Azərbaycanın multikulturalizm tolerantlıq modeli dünyada nümunə kimi göstərilir

 

Hər bir dövlətin mövcud olmasında, formalaşmasında inkişafında milli ideyanın rolu əvəzsizdir. Bu sahədə boşluğun olması cəmiyyətə kənardan ideoloji baxışların mütəmadi sirayət etməsinə, cəmiyyət, xüsusən gənclər arasında yad dünyagörüşlərin, ideoloji baxışların yayılmasına şərait yaradır, milli mənəvi dəyərlərimizin zəifləməsi, təhrifə məruz qalmasına səbəb olur. Kənar ideoloji baxışların ən çox sirayət etdiyi sahələrdən biri dini cərəyanlar baxışlar vasitəsi ilə sirayət edən ideyalardır. Buna görə milli kimlik ideyası milli mənəvi dəyərlərimizin qorunması işinə eyni platformada baxılması ideoloji işin aparılması zəruridir. Məsələnin həlli üçün dövlət tərəfindən təsdiqlənmiş normativ məzmunlu ideoloji hüquqi sənədin mövcudluğu vacib şərtdir. Məlum olduğu kimi bu gün Azərbaycan dini müxtəliflik baxımından çox zəngin ölkədir. Amma xoşbəxtlikdən müxtəlif dinlərin dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşmış, milli, irqi dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmamışdır. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuşlar. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman həmrəy olmuş, vahid Vətənimizin azadlığı firavanlığı uğrunda çalışmışlar. Azərbaycanın azadlığı ərazi bütövlüyü uğrunda vuruşmuş, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər Xiyabanı bu gün bizim təkcə and yerimiz deyil, həm qardaşlığımızın vəhdətimizin rəmzidir. Fəxrlə demək olar ki, Vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün Azərbaycan xalqının xarakterik xüsusiyyəti milli-mənəvi sərvəti olmasına dəlalət edir. Beləliklə qeyd edilməlidir ki, multikulturalizm tolerantlıq hər bir müasir, inkişaf edən dövlətin gələcəyi üçün vacibdir. Çünki, xalqların mədəniyyəti cəmiyyətdə birləşdirici rol oynayır, insanlar arasında yaxınlaşma qarşılıqlı anlaşmaya, tolerantlıq prinsiplərinin bərqərar olmasına kömək edir. Azərbaycanda Rus İcmasının sədri Mixaıl Zabelin qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tolerant, çoxmillətli cəmiyyətin formalaşması inkişafının vacibliyinə inam aşılamışdı. 1993-cü il iyunun 15-də Milli Məclisin iclasında çıxış edən Heydər Əliyev demişdi: "Azərbaycan yüz illərdir ki, bu torpaqda yaşayan bütün insanların vətəni olub gələcəkdə Vətən olaraq qalmalıdır". Məhz bu sözlər sonralar müasir demokratik, güclü Azərbaycanın əsaslarından birinə çevrildi.Onun sözlərinə görə, Heydər Əliyev keçmiş SSRİ respublikaları arasında mehriban qonşuluq münasibətlərinə həmişə böyük əhəmiyyət verir, Rusiya-Azərbaycan əlaqələrinin gələcəyinə nikbinliklə baxırdı: "Ümummilli Lider dostluğa, qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa əsaslanan, regionda sülhün sabitliyin möhkəmlənməsinə xidmət edən siyasət həyata keçirdi. Heydər Əliyev bu gün ölkələrimiz arasında dinamik inkişaf edən əməkdaşlığın əsasını qoydu". M.Zabelin diqqətə çatdırıb ki, Heydər Əliyevin xeyir-duası ilə 1993-cü ilin mayında Azərbaycanda Rus İcması yaradıldı bu gün Cənubi Qafqazda ən böyük - 120 min nəfərdən çox üzvü olan icma 30 illik yubileyini qeyd edir, Vətənin rifahı naminə fəaliyyət göstərir. Bakı şəhərində Azərbaycanın rayonlarında "Azərbaycanda Rus İcmasının keçdiyi yolun 30 ili" adlı konfranslar keçirib, Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs ediblər. İcma rəhbəri qeyd edib ki, multikulturalizm Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən dövlət siyasəti kimi müəyyənləşdirilib. Bu gün Azərbaycanın multikulturalizm tolerantlıq modeli dünyada nümunə kimi göstərilir: "Hər bir azərbaycanlı üçün adi görünən bu vəziyyət başqa ölkələrdə unikal nailiyyət kimi qəbul edilir. Bu, həqiqətən , belədir. Azərbaycanda bütün etnik qrupların nümayəndələri fəxrlə özlərini Azərbaycan vətəndaşı adlandırır hər zaman Vətənini müdafiə etməyə hazırdırlar. Bunun bariz nümunəsi İkinci Qarabağ müharibəsi idi, o zaman bütün Azərbaycan xalqı ölkənin ərazi bütövlüyünü qorumaq üçün səfərbər oldu. Əminliklə qeyd etmək olar ki, Azərbaycanın ən böyük sərvətlərindən biri bu gün bütün dinlərin etnik qrupların nümayəndələrinin ləyaqətlə yaşaması, ölkənin inkişafına töhfə verməsidir. Azərbaycan vətəndaşları, o cümlədən ruslar Prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər. Eyni zamanda, onlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ürəkdən minnətdardırlar". Rus Pravoslav Kilsəsinin Bakı Azərbaycan  Yeparxiyasının katibi, Arximandrit Aleksiy Nikonorov bildirib ki, istənilən xalqın milli kodu bu xalqın dilinə, mədəniyyətinə, adət-ənənəsinə, dininə əsaslanır. Azərbaycanın milli kodu multikulturalizm, tolerantlıq, digər etnik qruplara dini inanclara hörmət kimi elementləri özündə ehtiva edir. Onun fikrincə, "multikulturalizm" anlayışına daha geniş nəzər salsaq, qeyd etməliyik ki, müasir dünyada 2000-dən çox müxtəlif mədəniyyətə dinə mənsub xalqlar yaşayır. Hazırda BMT- 200-ə yaxın dövlət daxildir. Buradan belə nəticə çıxır ki, xalqlar müəyyən mənada birlikdə yaşamalıdırlar. Məhz multikulturalizm bütöv bir dövlətdə müxtəlif mədəniyyətlərin dinlərin dinc yanaşı yaşamasını nəzərdə tutur. Aleksiy Nikonorov deyib ki, Azərbaycanda müxtəlif mədəniyyətə konfessiyaya malik insanlar sülh əmin-amanlıq şəraitində yaşayır: "Mədəniyyətlərin müxtəlifliyi qarşılıqlı mənəvi zənginləşmə mənbəyinə çevrilir, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verir". Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev onun layiqli davamçısı Prezident İlham Əliyev multikulturalizmin Azərbaycan modelini bütün dünyaya təqdim ediblər: "Azərbaycan təcrübəsi göstərir ki, multikulturalizm xalqların polietnik şəraitdə birgəyaşayışının ən optimal formasıdır. Azərbaycanda hər bir etnik qrupun mədəniyyətinin inkişafına, eyni zamanda, mədəniyyətlərarası inteqrasiyanın gücləndirilməsinə böyük diqqət yetirilir. Biz bütün bunları təqdir edirik".

 

Alim Hüseynli

Olaylar.- 2023.- 9-15 iyun. S. 11.