Müəllimlərin sertifikasiyası:
GÖRÜNƏN və
GÖRÜNMƏYƏN
TƏRƏFLƏR
BİRİNCİ YAZI
Bir müddət
öncə ildə keçirilən ibtidai sinif üzrə sertifikasiya imtahanı üzrə müəllimlərin
55 faizi 30-50 bal, 35 faizi 0-29 bal, 10 faizi isə 51 bal və yuxarı
bal toplamışdı.
Sertifikasiya üzrə
0-29 bal arası nəticə göstərən
müəllimlərin müəllim
kimi fəaliyyətini
davam etdirilməsinə
nazirlik tərəfindən
bir il daha
şərait yaradılsa
da, iki dəfə
uğursuz olan müəllimlərin əmək
müqaviləsinə xitam
verilir ki, bu da təbii
olaraq ən düzgün qərarlardan
biri sayıla bilər. Çünki hər gün tədris etdiyi fənnin imtahanından minimum 30 bal toplamağı bacarmayan müəllimin təhsil verdiyi uşaqlar necə olacaq? O müəllimdən ən
çox nə öyrənəcəklər?
Lakin buna
baxmayaraq, əksini düşünənlər də
az deyil və ertifikasiyada iki dəfə uğursuz olan müəllimlərin əmək
müqavilələrinə xitam verilməsi ictimaiyyətdə birmənalı
qarşılanmayıb.
Ötən günlərdə
elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki,
savadı olmayan müəllim məktəbdə
dərs deməməlidir,
savadsız müəllimlərin
məktəbdə işləməyə
mənəvi haqqı
yoxdur:
"Məsələ bu qədər sadədir. Mənim əsas məqsədim budur ki, bu
adamlar məktəbdə
dərs deməsin. İki dəfə sertifikasiyadan keçməyən
müəllimin mənəvi
haqqı yoxdur ki, məktəbdə dərs desin. Bizim də mənəvi
haqqımız yoxdur ki, ona imkan
verək ki, o uşağa dərs desin. O adama yazığımız gəlsin?
Mənim daha çox uşaqlara yazığım gəlir,
nəinki həmin adamlara".
Sertifikatlaşdırma prosesindən danışan
nazir həmçinin vurğulayıb ki, prosesin birinci mərhələsi 2022-2027-ci illəri
əhatə edəcək.
Onun sözlərinə
görə, bu prosesin əsas məqsədi təhsildə
keyfiyyəti artırmaq,
həmçinin keçmiş
səhvlərdən nəticə
çıxarmaqdır.
Bəs, ekspertlər
bu barədə nə düşünür?
Sertifikasiyanın məqsədi
nədən ibarətdir?
Sertifikasiyadan kəsilən
müəllimlər işdən
azad olunması doğru yanaşmadır mı?
Sosial Tədqiqatlar
Mərkəzinin sektor
müdiri, təhsil məsələləri üzrə
tədqiqatçı Elmin
Nurinin bildirir ki, Azərbaycanda sertifikasiya prosesinin həyata keçirilməsi
o qədər də ideal olmasa da,
onun keçirilməsinin
3 əsas səbəbi
var:
"Təhsil verənlərin sertifikatlaşdırılması
prosesi, hansı ki, biz buna
müəllimlərin sertifikasiyası
deyirik, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində
müəllimləri qiymətləndirmək
üçün həyata
keçirilən mexanizmidir.
Bu bir yerdə
sertifikasiya adlanır,
bir yerdə attestasiya adlanır, digər bir yerdə isə tamamilə başqa bir adla tətbiq
olunur. Amma yekun nəticədə bunun məqsədi və önəmi eynidir. Dünyada sertifikasiya iki detalı, yararlılığı
və peşəkarlığını
ölçmək üçün
həyata keçirilir.
