Azərbaycanda polad magistralın
inkişafında Heydər Əliyev modeli
Azərbaycanda hər bir sahə kimi nəqliyyat sektoru, xüsusilə onun əsas qollarından olan polad magistralının
inkişafı da məhz
ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər
istər Sovet Azərbaycanına rəhbərlik
etdiyi, istərsə də müstəqil Azərbaycan Respublikasının
dövlət başçısı
olduğu illərdə
dəmir yolu nəqliyyatının inkişafı,
tərəqqisi istiqamətində
uğurlu addımlar atmış, bu sahəyə öz töhvəsini vermişdi.
Təsadüfi deyil
ki, Heydər Əliyevin
Azərbaycana rəhbərlik
etdiyi 1969-2003-cü illəri
Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf
dövrü kimi xarakterizə edirlər.
Dəmir
yolu nəqliyyatında
əsaslı dəyişikliklər
və köklü inkişaf illəri
1969-cu ildə ilk dəfə sovet Azərbaycanında rəhbərliyinə gələn
Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində bütün
sahələrdə olduğu
kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə
və köklü inkişafa təkan verildi.
Təkcə bir faktı demək lazımdır ki,
Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz
onun təşəbbüsü
və ciddi nəzarəti sayəsində
istismara verilmişdir.
Ümummillli lider istər bilavasitə respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər, istərsə də keçmiş SSRİ hökuməti
rəhbərliyində olduğu
1983-1987-ci illər ərzində,
dəmir yolu müasir xarici texniki maşın-mexanizmlərlə
və avadanlıqlarla
təchiz edilmişdi.
Heydər
Əliyev təkcə
dəmir yolunun inkişafı, yeni xətlərin
çəkilməsi, yeni qatarların
alınmasına diqqət
ayırmırdı. O, eyni
zamanda bu sahədə milli kadrların
yetişdirilməsini də
prioritet sayır və bu istiqamətə
xüsusi diqqət yetirirdi. Elə bunun göstəricisidir ki, bütün
sahələrdə olduğu
kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan
mütəxəssislərin böyük əksəriyyəti
məhz Heydər Əliyevin qayğısı
ilə 1970-1987-ci illərdə
ölkədən xaricdə
təhsil alıblar.
Heydər
Əliyevin birinci dəfə respublikaya rəhbərlik etdiyi dövrün ilk illərindən
ölkənin qatar qarajının yenilənməsi,
köhnə qatarların
yeniləri ilə əvəzlənməsinə start verildi. Beləliklə,
1970-ci ildən başlayaraq
şəhərətrafı qatarlar müasir tələblərə cavab
verən, yeni seriyalı ER-2 tipli elektrik qatarları ilə əvəz olunmağa başladı. Həmin illərdə Sumqayıt-şəhər, Sabunçu,
Goran, Ağstafa, Əli
Bayramlı, Ucar, Gəncə, Tovuz, Qazax, Kürdəmir, Baş Ələt və Poylu stansiyalarında
yeni vağzal binaları
tikilib istifadəyə
verildi.
1975-ci ildə konteynerlərin təmiri üzrə Keşlə vaqon deposunun yaradılması xüsusi əhəmiyyətli
hadisə sayıla bilərdi. Çünki, həmin depo Zaqafqaziyada bu
sahədə ixtisaslaşdırılmış
yeganə müəssisə
idi. Bu gün də sözügedən
depo dəmir yolunun istismar fəaliyyətində
aparıcı rol
oynayaraq bütün
konteyner parkının
əsaslı və planlı cari təmirini həyata keçirir. Artıq bu kimi müəssisələrin
paytaxt Bakıdan əyalətlərə doğru
hərəkət etməsi
prosesi gedirdi. Beləliklə, Heydər Əliyevin köməyi sayəsində 1978-ci ildə
Gəncə şəhərində
müasir texnologiyalı
yük vaqonlarının
təmiri və istismarı deposu tikilib istifadəyə verildi. 1979-cu ildə isə sutka ərzində 60 ədəd
elektrovoza texniki baxış keçirməyə
imkanı olan Şirvan dövriyyə deposu tikildi.
Sovetlər Birliyində rəhbər
vəzifədə olarkən
uzaq Sibir torpaqlarında inşa edilən Baykal-Amur Magistralı,
eləcə də Azərbaycan BAM-ı adlanan
Yevlax-Balakən yolu Heydər Əliyevin birbaşa qayğısı ilə çəkilmişdi. Belə
ki, 1980-ci ildə başlanan
tikinti və ən çətin sahədən keçən,
uzunluğu 160 kilometr olan Yevlax-Balakən dəmir yolu xətti 1985-ci ildə istifadəyə verilir.
