Qərbi Azərbaycanda etno-milli
soyqırım siyasəti
və hay kilsəsinin
hərbi-siyasi
ideologiyası...
Təkcə
XVIII-XXI əsrlər ərzində deyil, ibtidai insan-hay
sürüsünün Cənubi Qafqaza miqrasiyasından (I
minillikdə) etibarən hay kilsəsi tərəfindən yerli,
kökənli yalnız Türk-Müsəlman xalqlarına
qarşı hərbi-siyasi təmələ söykək
etno-milli, irqi-dini qanlı
ayrı-seçkilik siyasətinin yürüdülməsi
təkzibedilməz tarixi-coğrafi kerçəklikdir. Hay kilsəsinin
uydurmalarından biri də guya- "Böyük Ermənistan"ın
Roma və Sasani imperiyaları tərəfindən 387-ci ildə
süquta uğradılması, parçalanması və
dövlətçiliyinə son qoyulmasıdır". Bu saxta
iddia qəbul edilirsə, bəs, nədən nifrət və hədəf
Türk dünyasına və xalqlarına yönəlib?
Avrasiya materikini geniş enlik zolağında əhatə edən Türk dünyasının etno-milli demoqrafik bünövrəsini, coğrafi məkan hüdudlarını hədəf edən hay kilsəsinin hərbi-siyasi siyasətinin istiqamətləri elmi-nəzəri və tarixi-faktoloji təhlili yuxarıda qeyd edilən suala aydınlıq gətirə bilər. Genetik (İran dövləti) və dini (Xristian dünyası) özgürlüyü baxımından irqi birliyi nəzərə alınmaqla hay kilsəsinin Türk coğrafiyasına qarşı siyasəti bir sıra amillərə, ilk növbədə güc dövlətlərinin maraqlarına rəğmən idarəedilmələri və mürtəce niyyətləri (dinsiz hay kilksəsinin ideoloji mahiyyəti əsasında formalaşan) reallaşması şərtlərinə əsaslanır. Təbii ki, hay xislətinin özəllikləri (riyakarlığı, satqınlığı, xəyanəti, hiyləgərliyi, sürüşkənliyi, yaltaqlığı, nankorluğu, saxtakarlığı, yalaqlığı...) nəzərə alınmaqla...
Bu baxımdan XIX əsrin sonu, XX əsrin əvvəllərində Bütöv Azərbaycan hüdudlarında çar Rusiyasının Qafqaz regionundakı baş qərargahdan-Tiflis şəhərindən iki istiqamət üzrə əsasən hay-daşnak silahlı qüvvələrindən formalaşdırılmış birliklərin hərbi-siyasi hücumlarına (milli-etnik soyqırım məqsədi ilə amansız qətliamlara) rəvac verilmişdir:
-Qərbi Azərbaycana qarşı;
-Xəzərsahili hövzə və Abşeron yarımadasına qarşı;
Azərbaycan dövlətçiliyini yox etmək niyyəti ilə məhz bu tarixi bölgələrimizdə hay kilsəsinin davamlı, dayanıqlı və ardıcıl olaraq 1890-cı, 1904-1906-cı və 1918-1920-ci illərdə həyata keçirdiyi mürtəce siyasətin (yerli Türk-Müsəlman əhalsinin doğma yurd-ocaqlarından zorla köçürülməsi,Türk tarixinin, coğrafiyasının saxtalaşdırılması, görəvi mədəniyyət abidələrimizin məhv edilməsi, etno-milli soyqırım faciələrinin yaşadılması, dini-sakral maddi-mənəvi irsin mənimsənilməsi, toponimlərimizin "erməni"ləşdirilməsi...) təhlili daha önəmlidir.
Bir cəhətə xüsusi diqqət yetirilməlidir ki, Türk-Müsəlman dünyasına qarşı (bütün itkilərə və soyqırımlara bais) hay kilsəsinin beynəlxalq miqyasda hərbi-siyasi istiqamətdə yapdığı taktiki-strateji əməliyyatların kompleks qiymətləndirilməsi hələ də aparılmayıb. Nəzərə almaq lazımdır ki, bu anlaşmalar hay kilsəsinin çar və bolşevik Rusiyası ilə, Yaxın Şərq (İran və Misir) və Qərbi Avropa (Böyük Britaniya, Almaniya, İtaliya, Fransa...) və ABŞ...dövlətləri ilə sıx qarşılıqlı, gücləndirilmiş hərbi-siyasi, iqtisadi-ticari...əlaqələri ilə arasıkəsilməz döyüş-savaş müstəvisinə keçirilmişdir.
