Türk-Müsəlman dünyasının maddi-sakral

irsinə qarşı hay kilsəsinin “səlib yürüşü”...

                

Etnogenetik və morfoloji-memarlıq üslubu baxımından ibtidai insan-hay sürüsünün düşüncə, inam, etiqad...ruhu ilə tamamən üzvi bağlılığı, kökən rişələri olmayan Şərq dini-sakral üslublu və məzmunlu zərif oymalarla naxışlanan, ruhani süjetli, İlahi-mistik mövzu uyğunluğu kəsb edən daş kitabələrə qarşı hay kilsəsinin minillik tarixə malik soyqırım-"səlib yürüşü"nün  səbəblərindən biri də olmayan tarix-dövlət "mövcudluqları"na, əsassız  sübutlarına maddi irs kimi ("əski dini amil" timsalında) bu zənginlikdən yararlanmaqdır...

Alban,Türk və Müsəlman mədəniyyətlərinin təkamül-inkişaf mərhələlərinə (e.ə.I və I minilliklər) aid dini-sakral maddi irsinə qarşı hay kilsəsinin əsassız iddiaları üçün əski tarix kimi aralıq orta əsrlər dövrünü (XI-XII əsrlər) seçməsi təsadüfi deyil. Bu dövr dinsiz və iblis niyyətli (xislətli) hay kilsəsinin Ön Asiyada (Balkan yarımadasından Ərəbistan yarımadasınadək), Yaxın və Orta Şərq dövlətləri (Suriya, Fələstin, İordaniya, Albaniya, Osmanlı Türkiyəsi, Ərəb xilafəti, Səfəvilər...) ərazisində məskunlaşma mərhələsi kimi səciyyələndirilir. Məskunlaşma tarixləri ilə eyni vaxtda həm də maddi-irs sərvətlərinə qarşı iddialar da yaranmışdır.

Fərqli, protohay xislətli, ibtida insan sürüsünün etnogenetik qan-irs yaddaşının etnopsixoloji-bioloji sübutu kimi uydurma dini-sxolostik məzmunlu "dünyagörüşü"-həyat-davranış tərzini ümumiləşdirərək dünyanın ən qədim "xristian dini təriqəti"nin "sünnəsi"nə iddialı hay kilsəsinin məhz XI-XII əsrlər maddi-sakral sərvətlərə (Cənubi Qafqaz və Ön Asiya tarixi-coğrafi məkanda) qarşı təcavüzünün ("maddi soyqırım-səlib yürüşləri") bir çox gözləntiləri vardır.

İlk növbədə:

-Orta əsrlər dövrünün Şərq intibah mərhələsinin miniatür-daşoyma sənətinin inkişafı baxımından Cənubi Qafqaz, Yaxın və Orta Şərq regionu sakral-dini süjet xəttinə uyğun ruhani-mistik təsəvvürlərin daş abidələrdə naxışlanması haylara qondarma "ən qədim xristian xalqı" yarlığını əxz etməyə imkan verməsi;

-dini-irfani, qəbirüstü naxışlı abidələrin ruhani məzmunu əski tarixiliyi özündə yaşatdığı üçün dünyanın "ən qədim xalqı" ayamasına yiyələnmələrinə "əsas olması";

-Ön Asiyanın Xristianlığaqədərki, Şumer-Akkad, Roma-Bizans imperiyasının Xristian, Cənubi Qafqazın Alban mədəniyyətinin zənginliyi timsalında "hay maddi-tarixi irsi"nin yozumu üçün "daşdan keçən sübut"lara  malik olması;

Bu amilləri nəzərə almaqla Yaxın və Orta Şərq regionu xalqlarının təkamül mərhələsinin dini-sakral memarlıq irsinə (qəbirüstü daş abidələri, sənduqələri, nekropol və kurqanları, əski qəbirstanlıqlar, məbəd və mədrəsələr...) qarşı hay kilsəsinin təcavüzünün bir məqsədi də saxta tarixlərinə uydurma "zənginlik donu" geyindirmək olmuşdur.

Əslində, Türk-Müsəlman dünyasının maddi-sakral irsinə qarşı hay kilsəsinin iddiası əsaslı olardısa, onda gərək dini-sakral abidələrin inşaat kitabələrinin məzmunu Şərq memarlıq üslubuna yox, "dünyanın ən qədim xristian xalqı"-hayların dəsti-xəttinə, dini təsəvvürlərinin məzmununa-ruhuna uyğun gəlməli idi, amma tamam fərqlidir, tərsinədir. Belə ki, Aralıq, Qırmızı, Qara və Xəzər dənizləri hövzələrini əhatə edən coğrafi məkanlarda yayılan və Şərq sənətkarlığının dini-sakral abidələri olan daş naxışlı, zərif oymalı, bəşəri mistik ruhu özündə ehtiva edən xətti ilmələrin memarlıq düsturunun gövdəsi və baş tağ hissəsi bütünlüklə eləcə də İslam dini dəyərinin ruhuna uyğundur və bilabasitə Türk-Müsəlman dünyası üçün səciyyəvidir.

