“DÖVLƏT ANA”nın türk
qadınlarına öyüdü
Türkiyə ədəbiyyatının klassik və ən çox oxunan əsərlərindən biri olan Kamal Tahirin "Dövlət ana" romanı Osmanlı dövlətinin yaranma tarixini əks etdirməklə yanaşı, qədim türklərin adət-ənənələrini, inanclarını, həyat tərzini, davranış qaydalarını real bədii boyalarla, dolğun obrazlar qalareyası ilə oxucunun gözləri önündə canlandırır. Bu roman yalnız osmanlı türklərinin deyil, ümumən türk insanının, türk toplumunun etno-psioxologiyasının araşdırılması baxımından böyük önəm kəsb edir. Türkiyəli alim Hatiçe İçel də romandakı bəzi məqamların "Kitabi-Dədə Qorqud"la səsləşdiyini bildirir və romanın ümumtürk təfəkkürünə kökləndiyini vurğulayır.
Kamal
Tahirin "Dövlət
ana" romanının
qəhrəmanı Dövlət
xatun - Bacıbəyin
timsalında yazıçı
artıq arxetipləşmiş
türk qadının,
türk anasının obrazını
yaratmışdır. Mustafa
Karabulut romanın niyə məhz "Dövlət ana" adlandırılmasına aydınlıq
gətirərək yazır:
"Kemal Tahir, romana önce Osmanlı Çekirdeği
adını vermek istemiş, sonra Devlet Ana ismini
uygun görmüştür.
Günümüz toplumunun
problemlerinin çözümü
ve geleceğe hazırlanması için
mazi iyi irdelenmelidir. Devlet Hatun, Rum bacılarına
başkan seçilmiş
olan Bacıbeychr("39")dir. Uzun boylu, yiğit
bir kadındır. Güçlü ve dirayetli olmasından dolayı da Ertuğrul Beychr("39")den başkasını dinlemez
olur. Oğlu Demircanchr("39")ın öldürülmesinden
sonra, Kerim Çelebichr("39")nin
mollalık elbisesini çıkarıp savaşçı
giysisini giydirmesi, Mavrochr("39")ya sahiplenmesi ve Karacabey tekfurunun kardeşinin kılıcını
kınından çıkarırken
erkeklerden önce davranıp kabzasını
düşürmesi ona
olan hürmeti artırır. Yazar da Türk kadınındaki cesaretinden ve
yiğitliğinden ilham alarak romana Devlet Ana adını
vermiştir."
Dövlət xatun - kişilərlə
çiyin-çiyinə vuruşan, qəhrəmanlıqda və sərtlikdə onlardan
geri qalmayan iki oğul anası
olan bir türk qadınıdır. Dövlət ana türk cəmiyyətində
persona arxetipini əks etdirən ən bariz obrazlardandır.
Onun dünyasında kişi qılınc qurşamaq, vətəni
qorumaq üçün yaranıb. Qılıncı qələmdən
üstün sayan Dövlət ana oğlu Kərim Çələbinin
mollalığa həvəsini qəbul edə bilmir.
Böyük oğlu Dəmircanın öldürülməsindən
sonra Kərimin kitablarını, sazını oda ataraq
yandırır. "-Dəmircanı,
vuran xaini də tapıb qisas almalısan! Rüstəm Pəhləvanın
ocağını molla tayfası qoruya bilməz. Oğlum
ölməsəydi, daş basardım ürəyimə
"başqa oğlum yoxdur" deyərdim. Mollalıq
qurtardı. Kərim Çələbi deyil artıq sənin
adın, Kərimcansan bundan sonra."
Dövlət ananın türk
qadının yaraşığı olan möhkəm iradəsi,
türk döyüş və igidlik kodeksinə sadiqliyi onun
sevimli oğlu Dəmircanın meyidinə münasibətində
də parlaq şəkildə əks olunur: "Bacıbəy
birdən dikəldi, ildırım səsinə bənzər səslə
ağlayan qadınlara üz tutdu:
- Kəsin! Kəs dedim, kəs!
Çılpaq vurulana ağı yoxdur bizdə... Kürəyindən
vurulana ağı yoxdur... Ağısız gedəcək bu...
Təmiz qanı aranacaq bunun... Öz qanı yox!
Atasının qanı..."
Burada Dövlət ana türk
qadını kodeksinin, arxetipinin tələb etdiyi kimi cəmiyyət
qanunlarına uyğun şəkildə arxadan vurulan oğula
ağlamamağı qərara alsa da o anadır.
Yazıçı Dövlət ananın daxili, mübhəm
duyğularını göstərməyə cəhd edir. Lakin
yazıçının özündə belə türk
qadını arxetipinə pərəstiş böyük
olduğundan o bu zəifliyi türk qadınına
yaraşdırmır, obrazın
daxili duyğuları, monoloqu ilə belə bu duyğusallığı verməyə
cəsarət etmir. Dövlət ananın sərtlik pərdəsi
altındakı duyğularını kiçik oğlu Kərim
hiss edir və bu hiss etdiklərindən dərin heyrət hissi
keçirir. Bu heyrət hissində həm də bir
anlaşılmazlıq var. Kərim anasını bu məqamda
başqa cür görür və anlaya bilmir.
Bacıbəy oğlunun namusa
toxunmaqda, əli-qolu bağlı qadını boğmaqda
ittiham olunduğunu eşidəndə dəhşətə gəlir.
