Heydər Əliyev və hüquqi dövlət quruculuğu
Ulu öndər
Heydər Əliyev xüsusi dövlət orqanlarında çalışanda,
Azərbaycan SSR-ə rəhbərlik
etdiyi dövrdə və eyni zamanda
SSRİ-nin rəhbərlərindən
biri olan zamanlarda daim qəlbi Azərbaycanla döyünmüş, xalqımızın
və dövlətimizin
azadlığa, müstəqilliyə
və sərbəstliyə
qovuşması üçün
daim çalışmış,
əziyyət çəkmiş,
müxtəlif qüvvələrlə
vuruşmaq məcburiyyətində
qalmışdır. Böyük
öndər müstəqil
dövlətçiliyin, azad
yaşamın xalqımıza
məxsus ali dəyər olduğunu yaxşı bilirdi. İnsanların milli azadlıq, müstəqillik
arzusu ilə yaşadıqlarını görürdü,
hiss edirdi.
Məhz bu
yerdə Ümummilli liderin tarixi çıxışını xatırlatmaq istəyirəm:
"Biz azadıq,
biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik, biz özümüz
öz taleyimizin sahibiyik. Bilirsiniz bunun üçün, yalnız bunun üçün aylarla əziyyət çəkmək
olar, illərlə əziyyət çəkmək
olar, illərlə ac qalmaq olar.
Məhz bunun üçün. Çünki,
əsrlər boyu bizim ulu babalarımızdan
indiyə qədər
Azərbaycanın mütəfəkkir
insanları milli azadlıq, müstəqillik
arzusu ilə yaşamışlar. Milli azadlıq, müstəqillik
üçün mübarizə
aparmışlar, vuruşmuşlar.
Amma buna nail ola bilməmişlər.
Biz buna nail olmuşuq. Və bilin ki,
bunu indi əlimizdə saxlamaq, bunu qorumaq hər
bir insanın canından da onun üçün artıqdır. Mənim üçün, bunu bilin, mən sizə deyirəm:
Öz həyatından,
öz canımdan artıq Azərbaycanın
müstəqilliyini qorumaq,
onu saxlamaq, onu əbədi etməkdir."
Bu sözlərə
diqqət yetirsək, buradakı məna çalarlarnı dərindən
dərk etsək biz həqiqətən ən böyük azərbaycanlının məhz
ulu öndər Heydər Əliyev olduğunu görərik.
Ulu öndərin
fəaliyyətinin əsas
istiqamətlərindən biri
də hüquqi dövlət quruculuğu sahəsidir. Hələ
SSRİ dövründə Azərbaycana
rəhbərlik edən
Heydər Əliyev sovet ideologiyasının tüğyan etdiyi, sərt rejimin hökm sürdüyü bir vaxtda Azərbaycan
xalqının milli kimliyini unutmaması, öz dəyərlərindən
uzaqlaşmaması üçün
əlindən gələni
edirdi. Onun ən böyük xidmətlərindən biri
də Azərbaycan dilinin dövlət dili səciyyəsinə qaldırılması olub.
2 aprel 1978-ci ildə
IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR-in Konstitusiya layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına
həsr olunmuş sessiyasında məruzə
ilə çıxış
edən ulu öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddə yeni redaksiyada verilir: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət
dili Azərbaycan dilidir". Heydər Əliyevin bu təşəbbüsü 21 aprel
1978-ci ildə qəbul
olunmuş Azərbaycan
SSR Konstitusiyasında öz
əksini tapmışdır.
Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin
milli rəmzlərindən
birini məharətlə
qorumuşdur.
1983-cü ildən etibarən SSRİ-nin rəhbərlərindən biri
kimi fəaliyyətini
davam etdirən dünya şöhrətli
ictimai-siyasi xadim, xalqımızın igid oğlu Azərbaycanı heç vaxt diqqətindən kənarda
saxlamadı. 1980-ci illərin
sonlarında başlanan
və milli azadlıq hərəkatının
son mərhələsi
kimi xarakterizə olunan tarixi dövr
də bir başa Heydər Əliyevin adı ilə bağlıdır.
Çünki, bu hərəkatın ideoloji
trayektoriyasını məhz
ulu öndər cızmışdı. 1991-ci ildə
müstəqilliyimizi bərpa
etməyimiz mühüm
hadisə oldu. Ancaq o, dövrdə Azərbaycana rəhbərlik
edən bəzi şəxslərin, onların
əlaltılarının xəyanətləri
və siyasi hakimiyyətin səriştəsizliyi
müstəqilliyini yeni
bərpa etmiş Azərbaycanı məhvə
sürükləyirdi. Belə
mürəkkəb bir
vəziyyətdə Azərbaycan
xalqı son ümid yeri kimi Heydər Əliyevi görürdü.