Belə ki, qədim Naxçıvan diyarında 1186-cı ildə memar Əcəmi Naxçıvani (1180-1209) tərəfindən ucaldılmış Möminə Xatun türbəsinin ornamentli daşoyma ilmələri ilə İordaniya vadisində xristianlığın ən qədim şəhərlərindən biri olan Mədəbə şəhərinin arxitekturalı abidələrinin zərif naxışlarının oxşar ruhu və ya Ərəb xilafəti dövrünün Qəsri-Əmrə, Qəsri-Hərrani...tikililərinin gövdə-tağ zərifliyi, yaxud Quba qalasının monumental eskizi...necə də doğmalıq təşkil etdiyi aydın görünür.

Şərq memarlığının bu üslub doğmalığı həm də maddi daş abidələrin təsiri ilə sakral-estetik tərbiyə rolunu oynamış və Şərq müdrikliyi məktəbinin bünövrəsini təşkil etmişdir.

Təbii ki, bu zənginlik dünya memarlıq incilərinin tərkib hissəsidir, amma bu ruhani-sakral aləmdə dinsiz hay kilsəsinin izi və nəfəsi yabançı ünsür, yad yamaq təsiri bağışlayır.

Bəşər sivilizasiyasının Yaxın və Orta Şərq memarlığı törəni dünyanın qədim qitəsində də izini qoruyub saxlamaqdadır. Avropa qitəsinin cənub-qərbində, Piriney yarımadasının (İspaniya Krallığının) ucqar cənubunda Əndəlüs şəhərində Kordova Cümə məscidinin (Əndəlüs Əməvi əmiri I Əbdürrəhman Əbül-Müttarif (731-788) tərəfindən 784-cü ildə tikdirilmiş, sahəsi 23 min  kv.m-dir) memarlıq üslubu, daş naxışlarının zərif ilmələri, ornament-süjet mükəmməlliyi...bütün Türk-Müsəlman mədəniyyətinin maddi incisi sayılır ki, bu kimi sərvətləri mənimsəyən, daş-oyma naxışları kafir "erməni" ilməsi ilə "xaçkar" adıyla özlərinə çıxan hay kilsəsi həyasızcasına qarət və yalan təbliğatından usanmır.

Şərq memarlıq üslubuna təsir edən amillər sırasında təbii mühit, coğrafi landşaft strukturu, relyef quruluşu (örtüyü), iqlim ünsürləri, etnomilli məkan hüdudları...bütövlükdə (bütünlüklə) Vətən kontekstində tarixi-coğrafi maddi-mədəni, sakral-ruhani irsi formalaşdırır. Yabançı iddiaları ilə Türk-Müsəlman dünyasının maddi irsini "erməni"ləşdirən hay kilsəsinin "xaçkarları"na  bəllidir ki, Vətən ruhu, Vətən havası...hopmadığı üçün təbii ki, qondarma, adi, saxta daş parçası təsiri bağışlayır.

Daha bir amil bu fikrimizi təsdiq edir.

Dünyanın ayrı-ayrı şəhərlərində hay kilsəsi "xaçkarlar"ı basdırmaqla nişanələrini yaradır, bir növ dünya xalqları arasında canlı olduqlarını, gəlmə ünvanlarını "mərz nişanları" ilə sübut etməyə çalışırlar. Baxmayaraq ki, daş oyma sənətinin abidələri xüsusilə sakrallıq və monumentallıq nişanəsidir, hay kilsəsi isə "xaçkar"ları hara gəldi yerləşdirir, yapışdırır və ya basdırmaqla özlərinə yalnız tərəfdarlar yığırlar.

2016-cı ilin II yarısında Türkiyənin Van gölündə aparılan təmizləmə işləri aparılarkən gölün dibindən tapılan daş nümunələr üzərindəki rəsmləri, naxışları ilə "xaçkar" adı kimi "qiymətləndirilib" və hay kilsəsinə təhvil verilib, qeyd edilir ki, bu cür tapıntılar gölün yatağında kifayət qədərdir...

