"Beynəlxalq
Qızıl Xaç Komitəsi erməni vəhşiliyinə
beynəlxalq hüquqa uyğun qiymət verməyib"
AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun
aparıcı elmi işçisi, Quba Soyqırımı Memorial
Kompleksinin mütəxəssisi,
tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı "Olaylar"-a
Beynəlxalq Qızıl
Xaç Komitəsinin
yararsızlığı və
ermənilərin tarix
boyu insanlığa sığmayan qətliamları
haqqında danışıb:
- Bir neçə gün
öncə xarici saytların bir çoxunda 1995-ci ildə boşnaklara qarşı edilən soyqırım haqqında yazılar gördüm. Ancaq, bizlər dəfələrlə
erməni qətliamlarına
məruz qalsaq da bu miqyasda münasibət
görə bilmirik. Buna səbəb olan amillər hansılardır?
-Ümumiyyətlə, beynəlxalq və regional güclərin hərtərəfli dəstəyi
ilə ermənilərin
əsrin əvvəllərindən
Qarabağ müharibəsi
zamanına kimi mülki və hərbi əsirlərlə
rəftarı Ermənistan
dövlətinin bir daha təcavüzkar və terror dövləti olduğunu əyani və hüquq cəhətdən
sübut edir.
Əsirlərlə rəftar tarixdən bugünə kimi istər həbiçilərə,
istərsə də mülki əhaliyə qarşı ermənilərə
həm yad bir hüquqi termindir, həm də ermənilərin düşünülmüş şəkildə insanlığa,
bəşəriyyətə etdiyi cinayətlərdəndir.
Ermənistanın hərbi-siyasi
rəhbərliyi əsir
və girov götürülmüş Azərbaycan
vətəndaşlarına qarşı məqsədli
və düşünülmüş
şəkildə soyqırımı
və vandalizm siyasətini yeridib. Minlərlə Azərbaycan
vətəndaşı, o cümlədən
uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin
qurbanı olub. İstər yerli, istərsə də xarici ölkələrdə
olan faktlar, araşdırmalar, sənədlərdə,
beynəlxalq və regional təşkilatların
çoxsaylı hesabatlarında
göstərilir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr
verilmiş - onlar vəhşicəsinə döyülmüş,
qəsdən şikəst
vəziyyətinə salınmış,
sinələrinə qızdırılmış
"xaç" nişanları
ilə damğa basılmış, dırnaqları
və dişləri çıxarılmış, yaralarına
duz basılmış,
ölənə qədər
rezin və dəmir dəyənəklərlə
döyülmüş, damarlarına
benzin yeridilmişdir. Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasında
olan faktların bir qismi bunlardır:
* Girov götürülərkən
3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin
(24.07.1993) bazu sümüyü
Xankəndində erməni
"həkimləri" tərəfindən
çıxarılmış, nəticədə Şövqi
şikəst olmuşdur.
* Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.93) Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni "həkimi"
Aida Serobyan naməlum tərkibli iynələr vurmuşdur,
nəticədə Arzu
Hacıyev şikəst
olub və 2003-cü ildə dünyasını
dəyişib.
* Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın
gözləri qarşısında
atasına dəhşətli
işgəncələr vermiş,
onun qulaqlarını kəsmiş, anası hədə və şantajlara dözməyərək
dəli olmuş, qızın özünü
isə 4 mln. rus publuna ailəsinə
satmışlar.
* Dadaşova Zəminə Göyüş
qızı ermənilər
tərəfindən girov
götürülərkən qolundan aldığı güllə yarası baxımsızlıq üzündən
çirk eləmiş
və onun bədənində çürümə
prosesi getmişdir. Girov götürülən zaman ermənilər
onun atası Göyüş Dadaşovu
və yaşlı nənəsi Qönçə
İbadovanı yerindəcə
güllələmişlər.
* Erməni nəzarətçiləri
Ağdam rayonundan girov götürülmüş
Kəklik Həsənovaya
dəhşətli işgəncələr
vermiş, mismar kəlbətini ilə onun 16 dişini çıxarmışlar.
* Ağdam rayonunun
işğalı zamanı
ermənilər tərəfindən
girov götürülən
yaşlı qadın Şirinova Şərqiyyə
Rza qızının
8 qızıl dişi
mismar kəlbətinlə
çəkilmişdir. O, altı
ay davamlı işgəncələrə məruz
qalmışdır.
* Qubadlı rayonunun
işğalı zamanı
65 yaşlı Məmmədova
Biniş Rəsul qızı və 69 yaşlı İsmayılova
Sara Miriş qızı girov götürülüb, Xankəndi
hərbi hissəsində
saxlanılmışdılar. Burada onları gündüz ağır fiziki əmək tələb edən işlərdə işlədir,
gecələr isə xüsusi amansızlıqla
döyürmüşlər. Onlarla birlikdə saxlanan Şahsənəm və Əsli adında qadınlar bu cür ağır
işgəncələrə dözməyərək girovluqda
ölmüşlər.
