Tarixi ərazilərimizə
qarşı qəsd səhifələri...
...uzun əsrlər boyunca bir çox ölkələrin
(Rusiya Federasiyası, İran
İslam Respublikası, Yunanıstan, Fransa, ABŞ, Avstraliya
İttifaqı, Kanada...) nəşriyyatlarında
və dövri mətbuatında müxtəlif
etnik-dini mənşəli yazarların
(alimlərin, yazıçıların, din
xadimlərinin, səyyahların, hərbiçilərin...) qələm məhsullarında yer almış və bu mürtəce
təbliğat dövrümüzün uydurma "həqiqəti"nə
çevrilməkdədir, çünki,
məhz bu yolla
Borçalı, Dərbənd, Cənubi və Qərbi Azərbaycan
bölgələri bütöv Azərbaycanın
sərhədləri hüdudundan kənarda
qalmışdır...
XIX-XX əsrlərdə isə bu qəsdlər Qarabağ və Naxçıvan ərazilərinə qarşı beynəlxalq dillər müstəvisində və qurumlar şəbəkəsində davamlı səciyyə almış, birləşmiş hay-xarici işğalçı qüvvələr tərəfindən həm hərbi-siyasi, ictimai-iqtisadi, həm də informasiya-təbliğat istiqamətlərində gücləndirilmişdir. Rusiya Federasiyasında hay kilsəsinin imkanları geniş olduğundan qarşıya qoyulmuş bu işğalçılıq məqsədinin ideya-nəzəri "əsaslandırılması" xeyli dərəcədə asan olduğu üçün "beynəlxalq pəncərə" açılışı arasıkəsilməz hal almışdır.
Xronoloji ardıcıllıqla nəzər yetirilsə bu ölkənin mərkəzi nəşriyyatlarında hər il, hər ay kifayət qədər çox sayda tarixi ərazilərimizə qarşı-Qarabağ və Naxçıvan bölgələri hədəfdə olmaqla nəşrlər işıq üzü görməkdə, elmi-nəzəri yığıncaqlar, dini-ruhani tədbirlər, ictimai-siyasi müzakirələr...keçirilməkdədir.
Bu baxımdan Sankt-Peterburq şəhərinin muzey əməkdaşları Y.O.Andreyeva və Y.Y.Qulyayevanın Rusiya və Yeni-Naxçıvan yeparxiyasının (hay kilsəsinin) himayəsi ilə çap edilən "Naxçıvan erməniləri: 1950-1980-ci illərin qonşuluğu barədə xatirələr" məqaləsi ("Etnoqrafiya" jurnalı, 2(16), 2022-ci il tarixli, səh.116-123) sıradan bir yazı olmamaqla, birləşmiş rus-hay cütlüyünün Dövlətimizə və Xalqımıza qarşı növbəti qəsd kimi qiymətləndirilməlidir.
Məqalənin yazılmasında Rusiya EA-nın H.H.Mikluxo-Maklay adına Etnologiya və Antropologiya institutunun Qafqaz xalqları şöbəsinin 1985-ci ildən müdiri,"Etnoqrafiya" jurnalının redaksiya heyətinin üzvü REA-nın müxbir üzvü, tarix elmləri doktoru S.A.Arutyunyanın (1932) "hay ruhu" üstünlük təşkil etsə də, az da olsa bəzi faktların timsalında yazarlar həqiqətlərə də yer ayırmışlar.
XX əsrin 50-80-ci illərində Naxçıvan bölgəsindən hayların köçməsinə səbəb olan əsas amil kimi bu tayfanın ictimai-sosial xisləti (vətənsiz olduqlarından həmişə əlverişli yerlərə-ünvanlara üz tutmaq şakərində olmaları) ilə əlaqəli olmasına sübut olan faktların sıralanmasına tarxi mənbə kimi məqalədə adı çəkilən Y.D.Ançabadze və N.Q.Volkovanın "Qədim Tiflis (şəhər və şəhər əhalisi XIX əsrdə)" kitabı (Moskva şəhəri, 1990) xüsusi yer tutur.Adı çəkilən kitabda göstərilir ki, XIX əsrin əvvəllərində təkcə Tiflis şəhərinə İrəvan (Ü(İ)çmüəzzin) və Pəmbək mahallarından 2400 hay köçüb, eləcə də Naxçıvan, Şirvan, Qarabağ və Şəki xanlıqlarından da çoxsayda hayların köçməsi qeyd edilmişdir.
Daha sonra, XIX əsrin ortalarında Tiflis şəhərində yerləşən bu köçəri tayfanın ünvanları sırasında Osmanlı Türkiyəsinin Əhəlcik paşalığının,Ərzurum, Qars, Bəyazid vilayətlərinin, Cənubi Azərbaycanın Urmiya, İsfahan və Xoy mahallarının, Bağdad şəhərinin...adları çəkilir və bildirilir ki, 1804-cü ildə İrəvan xanlığından Pəmbək nahiyəsinə kğçən 50 hay ailəsi çar Rusiyasının Qafqazda yeni yataqlanan, kök salan hərbi hissələri tərəfindən Tiflis şəhəri rəhbərliyinin narazılığı olsa da, köçürülmüş, rəhbərliyin tələbləri nəzərə alınmamışdır.
