QƏLƏBƏ ƏZMLİ ORDUMUZ

 

1988-ci ildən yenidən başlayan alovlanan erməni faşizminin işğalçılıq niyyətləri yenə Azərbaycanı hədəf seçdi. İllərlə xain plan üzərində işləyən erməni faşizmi Azərbaycanın dilbər guşəsi, onun Konservatoriyası adlanan qədim yaşayış-yurd yerimiz Qarabağı, onun dağlıq adlanan hissəsini işğal obyektinə çevirdi. 1988-ci ilin noyabrında erməni cəlladlarının Qarabağ meşələrində ağaclara çaldığı baltanın səsi Azərbaycanda xalqın qəzəb mübarizə hissini hiddətləndirdi.

Milyonlarla insan bu xain niyyətin erməni faşizminə havadarlıq edən qüvvələrin önünə əliyalın da olsa, dimdik dikildi, sərhəd çəpərinə çevrildi. Bu mübarizə zamanı Azərbycan xalqını xəyanətlər müşayiət elədi: uğrunda dostluq, qardaşlıq deyə övladlarını döyüşə yolladığı, qurbanlar verdiyi, sərvətindən pay biçdiyi SSRİ hökuməti ən ağır hadisələrlə Azərbycan xalqına xəyanət etdi erməni faşizminə yol açmaq istədi. Bu amansız mücadilə prosesi Azərbaycanın Qanlı Yanvar qırğınına məruz qalması, 20 faiz torpaqlarının işğal edilməsi, Daşaltı, Xocavənd, Xocalı kimi misli görünməmiş qətliamlar yaşaması s. ilə nəticələndi yaddaşlarda dərin, kədərli izlər buraxdı. Lakin birlik içərisində olan Azərbaycan xalqını heç sarsıtmadı. Mübrizə apardı ilk növbədə milli istiqlaliyyətini qazandı, milli dövlətçiliyini yenidən bərpa etdi işğal hədəfi seçilən ərazilərinin müdafiəsi uğrunda minlərlə övlad qurban elədi. Lakin xəyanət dünya ikiüzlülüyü onun mübarizə əzmini üstələdi, şərə güc gəlmək yeni müstəqilliyini bərpa etmiş, hələ yeni dövlətçilik tədbirləri həyata keçirən, milli ordusu belə nizama salınmayan bir ölkə üçün çox çətin oldu məhrumiyyətlərlə tarixə çevrildi.

 

"Müstəqil Azərbaycanın bu gün ,

gələcəkdə çox güclü ordusu olmalıdır"

 

Azərbaycanın xalqının böyük oğlu Heydər Əliyevin Azərbayacana qayıdışı xalqın təkidli tələbilə siyasi hakimiyyətə dönüşü yeni yaranmış müstəqil dövlətimizin möhkəmləndirilməsinə vəsilə oldu. Dahi, müdrik lider uzaqgörən dərin siyasəti zəngin təcrübəsi ilə Azərbaycanın dövlət müstəqilliyinin qısa müddətdə möhkəmləndirilməsi dünyanın güc mərkəzlərilə bir arada dayanmasına şərait yaratdı. Əlbəttə, təfərrüatını saymadan sadalamadan demək olar ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı güclər arasında gücə, dövlətlər içərisində yeri, mövqeyi, sözü, təsiri olan bir dövlətə çevirdi Azərbaycan gələcək hədəfləri üçün qüdrətli bir ölkə, dövlət olaraq tanındı. Böyük xilaskar, Böyük Qurtuluş Tariximizin yaradıcısı ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti, qırılmaz iradəsi, vətənpərvərliyi sayəsində qüvvətli, qüdrətli Milli Ordu - Silahlı Qüvvələr yaradılması da başlıca məqsədlərdən birini təşkil edirdi. Müdafiə qüdrətli, hər bir tapşırığın öhdəsindən layiqincə gələn bir orduya malik olmaq üçün böyük zəhmət, idarəçilik qabiliyyəti, ən əsası sərkərdəlik bacarığı tələb olunurdu. Dahi rəhbər Heydər Əliyevin yenilməz iradəsi apardığı ordu quruculuğu sayəsində nizami Milli Ordu - Azərbaycan Silahlı Qüvvələri yaradıldı. "Biz bütün millətlərə sübut etməliyik ki, azərbaycanlılar elmin, texnikanın ən mühüm nailiyyətlərinə yiyələndikləri kimi, həm hərb sahəsində böyük istedada malikdirlər", - deyən ulu öndər Heydər Əliyev hələ birinci siyasi hakimiyyəti zamanı hərbi məktəblər yaratmış, ali təhsilli zabitlər yetişdirmək üçün bir çox insanı başqa ölkələrə təhsil almağa göndərmişdi. Müstəqillik illərində isə məhz vaxtilə Heydər Əliyevin təşəbbüsü qayğısı ilə ali hərbi təhsil almış hərbi xidmət yolu keçən kadrların iştirakı ilə nizami Milli Ordu yarandı.

