Çən(m)bərək nahiyəsinin
dini-irfani ocaqları...
(XXIV yazı)
Göyçə gölünün şimal-şərq
hissəsi əski Skif/İskit tayfa birliklərinin və Alban dövlət
quruluşunun, Türk-Oğuz
qəbilə idarəetmə
sisteminin...mükəmməl
tarixi bütövlüyünü
və maddi-mədəni,
dini-irfani...irsinin təşəkkül tapdığı
tarixi-coğrafi bölgə
kimi Bütöv Azərbaycan tarixinin hələ də ciddi tədqiqata ehtiyac tələb edilən ərazisidir. Bu baxımdan Çən(m)bərək
nahiyəsinin dini-sakral
gələnəkliyi Qərbi
Azərbaycanın maddi-mənəvi
irsi sırasında mühüm yer tutur...
Şərqi Göyçə və Murğuz dağlıq silsilələrinin qərb, cənub və Göyçə gölünün şimal-qərb hissəsi 1800-2200 m yüksəklikdə olmaqla yüksək dağlıq qurşağını əhatə etdiyindən morfostruktur-geoloji quruluşu baxımından mürəkkəb təbii şəraitə malik olduğu kimi, həm də qədim insan yaşayışı məskənləri-ocaqlarının yayıldığı coğrafi məkanlardan biri olmuşdur.
Eramızdan əvvəl II-I minillikləri və xristianlığaqədərki dövrü əhatə edən insan cəmiyyətlərinin (milli-etnik özgürlüyü baxımından) dünyadərki təsəvvürünün sakral-fəlsəfi ifadəsi hopmuş tarixi-maddi irs abidələri, sonrakı mərhələdə yaranan İskit-Skif/Sak, Qıpçaq/Alban, Oğuz/Türk...mədəniyyətinin irfani-dini ocaqları, yaşayış və dəfn yurdları bu ərazinin zəngin tarixi keçmişini əks etdirmişdir.
Bölgənin qədim inzibati-ərazi vahidlərindən biri olan Çən(m)bərək nahiyəsi (Gədik çayı hövzəsində yerləşir) Türk-Müsəlman dünyasının tarixi dəyərlərinə görə nəinki Qərbi Azərbaycanda, həm də Bütöv Azərbaycan hüdudlarında xeyli dərəcədə fərqlənmişdir.
Eyni adlı nahiyə mərkəzi yaxınlığında, 3-4 km cənub-şərqdə 1925 m yüksəklikdə yerləşən Çırdaxan kəndinin şərqində e.ə. II-I minilliyə aid qədim yaşayış ocaqları, dəfn yerləri, X-XIII əsrlərdə salınmış qədim qəbirstanlıqlar vardır. Kəndin coğrafi mövqeyinə uyğun olaraq tikilən müdafiə Qalası e.ə.I minilliyə aid edilir.
Alban mədəniyyətinin I minillik dövrünün daş üzərində ilməli-naxışlı, Şərq memarlığı üslublu daş abidələr X-XVII əsrlərin yadigarı olub.
Gədik çayı hövzəsində yayılmış nahiyənin Türk-Müsəlman kəndləri (Çən(m)bərək, Turşsu...) Qazax-Şəmşəddil mahalı ilə həmsərhəd olduğundan doğma, eyni etnogenetik, milli-mədəni irs vəhdaniliyini, ÜmumiTürk-İslam mədəniyyətinin dini-fəlsəfi dəyərlərini qoruyub saxlamaqdadır.
Tovuz/Oğuz çayının sol sahilinə yerləşən Şəmşəddil/Oğuzqalakənd şəhəri yaxınlığında, 930 m yüksəklidə XII əsrdə inşa edilmiş Alban/Qıpçaq məbədi, e.ə.I minilliyə aid sal, yonulmamış daşlardan yapılmış İstehkam, eləcə də X əsr yadigarı olan Qala həm də bölgədə dini-sakral məkan rolunu oynamışdır.
