Nə qədər ki,
Azərbaycan xalqı var, ümummilli lider yaşacaq və yad ediləcəkdir
Müasir İnkişaf
İctimai Birliyinin idarə heyətinin sədri, siyasi şərhçi Mübariz
Göyüşlü ilə
ümummilli lider Heydər Əliyevin fəaliyyət dövrü,
dövlət siyasəti
mövzusunda həmsöhbət
olduq.
- Ümumilli lider Heydər Əliyev azərbaycançılıq
məfkurəsini hər
zaman yaşadan siyasətçilərdən biri
idi. Necə düşünürsünüz, biz indi həmin
məfkurəni layiqincə
yaşada bilirikmi?
- Bu çox
ciddi idealoji, siyasi bir məsələdir.
Ümummilli lider Heydər Əliyev azərbaycançılıqla bağlı
məsələni, azərbaycançılıq
düşüncəsini bir
dövlətçilik ideologiyası
halına gəlməsi
və Azərbaycan dövlətinin əsas idealoji prinsipi olması üçün
çox böyük fəaliyyət göstərdi
və buna nail oldu. Azərbaycançılıq
Azərbaycan dövlətinin
qorunması, saxlanılması,
inkişafı, güclənməsi
kimi idealoji məsələləri özündə
əks elətdirir və Heydər Əliyev tərəfindən
yaşadılan, dövlətçilik
ideologiyası halına
gətirilən bu məfkurə bu gün artıq özünü tam şəkildə göstərir,
biz onun nəticələrini görürük.
Azərbaycan dövləti bölgənin
ən güclü dövlətdir. Öz ərazi bütövlüyünü
bərpa edib, torpaqlarını işğaldan
azad edib və sürətli bir inkişaf yoluna qədəm qoyub. Eyni zamanda,
artıq xüsusən
44 günlük müharibədə
ki, biz qalib
bir xalq kimi adımızı dünya tarixinə yazdırdıq və ondan etibarən həqiqətən hər
bir azərbaycanlı azərbaycanlı olmağı
ilə fəxr edir. "Mən fəxr edirəm ki, azərbaycanlıyam"
tezisini, düşüncəsini
ortaya atan Heydər Əliyevin nə qədər uzaqgörən bir dövlət xadimi olduğu da artıq hər birimizə ötən hər gündə daha çox əyan olur. Çünki biz azərbaycanlı düşüncəsi
adı altında, bu məfkurə altında Azərbaycan xalqı bir bütöv olaraq yumruq kimi birləşib
və müharibədə
də özünü
göstərdi, ondan sonrakı həlledici məqamlar gəlib ortaya çıxanda da xalqımızın hər bir nümayəndəsinin
Azərbaycan vətəndaşı
kimi öz varlığımızı, mövcudiyyətimizi
və gücümüzü
ortaya qoya bilirik.
- Məlumdur ki, Heydər Əliyev hələ hakimiyyətə gəlməzdən
öncə xalq üçün böyük
işlər görüb.
Həmin dövr haqqında nə deyə bilərsiniz?
- Heydər Əliyev
daim Azərbaycan üçün, Azərbaycan
xalqı üçün
istər hakimiyyətdə
olduğu dövrdə,
istər hakimiyyətdə
olmadığı dövrlərdə
hər zaman Azərbaycan üçün,
Azərbaycan xalqı üçün çalışıb.
Azərbaycan dövlətinin
müstəqilliyi, Azərbaycan
dövlətinin güclənməsi,
Azərbaycan xalqının
təhsil, hərbi, iqtisadi, siyasi və digər anlamlarda inkişafı, mövcudiyyəti, güclənməsi
istiqamətində çalışmalar
həyata keçirib.
Mən bir
faktı xatırlatmaq
istəyirəm ki,
1990-cı ilin 20 yanvar
hadisələri baş
verərkən, Heydər
Əliyev hakimiyyətdə
deyildi. O, təəsüf
ki, Sovet İttifaqının o zamankı
lideri Qarbaçov və onun yaxın
ətrafı tərəfindən
hakimiyyətdən uzaqlaşdırıldı
və hətta Heydər Əliyevə qarşı kompaniyalar da başladılmışdı.