Azərbaycan tarixinin taleyüklü mərhələdə
olduğunu görən
ümummili lider xalqın səsinə-səs
verərək siyasi hakimiyyətə geri döndü. Onun dönüşü Respublikamızda
gedən bütün proseslərə əsaslı
şəkildə təsir
göstərdi. Xaos, anarxiya və xüsusilə vətəndaş
müharibəsi təhlükəsi
aradan qaldırıldı.
Köklü siyasi islahatlar həyata keçirildi. Ölkənin
daxili və xarici siyasət konsepsiyası hazırlandı,
hüquqi dövlət
quruculuğu sahəsində
ciddi addımlar atıldı.
1994-cü il sentyabrın 20-də Bakıda dünyanın
11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
Bununla da Heydər Əliyev dühası Azərbaycanın
parlaq gələcəyinin
qurulması istiqamətində
əsaslı dönüş
yaradacaq neft strategiyasını müəyyən
etdi. Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər
başladı. Təcavüzkar
silahlı qüvvələrinin
Azərbaycan ərazisindəki
azğınlıqlarının qarşısı alındı,
qəddar düşmənə
əks-zərbələr endirildi
və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həllində
ilk mərhələ kimi cəbhə xəttində atəşkəs
elan edilməsinə nail olundu.
Cəmiyyətin gələcək inkişafı
digər sahələrlə
yanaşı, eyni zamanda, hüquq sahəsində də köklü islahatların
həyata keçirilməsini,
tamamilə yeni və demokratik dəyərlərə əsaslanan
milli qanunvericilik bazasının formalaşdırılmasını
zərurətə çevirmişdi.
Məhz bu səbəbdən müstəqil
dövlət qarşısında
duran ən vacib məsələlərdən
biri yeni Konstitusiya layihəsinin hazırlanması oldu.
Milli Məclisin
1995-ci il 2 may tarixli 1048 saylı qərarı ilə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq olundu. Konstitusiya Komissiyasının
tərkibinə qanunvericilik,
icra və məhkəmə hakimiyyəti
orqanlarının nümayəndələri
ilə yanaşı, tanınmış ictimai-siyasi
və elm xadimləri, görkəmli
hüquqşünaslar, tarixçilər,
dilçilər daxil edilmişdi. Ümummilli Lider Heydər Əliyev Komissiyanın fəaliyyəti zamanı Əsas Qanunun layihəsinə dair öz dəyərli tövsiyələrini verib,
Konstitusiyanın hər
bir müddəasını
şəxsən nəzərdən
keçirib, Konstitusiya
layihəsinin açıq
müzakirələrini təşkil
etməklə onun ən yetkin formada qəbulunu təmin etmək üçün gərgin
əmək sərf edib. Yeni Konstitusiya
5 bölmə, 12 fəsil,
158 maddə, preambula və keçid müddəalarından ibarət
olmaqla 1995-ci il noyabrın 12-də ümumxalq
səsverməsi - referendum
yolu ilə qəbul edildi, 1995-ci il noyabrın 27-də isə qüvvəyə mindi. 1995 və 2000-ci illərdə çoxpartiyalılıq
əsasında demokratik
parlament seçkilərinin
keçirilməsi, Konstitusiya
məhkəməsinin fəaliyyətə
başlaması, Azərbaycanda
ölüm cəzasının
ləğv olunması,
"Bələdiyyə seçkiləri
haqqında qanun"un
və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz
Heydər Əliyevin adı ilə bağlıdır.
Müstəqil və güclü Azərbaycanın prezidenti
İlham Əliyev Ulu öndər Heydər Əliyevin etimadını hər an doğrultmaqla və onun siyasi
irsinə sadiq qalmaqla 2003-cü ildən bu günədək bir çox uğurlara imza atıb. Bu uğurların
təməlində Heydər
Əliyev siyasətinin
təsiri daim hiss olunur. 2020-ci ildə Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli
ordumuzun 44 günlük
vətən müharibəsində
əldə etdiyi böyük Zəfər də deyilənlərin ən bariz nümunəsi
kimi qeyd olunmalıdır. Ümumilli
liderimizin ruhu artıq şaddır. Çünki, onun arzusu reallaşdı. Cənab prezident ata vəsiyyətini yerinə yetirdi. Xalqımız artıq Qarabağdadır. Unutmaq olmaz ki, bu
qürurlu, şərəfli
qələbəni Ulu
öndər Heydər
Əliyev siyasətinə,
onun layiqli davamçısı, əzmkar
və sarsılmaz iradəli ali baş komandan İlham Əliyevə və igid Vətən
oğullarına borcluyuq.
Kərim Cəfərov,
Bakı şəhəri 35 saylı
Notariat ofisinin hüquqşünası
Olaylar.-
2023.- 14-20 iyul.- S.6.