"İdeal” dan
"GürUn"a gedən yol
İsa Muğanna
yaradıcılığının "İdeal",
"Əbədiyyət", "Qəbristan",
"GurÜn" timsalında müəyyənləşdirilməli
məsələlərdən birisi daxili məzmun
qatlarının, ümumi
sisteminin mahiyyətinin, struktur kodlarıının
aydınlaşmasıdır.
Ədəbi
tənqidin paradoksal və paradiqmatik yanaşmaları
bütün komponenti ilə nitq janrlarının, janr etiketinin
simmetriyasını, stixial xarakterini açmaq
gücünü ortaya qoya bilmir.
Bunun üçün İ.Muğannanın yaradıcı
təfəkkürünün intellekt meyarları, bura gəlişin
dinamikası, qavrayış fasiləsizliyinin məzmunu
açıqlanmalıdır. Ədəbi tənqidin İsa
Muğanna yaradıcılığına yanaşmaları
bütün mərhələlərdə paradoksal xarakteri, fərqli
mövqe və münasibətlərlə özünü
göstərmişdir. Burada yaxın olan məqamlar ədibin
üslubu, yaradıcı istedadı ilə bağlı
mövqelər olduğu halda, həyat hadisələrinə
münasibətdə ikiliklər, tənqid və yüksək
sənət meyarları ilə təhlil özünü
göstərmişdir. Məhz yeni nəsr düşüncəsinin
formalaşması ilə bağlı mülahizələr və
İ.Hüseynovun burda funksional mövqeyi, "sərt
yazıçı" təsəvvürü və s. kimi məsələlərə
münasibət bunun nümunəsidir. Onu da əlavə edək
ki, ədəbi tənqid 50-60-cı illər İsa
Hüseynovunu bütün təfsilatı ilə dərk edib
çatdırmamış, 70-80-ci illər İ.Hüseynovu
yeni və bir qədər də fərqli mövzu-problem axtarışı
ilə ədəbi arenada özünü göstərdi.
Bütün təhlil və yanaşmalardan, ədəbi tənqidin
dediklərindən əlavə İ.Hüseynovun
yaradıcılığına ciddi mövqe nümayişi
onun özü tərəfindən olmuşdur. Bunu əsərlərinin
bir qismindən imtina etməsi və bir qismini təkrarən
işləməsi aydınlıqla göstərir. Ədəbi-mədəni
mühit üçün mükəmməl sənət
nümunəsi olaraq təqdim olunan bu nümunələrin
müəllif tərəfindən imtinası və
yaradıcılığın ikinci dövrünün
nümunələrinə münasibətin özü də ədəbi
tənqid tərəfindən birmənalı
qarşılanmamışdır. "İdeal", "Qəbiristan",
"GurÜn", "Cəhənnəm", "İsahəq,
Musahəq" əsərləri
yaradıcılığının ikinci mərhələsinin
hadisəsi olaraq vurğulanır. Ədəbi tənqidin bu
nümunələrə yanaşmaları, dərki və təqdimi
də müxtəlifliklərlə nəzərə
çarpmışdır. Ancaq onu da əlavə edək ki,
İ.Hüseynovun yazıçı düşüncəsində
həmişə özünəməxsusluqlarla səciyyələnən
bir sistem olmuşdur. "Anadil ötən yer", "Zəhər",
"Qayım qaya", "Cəbhədən məktub",
"Koroğlunun çən qalası", "Bizim qızlar",
"Saz", "Tütək səsi", "Kollu Koxa",
"Doğma və yad adamlar" və s. bir sistem altında
sıralanır və İ.Hüseynovun yazıçı əzəmətini
müəyyənləşdirir. İkinci mərhələnin
isə özünəməxsusluq sistemi İsa Muğanna
adında olanlarla, daha doğrusu, "İdeal", "Qəbiristan",
"GurÜn", "Cəhənnəm", "İsahəq,
Musahəq", "İlan dərəsi və ya peyğəmbərin
taleyi", "Qırx kisə qızıl" kimi nümunələrlə
faktlaşır. Bunların isə ortaqlıq nöqtəsi
"Məhşər"dir. Dediyimiz kimi, "Məhşər"
İ.Hüseynovun yaradıcılığında
dönüş nöqtəsi oldu. Orta əsrlərin təriqət
düşüncəsi, sufi simvolikası, ruhani dünyanın
mahiyyətində özünü tapma və özünə
tapınma ədibin yaradıcı taleyinə bu və ya digər
dərəcədə təsirini göstərdi. Nəhayət,
İsa Muğanna kimi ədəbi tənqidin diqqətinə gələcək
və onu özü üçün dərkə
çalışacaq yazıçı mühitə
sözünü dedi.