Y.D.Ançabadze və N.Q.Volkovanın "Qədim Tiflis (şəhər və şəhər əhalisi XIX əsrdə)" kitabında göstərilir ki, Qafqaza hay sürüsünün axını 1828-ci ildə bağlanılmış Türkmənçay sülh müqavilsəindən sonra güclənsə də, Tiflis şəhərinin əhali artımına o qədər də təsir etməyib, çünki, bu axın (30-50 min arası) əsasən naxçıvan, Qərbi Azərbaycan və Qarabağ bölgələrini əhatə etmişdir.
1829-cu ildə Osmanlı Türkiyəsi və Rusiya arasında bağlanmış Adrianapol sülh müqaviləsindən sonra Əhəlcik paşalığı Rusiyaya verildi, Tiflis quberniyasının tərkibinə daxil edildi və köçürülən haylar Əhəlcik və Əhəlqala qəzalarında yerləşdirildi, nəticədə 1820-1860-cı illərdə Gürcüstan ərazisində və Tiflis şəhərində İrəvan, Gümrü, Yeni Bəyazid, Şuşa, Naxçıvan, Gəncə, Nuxa (Şəki), Ordubad...şəhərlərindən köçən hayalrın sayı xeyli dərəcədə artmağa başladı.
Nəzərdə tutulan demoqrafik artımın üstünlüyü qısa bir zamanda özünü göstərmişdir:
-1887-ci ildə Tiflis şəhərinin su təchizatı sisteminin planlı quruculuğu məqsədi ilə keçirilən ictimai sorğuda iştirak edən əhalinin 49 nəfərlik imza siyahısında 37-si hay mənşəli olub, eləcə də 22 nəfər rus-fars soyadlıların içərisində də haylara rast gəlinib (Vartan Budaqov, Baba Sarkisoğlu, Georqi Eyvazov...);
və yaxud:
-1817-ci ildə Tiflis şəhərində hayların sayı 11,2 min idisə, 1832-ci ildə bu sürünün sayı 16,8 min, 1864-cü ildə 28,1 min, 1897-ci ildə isə 50,5 min olmuşdur.
Təbii ki, istər XIX əsrin əvvəlləri və ortalarında, istərsə də XX əsr boyunca hayların Cənubi Qafqaza miqrasiyası, bu coğrafiyada kütləvi yerdəyiməsi, eləcə də Şimali Qafqaza, Azov dənizi, Volqa və Don çayları hövzələrinə yayılmaları mürtəce, dinsiz hay kilsəsinin hərbi-siyasi strateji maraqlarının əlahiddə taktiki gedişləri olmaqla bərabər, heç bir kənar təzyiq amili ilə şərtlənmədiyi qeyd edilən faktlarla aydın görünür. Məhz buna görə də mənfur hay xislətinin hiyləgər mahiyyəti açıldığından, tarixi, təkzibedilməz mənbələrlə sübut olunduğundan hay kilsəsi özlərinə xas "haray-həşir salmağa" başlamış, növbəti dəfə muzey işçiləri Y.O.Andreyeva və Y.Y.Qulyayevadan istifadə etmişdir.
Xanım müəlliflər qeyd edirlər ki, Naxçıvan bölgəsində yaşayan "erməni"lərlə bağlı etnoqrafik tədqiqatlar aparılmadığı üçün XX əsrin 50-80-ci illərini əhatə edən məlumatları yalnız öz təşəbbüsü ilə tədqüiqat aparmış A.A.Ayvazyanın (1947) mülahizələri əsas götürülmüşdür.
Şahbuz rayonu, Ayrınc kəndində (hay kilsəsi "Ayrink" adlandırır) doğulan hay mənşəli bu tarixçi 45 il ərzində Naxçıvan bölgəsini "tədqiq" etmiş, "Naxçıvanın erməni arxitektura abidələri" kitabını (İrəvan şəhəri, 1981) yazmış, bu işə arxeoloq, tarix elmləri doktoru A.L.Yakobsonu (1906-1984) da cəlb etmişdir.
Hay mənşəli müəllif Ordubad və Culfa rayonları ərazisində qəbirüstü epiqrafik araşdırmalar, şivə-dialektlərin yayılması ilə bağlı məlumatlar da toplamışdır.
Sankt-Peterburq Dövlət Universitetinin professoru A.K.Şaginyan isə 2011-ci ildə "Vostok" jurnalında "Naxçıvan-Ərəb xilafəti dövründə" məqaqləsi ilə çıxış etmişdir. 1934-cü ildə Tiflis şəhərində K.N.Smirnovun (1878-1938) "Naxçıvan vilayətinin tarixi və etnoqrafiyasının materialları" əsəri çap edilmişdir.
