir" kitabını
oxumağı hər kəsə məsləhət
görürəm. Bu kitabın
ərsəyə gəlməsi
üçün Fransada,
İngiltərədə, Almaniyada,
Gürcüstanda bir çox tarixi sənədlərə əsaslanıb.
İllər keçəcək,
tədqiqatçılar Əjdər
müəllimin yazılarını
təhlil edəcək".
Şərur rayon Birləşmiş Həmkarlar İttifaqı
Komitəsinin sədr müavini Ümmübanu Musayeva çıxışı
zamanı bildirib ki, Əjdər İsmayılov
cəsarətli, fədakar,
qorxmaz olduğu qədər də çox sadə bir insan idi:
"O hamının dərdi ilə maraqlanır, hamıya kömək əlini uzatmağa çalışırdı. Əjdər
İsmayılovun ölümündən
mən çox sarsıldım. Çünki
Əjdər İsmayılovun
ölümü təkcə
Şərur rayonu və Naxçıvan üçün deyil, bütün Azərbaycan və hətta bütün Turan üçün çox böyük bir itki idi".
Tədbirdə iştirak edən
Şərur rayonu İcra hakimiyyətinin əməkdaşı Sərxan
Cəfərov bildirib
ki, Əjdər İsmayılov
kimi möhkəm əqidəli, prinsipial, cəsarətli, cəfakeş,
Turan sevdalısı biri haqqında danışmaq ona nəsib olduğu üçün özünü
çox xoşbəxt
hiss edir:
"Azərbaycanlı alim, filoloq,
məşhur 91-lərdən, tarixçi, professor Əjdər
İsmayılovun 300-ə yaxın
elmi əsər
və məqalələri
var. Elmi tədqiqat əsərlərində erməni
yalanlarını ifşa
edib. Əjdər İsmayılovun həyat və fəaliyyəti gənclərimizə yaxşı
nümunədir. 1990-cı ildə
Naxçıvanı ermənilərə
vermək istəyən
rus generalına qarşı qətiyyətli
addımından sonra Afiyəddin Cəlilov rus qoşunlarını Naxçıvan ərazisindən
çıxarıb. 1992-ci ilin
avqust ayında o, Şərur rayonunda ziyalılardan ibarət "Heydər Əliyev tərəfdarları"
təşəbbüs qrupunu
yaratmış, rayon ərazisini
dairələrə ayırmış
və bir neçə ayda otuz iki mindən yuxarı tərəfdarı
siyahıya aldırmışdı. Təşəbbüs
qrupu Azərbaycanın
parçalanmaqla qarşı-qarşıya
olduğunu görüb,
bütün çətinliklərə
baxmayaraq, Heydər Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Bu Azərbaycanı
müstəqilliyə aparan
mübarizə yolunun başlanğıcı idi.
Əjdər İsmayılovun
mübarizə əzmi
bu gün gənclərə yaxşı
nümunədir. Şəhadətli
ömür yolu keçən elm xadimi ömrünün sonuna qədər əsl vətəndaşlıq mövqeyi
sərgiləyib. Biz gənclər
hansı sahədə
olmağımızdan asılı
olmayaraq, Əjdər İsmayılov kimi şəxsləri nümunə
götürməliyik.
2011-ci ildə Əjdər İsmayılovun ailəsi
ilə birlikdə
Tiflis şəhərinə gedərkən ermənilər
bizim avtomobili daşa tutmuşdu. Çox qorxmuşdum. Əjdər bəyə
"siz qorxmursunuz
" sualını verdim.
O da cavabında "sənin
qorxmağa haqqın yoxdur. Çünki, sən Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə
formalaşmaqda olan bir gəncsən"-dedi. O , haqlı
çıxdı. Biz 2020-ci ildə dəmir yumruq ətrafında birləşərək, bütün
dünyaya öz gücümüzü göstərdik".
Əfsanə
Röyalə
Olaylar.- 2023.- 7-13 iyul.-
S.16; 20.