"İdeal",
"Qəbiristan", "GurÜn", "Cəhənnəm",
"İsahəq, Musahəq"
ideya-məzmun, struktur əlaqələrinin təhlili və
digər əsərlərinin yenidən işlənməsi
üzərində aparılan müşahidələr üst
və alt qatda daxili bir simmetriya, harmoniya müəyyənləşdirir.
Üfiqi və şaquli bağlantıların aydınlığı
üçün İ.Hüseynov
yaradıcılığını bir neçə istiqamətdə
təhlil etmək gərəyi yaranır.
a)
yaradıcılığın birinci mərhələsindəki
dünyagörüşün və yazıçı
üslubunun ümumi sisteminin aydınlaşması ("Anadil
ötən yerdə", "Cəbhədən məktub",
"Koroğlunun çən Qalası", "Saz",
"Tütək səsi", "Kollu Koxa", "Doğma
və yad adamlar" və s);
b)
yaradıcılığının ikinci mərhələsindəki
dünyagörüşün, yeniləşmənin mahiyyətinin
və yazıçı üslubunun müəyyənliyi ("İdeal", "Qəbiristan",
"GurÜn", "Cəhənnəm", "İsahəq,
Musahəq");
c) İsa
Hüseynov mərhələsi ilə İsa Muğanna mərhələsinin
ortaqlıq xətlərinin aşkarlanması və s.
Onu da
etiraf edək ki, "İdeal", "Qəbiristan",
"GurÜn", "Cəhənnəm", "İsahəq,
Musahəq"də olanlar ədəbi-fəlsəfi mühit,
ədəbi tənqid üçün bir qədər dərkedilməz
və qəbuledilməzdir. Bunun üçün həmin əsərləri
bir dəfə yox, dönə-dönə oxumaq və dərk
etmək üçün düşünmək
lazımdır. İ.Hüseynovdan İ.Muğannaya gələn
yolun özünəməxsusluğu bir növ
özünüinkar və özünütəsdiqlə təkrarlanır.
Əslində bu inkarların mahiyyətində alt qatda boy
göstərəcək ciddi bağlantılar, dinamik və
fasiləsiz özünüdərk dayanır.
"İdeal", "Cəhənnəm",
"GurÜn" bunların vaktı olaraq inkar//təsdiq,
işıq//zülmət, milli//bəşəri olan
arasında bir sistemlə tənzimlənir.
"GurÜn"ün başlanğıc epizoduna diqqət
yetirək: "Min yüz yetmiş beşinci ilin
payızında "Əxi"lər - AğEylər Nizamiyə
xəbər verdilər ki, Atabəy Cahan Pəhləvan, Atabəy
Sultan Şəmsəddin Eldənizin iradəsinin ziddinə Səlcuq
səltənəti ilə Xilafəti barışdırmaq niyətilə
AğEy icmalarını dağıtmaq fikrinə
düşüb, Həmədandan gəlib Həmdünyanın
yaxınlığında
düşərgə salıb ki, səhər tezdən
icmalara və bəlkə hətta Nizami təkyəsinə
hücum etsin.