Azərbaycanda isə həyata keçirilən
sertifikasiyanın üç
tətbiq meyarı var: müəllimlərin yararlılığını ölçmək,
peşəkarlıq keyfiyyətini
qiymətləndirmək və
əmək haqqı artımını buna nəzərən tətbiq
etmək. Dediyim kimi, dünyanın bir çox ölkələrində sertifikatlaşdırılma
olsa da, orada sertifikatlaşdırılmanın
nəticəsinə görə
maaş artımı tətbiq olunmur. Azərbaycanda nə yaxşı ki, sertifikasiyanın nəticələrinə
maaş artımı şamil olunur. Təsəvvür edin, sertifikasiyadan keçdinizsə,
artıq sizin maaşınız ən az 10% artır. Məlumat üçün
deyim ki, təhsil verənlərin sertifikatlaşdırılması prosesi iki mərhələdən,
test imtahanı və müsahibə mərhələsindən ibarətdir.
Test imtahanı mərhələsində
verilən 60 sualdan yarısını, yəni,
30-nu cavablandıran şəxs
mərhələdən keçmiş
hesab olunur və onun maaşı
minimal olaraq 10% artır. 51 baldan yuxarı toplayanların maaşına isə 35% əlavələr edilir. Bu differensial əmək haqqı sistemi çox ölkədə yoxdur. Yəni, bizdə sertifikasiyanın ən müsbət tərəfi
onun maaş artımına yönəlik
hissəsidir. Təbii
ki, bizdə də ideal şəkildə
həyata keçirilmir.
Bəzi detallar var ki, onlar
aradan qaldırılmalıdır,
müəyyən təkliflər
irəli sürülməlidir,
prosesin təşkilində
müəyyən dəyişikliklər
həyata keçirilməlidir.
Bizdə təhsil verənlərin sertifikatlaşdırılması
prosesinin təşkili
deyilən qədər
ideal deyil. Müəyyən dəyişikliklər
edilməli, istər imtahanın, istər müsahibənin təşkilində,
ümumən qaydalar sistemində zəruri dəyişikliklər edilməli,
addımlar atılmalıdır.
Məsələn, mən
öz sosial şəbəkə hesablarımda
bununla bağlı bir neçə təklif irəli sürmüşəm. Ən
birinci dəyişiklik
sertifikasiya prosesinin 5 ildən 3 ilə endirilməsidir. Bunun səbəbini 6 əsasla irəli sürmüşük".
Ekspertin sözlərinə
görə sertifikasiyanın
birinci mərhələsindən
kəsilən müəllimlərin
yenidən hazırlaşması
üçün yaradılan
şəraiflərdən sonra
həmin müəllimlərin
ikinci dəfə yenidən kəsilməsi və onların buna baxmayaraq hələ də məktəbdə qalması
gələcəyimiz adına
böyük mənəvi
cinayətdir:
"Sertifikasiyadan kəsilən müəllimlərin
işdən azad olunması doğrudurmu? Bəli, mən bunu doğru hesab edirəm. Amma bir qeyd
edim ki, sertifikasiyadan kəsilənlərin
yox, ikinci dəfə kəsilənlərin
işdən azad olunması qaydalara daxildir. Ona qalsa,
ötən sertifikasiyada
2400-ə qədər müəllim
kəsilib. Amma onlar bir il
işlədilər, fəaliyyətlərini
davam etdirdilər. Bunların yalnızca maaşları artmadı, olduğu kimi qaldı. Nazirlik, dövlət bunlara bir il də
şans yaratdı ki, daha yaxşı
hazırlaşsınlar və
sertifikasiya prosesinin test imtahanı mərhələsinə ikinci
dəfə qatılsınlar.
Həmin 2400 müəllim
avqustda onlar üçün yaradılan
ikinci şansdan istifadə edəcəklər.
Bu çox humanist addımdır. Təsəvvür edin ki, heç bir müəllimi birinci dəfə sertifikasiyadan kəsildiyinə
görə işdən
çıxartmırlar. Yalnız
ikinci dəfə təkrar kəsilən müəllimlər işdən
çıxarılır ki,
bu da nəinki
doğru, hətta vacib yanaşmadır. Təxirəsalınmaz dərəcədə
zəruri bir addımdır. Bir müəllim öz predmetini tədris edir, o qədər də çətin olmayan suallar verilir orda. Biz
işin içində
olduğumuz üçün
bilirik ki, xüsusilə fənlə
bağlı olan suallar o qədər də çətin deyil. Məlumat üçün deyim ki, 60 sualın 50-si fənlə bağlıdır,
qalan 10-u isə metodika kurrikulum ilə bağlıdır.
