Türküstan diyarının milli-kökən
özgürlüyü... və hay kilsəsi...
Rusiya Federasiyasının Sankt-Peterburq
şəhəri Dövlət
Universitetinin Filologiya və Şərq fakültələrinin tədris
binaları önündə
Türk-Müsəlman dünyasının
görkəmli alimi və ictimai xadimi Əhməd Zəki Validi-Toğanın
(1890-1970) 2008-ci il 28 iyun
tarixdə büstü
icaldılmış və
onun adını daşıyan Türk Tədqiqatları Mərkəzi
açılmışdır. Milli-özgür, dini-fəlsəfi
ideya düşmənlərimizin
birləşmiş qaragüruhu
bu dünyəvi-fəlsəfi müqəddəsliyi
və maarifçilik məkanını
2021-ci ilin yanvar ayında dağıtmağa
nail olmuşlar, Şərq memarlığının
maddi irsi məhv edilmişdir...
...eyni ilə,
bir əsr əvvəl, 1917-1923-ci illərdə
digər bir coğrafi məkanda-Bütöv
Türküstan dövlətinin
hüdudlarında milli-azadlıq
mücadiləsini, kökənliyin
qürurunu, sərhədlərinin
hüdudsuzluğunu, etno-milli
irs və maddi-mədəniyyət ocaqlarını...qanla-amansız soyqırımla
boğan, dağıdan,
yer üzündən silən...rus-bolşevik və hay-daşnak silahlı qüvvələrinin
əməllərinin törəmə
rişələri, şaxələnən
kökləri kimi.
Orta və
Mərkəzi Asiyada, Türküstan diyarında
əski Türk-Müsəlman
xalqlarının milli-dini,
etno-mədəni özgürlüyünün
mübarizə öndərləri
sırasında Başqurd/Başqırd elatının
qəhrəman ziyalısı
Əhməd Zəki Validi-Toğan 1920-1923-cü illərdə
Buxara, Xarəzm və Fərqanə bölgələrində, Amu-Dərya
və Sır-Dərya
çayları hövzələrində,
Bədəxşan-Zərəfşan vadilərində...birləşmiş
rus-hay nizami ordu birləşmələrinə
qarşı mübarizə
aparan milli bütövlüyün Şəhidləri
və Qaziləri sırasında məğlub
olmasa da, qəvi xislət cütlüyü
həmin müqəddəs
savaşdan yüz il sonra Onun
ruhunu incidə bilmişlər.
XX əsrin II onilliyində Türküstan
diyarının ictimi-siyasi
durumundan istifadə edən birləşmiş
düşmən qüvvələrinin
qarşısında duran
əsas məqsəd Osmanlı Türkiyəsinin/Türkiyə Cumhuriyyətinin
Türküstana uzanan
tarixi-coğrafi və
siyasi-iqtisadi, maddi-mənəvi...
yolunun qarşısının
alınması olmuş,
bu diyarın Türk dünyasının
şərq və qərb cinahlarından təcrid
edilməsi olmuşdur.
Bir cəhəti
də qeyd etmək lazımdır ki, Türküstan diyarının Şərqi
Türküstan bölgəsi-Uyğurustan
(mərkəzi Urumçi
şəhəri) ərazisindəki
milli-azadlıq mübarizəsinə
Türküstan diyarının
mücadilə hərəkatına
böyük təsiri
olmuşdur. Görkəmli
özbək tədqiqatçısı
Ənvər Nəzir
"Türküstanın faciələri"
əsərində Şərqi
Türküstan Respublikasının
rəhbəri, Özbək
xalqının ilk marşalı Şeyx Əlixan Törə
(1885-1976) haqqında qiymətli
tarixi bilgilərə yer vermişdir.
Türk-Müsəlman dünyasının bu şərəfli mübarizə
tarixi Türkiyə Cumhuriyyətində, Azərbaycan
Xalq Cumhuriyyətində
və Türküstan
diyarında (Şərqi
və Qərbi Türküstan dövlətləri
timsalında) baş verən Böyük Türk Dövlətlərinin
Bütöv Tarixinin səhifələrini təşkil
etmişdir.