* Ağdam rayonunun
keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz
işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1994-cü ildə
Ağdam rayonunun işğalı zamanı
89 yaşlı anası
Vera Davıdovnanın
və ahıl yaşlı bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər
tərəfindən vəhşicəsinə
öldürülüb və
sonradan yandırıldığını,
Ağdam kanalının
yanında saysız-hesabsız
qadın və uşaq meyidini gördüyünü bildirir.
Bundan əlavə Vladimir Şevelyov şahidlik edir ki, ermənilər Ağdam rayonunun işğalı zamanı
oradakı ruhi xəstəxanada olan 7 ruhi xəstəni, o cümlədən iki xəstə qadını girov götürmüşlər.
Onların biri azad edilmiş, biri döyülə-döyülə
öldürülmüş, digərlərinin sonrakı
taleyindən isə bu günədək məlumat yoxdur.
* 1930-cu il təvəllüdlü
Ağdam rayon sakini Abbasov Əli Rəsul oğlunu erməni girovluğunda mütəmadi
olaraq döyülmüş,
onun bədəninə
siqaret basılaraq yandırılmışdır. Aldığı mənəvi
və fiziki işgəncələrdən özünə
gələ bilməyən
Əli Abbasov erməni əsirliyindən
azad ediləndən bir müddət sonra vəfat etmişdir.
* Erməni hərbçiləri
Füzuli rayonundan girov götürdükləri
Ağayev Mürvət
Fətiş oğlunu
döyərək qulağını
kəsmiş, əllərini
məftillə arxadan bağlayaraq ağacdan asmış və ayaqlarının altında
ocaq qalayaraq yandırmışlar.
* Hərbi əsirlər
- Daşdəmirov Novruz
Məhəmməd oğlu
və Qarayev Namiq Cavanşir oğlunu mütəmadi döyülmə, bədənlərinə
qızdırılmış cismlərlə dağ basılma və başlarına mismar çalınması nəticəsində
ruhi xəstə həddinə çatdırılmışlar.
* Hərbi əsir
Mürşüdov Sədrəddin
Aslan oğlu döyüldükdən sonra
şüşə qırıqlarını
udmağa məcbur edilmişdir.
* Yaralı vəziyyətdə
əsir götürülmüş
Məmmədov Əbdüləzim
Məcnun oğlunu rezin dəyənəklə
döyülmüş, damarına
benzin yeridilmiş, yaralarının qaysağı
qopardılaraq ona əzab verilmiş, üstünə təlim keçmiş it buraxılmışdır.
* Məmmədov Mayıl Məhəmmədəli
oğlunun damarına dizel yanacağı yeridilmiş, sinəsi qızdırılmış xaçla
damğa vurulmuşdur.
* Vəhşicəsinə döyülmə nəticəsində
hərbi əsir Hüseynov Cavid Ağa oğlunun çənəsi və qabırğaları sınmışdır.
Ermənilər dəmir
parçası ilə
Cavidin qoluna damğa basmış və yarasının üzərinə kislota tökmüşlər.
* Yeddi aylıq
Babək İlyasovun anası Afət Mirzəyeva və babası Aslan Mirzəyevi ermənilər
vəhşicəsinə güllələnmişlər.
Qəlpələrdən Babəkin
sağ gözü yaralanmışdır, lakin
buna baxmayaraq ermənilər onu da Kəlbəcər rayonundan girov götürülmüş digər
həmkəndliləri ilə
birlikdə yalnız dörd aydan sonra və həm
də müalicə etmədən qaytarmışlar.
Hazırda Babəkin bir gözü kordur.
Bütün bunlar bir daha
ermənilərin nə
qədər vandal, qəddar, terrorist olduğu bir daha özünü göstərir. Təbii ki, Ermənistan və onu dəstləyən
qüvvələrin siyasətinə
baxmayaraq, Azərbaycan
xalqı və şanlı Ordumuz bütün şəhidlərimizin
qanını alacaq. Bu gün bu
missiyanı Ali Baş Komandanın rəhbərliyi altında
rəşadətli şanlı
ordumuz qısasını
alır və almaqda da davam
edəcəkdir.