Ulu öndər Heydər Əliyev hərbi sahəyə, hərb adamına, əsgərə çox böyük, yüksək qiymət verirdi. Dahi sərkərdə hərbi peşəni "Vətəni qorumaq peşəsi" adlandıraraq deyirdi: "Cəmiyyətdə hər bir peşə lazımdır, hörmətlidir, cəmiyyət üçün faydalıdır. Ancaq vətəni qorumaq peşəsi bu peşələrin hamısından yüksəkdir. Özünü bu peşəyə həsr edən hər bir Azərbaycan gənci bütün gənclərdən yüksəkdə durur, bütün gənclərdən qiymətlidir". Müstəqil Azərbaycan dövlətinin güclənməsi, yaşaması, ərazi bütövlüyünün qorunması bir daha tarix boyu bir qarış torpağının belə işğal olunmamasına nail olunması üçün ulu öndər Milli Ordunu, hərb sahəsini, vətəni qorumaq peşəsini vacib, zəruri, taleyüklü vəzifə, məqsəd hesab edirdi. Azərbaycan Milli Ordusunun olmasının vacibliyini ifadə edən ulu öndər Heydər Əliyev deyirdi: "Müstəqil Azərbaycanın bu gün , gələcəkdə çox güclü ordusu olmalıdır. Olmalıdır ki, torpaqlarımız bundan sonra işğal edilməsin. Olmalıdır ki, torpaqlarımızın hər bir qarışı qoruna bilsin. Olmalıdır ki, dünya tarixində böyük yer tutmuş sərkərdələr kimi müstəqil Azərbaycanın özünün hərbi sərkərdəsi olsun".

 

"Biz hər an öz doğma torpaqlarımızı azad etməyə hazır

olmalıyıq məhz bu məqsədlə bir güclü ordu yaradırıq"

 