Haşiyə.
Şərqi Türküstan
xanlığı (mərkəzi
Urumçi şəhəri)
Çinin Tsin imperiyası tərəfindən
1757-1759-cu illərdə zəbt
edilmişdir. XVIII əsrin
sonlarında Samsak Bürhan əl-Din Xocanın (XVIII əsrin
50-ci illəri-XIX əsrin
əvvəlləri) başçılığı
ilə Uyğurstanda milli-azadlıq müqaviməti
güclənmişdir. Çində
vətəndaş müharibəsi
(1927-1950-ci illərdə) dövründə
(12 noyabr 1933-cü ildə)
Şərqi Türküstan
Türk İslam Respublikası və ya Uyğurstan Respublikası yaranmışdır.
2-ci Şərqi Türküstan
və ya Uyğur Respublikası 12 noyabr 1944-cü ilən 01 oktyabr 1949-cu ildək mövcud olmuşdur (müasir sahəsinə görə Çin dövlətinin ən iri inzibati-ərazi
vahidi-1,7 milyon kv.km, 2020-ci il
məlumatına görə
əhalisinin sayı
26 milyon nəfər).
Orta və
Mərkəzi Asiyada işğalçı qüvvələrə
qarşı Ümumxalq
və Ümumdövlət
səfərbərliyində....var qüvvələrini
sərf etmiş mücadilə öndərləri
Türk-Müsəlman xalqlarının
mübarizliyinin davamlı
olduğuna sübut olan bir "mücadilə məktəbi"
(yuxarıda adı çəkilən Qazilərlə
yanaşı Muhammad Əmin bəy Əhməd bəy oğlu (1892-1920), Ərqaş
Əmir-əl Müslüm
(1882-1921), Molla Abdulla Kahhar (1884-1925), İbrahim bəy Çaki bəy oğlu (1889-1926), Muhiddin Osman oğlu (1893-1922)...) yarada bilmişlər.
1916-cı ildən başlayaraq coğrafi məkan və tarixi əhəmiyyət baxımından genişlənən
Bütöv Türküstan
milli-azadlığı hərəkatına
qarşı siyasi-hərbi
təxribatlar törədən
rus-bolşevik və hay kilsəsi bütün vasitələrdən
istifadə etməklə
yerli, kökənli, dini-mənəvi birliyi sarsılmaz olan xalqlara qarşı amansız faciələrin
yaranmasına imza atmışlar. Türk-Müsəlman
İttifaqına (Birliyinə)
qarşı tarixən
formalaşmış bu
mürtəce cütlüyün
hər üç cənub istiqamətdən
(Anadolu-Cənubi Azərbaycan,
Naxçıvan-Qərbi Azərbaycan-Qarabağ-Abşeron
yarımadası və
Xəzər dənizi-Orta
Asiya-Şərqi Türküstan)
şaxələnən siyasi-hərbi
əməliyyatları mahiyyət
baxımından eyni məzmunlu olsa da, müxtəlif səpgili siyasi-iqtisadi, elmi-dini, fəlsəfi-mədəni...özünüifadə sistemi,
kompleks ifadə təsiri bağışlamışdır.
Belə ki, XX əsrin əvvəllərində
rus-bolşevik və hay kilsəsi Türk-Müsəlman dünyasına
və xalqlarına qarşı açıq silahlı qətliamlar-soyqırım
siyasəti yürüdürdüsə,
20-30-cu illərdə bu
xalqların rus imperializminə qarşı
Milli-Azadlıq hərəakatının
Qazilərinin və milli-dini ideya mücadilə öndərlərinin
soyqırımı da
eyni mahiyyət kəsb etmişdir.
