Daşlarda
“naxışlanan” hay saxta “tarixi”...
Artıq min ilə yaxındır ki,
ibtidai insan-hay sürüsünün himayəçisi olan dinsiz və kafir hay kilsəsi
etno-milli yazı sistemində olduğu kimi, qədim
naxışlı-təsvirli maddi nümunələrdə (daş sütun-lövhələrdə)
də tarixi saxtakarlığa
yol vermiş, "erməni xaçkarları" timsalında
qondarma tarixlərinin "maddi sübutu"nu qiymətləndirilməyə
çalışmışdır. Və həyasızcasına
dünyaya car çəkməkdə davam edirlər ki, guya,
Türkiyə Cumhuriyyətinin ərazisi olduğu kimi
Bütöv Azərbaycan ərazisi də "erməni
xaşkarları" ilə zəngindir, xüsusilə
Naxçıvan, Qərbi Azərbaycan, Qarabağ və Cənubi Azərbaycan...bölgələri
daxil olmaqla..
Daş
lövhələrdə naxışlanmış əski
dini-irfani təsvirləri özündə əks etdirən, Qərbi
Azərbaycan və Naxçıvan bölgələri ilə
yanaşı, Yaxın və Orta Şərq ölkələri
(Fələstin, İordaniya, Suriya, İraq, İİR və
Ərəbistan yarımadasında) ərazisində, Şərqi
Anadolu yaylasında, Kiçik Qafqazın Qarabağ vulkanik
yaylasında...da arxeoloji qazıntılar və tədqiqatlar nəticəsində
üzə çıxan Xristianlığaqədərki
Roma-Bizans, Akkad-Şumer (Assuriya), Kimmer-Sak (İskit) və
Alban-Xəzər (Gədəbəy-Xocalı) maddi mədəniyyətinin
nümunələri hay kilsəsi tərəfindən "erməni"
irsi kimi saxtalaşdırılmaqdadır. Bununla da bu dinsiz qurum
guya "əski daş-yazı səhifələri
timsalında qondarma "erməni" tarixiliyinin təsdiqi"
baxımından naxışlanmış bədii-irfani təsvirli
(mistik-dini məzmunlu, kalliqarfik) daş lövhələri
(öz dillərində "xaçkarlar"ı) dəyərli
mənbə kimi təbliğat vasitəsinə
çevirmiş və uydurma dəlillərə rəğmən
2010-cu ilin noyabr ayında YUNESKO tərəfindən "erməni"
qeyri-maddi irs nümunəsi kimi tanıdılmasına nail
olmuşlar (baxmayaraq ki, özləri tərəfindən
hazırlanan bazalt-daş lövhələrdə yalnız
üzüm tənəyi və salxımı təsvir edilir).
Qədim
"yazı nümunə"ləri ilə yanaşı eyni
vaxtda maddi "xaçlı daş" mənbələrndən
istifadə olunmaqla hay kilsəsi uydurma tarixçiliklərini
sübut etmək üçün "minillikləri"
özündə ehtiva edən bu "naxışlı
nümunə"lərdən
"daş silah" kimi istifadə etməkdədir.
Məlumdur
ki, Qədim Finikiya, Babil (Assuriya, Şumer) dövlətlərinin
Dəclə və Fərat çaylarının Anadolu
yayalasındakı naxışlı (mistik
dünyagörüşünün miniatür elementləri ilə
naxışlanmış) daş abidələri (ibadət
ocaqlarını və dəfn məkanlarını əhatə
etməklə) geniş yayılmış (müasir Fələstin,
İordaniya, İsrail, Suriya, İraq, Cənubi Azərbaycan ərazilərində)
və əsasən Həbəş-Misir, Roma-Bizans,
Şumer-Akkad, İskit-Sak sivilizasiyasının, əski
İskit-Alban təkamül dövrünün miniatür
kalliqrafiya-arxitektura mədəniyyəti mərhələsini
(e.ə. III-I minilliklər dövrünü) təşkil
etmişdir. Bu mərhələyə aid daş kitabələr
Mesopotamiya ovalığı-Şərqi Andolu yaylasında,
Urmiya gölü və Kür-Araz ovalığı, Zəngəzur
dağlıq silsiləsi və Qarabağ vulkanik yaylası sərhədlərində
yayıldığı (Şumer eposu "Gilqamış"
dastanında, Cənubi Azərbaycanın Bisutun
qayalıqlarında, qədim Alban mədəniyyəti
ocaqlarında, Qazangöl, İlandağ, Gəncəsər-Dədəvəng...sakral-irfan
məkanlarında naxışlı daş lövhələrin
təsvirinə yer verilmişdir) üçün hay kilsəsi
məhz bu tarixi irsə yiyələnməyi və V-XIII əsr
"erməni" maddi-tarixi abidələri kimi qələmə
verməyi hədəfləmişdir. Saxta, uydurma tarixlərini
bəşər cəmiyyətinin e.ə. III-I minilliklər
dövrü təkamül-mədəniyyət mərhələsi
ilə "doğmalaşdırmaq" naminə hay kilsəsi
Yaxın Şərqin və Cənubi Qafqazın
aşağıdakı bəşər madi-mədəni sərvətlərinə
iddialıdır:
-Qırmızı
və Aralıq dənizi hövzəsi-Mesopotamiya
ovalığının Qədim Həbəş, Misir və
Babil dövlətlərinə aid tarixi yazılı və
maddi irsinə;
-Qədim
Roma-Bizans və Assur-Akkad mədəniyyətini yaşadan
Urmiya-Van gölləri, Dəclə və Fərat
çaylarının yuxarı hövzələrinin maddi abidələrinə;
-Cənubi
Qafqazın Araz çayı və Göyçə
gölü, Zəngəzur dağlıq və Qarabağ
yaylası hüdudlarında (Ağrıdağ, İlandağ,
Qazangöl... zirvələri, Dərələyəz-Basarkeçər
silsiləsi, Xocalı-Daşkəsən tarixi təkamül
dövrünün maddi-mədəniyyət irsi) yayılan
Xristianlığaqədərki Alban-İskit (Sak) maddi abidələrinə.