Ulu öndərin müəyyənləşdirdiyi yol, məqsəd vəzifə Azərbaycan dövlətinin onun yaşamasına cavabdeh olan hər bir insanın qarşısında dayanan bir proqram oldu. Bu mənada ulu öndərimizin layiqli davamçısı, "özü qədər inandığı" İlham Əliyevin siyasi fəaliyyətinin əsas prioritet məqsədinə çevrilən ordu quruculuğu uğurlu inkişaf yolu keçib. İlham Əliyev cənablarının siyasi kursa rəhbərliyi ölkəmiz üçün yeni bir mərhələni yaratdı uğurlu bir epoxanın əsasını qoydu. Həm daxili, həm xarici kursda ciddi dönəm özünü nümayiş etdirdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Azərbaycanı qüdrətləndirmək inkişaf etdirmək məqsədinin tərkib hissəsi olaraq Azərbaycan Silahlı Qüvvələri daha güclü inkişaf yolu keçərək peşəkarlaşmış yüksək hərbi qüdrətə nail olmuşdur. Bu inkişafın bir təzahürü cənab Prezidentin vaxtilə məqsədə çevirdiyi kimi Azərbaycan Silahlı Qüvvələrinə ayrılan xərcin həcminin artırılması bütün Ermənistanın büdcəsini ötüb keçməsi nailiyyətində idi. Bundan başqa dahi liderimizin uğurlu davamçısı cənab İlham Əliyevin böyük siyasət idarəçilik qabiliyyəti sayəsində nəinki Azərbaycan ordusu peşəkarlaşdı, nəinki hərbi texniki imkanlarını genişləndirdi, həmçinin Azərbaycanda müdafiə sənayesi yaradıldı hərbi texnika, silah sursat təminatı istiqamətində əvəzsiz tarixi bir uğura nail olundu. Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi uğurlu inkişaf yolu malik olduğu hərbi qüdrət, texniki imkanlar, o cümlədən müdafiə qüdrəti nizamiliyi özünü Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan ordusunun keçirilən hərbi paradlarında nümayiş etdirdi. Azərbaycanın kosmik sahədə əldə etdiyi nailiyyətlər onun gücünə güc qatdı, onu kosmik gücə imkanlara malik ölkələr sırasına daxil etdi. Ölkəmizdə hərbi paradların keçirilməsi bir tərəfdən Silahlı Qüvvələrimizin qüdrətini göstərmək nümayiş etdirmək baxımından əhəmiyyətli idisə, digər tərəfdən xalqa onu qoruyacaq müdafiə qüdrətli bir ordunu təqdim etməklə ona güvənc, ümid, inam arxayınlıq verdi. Bu, həmçinin Azərbaycanın düşmənlərinə çox uğurlu layiqli bir jest idi. Açıq, əyani şəkildə təsdiqini tapdı ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etməyə, işğal olunmuş torpaqlarını geri almağa müvəffəq Silahlı Qüvvələrə, Milli Orduya malikdir. Prezident İlham Əliyevin dediyi kimi: "Biz hər an öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq məhz bu məqsədlə bir güclü ordu yaradırıq. ...Ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad edək". Ali Baş Komandan elə bu sözlərinə əməl edəcəyini tam mənası ilə sübut etdi: 2016-cı ilin aprel ayında ermənilərin hücumlarına qarşı aparılan əks-hücum əməliyyatları Lələtəpə yüksəkliyinin alıması ilə nəticələnən zəfər Ali Baş Komandanın öz sözündə möhkəm ötkəm olduğunu bir daha göstərdi. Aprel qələbəsindən sonra Naxçıvanın işğal edilmiş 11 min hektarlıq ərazisinin uğurlu istehkam-mühəndislik işləri nəticəsində azad edilməsi ilə nəticələnən məharətli Günnüt əməliyyatı da göstərdi ki, Azərbaycan Ordusu regionun ən çevik, qüdrətli inkişaf etmiş, qələbə əzmli ordusudur. Azərbaycan Milli Ordusu hər an öz torpaqlarını işğaldan azad etməyə hazır qadirdir. Bu, həm düşmənə bir daha başa saldı ki, Azərbaycan Oğlu dediyi sözü, verdiyi vədi yerinə yetirmək qüdrətinə malikdir. Faktlar bir daha göstərdi ki, Azərbaycan Prezidentinin Azərbaycan xalqının sözünü canından keçərək yerinə yetirməyə qabil döyüş əfsanəsinə çevrilən Polad Həşimov kimi generalı, Mübariz İbrahimov, Ramil Səfərov, Elnur Əliyev, Qabil Orucəliyev minlərlə igid, cəsur, qorxmaz Azərbaycan oğlu - Azərbaycan əsgəri, döyüşçüsündən ibarət Milli Ordusu var. Yüzlərlə Azərbaycan əsgəri, Milli Qəhrəmanı, şəhidi sübut etdi ki, bizim söz yerə düşməz, düşmənin başına bəla olaraq düşər.

 

"Qarabağ Azərbaycandır nida işarəsi (!)"