Lakin o, 20 yanvar hadisəsində böyük
bir cəsarətlə
istər ittifaq miqyasında, istər dünya miqyasında tanınmış siyasətçi
olan Heydər Əliyevin Azərbaycanın
Moskvadakı nümayəndəliyinə
gəlməsi, hadisəni
pisləməsi, bu barədə bəyanat yayması, çıxış
etməsi təbii ki, Azərbaycan xalqının hüquqlarının
qorunması, onun haqq səsinin dünyaya çatdırılmasında
çox böyük bir rol oynadı.
O anlamda mən hesab edirəm ki, Heydər Əliyev hakimiyyətə
gəlməzdən öncə
də xalqımızın
birlik və bütövlüyündə onun
başına gələn
hadisələrin, faciələrin
dünyaya çatdırılmasında
Azərbaycan dövlətinin
möhkəmləndirilməsində və s. istiqamətlərdə
də daim çalışmalar, fəaliyyətlər
həyata keçirmişdir.
- Heydər Əliyevin
neft-qaz sənayesində
etdiyi yeniliklər, gördüyü işlər
Azərbaycan tarixində
unudulmaz izlər buraxıb. Təməli o dövrdə atılan işlər indiki Azərbaycan üçün
hansı rolu oynayır?
- Neft-qaz təbii
sərvət baxımdan
Azərbaycan xalqının
ən böyük üstünlüklərindən biridir ki, Azərbaycan
xalqı bu qədər təbii sərvətlərə malikdir.
Lakin təbii ki, bu təbii
sərvətləri dünya
bazarlarına çıxarmaq,
ondan fayda əldə etmək və bu faydanı
öz dövlətinin,
xalqının mənafeyinə
sərf etmək özü böyük bir siyasi bacarıq,
ustalıq tələb
edirdi. Heydər Əliyev təbii ki, bu bacarığa
malik bir siyasi lider idi
və o, böyük dövlətləri, xarici
neft şirkətlərini
"Əsrin Müqaviləsi"-nin imzalanmasına razılaşdıra, bu prosesləri uğurla həyata keçirə bildi. Bilirik ki, o zaman çox
böyük maneələr
var idi. Azərbaycan bu müqaviləni imzalanmasın
deyə xarici qloblar güclərin bunun qarşısını
almaq üçün
Azərbaycanda terror təxribat əməlləri
törətməyə çalışırdılar.
Dəstək verdikləri
hərbi-siyasi qruplarla
buna problemlər yaratmaq istəyirdilər. Lakin Heydər Əliyev bütün bu maneələri keçə bildi və çox böyük bir proses olan "Əsrin Müqaviləsi"-nin imzalanmasına nail oldu. Azərbaycan
təbii sərvətlərinin
xaricə çıxarılması,
onun satışının
həyata keçirilməsi
və bu imkanlar hesabına Azərbaycanı iqtisadi, hərbi, siyasi və s. bütün anlamlarda güclənməsi
üçün bir addım atdı. Təbii ki, o dövrdə təməlləri
atılan prosesin nəticə, bəhrə
verməsini biz artıq illər sonra görməyə başladıq. Neftin qiymətinin artması zamanında və digər məqamlarda da neftin, qazın
Azərbaycan büdcəsinə,
Azərbaycan xalqına
gətirdiyi faydaları
görə bildik. İqtisadi, siyasi və ən əsas məqamlardan biri, hərbi mənada Azərbaycanın
hərbi-texniki imkanlarının,
qüdrətinin artırılması
neftdən, qazdan,
"Əsrin Müqaviləsi"-də imzalanan əsası qoyulan işlərdən əldə
edilən gəlirlərin
çox böyük nəticəsi oldu və biz 44 günlük müharibədə
30 illik problemi həll etdik. Bütün bunlar təbii ki, "Əsrin Müqaviləsi"
zamanı təməli
qoyulan işlərin nəticəsi idi.
- Heydər Əliyev
müxtəlif peşə
sahiblərinə, mədəniyyətə,
sənətə dəyər
verən bir siyasətçi olub. Bu cür siyasətçilər
hər xalqın tarixində çox az sayda olub.