Dəmir
yolu nəqliyyatının
inkişafında yeni dövr
Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafının
növbəti mərhələsi
müstəqillik illərinə,
daha dəqiq desək ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından
sonrakı dövrə
təsadüf edir. Etiraf etmək lazımdır ki, Heydər
Əliyev Bakıya siyasi hakimiyyətə gələnə qədər
hər bir sahədə olduğu kimi dəmir yolu nəqliyyatında da bir durğunluq, geriləmə hiss edilirdi.
Yaranmış vəziyyəti
düzgün dəyərləndirən
Ulu Öndər 1996-cı ildə
Nazirlər Kabinetinin toplantısını keçirərək
dəmir yolundakı neqativ halların qısa müddətdə
aradan qaldırılması
üçün ciddi
tapşırıqlar verdi
və qısa müddətdə bu istiqamətdə tədbirlər
görüldü.
Müstəqillik illərində dəmir
yolu nəqliyyatında
baş verən ən ciddi hadisələrdən
biri də 4 yanvar 1998-ci ildə Dübəndi terminalının
və stansiyasının
açılışı oldu. Heydər Əliyevin iştirakı ilə baş tutan mərasimdə çıxışı zamanı
Ulu Öndər demişdi:
"Mən bu gün burada verilən məlumatları
çox məmnuniyyət
hissi ilə qəbul edirəm ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış
səhvləri artıq
aradan qaldırır və öz işinin keyfiyyətini yaxşılaşdırır, yaxşı
iqtisadi nəticələr
əldə edir. Bu, çox vacib məsələdir. Çünki
dəmir yolu Azərbaycan iqtisadiyyatının
böyük bir hissəsidir. Azərbaycan dəmir yolunu on illərlə yaratmışıq,
onun maddi texniki bazasını qurmuşuq. Təəssüflər
olsun ki, 1990-cı ildən
başlayaraq Azərbaycan
Dövlət Dəmir
Yolunda da çox şeylər dağılıbdır,
itirilibdir. Yaxşı
ki, indi bunların qarşısı alınır.
Mən indi Azərbaycan Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm".
Ümummili liderin dəmir yoluna diqqət və qayğısı, bu sahənin inkişafını prioritet
kimi qarşıya məqsəd qoyması bəlkə də ailədən gələn
bir sevgi idi. Çünki Ulu Öndərin atası da məhz dəmir yolçu olmuşdu. Bu faktı ümummilli lider özü də etiraf edirdi. 6 dekabr 1998-ci ildə çadır şəhərciklərində məskunlaşmış qaçqınlar
və məcburi köçkünlər üçün
konteynerlərdən hazırlanmış
evlərə, səhiyyə,
məişət xidməti
obyektlərinə, sinif
otaqlarına baxış
keçirmək üçün
Keşlə stansiyasına
gələn Heydər
Əliyev "Tərcümeyi-halımdan
məlumdur ki, mənim
atam da dəmiryolçu
olubdur. Mən dəmiryolçu ailəsində
böyümüşəm. Hələ uşaq ikən dəmir yollarının üzərində,
nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm. Dəmir yolu sahəsinin Azərbaycanda dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular
həmişə çox
itizamlı olublar. Dəmir yolunun özü çox intizam tələb edir. Keçmişdə belə bir ənənə
var idi ki, saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər.
Çünki dəmir
yolunun saatı həddindən artıq dəqiq işləyən
saat idi" deyirdi.
Azərbaycan polad magistralı
özünün sürətli inkişaf
mərhələsində
Bir əsrdə ikinci dəfə müstəqilliyinə
qovuşan Azərbaycan
indi yeni inkişaf dönəmini yaşayır.
Bütün sahələrdə
olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr
reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilirdi.
Ölkənin nəqliyyat
sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün
sürətli inkişaf
mərhələsində idi.
1996-cı
ildən etibarən Azərbaycan dəmir yolu tranzit yol
kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizlərində
iştirak etməyə
başladı. Lakin əsas
daşıma dəhlizi
TRASEKA dəhlizi hesab edilirdi. Bu sahə Böyük İpək Yolunun Bakıdan Böyük-Kəsik stansiyasına
(Gürcüstanın dövlət
sərhədlərinə) qədər məsafəni
və daha sonra üçüncü
dövlətlərə çıxışı
əhatə edir. Sonralar bu nəqliyyat
dəhlizi Qədim İpək Yolundan TRASEKA-yadək yol keçdi.