 

Düz otuz ilə yaxın bir dövr ərzində Azərbaycan dövləti beynəlxalq hüquq normalarına hörmət humanizmə hörmətlə Ermənistan tərəfindən işğal edilmiş ərazilərin danışıqlar yolu ilə, sülh şəraitində həllinə hər cür cəhd göstərdi. Lakin bu illər ərzində heç bir beynəlxalq hüquq, insanlıq normalarını tanımayan Ermənistan öz işğalçı davranışlarını davam etdirərək Azərbaycan ərazilərini hərbi müdaxilə altında saxlamaqla bərabər, prezident Nikol Paşinyan beynəlxalq təşkilatda çıxış edərək "Qarabağ Ermənistandır nöqtə", - deyə bütün danışıqlara son qoymuş oldu. Hər zaman öz uzaqgörənliyi, bilik savadı, mahir diplomatik məharətilə çıxış edən ölkəmizin başçısı cənab İlham Əliyev bütün incəliklərilə dünya liderləri xalqlarına tədim təsdiq etdi ki: "Qarabağ Azərbaycandır Nida işarəsi!" Əlbəttə, bu "Nida işarəsi" artıq səbri daşmış, haqq işinə məsuliyyətsiz yanaşmalardan cana doymuş, öz haqq savaşını qələbə ilə ilə bitirməyə qabil qadir bir ölkənin, onun başçısının işğalçı ölkəyə onun havadarlarına qəti sərt xəbərdarlığı, həyəcan siqnalı idi. Ermənistanın Azərbaycanın Tovuz istiqamətindəki sərhədlərini hərbi müdaxilə ilə pozmağa çalışması bir daha onların işğalçılıq mövqeyini nümayiş etdirdi bölgədə, bütövlükdə Cənubi Qafqazda sülhə təhlükə yaratdıqlarını sübuta yetirdi. Bu qəfil xain hücumda Azərbaycanın Polad Həşimov kimi bir generalını şəhid verməsi gələcək haqq savaşına doğru bütün Azərbaycan xalqını milli amal uğrunda birləşdirdi. Əlbəttə, Ermənistan siyasi elitası "axmaqlığı" ilə dərk etmədi ki, onlar od ilə oynayır. Azərbaycan Respublikasının Ali Baş Komandanı, ölkə başçısı İlham Əliyevin göstərişi ilə əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu odla oynamağın cəzasını düşmənə yaşatdı. Tovuz hadisələrinin ardınca yenə hərbi müdaxilələrə davam edən Ermənistanın çoxdan hazırlanan hücum planlarına qarşı Azərbaycan Ordusu tərəfindən edilən əks-hücum həmlələri Ermənistanın özü haqda yaratmış olduğu mifi darmadağın etdi. Ən qısa müddətdə, hətta ilk cəhddə Ermənistan tərəfinə ağır itkilər verdirən Azərbaycan Ordusu 6 kəndin işğaldan azad edilməsilə gələcək zəfərlərini yazdı. Azərbaycan Prezidentinin: "Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur, münaqişə indi həll olunmalıdır" diplomatik həmləsinə qüdrətli Azərbaycan Ordusu ən müasir silah, sursat döyüş texnikası, nəticəli döyüş əməliyyatları ilə dəstək güc verərək işğal edilmiş ərazilərin azad edilməsinə imkan yaratdı. Ermənistan tərəfinin verdiyi ağır itkilər, saysız-hesabsız döyüş texnikasını qoyub qaçmaları, xeyli sayda canlı qüvvəsinin əsir alınması s. Ermənistanın məğlub acınacaqlı duruma saldı. Hətta döyüş bayrağını qoyub-qaçan ermənilər sübut etdilər ki, Ermənistan milli orduya deyil, müxtəlif ölkələrdən gətirilmiş, hətta terror təşkilatlarına aid qüvvələrdən ibarət dağınıq hərbi birləşmələrə malikdir. Elə Azərbaycan əsgəri ilə erməni əsgərinin başlıca fərqlərindən biri ondan ibarət idi ki, hər bir Azərbaycan əsgəri öz torpağı, Vətəninin əraziləri uğrunda, haqq həqiqət yolunda mübarizə aparırdı. O bilirdi ki, onun sərhəd çəpəritək dayandığı yerdən geridə sevdikləri, doğmaları var onu öldürmədən düşmən bir addım da irəli gedə bilməz. Amma erməni tərəfdən döyüşənlər üçün niyə, üçün döyüşdükləri bəlli deyil onların bu döyüşdə müqəddəs amalları, mənəvi məsuliyyətləri yoxdur. Dara düşəndə qaçmaq onlar üçün amalsız döyüşdən canını qurtarmaq vasitəsidir. Buna görə hər bir həmləsində Azərbaycan əsgərinin rəşadəti, döyüş bacarığı hərbi qüdrəti özünü qələbə ilə tamamladı. Ermənistan hökuməti onun dövlət din başçılarının rəsmi etirafları Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarından dərəcədə dəhşətə gəldikləri qorxduqlarını aydın nümayiş etdirdi. Qeyri-peşəkar heç bir hərbi nizama dayanmayan döyüş cəhdləri Ermənistan "ordu"sunun çoxdan məğlub olduğunun bariz təzahürü, panik duruma düşmüş bir yığın döyüşçünün nizamsız davranışlarından başqa bir şey deyildi. Habelə Ermənistan tərəfinin məqsədli olaraq dinc sakinləri hədəfə alması, yaşayış yerlərini vurmağa cəhd göstərməsi bir daha göstərdi sübut etdi ki, Ermənistan nəinki siyasi əxlaqdan kənardır, o hətta döyüş mədəniyyətindən uzaqdır onun dövlət, ölkə, xalq olaraq ən adi insan haqlarına sayğı ləyaqəti yoxdur. Bunun isə bir adı var: terrorizm. Son hadisələr Ermənistanın davamlı anti-insani hərəkətləri, onların faşist ideologiyası ilə davranışları yeni faşizm olan ermənizmin meydana gəlməsinin əyani sübutudur. Lakin Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "...Biz özümüzü müdafiə etməyə təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o bir daha bizim tərəfə baxmağa cəsarət etməsin".

