Qədim Naxçıvan diyarında əski Kimmer-İskit,

Sak-Alban və Xəzər-Oğuz tarixi mədəni,

maddi irsinə qarşı hay kilsəsinin iddiaları....

 

Bütöv Azərbaycanın Qərb və Cənub bölgələri arasında mühüm, strateji "tarixi-coğrafi körpü" dəyərini daşıyan Naxçıvan diyarının əski minilliklərə mədəni zənginliyə malik maddi-sakral irs nümunələrinə qarşı hay kilsəsinin saxta iddiaları yüzilliklərdir ki, davam etməkdədir-eləcə də bu bölgəyə qarşı uydurma, əsassız ərazi tələblərinə "haqq" qazandərmaq üçün...hədəfdə olan Naxçıvan və Culfa şəhərləri, Ordubad nahiyəsinin Çənnəb, Aşağı və Yuxarı Əylis, Gənzə, Culfa nahiyəsinin Əbrəqunus, Şurud..kəndləri ərazisində yayılan əski dövrləri tarixi-mədəni abidələri timsalında...

Eramızdan əvvəl II-I minilliklər ərzində Ön Asiya dağlıq yaylası və ona bitişik tarixi-coğrafi ərazilərdə (relyef-landşaft strukturlarında) yaradılmış və əski Türkdilli (Kimmer-İşğuz, Sak-Alban, Xəzər-Oğuz...) qəbilə-tayfa İttifaqına (Manna-Assur, İç və Dış Oğuz...) mənsub maddi-mədəni, sakral-dini, mistik-irfani mənşəli irs abidələri Bütöv Azərbaycan tarixində mühüm yer tutur. Mürtəce və dinsiz hay kilsəsi coğrafi ərazilərimizə qarşı təcavüzkarlıq siyasətini yürütməklə yanaşı etno-milli maddi zənginliyimizə qarşı əsassız iddialarından əl çəkməməkdədir. O cümlədən qədim Naxçıvan diyarındakı qeyd edilən tarixi keçmişimizə aid dini-irfani ocaqları, məbədləri, qəbirüstü kiçik ölçülü abidələri (əski mistik-dini ornamentli, Şərq heykəltaraşlığının naxışlı daş oymaları ilə örtülü qəbirüstü baş daşları və sənduqələr, qoç, at, dəvə...təsvirli heykəllər...) həyasızcasına hay "xaçkarları" kimi qələmə verməkdən usanmırlar.

Son yüzilliklərdə də bu mənfur siyasət dəyişməmişdir, xususilə Qarabağ, Qərbi Azərbaycan və Naxçıvan bölgələrində maddi-tarixi yaddaşımıza işıq saçan əski Kimmer-İskit, Sak-Alban və Xəzər-Oğuz tarixi mədəni irsinə qarşı hücumlar daha da artmaqdadır. Bu məqsədlər üçün həmin ərazilərdə beynəlxalq tərkibli arxeoloji tədqiqatlar aparmaqla, həmin mövzulara həsr edilmiş elmi simpoziumların keçirilməsi ilə, çoxsaylı nəşrlərlə və məkrli niyyətlərinə əsasən xarici mütəxəssisləri cəlb etməklə təbliğatlarını genişləndirir-gücləndirirlər.

Bu baxımdan rus arxeoloqu A.L.Yakobson (1906-1984) 1929-cu ildə Qərbi Azərbaycan ərazisində İ.A.Orbelyanın (1887-1961, 1943-1947-ci illərdə "Ermənistan SSR EA-nın prezidenti) başçılığı ilə ekpedisiyada iştirak edib, 1950-ci ildə "Ermənistanın V-XVII əsrlər dövrü heykəltaraşlığının tarixi barədə oçerklər", 1986-cı ildə "Erməni xaçkarları" kitablarının müəllifidir.

2017-ci ilin aprel ayının əvvəlində ABŞ-ın Hyu-York şəhərində hayların "Zöhrab" yeparxiya mərkəzində Kanadada yaşayan fotoqraf Qrayr Xok Xaçeryanın foto-illüstrasiyalı "Xaçkar" kitabı təqdim edildikdə bildirilib ki, 45 ölkədə rast gəlinən 1000-dən çox "xaçkar"lar bir-birinə bənzəmir (hay kilsəsinin yeni uydurması).

2015-ci ilin 15 dekabrında İrəvan şəhərində litvalı tarixçi və sənətşünas Yurqis Baltruşaytisin Tiqran Kuyumcanla həmmüəllifi olan "Araz çayı sahilindəki Culfa və tarixi abidələri" esse kitabının təqdimatı keçirilmişdir.