1993-cü ildə yaradılmış Əsir
və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasında
30 il ərzində Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı toplanmış materialların
təhlili deməyə
əsas verir ki, Ermənistan Respublikası "Müharibə
qurbanlarının müdafiəsinə
dair" 1949-cu il tarixli Cenevrə Konvensiyası və onun əlavə protokollarını, Haaqa Konvensiyası və onun protokolarının tələblərini kobud surətdə pozaraq Azərbaycan vətəndaşlarına
qarşı məqsədli
surətdə təcavüzakar
və soyqırımı
siyasəti yeridir. Dinc əhalinin kütləvi şəkildə
əsirlər boyu yaşadıqları ərazilərdən
silah gücünə
qovulması, yaşayış
məntəqələrinin, tarixi abidələrin, qədim qəbiristanlıqların
dağıdılması, insanların
kütləvi şəkildə
qətlə yetirilməsi,
girov götürülməsi,
dözülməz işgəncələrə
məruz qoyulması, heysiyyətlərinin tapdanması,
şantaj, hədə-qorxu,
alver obyektinə çevrilməsi söylədiklərimizə
əyani bir sübutdur.
1992-ci ildə Xocavənd rayonunun işğalı zamanı
Ermənistan hərbçiləri
Qaradağlı kəndindən
girov götürülmüş
118 nəfər dinc sakinini Xankəndinə apararkən onlardan 33 nəfərini yolda güllələmişlər. Qətlə
yetirilənlər arasında
10-12 yaşına qədər
uşaqlar və qadınlar da olub.
Füzuli rayonunun
işğalı zamanı
Horadiz yolunda girov götürülmüş
40 nəfər mülki
şəxsin 29 nəfəri,
Gorazıllı kəndindən
götürülmüş girovların 40 nəfəri,
Kəlbəcər rayonunun
Başlıbel kəndindən
girov götürülmüş
qoca, qadın və uşağın 29 nəfəri yerindəcə
öldürülmüş, meyitlərə qarşı
əxlaqsızlıq və
vandalizm hərəkətlərinə
yol verilmiş, Kəlbəcər rayonunun
"Tunel" adlanan yerində güllələnən
dinc sakinlər iz itirmək məqsədi ilə yük avtomobilinin üstünə yığılaraq
maşınla bir yerdə yandırılmışdır.
Bu günahsız soyqırım qurbanlarının
böyük hissəsi
qadınlar və uşaqlar idi.
1992-ci il fevralın
25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri
Xankəndidə yerləşən
keçmiş SSRİ-nin
4-cü ordusunun 23-cü diviziyasına
daxil olan 366-cı motoatıcı alayın
10 tankı, 16 zirehli transpartyoru, 9 PDM (piyadaların
döyüş maşını),
180 nəfər hərbi
mütəxəssisi və
xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə
aldı. Ermənilər
ən müasir silahlarla şəhərə
hücum edərək
Xocalını yerlə-yeksan
etdilər. "Xocalının
işğalına dair
istintaq materiallarından"
məlum olur ki, Xocalının işğalı zamanı
Ermənistan və Rusiya hərbçilərinin
qətlə yetirdiyi
613 Xocalı sakininin
63 nəfərini azyaşlı
uşaqlar, 106 nəfərini
isə müxtəlif
yaş hədlərində
olan qadınlar təşkil etmişdir. 8
ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Hazırda
(01.10.2016-cı il tarixə
olan məlumat) 186 nəfər (onların arasında 31 uşaq (11 qız), 59 qadın, 33 qoca (20 qadın) var) Xocalı sakini itkin düşmüş
şəxs kimi axtarışdadır. İtkin
düşmüş həmin
186 nəfərdən 95 nəfərinin
ermənilər tərəfindən
əsir və girov götürülməsi
barədə şahid
ifadələri əldə
mövcuddur. 95 nəfərin
arasında 12 uşaq
(2 qız), 23 qadın,
11 (7 qadın) qoca var. Aparılmış əməliyyat - istintaq araşdırması zamanı
sübut olunmuşdur ki, şəhərə hücumda 366-cı alayın
milliyətcə erməni
zabiti, mayor Oqanyan Seyran Muşeqoviçin (sabiq Ermənistanın Müdafiə
naziri) komandanlığı
altında olmuş
2-ci taboru, Yevgeni Nabokixinin komandası altında 3-cü taboru,
1-ci taborun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən
artıq erməni zabit və gizir
iştirak etmişdir.
Hadisədən sonra əldə olunmuş bəzi meyitlərin xarici müayinəsi, məhkəmə-tibb ekspertizalarının
rəyləri, mühasirədən
çıxmağa, girovluqdan
qaçmağa müvəffəq
olmuş sakinlərin ifadələrinə, eləcə
də digər dəlil sübutlara əsasən, ermənilər
ələ keçirdikləri
dinc sakinlərə ağlasığmaz işgəncələr
verir, onlara qarşı qeyri-insani davranış nümayiş
etdirirmişlər.