Ermənistan tərəfinin dinc sakinləri hədəfə almasına baxmayaraq Azərbaycan əhalisi birmənalı həmrəylik, birlik mübarizlik göstərməyə davam edir. Daim ruh yüksəkliyində olan xalq Milli Ordumuzun Böyük Qələbəni əldə edəcəyinə tam inanırlar. Buna görə döyüşə atılan əsgərlərdən başqa minlərlə insanın könüllü hərbi xidmətə yazılması, israrla bu gedən haqq savaşında iştirak etmək istəyi Azərbaycan xalqının başlanan bu Vətən müharibəsində hər bir zaman Ali Baş Komandanın yanında hətta onun əmrində olduğunu qətiyyətlə göstədi. Heç bir şübhə yeri qalmadan qadından kişiyə, körpədən qocaya, xəstədən sağlama hər bir azərbaycanlı insanı Ali Baş Komandanın bu müqəddəs Vətən savaşındakı əzmini dəstəkləyir bütün gücü ilə Milli Ordumuzun döyüşünə tərəfdar çıxır.  Bəli, bu savaş Azərbaycan xalqının haqq savaşıdır, Vətən müharibəsidir. Dünya müharibələrində, İkinci dünya müharibəsində qələbənin əldə olunmasında minlərlə oğul-qızının iştirakı ilə yaxından iştirak edən, qəhrəmanlar meydana çıxaran, Əfqanıstanda başqa regionlarda sülhməramlı qüvvələrilə sülhün keşiyində dayanan, Qafqaza əmin-amanlıq bəxş etmək məsuliyyətini üzərinə götürən Azərbaycan dövləti mütləq Polad Həşimovların, Yusif Mirzəyevlərin, Albertlərin, Mübarizlərin neçə-neçə unudulmaz şanlı-şövkətli qəhrəmanların ənənələrini, qüdrətini, məhəbbətini özündə daşıyan əsgər məharətli zabitlərinin sayəsində Böyük, Şanlı Qələbəni təmin edəcək, sülhü, əmin-amanlığı bərpa edəcəkdir. Əli silah tutan ya tutmayan, kişi ya qadın, yaşlı ya gənc olmasına, harda yaşamasına, harda olmasına baxmayaraq, bu gün hər bir azərbaycanlı, hər bir Azərbaycansevər yalnız bir şey deyir, bir söz hayqırırdı: "Qarbağ Azərbaycandır! Eşq olsun zəfər gətirən Azərbaycan Ordusuna! Eşq olsun Azərbaycanın Ali Baş Komndanına! Yaşasın Azərbaycan!" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