Məqsəd:
-ilk növbədə
Rusiya imperiyasının
Hind okeanına və Ərəbistan yarımadasına çıxışında
"coğrafi səd"-"keçilməz sərhəd"-"Böyük Turan qurşağı"nın zəiflədilməsi,
parçalanması, etno-morfogenetik
əsaslarının sarsıdılması,
mürtəce-qaynar strateji
hədəflərinin ocaqlarının
yaradılması;
-monolit, sarsılmaz
Türk-Müsəlman xalqlarının
ən sıx məskunlaşdığı və
say etibarı ilə üstünlüyü
ilə fərqlənən,
əlverişli, bütün
nəqliyyat növünün
yaratdığı logistik-azad
ticarət şəraitinə
malik coğrafi məkanda etno-demoqrafik tərkibinin "idarəedilən
toplum səviyyəsinə
çatdırılması", milli-ideya təməlinin sarsıdılması.
I Dünya müharibəsi
ərəfəsində Osmanlı
imperiyasının zəifləməsi
birləşmiş düşmən
qüvvələrinin Kiçik
Asiya yarımadasından
Monqol Altay dağlarınadək gehiş
bir coğrafi ərazidə-Türk Dövlətləri
hüdudlarında cəbhə
açmasına, rus-hay
qüvvələrinin bu
cəbhə boyunca fəallaşmasına səbəb
oldu. Nəticədə,
1914-1923-cü illər ərzində
Qafqaz-Türküstan cəbhəsində
Türk-Müsəlman xalqlarının
mübarizəsi milli-azadlıq
səciyyəsi daşısa
da, həm də rus-bolşevik və hay kilsəsi
birliyinin amansız niyyətlərinin qarşısının
alınması idi. Həmin dövrdə milli-azadlıq mübarizəsi
Orta və Mərkəzi Asiyada həm də yerli xalqların etnogenetik özgürlüyünün,
sakral dəyərlərinin
mühafizəsi baxımından
geniş və davamlı vüsət almışdır.
Şərqi və Qərbi Türküstan diyarında
milli-ideya mücadilə
öndərlərinin və
mübarizlərinin müqəddəs
amalı, bütün
qüvvələrin səfərbərliyi,
amansız düşmən
qüvvələri ilə
barışmazlığı... həmin dövrdə əks cəbhə nümayəndələrində heyrət doğursa da, sonrakı mərhələdə saxta
rus-hay təbliğatı
öz iyrənc iftiralarından, qarayaxmalarından
əl çəkə
bilməmi, həyasız
uydurmalar irəli sürmüşlər.
Rusiya dövlətinin
Türküstan Cəbhəsi
Ordusunun komandanı M.V.Frunze (1885-1925) 1919-1923-cü illərdə Milli-Azadlıq
mübarizləri ilə
apardıqları döyüşləri
qiymətləndirərkən yazmışdır ki, onlar tamamilə yeni, səciyyəvi xüsusiyyətə malik döyüşülərdir və
bir amalı, bir şüarı vardır-"Müstəqil,
Bütöv Müsəlman
dövləti yaratmaq!"
Qeyd etmək
lazımdır ki, bu fikirlər qələmə alındığı
dövrdə, 1919-cu ilin
yazında Türküstan
diyarında 1,2 milyon nəfər aclıqdan əziyyət çəkirdi...Türk-Müsəlman xalqlarının
milli-azadlıq mübarizəsinə
rus-hay cütlüyü
həmişə kölgə
salmağa, müqəddəs
mübarizə amalının
dəyərini azaltmağa
səy göstərmişlər.
Bu cütlük
"Səhranın bəyaz
günəşi" (1968, "Mosfilm" və "Lenfilm" studiyalarının
istehsalı, ssenari müəlliflərindən biri,
xalq yazıçısı
R.M.İbrahimbəyov-1939-2022,olub) kinofilmi ilə apardığı qarayaxmaları
yanaşı, guya Türküstan mübarizlərinin
1943-cü ildə Stalinqrad
şəhəri uğrunda
müharibənin gedişində
Orta Asiyaya hücum etmə planına malik olmaları barədə uydurmaları...da məhz xəstə, nifrin (nifrət dolu) təxəyyüllərinin
nəticəsi olmuşdur.