- Deyə bilərikmi
zamanında Beynəlxalq
Qızıl Xaç Komitəsi ciddi tədbir görsəydi bu gün əsir
və itkin düşən soydaşlarımız
ailələrinə qovuşmuş
ola bilərdi?
- Beynəlxalq humanitar hüquqda mülki şəxslərə
zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsi və müharibə qurbanlarının müdafiəsinə
dair "Müharibə
zamanı mülki şəxslərin müdafiəsinə
dair" 1949-cu il 12 avqust 12-də Cenevrə Konvensiyası (11 Qətnamadən
ibarət 1949-cu il tarixli Cenevrə Diplomatik Konfransının
qətnamələri, 13 maddədən
ibarət Tibbi Yardım və Təhlükəsizlik Zonaları
və Əraziləri
Haqqında Saziş Layihəsi (I Əlavə),
8 maddədən ibarət
Kollektiv Yardıma aid Qaydalar layihəsi
(II Əlavə), 1949-cu il
12 avqust 12-də Cenevrə
Konvensiyaları və
onlara əlavə protokollar (I Əlavə. Əlavə tibbi yardım zonaları və yerləri haqqında Saziş layihsəsi) və1977-ci ildə
qəbul edilən I və II Əlavə Protokollar, Hərbi əsirlər ilə rəftara dair 1949-cu il 12 avqust tarixli
Cenevrə Konvensiyası
(I Əlavə. Yaralı
və Xəstə hərbi əsirlərin birbaşa Vətənə
qaytarılması və
neytral ölkələrdə
yerləşdirilməsi haqqında
nümunəvi Saziş
(110-cu maddəyə bax),
II Əlavə. Qarışıq
tibbi komissiyalar haqqında Əsasnamə
(112-ci maddə bax),
III Əlavə. Kollektiv
yardıma aid qaydalar (.73-cü maddəyə
bax), 14 may 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə
zamanı mədəni
mülkiyyətin qorunması
haqqında" Konvensiya
və əlavə protokolar, "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması
haqqında" 1954-cü il
Haaqa Konvensiyasının,
"Arxeoloji irsin mühafizəsi haqqında"
1992-ci il Avropa Konvensiyasının və
"Ümumdünya mədəni
və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun
1972-ci il Konvensiyasının,
BMT Baş Assambleyasının
1962-ci il 14 dekabr tarixli, 1803 (XVII) saylı bəyannaməsi və. s-lər sənədlər qəbul edilib ki, Birinci Qarabağ
müharibəsində Ermənistan
hərbi-siyasi rəhbərliyi
tarixi torpaqlarımızda
mili-mənəvi dəyərlərimizə,
tarix abidələrimizə,
məscidlərimizə, mülki
əhaliyə qarşı
beynəlxalq səviyyədə
təsbit olunmuş qərar, protokolların tələblərinə ermənilər
və onları hərtərəfli dəstəkləyən
qüvvələr zidd
hərəkətlər ediblər.
Onların bu beynəlxalq hüquqa və insanlığa qarşı siyasətinin Şanlı
ordumuzun azad etdiyi ərazilərə baxarkən bir daha şahidi oluruq. Çox təəssüf ki, bir sıra dövlətlər,
beynəlxalq və regional təşkilatlar kimi, Beynəlxalq Qızıl Xaç Komitəsi də istər I Qarabağ müharibəsində, istərsə
də Vətən Müharibəsində azərbaycanlı
mülki əhali və əsirlərə, eləcə də hərbi əsrilərə,
mili-mənəvi dəyərlərimizə,
tarix abidələrimizə,
məscidlərimizə, ekologiyaya
qarşı "Beynəlxalq
Humanitar Hüquqda Neytrallıq" qeyd olunan prinsipə əməl etməyiblər.
Bütün bunlar göstərir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi nəinki ciddi tədbir görməmiş,
hətta ikili standart kimi yanaşmış,
hadisələrə obyektiv,
real, beynəlxalq hüquqa uyğun və BQXK-nin nizamnaməsinə uyğun
rəftar etməmişdir.
Təbii ki, əgər qeyd olunanlara BQXK əməl etsəydi həm əsirlərimiz və itkinlərimizin taleyi, sağ qalmaları, ağır işgəncələrlə
qətl olmaları, başlarına gətirilən
dəhşətli faciələr
də haqda məlumatlar həm yerli, həm də beynəlxalq ictimaiyyətə Beynəlxalq
Qızıl Xaç Komitəsi tərəfindən
tam, geniş və əhatəli şəkildə çatdırlardı.
Əfsanə Kamal
Olaylar.-
2023.- 14-20 iyul.- S.14-15.