I Dünya müharibəsində çar Rusiyasının Qafqaz Ordusunun (hay-rus mənşəli silahlılar olmaqla) Osmanlı Türkiyəsinə qarşı Qərbi Azərbaycan ərazisi qonşuluğunda iblisanə hay kilsəsinin yaratdığı cəbhə xəttinin Qara-Aralıq dənizləri boyunca uzanması təsadüfi olmamışdır. Bu xətt üzrə Qars, İqdır, Ərzurum, Van vilayətlərinin terrorçu-seperatçı hay quldur dəstələrinin üstünlük təşkil etməsi (Türk Ordusuna qarşı arxadan diversiya əməliyyatlarının keçirilməsi məqsədi ilə yaradılmış) və Rusiya ilə əlaqə baxımından Göyçə gölü-Ağrıdağ vadisinin hərbi təzhizat üşün istifadə olunması hay-rus qüvvələrinin məkrli niyyətlərinin güclənməsinə imkan yaratmışdır.
Bölgənin bu hissəsinə bitişik ərazilərdə XIX əsrin sonlarına yaxın Rusiya-Türkiyə müharibəsinin (1877-1879-cu illər) və hay kilsəsinin silahlı-quldur dəstələrinin təşkilatlanması (şair, publisist M.Potuqalyan (1848-1921) partizan hərəkatını üçün 1886-cı ildə "Armenakan" dəstəsi yaratmış, 1921-ci ildə bu ocaq "Ramkavar-azatakan" partiyasına çevrilib; 1887-ci ildə Cenevrə şəhərində "Qnçak" ("Zəng") və 1890-cı ildə Tiflis şəhərində "Daşnakstyun" partiyaları yaradılaraq beynəlxalq "erməni" hərbi-siyasi terrorizmini rəsmiləşdirmişlər) kökənli Türk-Müsəlman əhalisinə qarşı həm də siyasi-psixoloji təsir gücü daşımışdır.
Çünki, 1914-1915-ci illərdə bu cəbhə xətti-
-Qərbi Azərbaycanla geniş sərhəd təmaslığı yaratmışdır;
-Qərbi Azərbaycanla əski tarixi dövrləri əhatə edən etno-milli, demoqrafik bağlılığı güclü idi;
-Osmanlı Türkiyəsinin Ərzurum, İqdır, Qars və Van vilayətləri ilə Qərbi Azərbaycan sərhəd ərazilərində hay sürüsünün çoxsayda yerləşdirilməsi və davamlı hücumlarının aparılması ilə səciyyələnirdi;
Ümumiyyətlə, Azərbaycan xalqına qarşı iblis niyyətli hay kilsəsi tərəfindən soyqırım qətliamlarının törədilməsi Osmanlı Türkiyəsi ərazisindən nəzərdə tutulan ərazilərin ələ keçirilməsi və Qara-Aralıq dənizlərinə çıxışın mümkün olmadığından ("Qərbi Ermənistan" dövlətinin yaradılması ilə bağlı məkrli niyyətləri puç olduqdan sonra) bütün hücum qüvvələrini şərqə yönəltməklə Bütöv Azərbaycanı əhatə etmişdir.
Belə ki, hələ I Dünya müharibəsi ərəfəsində, Osmanlı Türkiyəsinin bu müharibəyə qoşulma ehtimalı nəzərə alınmaqla çar Rusiyası Qafqaz cəbhəsinə 150 min hay mənşəli nizami-döyüşçü toplamışdı, Sultan II Əbdül Həmid Əfəndi (1842-1918) hakimiyyəti altında olan hay mənşəlilərin hərbi-kəşfiyyat məlumatları ilə mütəmadi təmin edilirdi və bu "xəstə imperiya"nın parçalanması naminə onu müharibəyə təhrik etmə istiqamətində inzibati idarəetmə və ali siyasi dairələrdə qızğın işlər görülürdü (həm Osmanlı Türkiyəsində, həm də çar Rusiyasında).
Çar Rusiyası I Pyotrun vəsiyyəti naminə İstanbul şəhərini ələ keçirmək üçün bu müharibədən hərbi-siyasi fürsət kimi, haylardan isə yararlanmaqla ordu təchizatını canlı qüvvə və maddi təminat baxımından gücləndirmək məqsədini güdürdü.
Təsadüfi deyil ki, 1912-1915-ci illərdə İstambul şəhərində Almaniya dövlətinin səfiri Hans fon Vanqenqeym (1859-1915) yazmışdır ki, "erməni məsələsi"ndən istiufadə etməklə Rusiya Osmanlı Türkiyəsinin paytaxtına yol açmaq istəyir".