Bir cəhəti qeyd etmək vacibdir ki, Göyçə gölü hövzəsi ümumilikdə, o cümlədən Cən(m)bərək nahiyəsi də daxil olmaqla bölgənin əski Türkdilli qəbilə-tayfa ittifaqlarının irfani-fəlsəfi dünyadərki əsas üç istiqamət üzrə təşəkkül tapmış və formalaşmışdır:
-xristianlığaqədərki dövrü əhatə edən Təbii-İalhi-Mistik...dünyadan kənar Tapınma Qüvvələrinə sitayiş mərhələsi (e.ə. IV-I minilliklər);
-İskitSak, Xristian-Alban...dini-fəlsəfi dünyadərki dövrü mərhələsi (e.ə.I minillik və Orta əsrlərin ilkin dövrü (V-VII əsrlər);
-Dünyəvi İslam mədəniyyətinin dini-ruhani təlim dövrü (VII-VIII əsrlərdən başlanan mərhələ);
Qərbi Azərbaycanın Göyçə gölü hövzəsi İskit/Sak və Qıpçaq/Türk təkamülünün İlahi dünyadərkinin xristianlığaqədərki mərhələsinin tarixi-maddi irsi kimi Çən(m)bərək nahiyəsinin Tukluca (Toğluca) kəndinin əski dini-irfani yurdlarından "Ocaq dağı"nı göstərmək olar. Xalqın inancına görə müqəddəs sayılan bu yer müqəddəs ruhların uyuduğu ibadətgah-ziyarətgah kimi qorunub saxlanılmışdır. Mistik-İlahi ruhun inanc təlqinliyinə , eləcə də yaşlıların söylədiklərinə görə irfani günlərdə, cümə axşamı və cümə günlərində... "Ocaq dağı"nda İşıq saçılardı, ətrafı Şam işığının şöləsi bürüyərdi ...
1980-ci illərin əvvəllərində "Ocaq dağı"nda, ucalığın hamar, meydan yerində qazıntı işləri aparılarkən 1-2 m dərinlikdə sal qaya/daş parçalarından (uzunluğu 5 m, eni 2 m) ibarət hörgü, minilliklərlə yaşı olan dəfn yeri aşkar edildi, əski Qıpçaq/Türk ruhani irsinə aid qəbir daşlarına (daş-xaç naxışlarının, oymalarının qurtaracağı dairəvi-qoç buynuzu kimi təsvir edilmiş tərzdə, "Qırçaq qəbirstanlığı") daha çox rast gəlinirdi. Əski inanclara görə "Kitabi-Dədə Qorqud" dastanının qəhrəmanları-Qorqud Dədə, Salur Qazan, Bayandur xan... "Ocaq dağı"nda dəfn edimişlər.
Göyçə gölündən 2 km şərqə doğru aralı olan Tukluca kəndinin tayfaları sırasında Seyidlər, Mollalar, Şamanlar...dini-irfani təriqəti ilə seçilmiş nəsillər fərqləniblər. Seyidlər nəslindən olan Məşədi Mirismayıl ağa (1878-1968, əslən Cənubi Azərbaycandan olan) dini-ruhani baxışlarına və dünyagörüşünün davamlılığına görə 1930-cu illərdə sürgün həyatı yaşamışdır. Qonşu kəndlərdən də (Ağbulaq, Şorca, Cil, Ardanış...) onun ocağına ziyarətə, ibadətə gəlirdilər, gürzünün (guya "Həzrəti Əlinin yavərinin qırmancı") təsiri ilə inanclarına bu ocaqda tapınmağa ümid edirdilər. Ağanın bağının meyvələri camaata paylanardı, onlardan hazırlanan şirələr bayram süfrərinin-dini mərasimlərin "tutiya payı" olardı..
Şamanlar nəsildən olan Şaman Ana.(1867-1962) Ruhların, Mistik duyğuların çağırılması, onların duyğusal hisslərin paylanması... ilə bağlı nəsillərdən gələn ənəvi mərasimləri aparırdı, ilin müəyyən vaxtlarında oxşar sitayişləri icra edirdi.
Ruhların-Mistik duyğuların sərgilənməsi...
-irfani dünyadərkinə tapımağa çıxan yolun açılmasınına vəsilədir;
-Ruhun İlahi mistik duyğularla təmizlənməsi təcəllasıdır;
-dini fəlsəfi təhlilin İlahi Ruhdan asılılığır;
-Mistik duyğuların,Ruhların timsalında Haqqın vəhy səhnəsi.
Tukluca kəndinin İskit/Sak, Xristian-Alban...dini-fəlsəfi irsinə aid məbədlərin haylara aid olmadığını, həmin məkanlardakı daş abidələrdə yazı nümunələrinin və naxışlı elementlərin əski "erməni"-qrabar dilinə və hay üslubuna uyğun gəlmədiyini özləri dəfələrlə etiraf etmişlər.
1980-ci illərin əvvəllərində İrəvan şəhərində, Siyasi-Maarif Evinin direktoru K.Papazyan Çən(m)bərək nahiyəsinin kəndlərində geniş yayılmış xristianlığaqədərki dövrə və İskit/Sak, Xristian-Alban...dini-fəlsəfi dünyadərki mərhələsinə aid maddi-mədəniyyət abidələrinin onlarla bağlılığın olmamasını bildirirdi.