Təkyə
nə deməkdir, ey Təhriflərim?
Bilmirsiniz.
Şərhi-izah
yaz, Muğanna: Ehtiyac olanda mötərizədə şərh
yaz ki, ölü sözlər dirilib idraksızlarımın
zülmət beyinlərini işıqlandırsın.
(Şərh:
"Təkyə" sözünün əsli -OdƏrcəsi: TəkEy. Uca təkinsan
deməkdir". Göründüyü kimi, burada İsa
Muğanna yaradıcılığının "Məhşər"dən
"İdeal"a gələn sistemin kodları, nitq
janrları və informativ səviyyəsi
açıqlanır. Ədəbi tənqidin
"İdeal"la bağlı mühakimələri, fikir və
mülahizələri nə qədər ciddi və elmi-nəzəri
xarakterlidirsə, "Cəhənnəm", "Qəbristan",
"İsahəq, Musahəq" "GurÜn" əsərlərinə
bir qədər susqunluq göstərir. Bunun da mahiyyəti ədibin
əsərlərindəki ənənəviliyin (bəlkə
də mürəkkəbliyin) sərhədlərinin
pozulması və yeni bir düşüncə modelinin təzahürü
ilə bağlıdır. Buradakı üslub, adlar sistemi, onun
ehtiva etdiyi məzmun, yazıçının əsər boyu
sərgilədiyi məzmun ədəbi tənqidin bir qədər
susqunluğuna, təmkin göstərməsinə səbəb
olmuşdur. Ədəbi tənqidin öyrəşmədiyi
üslub, adlarda və əsərdə ifadə olunan məzmun
qatları ezoterik və ekzoterik xətlər, polifonik
düşüncə sistemli təhlil və müşahidələri
ortaya qoymur. Dediyimiz kimi, bunun da
səbəbi İ.Muğannanın yaradıcılıq
dünyasında baş verənlər, həyata, etnokulturoloji
sistemə, arxetiplərə, mifik yaddaşdan gələnlərə
yeni və həm də özünəməxsus
yanaşmasıdır."İdeal", "Əbədiyyət"
və GurÜn" öz struktur və düşüncə
müxanizmləri ilə İ.Muğannanın ictima-mənəfi, fəlsəfi-əxlaqi təsəvvürlərini
və intuitiv duyumlarını, ruhani dünyasının
ürfan qatlarını bütün tərəfləri ilə
ehtiva edə bilmək gücündə görünür.
Ədəbi tənqidin yanaşma və təhlilləri ədəbi-bədii
düşüncə üçün həmişə
nümunə olmuş bir sənətkarın qəfildən
yazdıqlarının böyük əksəriyyətindən
imtina etməsi və fərqli bir prizmada ədəbi arenaya
özünü təqdim etməsidir. İsa Hüseynov kimi
tanınan, ədəbi prosesə örnək olan sənətkarın
İsa Muğanna imzası ilə yeni tipli əsərlər
sıralamasıdır. Əslində bu əsərlərin, yəni
"İdeal", "Əbədiyyət", GurÜn",
"Cəhənnəm, "İlan dərəsi" və
s. hamısını bir xətdə
sıralayan, daha çox isə bağlayan güclü xətlər,
simmetrik düşüncə modelləri var. Necə ki,
"Anadil ötən yerdə", "Koroğlunun çən
qalası", "Cəbhədən məktub",
"Saz", "Tütək səsi", "Kollu Koxa",
"Doğma və yad adamlar" və s. əsərlərində
yazıçı özünəməxsusluğunu ehtiva edən
məsələlər aydınlıqla özünü
göstərir.