Ön Asiyanın və Cənubi Qafqazın Xristianlığaqədərki maddi mədəniyyət irsini "erməni"ləşdirən hay kilsəsi 2022-ci il 10 may tarixdə Hiderlandın 2-ci böyük şəhəri Haaqa şəhərinin Sülh sarayı qarşısında "xaç daş" adı ilə açılışını keçirmiş və utanmadan bildirmişlər:

-Bu daş "erməni" dağlıq yaylası və ona bitişik ərazilərdə "erməni"lərin sülh uğrunda mübarizəsinin simvoludur ki, dünyanın hüquq və ədalət paaytaxtı olan şəhərində qoyulmuşdur.

Bəlkə də hay kilsəsinin (eləcə də hay sürüsünün) saxtakarlığının  bədəlinə görədir ki, dünyamızda sülh və ədalətdən danışmaq mümkün deyil...

Göründüyü kimi, Qərbi Azərbaycan ərazisi ilə yanaşı Naxçıvan şəhəri və Culfa, Ordubad nahiyələrinin bir çox Arazboyu kəndləri də əski Kimmer-İskit, Sak-Alban və Xəzər-Oğuz tarixi mədəni abidələri ilə zəngin olduğundan hay kilsəsi bu irsi "Culfa xaçkarları" adı altında "erməni"ləşdirməyə cəhd göstərməkdədir. Əsas məqsədlərdən biri də Naxçıvan diyarında rast gəlinən Alban mədəniyyətinin e.ə.III-I əsrlərinə və e. I minilliyinə mənsub tarixi-maddi abidələrə (məbədlər, arxitektura tikililəri, qəbirüstü kalliqrafiya-qəbir nümunələri, at, qoç, dəvə...təsvirləri qəbirüstü "heykəl"lər...) qarşı iddiaları irəli sürməkdir (guya, Culfa şəhərində 6-10 min "xaçkar" olmuşdur və bir sıra əski tarixi tikililər onlara məxsusdur və yaxud, 1971-1973-cü illərdə bu nahiyədə bütün qəbirstanlıqları tədqiq edən tarixçi A.A.Ayvazyanın (1947) məlumatına görə 2707 "xaçkar" qeydə alınmışdır, rəqəmlərdə bu qədər fərqin olması bir daha iddiaların uydurma olduğunu bir daha sübut edir...).

Xarici ölkə səyyahlarının, tədqiqatçılarının məlumatına, ayrı-ayrı tarixi nəşrlərə də diqqət yetirdikdə belə hay kilsəsinin saxta uydurmaları açıq, aydın nəzərə çarpır, hay kilsəsinin bu sahədə həyata keçirdiyi mürtəce əməllərin mahiyyəti aşkar olunur.

İsveçrəli səyyah (fransız mənşəli) Frederik Dyubua de Monpere (1798-1850) 1838-1843-cü illərdə Azərbaycanın Gəncə, Qarabağ, Naxçıvan və Zəngəzur xanlıqlarını səyahət edərkən İrəvan xanlığı haqqında ona məlumat verilir ki, çar Rusiyası bu bölgəni 1827-ci ildə işğal etdikdən sonra I Nikolayın  (1796-1855) 21 mart 1828-ci il tarixı Fərmanı ilə inzibati-ərazi vahidi kimi "erməni vilayəti" adlandırılıb. Bunlara baxmayaraq, bu qiymətli məlumat nəzərə alınmayıb və müəllifin VI cildlik "Qafqaz ətrafına səyahət" kitabında yer almayıb, heç xanlıqların adı da çəkilməyib. Əvəzində səfəri və nəşri təşkil edən Rusiya hökumətinin təşəbbüsü ilə I Nikolay onu Müqəddəs Stanislav ordeni ilə təltif etmişdir. Bu səfərdən hay kilsəsi də yararlanmışdır. Belə ki, səyyahın Naxçıvan xanlığında müşahidə etdiyi və quruluşu, naxışları, Şərq miniatür üslublu oymalarını, ölçülərini rəsmləri ilə təsvir etdiyi daş-qəbirüstü abidələrini guya"erməni" xaç-daşları kimi qələmə verdiyini haylar indi də təbliğ edirlər.

Bütöv Azərbaycanın sərhədləri hüdudlarında rast gəlinən əski Kimmer-İskit, Sak-Alban və Xəzər-Oğuz tarixi mədəni abidələri Şərq memarlıq üslubuna uyğun arxitektura strukturuna malik olmaqla özündə Xristianlığaqədərki irfani-mistik təfəkkürün epiqrik təsvir naxışları (elementləri) ilə zəngin olan mini-monumental maddi irs nümunələri kimi həm də erkən minilliklərin sənətkarlıq xəzinəsidir. Qəbirüstü bu daş abidələr sonrakı yüzilliklərdə Ön Asiyada, Yaxın və Orta Şərqdə, Cənubi Qafqazda...Türk-Müsəlman dünyası xalqlarının etno-milli, dini-irfani dünyagörüşünün və mistik-ilahi dünyadərkinin daş-naxışlarla ifadəsini təcəssüm etdirmiş və bir sıra səciyyəvi elementləri özündə saxlamışdır:

-miniatür və səlis naxışlı-ilməli, daş oymalı, kiçik ölçülü (boyu 2 m-ə qədər, eni 1 m, qalınlığı 0,5 m) qəbirüstü baş daşları həm də Xristianlığaqədərki dövrdən orta əsrlərin aralıq mərhələsinədək (X-XII əsrlər) Şərq memarlığının formalaşma mərhələlərinin özündə əks etdiriir;

-dini-irfani dünyadərki hökmünün Şərq memarlığı üslubunda işlənilən daş oymalarının mükəmməl mistik-süjet və stilistik xəttinə uyğun, morfo-genetik xüsusiyyətlərinə görə Türk-Səlcuq memarlığına mənsub maddi təsvirlərinin coğrafi məkan arealının genişlənməsi Ön Asiya və Cənubi Qafqazdan Qara-Azov dənizləri və Volqa çayı hövzələrinə yayılması ilə intişar etmişdir (Kotlyar E.P., Zoleko S.M. "Erməni xaçkarlarının dekorativ plastikası"-"Tavriya elmi xəbərləri" jurnalı, sentyabr, 2016-cı il, ¹ 9 (14), səh.28);

-Kimmer-İskit (İşğuz) tayfa-dövət birliyi hüdudlarına (eləcə də, Krım və Taman yarımadaları boyunca) naxışlı-daş qəbirüstü "abidə"lər XIV-XVIII əsrlərdə Kaffa şəhərinə haylar tərəfindən gətirilmişdir (və "xaçkar" adlanır), bu maddi-irs nümunələri Ön Asiya-Anadolu yaylası Türk-Səlçuq memarlığının dəsti-xəttini yaşatmaqla bir sıra tarixi orta əsr binalarının dekorativ görünüşünə həkk edilmişdir (E.A.Aybabina,"Kaffa şəhərinin XIV-XVIII əsrlər dekorativ daş oymaları" məqaləsi...);

-XII-XIII əsrlərdən sonra Türk-Müsəlman ruhuna uyğuyn daş ilmə-oyma naxışları ilə cilalanmış qəbirüstü başdaşlarının  memarlıq üslubu daha çox "Səlcuq memarlıq inciləri" kimi nəinki Aralıq dənizi və Qafqaz dağları hüdudlarında, həm də, Qara-Azov-Xəzər dənizləri ətrafını əhatə edən məkanlarda intişar edən dini və şəhərsalma mədəniyyətinin təkamülünə səbəb olmuşdur (A.S.Başkirov, "Qədim Tatar incəsənətində Səlcuq izi", Moskva şəhəri, "Krım" jurnalı, 1926, ¹ 2, səh.124).

Haşiyə. Antik dövrlər tədqiqatçısı, arxeoloq-etnoqraf, tarix elmləri doktoru, professor Aleksey Stepanoviç Başkirov (1885-1963) 1912-1913-cü və 1925-1926-cı illərdə Krım yarımadasında (Baxçaray şəhəri ətrafında, Babadağ (583 m) yüksəkliklərində, Deşikli burun hövzəsində, eləcə də, Türkiyə, Yunanıstan, İtaliya, Fransa, İngiltərə, Skandinaviya ölkələri və Krit adasında...arxeoloji tədqiqatlar aparmışdır.

Naxçıvan diyarının coğrafi mövqe baxımından Anadolu yaylası və Cənubi Qafqaz yüksək oroqrafik relyef strukrurları (Böyük və Kiçik Qafqaz dağları silsiləri) arasında yerləşməsi, Türk-Səlcuq-Oğuz tarixi və mədəıniyyətinin qovuşuğunda yerləşməsi məhz naxışlı-daş mənşəli maddi irs nümunələrinin zənginliyi ilə seçilməsinə səbəb olmaqla, mürtəce hay kilsəsinin hədəfindən də yayınmamışdır, bu kafir qurum tərəfindən törədilən  "daş soyqırım"a (xüsusilə XX əsrin II yarısında) məruz qalmışdır...

 

(ardı var)

 

  R.S. Ordubad nahiyəsi hay kilsəsi tərəfindən-"Ordvar" və ya "Qoxtan", nahiyənin kəndi olan Gənzə kəndini-"Krna", Çənnəb kəndini-"Tsxna", Culfa şəhərini-"Cuqa", nahiyənin Əbrəqunus kəndini-"Aprukunis", Şurud kəndini-"Şorot"... adlandırır.

Krım yarımadasındakı Kaffa şəhəri 1787-ci ildən-"Feodosiya" kimi qeyd edilir.

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2023.- 12-18 may.- S.17.