 

"Əziz Şuşa, biz qayıtmışıq!"

 

Vaxtilə Bayraq Meydanı istifadəyə verilərkən dünyanın ən hündür bayrağı olan Azərbaycan bayrağı müstəqillik səmasına qaldırılarkən Azərbaycan Respublikasının Prezidenti: "Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ işğal altında olan torpaqlarda da qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq yaxınlaşdırırıq", - deyə ümumxalq arzusunu ifadə etmişdi. bu gün orda - Bayraq Meydanında verilən vədin davamı olaraq Azərbaycan bayrağı artıq işğaldan azad edilmiş Azərbaycan torpaqlarında dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu sərkərdəliyi, Azərbaycan Silahlı Qüvvələrinin döyüş məharəti əzmi sayəsində "Dəmir Yumruq" adlanan əks hücum əməliyyatı elə bir uğurla tamamlandı ki, 44 günə 200 ilin problemi kökündən həll olundu. Vətənə məhəbbətdən, torpaqlarını azadlığa qovuşdurmaq iradəsindən irəli gələrək Azərbaycan ordusu dünya hərb tarixinə qızıl hərflərlə yazılan döyüş məharəti nümayiş etdirdi. Azərbaycanın bütün əzmilə əzəli torpaqlarının işağdan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi həm yeni dünyanın savaş üsulunu nümayiş etdirdi: ən müasir silah-sursatla silahlanmış, bütün döyüş bacarıqlarına yiyələnmiş Azərbaycan Ordusu özünün döyüş məharəti ilə nümayiş etdirdi ki, Ermənistanın yüzlərlə tankı, topu s. dəmir yığınından başqa bir şey deyil. Azərbaycan Ordusunu qələbəyə aparan bir hər bir igidin, hər bir əsgərin canında, ruhunda, qəlbində daşıdığı Vətənə qurbanlıq, şəhadət məhəbbəti idi. Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində həm dünya hərbinə ən humanist türk döyüş ruhunu, müharibə mədəniyyətini nümayiş etdirdi: Azərbaycan əsgəri heç bir sivilə - uşağa, qadına, qocaya güllə atmadı, əksinə, qorxaq qansız düşmənin qaçarkən geridə buraxdığı körpəyə, qadına, qocaya mərhəmət göstərdi, kömək etdi. Hətta qorxudan səngərə qısılmış, aman istəyən düşmən əsgərinə Azərbaycan əsgəri mərhəmət göstərdi. Azərbaycanın sivil yaşayış yerləri vətəndaşlarına heş bir qaydaya uymayan üsul vasitələrlə saldıran, körpələrimizi öldürən düşməndən fərqli olaraq Azərbaycan əsgəri yalnız hərb meydanında düşmən ordusu ilə döyüş sərgilədi, təkcə hərbi cəhətdən deyil, həm hərb mədəniyyəti, humanizm etibarilə Qələbə əzmi nümayiş etdirdi. Şuşa uğrunda Azərbaycan əsgərinin döyüşü isə bir dastan yaratdı: Oğuz elinin Şuşaya qayıdış dastanı! Bu döyüş Azərbaycan əsgəri üçün Vətən torpağının hər qarışının müqəddəs olduğunu bütün səciyyəsilə təsdiqlədi. Şuşa uğrunda əlbəyaxa döyüşən, heç bir ağır texnika sursatdan istifadə etməyən Azərbaycan əsgəri Müqəddəs şəhər naminə ruhu ilə döyüşdü, Şuşanın o sərt qayalıqlarını dırnaqları ilə keçərək Müqəddəs Şəhərimizə daxil olub, kafir düşməndən təmizlədilər. Noyabrın 8-də Şuşa şəhəri artıq düşməndən təmizlənmişdi. Noyabrın 10-da isə düşmən təslimçi akta imza atmağa məcbur qaldı üçtərəfli bəyənatla biabırçı məğlubiyyətə uğradılmış Ermənistan bir sıra öhdəliklər götürmüş oldu. Ali Baş Komandan İlham Əliyevin Qələbə münasibətilə Azərbaycan xalqına müjdə sözləri isə hər kəsin qəlbində sevinclə intizarın  birgə hisslərinə buraxmışdı. 30 ilin şiddətli intizarı, nəhayət, Heydər Əliyev ideyalarının qüdrətli davamçısı İlham Əliyevin müzəffər sərkərdəliyi sayəsində Zəfərlə bitirdi: "Böyük fəxarət qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!"