"GurÜn"
əsərinin sonluğuna yaxın bir epizod verilir və orada
deyilir ki, "OdƏr sözlərinin tələffüzündən
yadırğamış dil-dodağımız kimi, həqiqətlə
yaşamaq vərdişlərindən
məhrum olmuş yaddaşlarınızı
zorlamayın, ey təhriflərim; BağHəmOduma verdiyim
ƏsƏrlərdəki OdƏr sözlərini yadda
saxlamağa cəhd göstərməyin; təhrif
mühitimizin hakimi təhrif dillərdir.
OdƏri
- Həqiqət işığını rəd edir o Zülmət
mühiti. Bağ Atamı, qardaşlarımı, məni,
ikinci doğuluşdan sonra əbədi Səyyarələrdə
-ƏsEylərdə əbədi həyatın möcüzələri
içində yaşasalar da, "Yer" - "EyƏrin həsrətini
çəkən SafAğ əzizlərimizi rədd edir o
mühit. Bircə tələbim var sizdən. Tələbim
yox, ricam -xahişim var. Xahişim yox, yalvarışım var;
sözə ƏsÜzə - Yaradan mənayadiqqətli
olun" .Göründüyü kimi, bu mətnin işarələdiyi
məzmun öz yaddaş və təsəvvür kodları ilə
gizlinləri, açılması müasir ədəbi tənqidin
axıra qədər gücündə olmayan keçmişi və
gələcəyi əhatələyir. Bir növ İ.Muğanna
yazıçı olmadan kahinə, tamamilə başqa bir
dünya ilə bağlanan və olacaqları oradan
eşidib-bilən bir müqəddəsə çevrilir. Dərvişliyin,
kahinliyin təsəvvür və könülə ilahi
varlığın ilhamı ilə bunları sıralamaq,
düzmək mümkündür ki, İ.Muğanna
"İdeal", "Əbədiyyət",
"GurÜn", "Cəhənnəm", "Qəbristanlıq"da
bunları reallaşdırır.
İ.Hüseynov məhz bunlarla, ideala köklənməklə
"SafAğ" elminin ucu-bucağı görünməyən sir və müqəddəslikləri
ilə içini doldurmuş və İ.Muğanna
düşüncəsinə köklənmişdir. Ədəbi
tənqidin İ.Muğanna yaradıcılığının
yeni mərhələsinin faktı olan "İdeal",
"Əbədiyyət", "GurÜn", "Cəhənnəm",
"Qəbristanlıq" əsərlərinə münasibəti
paradiqmatik, sintaktik, janr müstəvisində təhlillərlə
faktlaşır ki, burada bədii-fəlsəfi, mifik-teoloji,
tarixi-mədəni aspektləri də diqqət önünə
gətirilir.
İ.Muğannanın "İdeal", "Əbədiyyət",
"GurÜn", "Cəhənnəm", "Qəbristanlıq"
əsərlərində qeybdən gələn səslər
var və o səslərlə qarışıb zühr edən
bu əsərlər ancaq mətnlərin öz dili və
kodları ilə açıla bilər.
Çağdaş
ədəbi tənqid İ.Hüseynovun
yaradıcılığını müxtəlif kontekstlərdə
təhlil faktına çevirmiş və bu gün də
çevirməkdədir. Tipoloji müstəvidə olan
yanaşmalar, intertekstuallıq baxımından
"İdeal", "Əbədiyyət", "Cəhənnəm",
"GurÜn", "İlan dərəsi" əsərlərinin
ehtiva etdiyi məzmunun aşkarlanması istiqamətində
görülənlər, funksional xarakterinin mətn sistemləri,
janr və nitq etiketləri, əsərlərarası
bağlantıların əhatələdiyi yaddaş və s.
nə qədər təhlil faktına çevrilsə də
yenə də yanaşmaları, mahiyyət qatlarında
olanların ümumi və fərdi sxemlərini müəyyənləşdirməyə
zərurət duyulur. İşıq, İşıq elmi,
İşıq övladları "İdeal"dan bu yana
İ.Muğanna yaradıcılığının mahiyyətinə,
onun görünən və görönməyən tərəflərinə
işıq tutmaq məqsədi daşıyır və bəşəriyyətin
xilasını da həmin elmin sirlərini mənimsədə
görür.