Şərqi Göyçə silsiləsinin Qoşatağ (2090 m) zirvəsindən başalyan Çullaf/Ə(a)rdanış çayının sağ sahilində (Göyçə gölündən 1,5-2 km aralıda, 1975 m hündürlükdə) yerləşən eyni adlı kənd Çən(m)bərək nahiyəsində Sak tayfalarımım etnogenetik-coğrafi yurd yerləri olmaqla yanaşı, Sak-Alban mədəniyyətinin dini abidələri ilə də məşur olmuşdur.
Kəndin cənub-qərb qurtaracağında əski yurd-binə yerləri tarixi-coğrafi qədimlikdən xəbər verib, şərqə tərəf 2 km aralıdakı yüksəklikdə, əvvəllər ardıc ağacları ilə örtülü olan "Kilsəlinin içi" yerində əski Alban məbədinin hörgüsünün, bünövrəsinin izi qalmaqda idi.
Dini-irfani yerlərdən
biri də kəndin quzeyində 500 m aralı olan yüksəklik-"Ocağın
başı", daşdan
ibarət dairəvi, bünövrəsi göy
daş hörgülü
(hündürlüiü 1 m-dək) ziyarətgah idi. Bu yerin mistik-inanc ruhunu gücü 1950-ci illərdə sübut olunmuşdur. Həmin hörgüdən daşları
söküb həyətinə
gətirən kənd
sakinin ağzı həmin axşam ağzı-güzü əyildiyindən...daşları geri aparıb divarda yerinə qoymuşdur.
Göyçə gölünün şərqindəki
Ə(a)rdanış yarımadasında
əski Adatəpə
kəndinin yerində olan Sak/Qıpçaq/Alban məbədi etno-arxeoloji təqdidat mənbəyi kimi qiymətli məlumatları özündə
saxlayır, 1960-cı illərdə
orada qoyun otaran kənd sakini məbədin (ətrafında əski qəbir daşları da olub) yerindən tapdığı qədim yazılı və naxışlı daş lövhələri
haylara verdikdən sonra hiyləgər və fürsətcil toplumun nümayəndələri
Ə(a)rdanış kəndinin
ətrafına hazırladıqları
xeyli daş parçalarını basdırmışlar...Yerli sakinlər tərəfindən təsadüfən
dini məbəd-ibadət
ocaqlarının yerindən
tapılan yazılı
ipək parça
da maddi irsi kimi Sevan şəhərində
haylardan birinə bağışlanılmışdır.
Haşiyə. "Qafqaz haqqında
məlumatlar toplusu"nun
1880-ci ilin nəşrində
bildirilir ki, Yeni Bəyazid
qəzasının Ə(a)rdanış
kəndində 48 həyətdə
389 nəfər, "Qafqaz
təqvimi"nin 1912-ci il məlumatına
görə 1043 nəfər
Türk-Müsəlman yaşamışdır.
24-28 noyabr 1988-ci ildə
dinsiz hay kilsəsinin təzyiqi ilə tarixi yurd-ocaqlarından sürgün edilən
Ə(a)rdanış kəndinin
əhalisi 2500 nəfərdən
çox olmuşdur...
R.S.
2023-cü ilin mart ayının
25-də Ə(a)rdanış kəndində hay sürüsünün
murdar əski parçası qaldırılıb..."4
km aralıda olan Türklərin acığına...Ordumuzun güclü olması naminə..." və xislətlərinə
uyğun "...Türksüz
ermənistan..." qışqırıblar...
R.S.S. Çən(m)bərək nahiyəsi mərkəzi 1931-1991-ci illərdə
hay kilsəi tərəfindən-"Krasnoselski", Cırdaxan
kəndi 1925-ci ildən-
"Rubenakert", 1931-ci ildən-"Orconikidze" 1991-ci ildən-"Vaqan", Şəmşəddil/Oğuzqalakənd şəhəri
1946-cı ildən -"Berd",
Gədik çayı-"Qetik"....adlanıb.
(Yazının hazırlanmasında
həm də Qərbi Azərbaycanının
Çən(m)bərək
nahiyəsinin Tukluca (Toğluca) kənd sakini Həsən Bayram oğlu Bayramovun (1953) və Ə(a)rdanış
kənd sakini Qoşqar Məhərrəm
oğlu Məmmədovun
(1968) məlumatlarından istifadə
olunub.)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin
müəllimi
Olaylar.- 2023.- 28 iyul-3 avqust.-S.12.