Bu ilin may ayının ortalarında İrəvan şəhərinin meydan bağçalarının birində, "erməni"-Polşa dostluğu şərəfinə Roma Katolik kilsəsinin rəhbəri II Pavel İohannın (1920-2005) adı "əziz tutulmaqla" (2003-cü ildə II Pavelin İrəvan şəhərinə səfəri olub) "xaçkar" qoyulmuş və açılış mərasimi keçirilmişdir.

Avstraliya İttifaqının Uilloubi şəhərinin parkında 2015-ci ildə, Sidney şəhərinin Müq.Məryəm məbədinin həyətində 2018-ci ildə, soyuq Baltik dənizi sahillərində, Litva Respublikasının Kaunas, Şyaulyay və Klaypeda şəhərlərində (uydurma 1915-ci il hadisələri nəzərdə tutulmaqla), Cənubi Amerika materikinin ucqar cənubunda, Çili dövlətinin Puerto-Uilyams şəhərində 2012-ci ildə..."xaçkar"lar basdırılmış, hətta Çili Dəniz Donanmasına da hədiyyə edilmişdir (argentinalı sahibkar E.Ernekyan (1932) tərəfindən)....

2010-cu ildə Buenos-Ayres şəhərindəki (Argentina) "erməni Apostol Kilsəsi həyətində basdırılan "xaçkar"ın açılış mərasimində çıxış edən kardinal Xorxe Mario Berqole (1936, 13 mart 2013-cü ildə Roma kilsəsində 266-  Frantsisk seçilib) Allah-Təaladan dua edib ki, öləndə bu "xaçkar"ın altında dəfn edilsin...

Naxçıvan diyarında olduğu kimi, Qərbi Azərbaycanın Keşişkənd nahiyəsinin Alagöz çayının sol sahilində yerləşən Alagöz kəndinin (başqa bir adı Məzrə-Kərimxandır) 1340-cı il tarixli qəbirstanlığının naxışlı başdaşlarına və sənduqələrinə (oymalı-ilməli daş naxışlarına) qarşı hay iddialarının əsassızlığına sübut kimi görkəmli rus arxeoloqu N.Y.Marrın (1865-1934) İrəvan şəhərindəki Abbas Mirzə (Cümə) məscidi barədə İmperator Arxeologiya Cəmiyyətinin 17 may 1912-ci ildə keçirilən iclasında söylədiklərini misal çəkmək olar:

-...Məscid indi yaxşı vəziyyətdədir...o, Müsəlman mədəniyyətinin qiymətli irsidir...gümbəzin çevrəsi ərəb əlifbalı kitabələrlə bəzənib, mehrab üzərindəki naxışlar xalçaya bənzəyir və yüksək dərəcədə üslubludur..."

XVIII əsrin əvvəllərində İrəvan xanı Hüseynqulu xan Sərdarın (1742-1831) tikdirdiyi, Qacarlar sülaləsinin Azərbaycan hakimi Abbas Mirzə Fətəli şah Qacar oğlunun (1789-1833) şərəfinə adlandırılan bu məbəd hay kilsəsi tərəfindən 2008-ci ildə tamamilə dağıdılsa da, Türk-Müsəlman ruhu, irfani-ruhani məzmunu və memarlıq üslubu hay "xaçkar"larının "ruhu"na hopdurulmuşdur.

Yuxarıda qeyd edilən irs zənginliyini, üslubunu, məzmun və maddiliyini mənimsəyən hay kilsəsi Xristian dini təliminə və tarixinə şərik olduğu kimi Şərq memarlığının daş-sakral incilərinə də sahiblənməklə bu irsdən əsl hay xislətinə uyğun istifadə  etmiş və etməkdədir (hətta, həyasızcasına "siyasi hücum silahı"na çevirməklə).

Tarixi, maddi-sakral sərvətlərin memarlıq üslubuna və süjet xəttinə qarşı hay kilsəsinin qəsbkarlıq siyasətinin sərhədləri Ön, Cənub-Qərbi Asiya və Cənubi Qafqaz hüdudları ilə kifayətlənməmiş, eləcə də Türk-Müsəlman dünyasının Mərkəzi və Orta Asiya məkanlarını da əhatə etmişdir...

 

(ardı var)

 

 R.S. Şərur-Dərələyəz mahalının Keşişkənd nahiyəsi hay kilsəsi tərəfindən 1935-ci ildən-"Mikoyan", 1957-ci ildən isə-"Yexeqnadzor",  Alagöz kəndi-"Exeqis"...adlanır.

 

Qismət YUNUSOĞLU

 

 Olaylar.- 2023.- 26 may-1 iyun.- S.17.