"İdeal",
"Əbədiyyət", "Cəhənnəm",
"GurÜn", "Qəbiristan" əsərləri
İ.Muğannanın yaradıcılığının 80-ci
illərdən bu yana olan mərhələsinə
bağlanır və özünəməxsus struktur müstəvisində
biri digərinin içindən keçir. İdeya-məzmun,
struktur bağlantılarında bu əsərlərin müəyyənləşdirdiyi
diferensasiya daha çox mətnaltı əlaqələrdə
görünür. Ədəbi tənqidin intertekstuallıq, mətn
tipologiyası, paradiqmatik səviyyəsi haqqında söylədikləri
mahiyyəti açmaqdan çox, fəhmlə dərkolunma ilə
faktlaşır. Gerçək dindən uzaq düşmə,
bəşəriyyətin öz tarixini, elmini, dinini unudub, təhrif
bilik, təhrif din, təhrif dilə köklənməsi bu əsərlərdə
bir xətt olaraq görünür və yazıçı
missiyası isə bu təhrifin dərkinin
çatdırılmasıdır. İ.Muğannanın
yaradıcılığının ümimi sistemində
olanlar və ədəbi tənqidin "İdeal"a qədərki
dövr, "İdeal" dövrü və
"İdeal"dan sönrakı dövr kimi söciyyələndirdiyi
dövrləşmə əlbəttə mahiyyətində ruhani bir bağlılıqla,
yazıçı dünyasının təsəvvür
modelləri ilə xarakterizə olunur. "İdeal" öz
mahiyyətindəki struktur sxemləri ilə "Əbədiyyət",
"GurÜn", "Qəbiristanlıq, "Cəhənnəm"ə
sirayət edir və baş verən dəyişmələr
İ.Muğannanın özünəməxsus postmodernistliyini
faktlaşdırır. Muğanna həqiqəti
yaradıcılığının bütün dövrləri
üçün funksional xarakteri ilə səciyyələnir,
ikinci və üçüncü dövr kimi səciyyələndirilən
mərhələdə Tanrı // insan qnostikasına yüklənir.
Muğanna
həqiqətinin paradiqması, işarələdiyi məzmun,
mifə bağlanma dərəcəsi və reallığı
"İdeal", "Əbədiyyət", GurÜn" əsərlərinin,
eləcə də "Cəhənnəm", "Qəbiristanlıq",
"İsahəq, Musahəq" əsərlərinin struktur
sistemində, informasiya kodlarında aydınlaşır. "Cəhənnəm"
romanı, cəhənnəm alovu və onu alışdıran
sözlə bağlı məsələlərə diqqət
yetirir, İ.Muğanna həqiqətində cəhənnəmin mahiyyəti məsələsinin
dini-fəlsəfi, ruhani fakturası təhlil olunur. "Din //
elm, Allah // insan konseptləri İ.Muğanna
yaradıcılığının "İdeal"la
başlayan dövründən aparıcı xətti müəyyənləşdirir. "İdeal" İ.Muğanna
yaradıcılığında yeninin və "Əbədiyyət",
GurÜn", "Cəhənnəm", "İsahəq,
"Musahəq"ə gedən yolun
başlanğıcıdır. İdeya-məzmun, struktur əlaqələri,
motiv, hadisə, əhvalat bağlantıları,
yazıçı təfəkkürünün intellekt
meyarları bir bütöv olaraq özünü göstərir.
İ.Muğannanın sərt yazıçı məntiqi həm
də, onun sərt yaddaş kosmosunu, SafAğ romanlar silsiləsindəki
Muğana etiqadını faktlaşdırır.
"Yazıçı, yazıçı-peyğəmbər,
peyğəmbər" (Ə.Cahangir) kimi də
aydınlaşmasını zəruriləşdirir.