Təbii
ki, uydurma tarixlərinin "daşdan keçən
sübutu" kimi bu coğrafi məkanlarda arxeoloji tədqiqatlar
aparmış bir sıra alimlərin,ilk növbədə
Moskva İmperator Arxeologiya Cəmiyyətinin rus
arxeoloqlarının (N.Y.Marr-1864-1934, III Aleksandar Muzeyinin
Etnoqrafiya şöbəsinin əməkdaşı, Rusiya
İmperator Akademiyasının akademiki, etnoqraf-arxeoloq;
V.F.Minorski-1877-1966, Moskva Arxeologiya Cəmiyyətinin
üzvü, şərqşünas-tarixçi;
K.P.Patkanyan-1833-1899, Sankt-Peterburq Elmlər Akademiyasının
müxbir üzvü, şərqşünas; Q.İ.Radde -
1831-1903, rusiyalı coğrafiyaşünas, 1870-ci ildə
Göyçə gölü hövzəsində,
Naxçıvan vilayətində, 1874-cü ildə Dəclə
və Fərat çaylarının Şərqi Anadolu
yaylası boyunca yataqlarında ekspedisiyada iştirak edib,
Sankt-Peterburq EA-nın müxbir üzvü;
B.B.Piotrovski-1908-1990, "Urartu dövlətinin tarixi və mədəniyyəti"
kitabının müəllifi (1944), akademik...) elmi-nəzəri
mülahizələrini təhrif və onlara istinad etmək hay
kilsəsinin başlıca məqsədi olmuşdur.
Amma, həmin
N.Y.Marrın 1935-ci ildə Moskva şəhərində
çap edilmiş "Seçilmiş əsərləri"nin V cildinin 195-ci səhifəsində
yazılmışdır:
-Müasir Ermənistan SSR-nin qədim əhalisi Saklar
olmuşdur (Qıpçaq-Türk dilli tayfa-qəbilə
birlikləri-Q.Y.).
SSRİ və
"Ermənistan SSR" EA-nın akademiki, profesor A.A.Manandyan
(1873-1952) isə "Tənqidi xülası-erməni
xalqının tarixi barədə" toplusunda (1945-1956-cı
illər, I-III cild) bildirmişdir ki, bu bölgənin əski
xalqları Kimmerlər və Saklar idi.
Daha sonra,
N.Y.Marr Pəmbək-Dağ Borçalı mahalında, Dərəçay
hövzəsində, 2200 m yüksəklikdə Cəlaloğlu
şəhərindən 4 km aralı yerləşən və
1584-cü ildə tikilmiş qala divarlarını və məscidi
(mehrabı cənuba doğru, Məkkəyə tərəf
qurulmuşdur) tədqiq edərkən abidələrin
Türk-Müsəlman mənşəli olduğunu bildirmişdir.
Amma, Səfəvi hökmdarı I Şah Abbas Məhəmməd
Xudabəndə oğlunun (1571-1629)
1602-ci il fərmanı ilə bu mahala hakim təyin
edilmiş Melik Nazar (Rusiya çarı II Aleksandrın
(1818-1881) dövründə Daxili İşlər naziri
olmuş general M.T.Loris-Melikovun (1824-1888) nəslindən olan) məscidin
mədrəsə qapılarının orta divarına
"daş lövhə" -"xaçkar"
hörmüş, məscidin döşəməsinə isə
hay qəbir daşlarını basdırmışdır.
Bir vacib cəhəti
qeyd etmək lazımdır ki, XVIII əsrin sonu, XIX əsrin əvvəllərindən
başlayaraq Cənubi Qafqazda və Şərqi Anadolu
yaylasının Van gölü, Ərzurum dağları, Qars
vilayəti, Araz çayı, Ağrıdağ və vadisi...
hüdudlarında çar Rusiyasının
arxeoloq-etnoqrafların emissar heyətlərinin
apardıqları arxeoloji qazıntıların nəticələrinin
saxtalaşdırılması Xristianlığaqədərki
maddi-irs tapıntılarının "erməni"ləşdirilməsi
imperiya siyasəti ilə hay kilsəsinin məkrli niyyətinin
qarşılıqlı əlaqəsi, uzlaşmasıp
(üst-üstə düşməsi) sayəsində
mümkün olmuşdur.