Onun ziyalı mövqeyinin ümummilli lider olmasında rolu haqqında nə deyə bilərsiniz?
- Heydər Əliyev
müəllimə, həkimə,
sənətçiyə, hərbçiyə,
öz xalqının inkişafında mühüm
rol oynayan mədəniyyət xadimlərinə
və s. istiqamətlərdə
şəxslərə çox
böyük önəm
verirdi. Hətta qeyd edim, jurnalistlərə
də çox böyük önəm verirdi. Onun davamlı
olaraq imzaladığı
sərəncamlar, Azərbaycan
təhsilinin inkişafı
üçün imzaladığı
fərmanlar, Azərbaycan
səhiyyəsi ilə
bağlı əsasını,
təməlini qoyduğu
işlər, çalışmalar
mədəniyyət xadimlərinə
çox böyük qayğısını biz
xüsusilə qeyd etməliyik. Heydər Əliyev hər zaman işinin çoxluğuna baxmayaraq,
bu kateqoriyadan olan insanlara istər fərdi mənada fərdi yanaşmalarla, istər ümumilikdə onların
əməyinin qiymətləndirilməsi
istiqamətində daim
diqqətini əsirgəmirdi.
Onların fəxri adlarla mükafatlandırılmasından
tutmuş, prezident təqaüdü verilməsi,
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması, sağlamlıq və s. istiqamətlərdə olan
məsələlərə diqqət göstərirdi.
Heydər Əliyev Azərbaycan gəncliyinin təhsil almasında dövlət proqramları
təsdiqləyirdi. Təhsil,
elmlə bağlı imzalanan dövlət proqramlarını biz xüsusilə qeyd etməliyik. Bu məhz ümummilli liderin çalışmaları,
onun təşəbbüsləri
idi və bunlar təbii ki, gerçəkləşdikcə,
Azərbaycanın ən
müxtəlif sahələr
üzrə inkişafını
müşahidə edə
bilirik.
Ümumiyyətlə, onun ziyalı təbəqəyə diqqəti,
qayğısı hər
zaman yüksək səviyyədə olub. Onlarla məsləhətləşməsi,
onları dinləməsi,
onlara diqqət göstərirməsini biz
hər zaman müşahidə edə bilmişik. Heydər Əliyevin jurnalistlərlə
görüşləri, Azərbaycan
mediasının inkişafı
ilə bağlı atdığı addımları
biz unuda bilmərik. Heydər Əliyevin hərbi sahədə çalışan
şəxslərə diqqət
və qayğısını
biz xüsusilə qeyd etməliyik. Azərbaycan hərbisinin, ordusunun formalaşması,
qurulması onun adı ilə bağlıdır. Əgər
biz müasir, bugünkü zabitlərimiz,
əsgərlərimiz orduda
qəhrəmanlıqlar göstərirlərsə,
bunun əsası məhz Heydər Əliyev tərəfindən
qoyulmuş Azərbaycan
hərb sisteminin bu gün artıq
öz bəhrəsini
verməsinin göstəricisidir.
Böyük şəxsiyyətin
bütün sahələr
üzrə olan fəaliyyətləri, xüsusilə,
təhsil, səhiyyə,
mədəniyyət Azərbaycan
dövlətinin yüksək
səviyyədə inkişafı
ilə nəticələnməkdədir.
- Azərbaycanın
bütün dinlərə
və irqlərə qarşı tolerant olan ölkə kimi formalaşmasında ümummilli liderin nə kimi rolu
olmuşdur?