50 sualın 30-u isə
ümumiyyətlə sadə
sualdır. Siz təsəvvür edin ki, müəllim illərlə bu predmeti tədris edir. Deyək ki, ibtidai sinif
və yaxud da Azərbaycan dili və ədəbiyyatı
illərlə tədris
edir. Hər gün sinif otağına daxil olur, başqalarının
övladına nəsə
öyrədir, əgər
həqiqətən öyrədirsə.
Amma yekunda gəlir, 30 bal belə toplaya bilmir. Başa düşdük, müəyyən
imtahan həyəcanı
var. Amma bu 4-5 sualda özünü
göstərsin də.
Axı bunun 20 sualda özünü göstərməsi birbaşa
savadsızlıq göstəricisidir.
Lakin buna baxmayaraq, dövlət buna şərait yaradır, ikinci dəfə imtahana girmək üçün
şans verir, üstəlik onları əlavə təlimlərə
cəlb edir. Bundan artıq nə olmalıdır? Bir müəllim bunlardan sonra da kəsilirsə və əgər test imtahanı mərhələsində ən
asan sualı cavablaya bilmirsə, onun məktəbdə qalması gələcəyimiz
adına böyük mənəvi cinayətdir".
Təhsil eksperti
Adil Vəliyev də qeyd edir
ki, sertifikasiya prosesi saxta diplom
almış və yaxud diplomsuz işləyən savadsız
müəllimlərin tədrisdən
uzaqlaşdırılması üçün ən yaxşı metoddur:
"Bilirsiniz ki, artıq bir neçə ildir müəllimlərin
təyin olunması, müəllimlərin işə
qəbulu, yəni
MİQ imtahanları vasitəsilə
olur. Daha sonra onların maaşlarını artırmaq
və s. sertifikasiya vasitəsilə müəyyən
olunur. Amma iş orasındadır ki, hər zaman
belə bir problem olurdu ki, məktəblərdə
nədənsə vakansiya
olmurdu və biz də hər
zaman bundan şikayətlənirdik. Bildirirdik
ki, necə olur ki, məktəbdə
vakansiya olmur. Amma əslində isə durum çox fərqli və acınacaqlı bir vəziyyətdə idi. Düşünürəm
ki, sertifikasiyanın olması həqiqətən
çox gözəl bir addım oldu ki, illərdir
işləyən və
cənab nazirin dediyi kimi saxta
diplom almış və yaxud diplomsuz
işləyən müəllimlər
var ki, təbii
ki, hər kəsə aid deyil, sertifikasiya üzə çıxardı
ki, əslində o müəllimlərin savadları
uşaqlara dərs keçəcək səviyyədə
deyil və həmin müəllimlər
birmənalı olaraq məktəbdən, təhsildən,
tədrisdən uzaqlaşdırılmalıdırlar.
Çünki o müəllimlər
bizim övladlarımıza
dərs keçir və düşünürəm
ki, çox doğru bir qərar oldu. Çünki bu həm məktəblərdə
vakant yerlərin nəzarətinə gətirib
çıxaracaq ki, artıq təhsil nazirliyi buna birbaşa nəzarət edəcək, biləcək
ki, hansı məktəbdə hansı
fənn üzrə neçə vakant yer var, həm
də ki, müəllimlərin doğru
qiymətləndirilməsi maaşların
artmasına gətirib
çıxaracaq.
İndi sual
ola bilər ki, bəs niyə
müəllimlərin bəziləri
və bir qrup şəxslər bundan narazıdır? Mən düşünürəm
ki, həmin narazı olan şəxslər məhz sertifikasiya imtahanından qorxan, sertifikasiyadan keçid balını keçə bilməyən
kəslər və onların tanışları,
yaxınlarıdır.
Əgər siz
qarşınıza doğru
bir istiqamət, doğru hədəf qoymusunuzsa və ora çatmaq istəyirsinizsə, mütləq
şəkildə sizin
qarşınıza maneələr
çıxacaq və
bu maneələrin çıxması da məhz sizin doğru yolda olmağınızın sübutudur".
Röyalə Xəyal
Olaylar.-
2023.- 14-20 iyul.- S.19.