Çox təəssüf
ki, bəzi hallarda Orta və
Mərkəzi Asiyanın
Türk-Müsəlman dövlətlərinin
nəşrlərində də
bu kimi hallara
rast gəlinir (2018-ci ilin yanvar ayında
rus dilində olan "Qırğızstan
sözü" qəzetində
Y.Zaytsevin "Muhiddinin
qanlı kölgəsi"
məqaləsi milli-azadlıq
mübarizi Muhiddin Osman oğluna qarşı hörmətsizliyin
bariz nümunəsidr).
Və yaxud, bu mübarizənin, mücadilənin müqəddəsliyinə
haram qatılan başqa bir məqam da nəzərdən
qaçmır-Qırğızstan Respublikasının 1990-2005-ci illərdə
prezidenti olmuş Əskər Əkə oğlu Əkəyevin
(1944, 1989-1990-cı illərdə Qırğızstan SSR EA-nın
prezidenti, fizika-riyaziyyat
elmləri doktoru, professor) dediyi fikirlər:
-Allah və Tarix tərəfindən
Rusiya bizə pay verilib...
Tarixi mübarizə mərhələsinin
saxtalaşdırılmasına yönəlik rus-hay təbliğatına çoxsaylı
nümunələrdən biri
kimi rus tarixçisi, professor, Özbəkistan
SSR əməkdar elm xadimi
A.İ.Zevelyevin (1921-2005, o, 1957-ci ildə "Özbəkistan
SSR tarixi" monoqrafiyasının
həmmüəllifi, həm
də 1959-1983-cü illərdə
Özbəkistan KP MK-nın
I katibi olmuş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Ş.R.Rəşidovun
(1917-1983) mirzəsi olmuşdur)
1981-ci ildə Moskva şəhəri,
"Elm" nəşriyyatında çap etdirdiyi "Basmaçılıq:yaranması, təşəkkülü və
süqutu" əsərini
göstərmək olar
ki, uğrunda minlərlə
Şəhidlər qurban
vermiş müqəddəs
Türküstan diyarının
milli-azadlıq mücadiləsi
iftiralarla təhrif edilmiş, saxta ittihamlarla Qazi ərənləri
təhqir edilmiş, Türk-Müsəlman xalqlarına
qarşı düşmən rus-hay xislətinin mahiyyətinə
geniş yer verilmiş və bu azmış kimi 1985-ci ildə İrəvan şəhərində
də hayca təkrar nəşr edilmişdir...
Rus-bolşevik ordusu sıralarında Türk-Müsəlman
xalqlarına qarşı
soyqırım faciələri
yaşadan hay kilsəsinin
təəbəsi (quldur
dəstələri) olmaqla
yanaşı...1918-1919-cu illərdə
mövcud olmuş və milli-azadlıq hərakatının əsas
hərbi-siyasi özəklərindən
biri kimi yaradılmış "Türküstan
Hərbi Təşkilatı"nın
tərkibində...hay-daşnak
silahlıları da yer
tutmuşdur (rus tarixçisi D.İ.Orlovun
(1971) "Basmaçılıq: "Robun Qud"lar necə quldur olmuşlar" məqaləsi,
iyun, 2022-ci il).
Türküstan diyarı Türk-Müsəlman
dövlət və xalq birliyinin mücadilə hərəkatının
Şərq cəbhə-döyüş
qanadını, istehkam
qalasını təşkil
etdiyindən (təbii
ki, Şərqi və
Qərbi Türküstan
bölgələri hüdudlarında)
Osmanlı Türkiyəsinin
1918-1922-ci illər tarixinin
bu bölgə ilə bağlı şanlı hərb səhifələri (Qəhrəman
igidlərinin ruhları
anılmaq şərti
ilə) qətiyyən
unudulmayacaq dərəcədədir.
(ardı var)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Olaylar.- 2023.- 14-20 iyul.-
S.17.