İndi Azərbaycanın paytaxtı Bakı şəhərində el arasında "Zəfər parkı" adlanan bir "Hərbi Qənimətlər parkı" yerləşir. Burada Azərbaycan ordusunun darmadağın etdiyi, qorxaq düşmənin qoyub qaçdığı silah-sursat, hərbi texnikaları nümayiş etdirilir. Buradakı darmadağın, pərişan bir ordunun halı bir müdrik fikri xatırladır - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Valday müzakirələrində bütün Ermənistana eşitdirdiyi xəbərdarlığı: "Qarabağ Azərbaycandır nida işarəsi!" Parkın girəcəyində yüzlərlə düşmən texnikasının nömrələrindən hazırlanmış bir lövhə vardır ki, bu lövhə hər bir ziyarətçiyə Azərbaycan Dövlətinin, Ordusunun Prezidentinin qəti iradəsini nümayiş etdirir. Burada düşmənlərinə başından ağır, sarsıdıcı zərbə vuran "Dəmir yumruğ"un  - xalq, ordu lider birliyinin, qardaşlığın dostluğun gücü görünür. Çünki məhz bu yerdə məğlub olmuş düşmənin məhv edilmiş xain niyyətlərinə qarşı davamlı olaraq döyüşmüş, var olmuş bir uzaqgörən, müdrik siyasət, düzgün qərarlar, təqdiredici idarəçilik dünyanı öz siyasətinə inandıraraq əldə olunan sarsılmaz əməkdaşlıq görünür! Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hərbi Qənimətlər Parkının açılışında dediyi kimi: "Buraya gələn hər bir insan  - Azərbaycan vətəndaşı, ölkəmizə gələcək qonaqlar bunu görəcəklər. Ermənilər bunu görsünlər. Görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı. Budur, onlara verilən cavab. QARABAĞ AZƏRBAYCANDIR!"

Müzəffər Ali Baş Komandanın siyasi iradəsi, uzaqgörənliyi məharətinə dayanaraq Azərbaycan Ordusu düşmənin Zəngəzur dəhlizinin açılması işinə maneçilik törədən əməllərinə qarşı da uğurla mübarizə aparır. Əminik ki, müqəddəs bayrağımız Zəngilanda, Xudafərində, Şuşada dalğalandığı kimi, bütün dünyaya sülh, inkişaf rifah bəxş edəcək Azərbaycan yolu olan Zəngəzurda dalğalanacaqdır! Azərbaycanın əzəli torpaqları, doğma vətəni olan Qərbi Azərbaycanda dalğalancaqdır!

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Olylar.- 2023.- 23 iyun-6 iyul.- S.8; 10