Həmin
ildə Şirvan,
1997-ci ildə Culfa və İmişli vaqon depolarının yaradılması, 1997-ci ildə
ilk dəfə olaraq Bakı vaqon deposunda vaqonların
əsaslı
təmiri işinə
başlanılması, 1998-ci ildə Azərbaycan Dəmir Yolunda ilk dəfə olaraq Bakı lokomotiv deposunda elektrovoz və elektrik qatarlarının əsaslı təmirinin təşkil edilməsi, məhz Ulu Öndərin dəmir yolu nəqliyyatının inkişafına
verdiyi töhfələrdən
idi.
Heydər
Əliyevin gərgin əməyi və qonşu dövlətlərin
rəhbərləri ilə
apardığı intensiv
danışıqlar sayəsində
1997-ci ilin may ayından
etibarən Bakıdan Moskvaya gedən qatarların hərəkəti
bərpa edildi. Həmin ərəfədə
Heydər Əliyev demişdi: "Rusiya Federasiyası ilə bütün sahələrdə
əlaqələri inkişaf
etdirmək çox əhəmiyyətlidir. Azərbaycanla
Rusiya arasında dəmir yolu əlaqələrinin böyük
tarixi əhəmiyyəti
var və bu əlaqələr qısa
müddət ərzində
inkişaf etmişdir.
Bu iki ölkə arasında nəqliyyat sahələrində əlaqələr
daha da inkişaf etdirilməlidir".
4 dekabr 1997-ci ildə isə Bakı-Rostov istiqamətində yeni sərnişin
qatarı xəttə
buraxılır. Yüksək
standartlara cavab verən bu qatar
dəmir yolunun daxili imkanları hesabına qısa müddət ərzində
təmir olunaraq istismara verilir. Kupe, plaskart vaqonlardan və vaqon-restorandan ibarət
olan qatarda sərnişinlərin rahatlığı
üçün hər
cür şərait yaradılmışdı. Bundan
sonra Kiyev, Brest, Xarkov, Həştərxan,
Sverdlovsk, Sankt-Peterburq, Novosibirsk, Voronej, Lvov, Brest, Simferopol, Odessa, Saratov, Ufa, Çelyabinsk şəhərlərinə
hərəkət edən
sərnişin qatarları
və qoşma vaqonlar hərəkətə
buraxılır.
28 dekabr 1996-cı ildə bütün ölkə ictimaiyyətinin sevincinə
səbəb olan Azərbaycan Dəmir Yolunun ilk firma qatarı olan Bakı-Ağstafa qatarı
sərnişinlərin istifadəsinə
verilir. 4 mart 1998-ci ildə
isə Bakı-Xankəndi firma sərnişin qatarı istismara buraxılır.
1996-cı
ildən başlayan yeniləşmə prosesi sonrakı illərdə də davam etdirildi.
1999-cu ildə Bakı-Gəncə
"Ekspres" tipli firma sərnişin qatarı sərnişinlərin
istifadəsinə verildi.
7 aprel 2003-cü ildən
etibarən Bakı-Dərbənd
(indi Bakı-Mahaçqala)
"Ekspres" qatarı
sərnişinlərin istifadəsinə
verilir.
Ümummilli lider Heydər Əliyev ölkənin siyasi rəhbərliyində
olduğu bütün
dövrlərdə nəqliyyatın
bütün sahələrinin,
o cümlədən polad
magistralın inkişafına
daim qayğı göstərib. Onun rəhbərliyi ilə yaradılmış nəqliyyat
infrastrukturunun inkişaf
etdirilməsi və modernləşdirilməsi prosesi hazırda
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
tərəfindən daha
intensiv şəkildə
aparılır, ölkəmiz
"Bakı-Tbilisi-Qars"
və "Şimal-Cənub"
beynəlxalq və
regional nəqliyyat dəhlizlərinin
reallaşması prosesində
yaxından iştirak edir.
İndi Azərbaycan polad magistralı öz inkişafının yeni mərhələsinə
qədəm qoyub. Bu inkişafı şərtləndirən
amil isə ölkə
başçısı İlham Əliyevin 6 iyul 2010-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasında dəmir
yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə
inkişafına dair Dövlət Proqramı"
olub. Məhz həmin Dövlət Proqramının uğurlu
icrası Azərbaycan
polad magitstralının
sürətli inkişafını
təmin etdi.
Süleyman İsmayılbəyli
Yazı "Azərbaycan Dəmir
Yolları" QSC və
Azərbaycan Mətbuat
Şurasının Ulu Öndər
Heydər Əliyevin
100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri
arasında keçirdiyi
müsabiqəyə təqdim
olunur
Olaylar.-
2023.- 14-20 iyul.- S.10.