İ.Muğannanın
"SafAğ romanlar silsiləsi" ideya-məzmun və
struktur əlaqələrində özünəməxsusluqlara
baxmayaraq bir xətdə Muğanna etiqadını ifadəyə
və aydınlaşdırmağa hesablanmışdır.
Dioloji aspekt İ.Muğanna SafAğ romanlar silsiləsinin
ideya-məzmun və struktur xəttinin ümumi axarını,
dinamikasını müəyyənləşdirir. A.Məmmədov
"Altmışıncılar səksəninci illərdə"
məqaləsində "İdeal" romanının müəyyənləşdirilmiş
plan üzrə yazıldığını tənqidi aspektdən
təhlil edir.
Ədəbi
tənqidin müxtəlif yönlü təhlilləri
İ.Muğannanın "İdeal", "Əbədiyyət",
"GurÜn", "Qəbiristanlıq", "Cəhənnəm",
"İsahəq, Musahəq", "İlan dərəsi"
əsərlərini təfəkkür hadisəsi olaraq
aydınlaşdırmağa
çalışmışdır. Ədəbi tənqidin
fikri İ.Muğannanın əsərlərinin mahiyyətini,
yazıçı kimi təfəkkür intellektinin möhtəşəmliyini,
əsərdən-əsərə olan mahiyyət, üslub
bağlantılarını, Muğanna etiqadını dərkə
və təhlilə köklənmişlər. Burada dərkin və qəbul edilməzliyin
bir tərəf kimi özünə yer alması da yox deyildir, əslində
ədəbi tənqid alışmadığı bir sistemlə
üz-üzə dayanmışdır. "İdeal"dan başlayan
dinamika (təfəkkür və düşüncə hadisəsi
olma), yazıçının İ.Hüseynov imzasından
imtinası, yaratdığı ajiotajlar (ədəbi tənqiddə
səsləndirilən İ.Hüseynovun bu əsərlərdən
imtina etmək haqqı yoxdur qənaətləri),
Z.Bünyadovun, A.Məmmədovun və başqalarının tənqidi
münasibəti ("İdeal"a), Ə.Əylislinin
"Yanar ürək" "İdeal"dan yaxşı əsərdir
qənaəti",
S.Alışarlının "İdeal" kütlənin
qavraya biləcəyi bir əsər deyil" mülahizəsi
və s. İ.Muğanna yaradıcılığına
marağın müxtəlifliklərini və ədəbi tənqidin
mövqeyini aydınlaşdırır.
"İdeal", "Əbədiyyət", "Cəhənnəm", "Qəbristanlıq, "GurÜn", "İsahəq, Musahəq" romanlar silsiləsi struktur, ideya-düşüncə, təsəvvür kodları ilə bir-birinə özünəməxsus sistemlə, yazıçı təfəkkürünün intelleksiyasının müəyyənləşdirdiyi meyarlarla bağlanır. Dünyanın yaranışından bu yana olanlara, insan oğlunun keçib gəldiyi yola, dinlərə, dillərə, fəlsəfi-estetik dərk və qavrayışlara ciddi münasibət sərgiləyən bu romanlar silsiləsi İ.Muğanna etiqadını, onun yazıçı qüdrətini, əsərdən-əsərə keçib gələn məzmun-struktur bağlarını bir bütöv olaraq ortaya qoyur. Ədəbi tənqidin təhlillərində hələ İ.Muğannanın yaradıcılığında araşdırılmaılı, aydınlaşdırılmalı çox ciddi məsələlərin olduğunu düşünməyə əsas verir.
Günel Hümmətova
(Pəniyeva)
Azərbaycan
Dövlət Pedaqoji Universiteti
Ədəbiyyatın
tədrisi texnologiyası kafedrasının müəllimi
Olaylar.- 2023.- 10-16 mart.- S.19-20.