“Bakı FatehiNuri Paşanın

vəfatının 74-cü ildönümü

 

1918-ci il sentyabrın 15-də Azərbaycanın paytaxtı Bakını erməni quldur dəstələrindən və bolşevik qoşunlarından azad edən Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın ölümündən 74 il ötür.

Cümhuriyyət dövründə qurduğu fabriklərlə Türkiyə müdafiə sənayesinin qabaqcıllarından olan və onun göstərişi ilə 12 minlik Qafqaz İslam Ordusuna rəhbərlik edərək Bakını xilas edən Nuri Paşanın (Killigil) ordusunun xatirəsinə Bakıda abidə ucaldılıb. Böyük qardaşı Ənvər Paşa hələ 28 yaşında ikən o dövrün hərb naziri olub. 1949-cu il martın 2-də Sütlücedəki silah fabrikində baş verən böyük partlayışda həyatını itirən Nuri Paşanın qəza və ya sui-qəsd qurbanı olduğu bu günə qədər dəqiqləşdirilməyib. Nuri Paşa 1890-cı ildə Manastırda anadan olub. İbtidaiorta təhsilini orada tamamladıqdan sonra 1909-cu ildə Manastır Hərbiyəsini baş leytenant rütbəsi ilə bitirib, Balkanların müxtəlif bölgələrində xidmət edib, 1911-ci ildə Trablus savaşına qatılıb. Osmanlı İmperatorluğu Birinci Dünya Müharibəsinə girdikdən sonra "sultanın adyutantı" rütbəsi verilən Nuri Paşa 1917-ci ilə qədər Tripoli və Benqazidə xidmət edərkən İngiltərə, İtaliyaFransa qüvvələrinə qarşı çoxlu döyüşlər aparıb. Ənvər paşa qardaşı Nuri paşanı Azərbaycan və Dağıstanın Osmanlıdan kömək istəməsi ilə qurduğu Qafqaz İslam Ordusunun komandanlığına gətirdi.

 

Qafqaz İslam Ordusu 1918-ci il

sentyabrın 15-də Bakını azad etdi

 

12 minlik əsgərdən ibarət Qafqaz İslam Ordusu Azərbaycan əməliyyatı çərçivəsində 1918-ci il sentyabrın 15-də keçdiyi yolda Göyçay, Salyan, Ağsu və Kürdəmiri bolşevik qoşunlarından və erməni quldur dəstələrindən təmizləyərək Bakını azad etdi. Qafqaz İslam Ordusu Bakının azad edilməsi uğrunda 1130 şəhid verib. "Bakı Fatehi" kimi tanınmağa başlayan Nuri Paşa Azərbaycanın hara getdiyi hər yerdə hörmət və ehtiramla qarşılanırdı. Azərbaycanlılar öz xilaskarını, ordu komandirini öz evlərində qonaq etmək üçün bir-biri ilə yarışırdılar. Bakıda böyük coşqu ilə qarşılanan Nuri Paşa Təzəpir məscidində minbərə çıxaraq camaat qarşısında çıxış edib. Sözügedən minbər "Nuri Paşa minbəri" kimi tanınır və məsciddə qorunub saxlanılır. Paşanın Gəncədə qaldığı evmuzey kimi fəaliyyət göstərir. Mudros barışıq müqaviləsi imzalandıqdan sonra Qafqaz İslam Ordusu Bakını tərk etmək məcburiyyətində qaldı, Nuri Paşa isə Batumidə ingilislər tərəfindən həbs edildi. Nuri Paşa 1919-cu il avqustun 8-də mühakimə olunmaq üçün aparılarkən qafqazlıların köməkliyi ilə həbsdən qaça bildi. Türk müdafiə sənayesinin qabaqcıllarından biri oldu 1921-ci ildə Berlinə gedən Nuri Paşa burada kafel sənətini öyrənib və 1924-cü ildə İstanbula qayıdıb Kütahya Çinicilik Anonim Şirkətini qurub. Əsgərlik həyatını qəhrəmancasına keçirən Nuri Paşa bir müddət sonra fabrikini təhvil verib və müharibə sənayesinə üz tutur. Nuri Paşa Sütlücədə fabrik alıb ordu üçün silahsursat istehsal edir, müxtəlif silah dizaynları düzəldir və patentləşdirir. O, Türkiyənin "Nuri tapançası" adlandırdığı ilk 9 mm-lik silahın kütləvi istehsalını həyata keçirib. Qurduğu fabrikdə top, minaatan, zenit gülləsi və qoruyucuları, eləcə də təyyarə bombaları istehsal edən Nuri Paşa daxili müharibə sənayesinin özəl sektor olaraq inkişafına töhfə verən və qazancını artıran ilk sahibkarlardan biri oldu.

 

Əfsanə Kamal

 

Olaylar.- 2023.- 3-9 mart.- S.18.