Osmanlı Türkiyəsi ərazisində "Qərbi Ermənistan" dövlətinin yaradılması ilə bağlı 1914-cü ilin avqust ayında Tiflis şəhərində çar Rusiyasının 1905-1916-cı illərdə Qafqaz canişini, qraf İ.İ.Vorontsov-Daşkovun (1837-1916) siyasi, maliyyə və dini qurumları təmsil edən hay mənşəli-daşnak ruhlu kəslərlə (1910-1917-ci illərdə şəhər meri A.İ.Xatisyan (1875-1945), 1912-ci ildən hayların baş keşişi V Qevorq Surenyants (1847-1930), 1913-1917-ci illərdə Gürcüstan-Həştərxan hövzəsi üzrə hay dini icmasının rəhbəri Mesrop Ter-Movsesyan (1865-1939), hayların Xeyriyyə Cəmiyyətinin və Milli Bürosunun sədri S.S.Arutyunyan (1861-1941), M.İ.Papacanyan (1869-1929), Bakı, Yelizavetpol və İrəvan quberniyalarından seçilmiş IV Duma üzvü...) görüşməsi, Qafqaz Ordusu tərkibində "erməni" silahlı dəstələrinin (1-ci drujina-1912-ci ildə Balkan yarımadasında Türk Ordusuna qarşı döyüşən, sonralar Xoy, Culfa, Gümrü, Karvansaray...nahiyələrində soyqırım törədən A.Ozanyanın başçılığı ilə; 2-ci-İqdır vilayətində qətliamlara imza atan-D.M.Kanayan (Dro); 3-cü drujina-Torpaq Qala (Alaşkert)-Quba şəhərləri boyunca "Türk-Müsəlman qanına yerikləyən"-A.Srvantstyan; 4-cü drujina-Sarıqamış-Ərzurum-Ağrıdağ düzü nahiyələrini oda qalayan A.Qafavyan (Keri); 6-cı drujina-Sarıqamış-Ərzurum nahiyələrində mövqe tutan, əvvəlcə Q.Afşaryanın, sonra isə Q.Bjişyanın başçılığı ilə; 7-ci drujina, O.Arqutyan; 8-ci drujina döyüşlərdə iştirak etməmişdir, 1915-ci ilin aprel ayında Vartan Mehrabyanın başçılığı altında bu hay-daşnak quldurların 2-ci, 3-cü və 4-cü dəstələri "Ararat dəstəsi" adı ilə birləşmişlər) yaradılması və digər məsələlər müzakirə edilmiş, eləcə də 29 noyabr 1914-cü ildə yenə də həmin şəhərdə çar II Nikolayla V Qevorqun gizli sövdələşmədə vəd verilmişdir:
-Müqəddəs Ata, soydaşlarınızı müjdələyin ki, onları parlaq gələcək gözləyir, "erməni məsələsi" sizin gözlədiyiniz nəticələri verəcəkdir...
Çar Rusiyasının Qafqaz cəbhəsində hay kilsəsinin hiyləsinə uyaraq Osmanlı Türkiyəsi ilə müharibəyə girməsinə qarşı çıxanlara qarşı isə hay terrorçuları-daşnakları tərəfindən müqavimət göstərilmişdir.
Bu sırada çar Rusiyasının Osmanlı Türkiyəsində 1883-1897-ci illərdə səfiri olmuş A.İ.Nemedov (1835-1910), bu vəzifədə 1878-1879-cu illərdə olmuş A.B. Lobanov-Rostovski (1824-1896), Qafqaz Hərbi Dairəsinin komandanı, general Q.S. Qolitsın (1839-1907), Qafqaz cəhbəsi I Ordusunun qərargah rəisi, general-leytnantı V.P.Lyaxov (1869-1920)...kimi dövlət, ictimai və hərbi xadimlərin adları çəkilir.
1918-ci ilin əvvəlində artıq hay kilsəsi Türkiyə cəbhəsi gözləntilərindən (ərazilərin ələ keçirilməsi, dənizlərə çıxışa yiyələnməyi) mərhum olduqdan sonra bu məkrli niyyətinə Bütöv Azərbaycanı hədəf etmişdir. Vahid mərkəzdən idarə edilən birləşmiş hay-rus qüvvələri ilk zərbələri eyni vaxtda həm Naxçıvan-Qərbi Azərbaycan bölgələrinə, həm də Xəzərsahili və Kür-Araz hövzələrini əhatə edən nahiyələrə endirilmişdir. Qərbi Azərbaycanın Zəngəzur, Ağrıdağ vadisi, Şərur-Dərələyəz və Göyçə gölü hövzələri... boyunca yerli Türk-Müsəlman əhalisi (600 min nəfərdən çox) amansız qətliamların-soyqırım faciələrinin qurbanı olmuş, milli minillik tarixi yaşadan 200-yə qədər kökənli yaşayış məntəqəsi dağıdılıb, qarət edilib, çoxusu yer üzündən silinib... eyni ilə Azərbaycanın Doğusunda-Xəzər dənizi sahili və Abşeron yarımadası hövzəsində olduğu kimi həyata keçirilmişdir.
(ardı var)
Qismət
Yunusoğlu,
Bakı Dövlət
Universitetinin müəllimi
Olaylar.- 2023.- 31 mart-6 aprel.- S.17.