Naxçıvan bölgəsinin tədqiqi, etnoqrafik-arxeoloji tarixi irsinin öyrənilməsində iştirak edən alimlərin-tədqiqatçıların sırası xeyli dərəcədə geniş olmaqla yanaşı (İ.İ.Şopen (1798-1870), N.V.Xanıkov (1822-1878), V.V.Bartold (1869-1930), S.Ə.Kəsrəvi-Təbrizi (1890-1946), V.A.Qordlevcki (1876-1956), Y.Markvat (1864-1930)...), hay kilsəsinin və sürüsünün bu tarixi yurdumuza qarşı məkrli iddiaları da səngiməmişdir bütün dövrlərdə.
Bu yanaşma sübut edir ki, mürtəce hay kilsəsi yalnız ərazi iddialarından əl çəkməməklə həyasız tələblərinin əvəzinə elmi-nəzəri, tarixi məsələlərin düzgün tədqiqi ilə məşğul olmaq məsləkinə malik deyil.
Sıradan bir tarixi fakt:
-"Ermənisan" SSR əməkdar incəsənət xadimi və arxitektoru Rafael İsraelyan 20 iyul 1962-ci ildə Sovet İttifaqı rəhbəri N.S.Xruşşova (1894-1971) rəsmi məktubla müraciət edərək Azərbaycan SSR-nin Naxçıvan MSSR-nın və Dağlıq Qarabağ Muxtar Vilayətinin "Ermənistan" SSR-nin tərkibinə verilməsi və "tarixi səhvə düzəliş etməyi" xahiş etmişdir.
"Tanınmadan uzaqlaşma: nəyə görə Naxçıvan və Dağlıq Qarabağ Azərbaycan SSR-nin tərkibindədir?" başlıqlı məktuba isə "Hələ vaxtı deyil" dərkənarı qoyulmuşdur...
Bütün dövrlərin seperatçılarının həmin məktubu hazırda İrəvan şəhərində, Milli arxivdə saxlanılır...
Haşiyə. R.S.İsraelyan 1908-ci ildə Tiflis şəhərində doğulub, atası Şuşa, anası Naxçıvan "ermənisi" olub, 1951-ci ildə Stalin mükafatı alıb, SSRİ Arxitektorlar Cəmiyyətinin üzvü kimi, həm də pedaqoji fəaliyyətlə (dosent) məşğul olub İrəvan şəhərində.
Bakı şəhərində 1937-ci ildə Sənaye İnstitutunu bitirən Y.S.Yaralov (1911-1983) "Rafael İsraelyan" kitabını ona ithaf edib.
Müsahiblərindən aldıqları məlumatları o qədər də etibarlı hesab etmədiklərini vurğuladıqdan sonra müəlliflər istər-istəməz bəzi faktları da yazmağa məcbur olmuşlar. Ordubad rayonu, Parağa kəndinin 1960-cı il təvəllüdlü qadın sakini olan müsahibin söyləməsinə görə, onlara qarşı heç bir vaxt milli-irqi ayrı-seçkilik halları olmadığı halda, onlar daha yaxşı yaşamaq, uşaqlarına yüksək təhsil və vəzifə vermək üçün kəndlərini tərk etməyə məcbur olmuşlar.
Şahbuz rayonu ərazisindən haylar 1970-ci illərdə, Ordubad rayonundan isə 1980-ci illərdə köçmüşlər, hətta monoetnik hay mənşəli olan Çalxanqala kəndi də (hazırda Kəngərli rayonu ərazisindədir, haylar-"Aznaberd" adlandırıb) boşalmışdır
Amma, onlar "erməni" tarixi irsini unutmadıqlarını izhar etmişlər, belə ki, A.Ozanyanı və Q.Nijdeni "xalq qəhrəmanı" kimi qəbul, bəstəkar və dirijor Aram Xaçaturyanı (1903-1978) isə hörmətlə yad etmişlər...
A.Ayvazyanın da tədqiqatlarından məlum olmuşdur ki, hələ 1970-ci illərdə Şahbuz rayonu ərazisindəki hay "irsi"nə aid "tarixi-dini abidələr"i Ağrıdağ vadisi ərazilərinə köçürülüb aparılıb. Bu hal bir daha sübut edir ki, XIX-XX əsrlər ərzində Azərbaycanın digər tarixi-coğrafi bölgələrindən olduğu kimi, Naxçıvan hüdudlarından da qədim Alban mədəniyyəti irsinin maddi-yazılı nümunələri hay kilsəsi tərəfindən oğurlanaraq, qarət edilərək araılmış və "erməni"ləşdirilmişdir.
Ordubad rayonu, Parağa kəndinin başqa bir sakini isə söyləmişdir:
-"erməni" əlifbasının
yaradıcısı M. Maştos nahiyənin Nəsirvaz kəndindən
olub, 1918-ci ildə Ordubad
ərazisində bir çox
Türk-Müsəlman kəndlərindən keçən A.Ozanyan yolu üstündə
nə var idisə hər şeyi
məhv etmiş, əhalini
qılıncdan keçirmişdir...
Qismət Yunusoğlu,
Bakı Dövlət
Universitetinin müəllimi
Olaylar.- 2023.- 10-16 mart.- S.17.