Qərbi Avropa ölkələrinin (Böyük Britaniya,
Hiderland, Fransa, İtaliya, Yunanıstan, Almaniya, İspaniya...)
siyasi, elmi dairələrinin də iqtisadi-ticari maraqlarına
uyğun olaraq hay kilsəsi bu istiqamətdə bir sıra
arxeoloq-tarixçilərin, səyyahların (fransalı səyyah
A.Rod (1591-1660), ingilis şərqşünası-səyyahı
U.Ousli (1769-1842), alman arxeoloqu Fridrix Eduard Şults (1799-1827)...)
imzalarından da yararlanmışdır.
Zəngibasar
vadisinin qədim yaşayış məntəqələrindən
olan Üşəgən kəndinin (İrəvan şəhərindən
25 km şimal-qərbdə, 1043 m yüksəklikdə yerləşir)
e.ə.III-II əsrlərinə aid Alban məbədi, kəndin
mərkəzindəki Dədə-təpə və ətrafındakı
əski qəbirstanlıqda 1972-1975-ci illərdə qiymətli
arxeoloji maddi nümunələr (qala divarlarının
qalıqları, yazılı-naxışlı daş lövhələr...)
tapılmış və guya protohayların ulu sələflərinin
Urarti dövlətinə aidliyinə iddia
qaldırılmışdır.
Türk-Müsəlman
maddi irsinə yiyələnən hay kilsəsi saxta təbliğatlarına
da geniş yer verir.
Yeni tariximizdə, 2015-ci ilin dekabr ayında İrəvan
şəhərində litvalı tarixçi və sənətşünas
Yurqis Baltruşaytis və tarixçi Tiqran Kuyumcanın
"Araz çayı sahilindəki Culfanın tarixi abidələri"
kitabının təqdimatı keçirilmişdir. Və yaxud,
2018-ci ildə isə Kiyev şəhərində Sofiya məbədi
divarına haylara mənsub "xaçkar" yerləşdirilib.
Görkəmli
gürcü tarixçisi, Suximi Dövlət Universitetinin
professoru Quram Marxuliyanın 2009-cu ildə dediyi-"haylarda belə
qəbul olunub ki, onlarda harada yaşayırlarsa, o yer onların
Vətənidir", aforizm timsalında hay sürüsü məskunlaşan
ərazilərdə və hüdudlarında basdırılan və
yerləşdirilən tarixi kerçəkliyi özündə
əks etdirməyən oyma-naxışlı daş lövhələri
əldə dəstəvuz edərək guya onların etno-milli tarixiliyinə maddi nişanə və müəyyən
dövrdən sonra isə uydurma tarixlərinə
"sübuti-dəlil" kimi qiymətləndirirlər.
Haşiyə. 2014-cü ilin 21 aprel tarixdə Tbilisi şəhərində
hayların baş keşişi II Qareginin, Gürcüstan
üzrə yepiskop V.Mirzaxanyanın iştirakı ilə
Sankt-Peterburq şəhərindən olan xeyriyyəçi
Q.M.Poqosyanın yardımı ilə hazırlanan
naxışlı (üzüm tənəyi
təsvirli) daş lövhənin
Müq.Ü(İ)çmüəzzin kilsəsinin divarına
hörülüb (saxta "hay soyqırımı" bəhanəsi
ilə). Eyni tədbir 23 apreldə, fərqli tərkibdə (II
Qaregin, Qaraqoyunlu mahalı üzrə nümayəndə,
Müdafiə nazirliyinin üzvü, general-leytnant M.Sarqsyan,
respublika hərbi komissarlığının polkovniki
A.Sarqsyan, keşiş M.Proşyan...) Qərbi Azərbaycanın
Üşəgən kəndində uydurma hay əlifbasının
"banisi" M.Maştostun qəbri üzərində
tikilmiş kilsənin divarına hörülməklə
keçirilmişdir.
Mürtəce
hay kilsəsi Ön Asiya və Qərbi Azərbaycanda
Türk-Müsəlman dünyasının əski
Xristianlığaqədərki sakral-dini irsinə uydurma
iddiaları ilə "erməni"ləşdirilməsindən
usanmayaraq, əksinə "daş naxışlı"
silahlarla ("xaçkarlarla") digər ərazilərə
qarşı "hücumları"nı genişləndirməkdə
və gücləndirməkdədir. O cümlədən
Bütöv Azərbaycanın qədim Naxçıvan
bölgəsinə qarşı...
(ardı var)
R.S. Qərbi
Azərbaycanın Cəlaloğlu
şəhəri 1924-cü ildən sonra hay kilsəsi tərəfindən-"Stepanavan",
Üşəgən kəndinə-"Oşakan", Dərəçay
çayı-"Dzoraqet"...adlanır.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin
müəllimi
Olaylar.- 2023.- 5-11
may.- S.17.