Bu cəmiyyətin qəbul etməyəcəyi bir oğulun
anası olmaq demək idi. Dövlət ana dəhşət
içində etirazını bildirir. Bu etirazda bir qədər
qorxu da hiss olunur. Ana cəmiyyətin ona verdiyi statusun, türk
xatununa xas obrazın itirilə biləcəyi, cəmiyyətdən
kənarlaşdırıla biləcəyi qorxusu ilə
üz-üzə gəlir. Bu səbəbdən də
oğluna qarşı irəli sürülən çirkin
iddianın yalan olduğunu bildirən Mavronu döyən
Filatousun üzərinə şığıyaraq bir
qılınc zərbəsi ilə qırmançı kəsir
və oğlanı qurtarır. Dövlət ana bunu az qala
affekt vəziyyətində edir. Çünki o kişi məclisində,
danışıqların aparıldığı bir məqamda
silaha əl atılmasının, həm də bir qadın tərəfindən
bunun icazəsiz icra edilməsinin qaydalara zidd olduğunu bilirdi.
Lakin onun persona arxetipinə qarşı sürülən
ittiham o qədər böyük və bu ittihamın puça
çıxmasından doğan sevinc hissi o qədər
çılğındır ki, Dövlət ana belə bir hərəkətə
cəsarət edir. Öz yurdunda Mavronun başına nələr
gələ biləcəyini təsəvvür edən Osman bəyin
ona yazığı gəlsə də ona arxa
çıxmağa cəsarət etmir. Bu məqamda da Dövlət
ana öz cəsarəti və böyük ana qəlbi ilə
yurddaşlarını heyrətləndirir. "Oğlumun yerinə
oğul tapdım" deyərək Mavronu Filatosun əlindən
alır. Filatos etiraz edərkən də Söygütün məşhur
bacılar dəstəsi ilə birgə silahını
üzünə qaldırıb qətiyyətini və hətta
məclisdəki kişilərin belə ona mane ola bilməyəcəyini
nümayiş etdirir. Bu məqamda tayfa başçısı
Osman bəyin müdrik və mərdanə mövqeyini də nəzərə
almaq lazımdır. Oğuzlara rəğbətini aşkar
şəkildə bildirən, ölümü gözə
alaraq həqiqəti söyləyib yurdun igidinin adını təmizə
çıxaran Mavronu Filatosdan istəməyə siyasi,
diplomatik qaydalar icazə vermədiyinə görə Osman bəy
onlardan pənah istəyən insanı göz görə-görə
ölümə göndərmək kimi bir şərəfsizliyə
boyun əymək məcburiyyətində qalacağından
qorxur. Bu səbəbdən də
Dövlət anaya - onun icazəsi olmadan silaha əl atan və Filatosu əliboş yola salan
qadına nümayişkəranə təşəkkürünü
bildirir. "Sağ ol, Dəmircanın anası. Sən şərəfimizi
qorudun!" Romanda digər
maraqlı qadın obrazı Əslixandır. Bu on beş
yaşlı türk qızı öz döyüşkənliyi,
igidliyi və cəsarəti ilə seçilir. O hətta bəzi
məqamlarda Dövlət anaya belə meydan oxuyur,
sözünü cəsarətlə
deməkdən çəkinmir:
"İndi
yanılırsan, Bacıbəy! Silah ustası Qaplan
Çavuşun qızıyam mən! Tanrı bilir, beli
qılınclı olmayan kəs bizim qapımızı
aça bilməz. Çünki bizim soyumuzda qılınc gəzdirməyəni
kişi saymırlar! " Bu iki obrazın arasında çox
incə ruhi-mənəvi ünsiyyət var. Belə
ki,Əslixanın bu sözlərindən qəzəblənməsi
gözlənildiyi halda Bacıbəy üzə vurmasa da
gözlənilənin əksinə sevinir, qızın cəsarəti,
açıqsözlülüyü ilə daxili qürur hissi
keçirir. Yenə də Dövlət ana öz sərtliyini
qoruyub saxlasa da, bu məqamda kəskin hərəkət etməsə
də, yazıçı onun bu sözlərə qəzəblənməməsi
ilə onun daxili aləminə işıq sala bilir. Bu cür gizli qürur hissini
Dövlət ana əsərin sonunda da yaşayır. Belə
ki, romanın sonunda artıq öz igidliyi ilə ad
çıxarmış oğlu Kərimə kitablarını
oda atıb yandırmağı əmr edir. Lakin Kərim ona nəinki
qulaq asmır, hətta onu uşaq kimi döymək istəyən
anasının əlindən qırmancı alaraq atası
Rüstəm Pəhləvan kimi kükrəyərək
anasının geri çəkilməsinə nail olur. Üzdə
oğlunu ağılsız adlandıran və ağlayan
Bacıbəy əslində böyük qürur hissi
keçirir: "Oğlunun adam olduğuna, ata
ocağını sönməyə qoymayacağına
Bacıbəy ancaq Kərim qırmancı əlindən
çəkib alaraq, qarşısında dikələndə
anlamışdı."
Beləliklə, Kamal Tahirin
"Dövlət ana" romanı bir tarixi əsər olaraq
yalnız Osmanlı dövlətinin yaranmasını əks
etdirməklə qalmır, həm də türk qadının
arxetipik xüsusiyyətlərini özündə
daşıyan Bacıbəy obrazı ilə dünyanın ən
böyük qəhrəmanlarını dünyaya gətirən
ulu türk ruhunun özəlliklərini oxucuya çatdırır, və sanki
bununla Bilgə xaqanın əsrlər öncəki
çağırışını təkrarlayır: "Ey Türk milləti titrə və
özünə dön, sən özünə dönəndə
böyük olursan!!!"
Elnarə Qaragözova
AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi
filologiya üzrə fəlsəfə
doktoru, dosent
Olaylar.- 2023.- 7-13 iyul.-
S.18.