- Təbii ki,
məhz Heydər Əliyevin hakimiyyətdə
olduğu dönəmdə
elə "mən azərbaycanlıyam" düşüncəsinin,
azərbaycançılıq ideologiyasının hakim rəsmi ideologiya səviyyəsinə gətirilməsi
Azərbaycanda bütün
dinlərə, irqlərə,
millətlərə qarşı
onsuz da mövcud olan tolerant münasibəti ən yüksək səviyyədə dövlət
siyasəti səviyyəsinə
çıxarıldı. İstər
müvafiq qurumların
yaradılması, bu müxtəlif dinlərə,
məzhəblərə, millətlərə
məxsus şəxslərə
diqqət göstərilməsi,
bu istiqamətlərdə
dövlət müşavirliyi
yaradılmışdı, çalışmalar
həyata keçirilirdi,
müvafiq dövlət
komitəsinin yaradılması
və s. istiqamətlərdə
göörülən işlər
təbii ki, Azərbaycanda əsrlərdən
bəri gələn tolerant münasibətləri
biz dövlət siyasəti səviyyəsində
təcəssüm elətdirirdik
ki, bu məhz
Heydər Əliyevin uzaqgörən siyasətinin
nəticəsi idi. Bütün bunlar Azərbaycanın formalaşmasında
rol oynayır, onu inkişafa doğru aparırdı. Bilirik ki, Heydər
Əliyev hakimiyyətə
gələnə qədər
Azərbaycanda dini, milli zəmində kənardan idxal olunan yad ideologiyaların
təsiri nəticəsində
gərginliklər müşahidə
olunurdu. Doğrudur, o məsələlərin tam
şəkildə həyata
keçməsi mümkün
olmurdu. Çünki Azərbaycan xalqının
tolerantlıq zatən
kimliyində, tarixində,
genində var. Amma kənardan qızışdırıcılıqla bu proseslər müəyyən bir mərhələyə gətirilmək
istəyirdi. Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsi
həmin məsələlərə
son qoydu və hakimiyyəti dövründə də gördüyü işlər
o mövzuda tam şəkildə stabilliyin
yaranması ilə nəticələndi ki, biz onun real
nəticəsini 44 günlük
müharibədə Azərbaycanda
yaşayan bütün
xalqların, bütün
dinlərin nümayəndələrinin
torpaq uğrunda savaşa getməsinin, hətta onların bütün dinlərdən,
millətlərdən olan
nümayəndələrin Azərbaycan torpaqları, Qarabağ uğunda şəhid olmasının
şahidi olduq ki, bu məhz
həmin siyasətin ən bariz nümunələrindən
biridir.
- Bu günlərdə
ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətlə bir sıra tədbirlər, sərgilər, konfranslar keçirilir. Bu keçirilən tədbirlər
və onların əhəmiyyəti haqqında
nə deyə bilərsiniz?
- Azərbaycan xalqı öz böyük oğlunu, onun inkişafında, Azərbaycan dövlətinin
qorunmasında, güclənməsində
böyük, tarixi rolu olmuş bu böyük şəxsiyyəti hörmətlə
yad edir. Biz müşahidə edirik ki, ölkənin
bütün sahələri
üzrə bütün
ixtisaslar, istiqamətlər
üzrə Azərbaycan
xalqının ümummilli
liderini yad etmək üçün çalışan şəxslər
tədbirlər keçrirlər.
Dövlər qurumlarında,
qeyri hökümət
təşkilatları, media,
müxtəlif ictimai sferalarda, mədəniyyət
sahəsində olan bütün sahələrdə,
hər yerdə Azərbaycan xalqı öz oğlunu hörmətlə yad edir, möhtəşəm
tədbirlər keçirilir,
onun adının əbədiləşdirilməsi üçün ən müxtəlif orijinal, maraqlı, diqqətəlaiq
çalışmalar ortaya
qoyulur, kitablar yazılır, araşdırmalar
aparılır. Mən
hesab edirəm ki, bütün bunlar hamısı məhz Heydər Əliyevin adına laiq bir şəkildə
həyata keçirilir
və bunlar ümummilli liderin xidmətlərini xalq həm yad edir,
həm də gənc nəslə bunu gniş bir çəkildə çatdıra bilir. Bu da təbiidir.
Çünki Heydər
Əliyev Azərbaycan,
Azərbaycan da Heydər Əliyev deməkdir. Nə qədər ki, Azərbaycan xalqı var, o qədər də ümummilli lider yaşacaq və yad ediləcəkdir.
Röyalə Xəyal
Olaylar.- 2023.- 9-15 iyun. S. 12.