Zəngəzur mahalı - 1918-1920-ci illərin faciələri...

 

XX əsrin əvvəllərində Azərbaycan dövlətçilyinə zərbə cəbhəsi kimi birləşmiş rus-hay siyasi-hərbi qüvvələri tərəfindən Zəngəzur bölgəsinin seçilməsi təsadüfi olmayıb.  Bütöv Türk-Müsəlman dünyasının tarixi-coğrafi zənginliyi bu təcavüzkarlıq siyasətinə  hədəf olmaqla yanaşı etno-milli, mənəvi-mədəni, dini-fəlsəfi...maddi irsimizin qan yaddaşından mərhum edilməsi bu mənfur məqsədin tərkib hissəsi idi. Çünki bu tarixi-coğrafi məkanı Naxçıvan, Qərbi Azərbaycan Qarabağ inzibati-ərazi vahidlərindən təcrid etmək bölgəni strateji-hərb meydanına çevirmək beynəlxalq, həmçinin regional düşmən qüvvələrin Bütöv Azərbaycana qarşı XX əsrin ən güclü təhdidi olmuşdur.

Zəngəzur tarixi-coğrafi bölgəsi Bütöv Azərbaycana qarşı 1918-1920-ci illərdə rus-hay ittifaqının ardıcıl, davamlı, uzun illər ərzində nəzərdə tutulmuş siyasi hərbi təzavüzləri nəticəsində artıq işğal edildikdən sonra da inzibati ərazi baxımından 1930-cu ilədək bu təsirlər davam etdirilmişdir. Bölgənin Mehri, Qarakilsə, Qapan Zəngilan nahiyələrinin bir çox yaşayış məntəqələri bu faciəvi təsirlərə məruz qalmaqla "inzibat-ərazi soyqırımı" (ayrı-ayrı illərdə mərhələlərlə) aparılmış, yerli Türk-Müsəlman əhalisi isə milli-mənəvi, tarixi-maddi irsinin "mədəni soyqırım" faciələrinə  düçar olmuşlar.

Haşiyə. Türk dillərinin orotoponimi kimi yaranmış "Zəngəzur" toponimi "döyüş meydanlarında zəfərə çağırış naminə çalınan sur/zur" mənasında olmaqla, coğrafi məkan inzibati-ərazi baxımından 7824 kv.km sahəni tutur, Zəngəzur dağlıq silsiləsinin (Qapıcıq zirvəsi, 3916 m) şərq yamaclarından başlayan Bərgüşadçay, Mehriçay, Bəsitçay, Oxçuçay, Bayandurçay...çaylarının hövzələrində yerləşən Qarakilsə, Mehri, Qapan, Gorus, Laçın, Qubadlı Zəngilan nahiyələrini əhatə edir.

XIX-XX əsrlərdə mövqeyi güclənmiş hay kilsəsi rus işğalçı siyasi-hərbi dairələri bu mahalı Türk-Müsəlman birliyindən ayırmaq, Osmanlı Türkiyəsi Şimali Azərbaycan xanlıqlarının təsirini azaltmaq kimi mənfur niyyətlərinə rəğmən (artıq 1828-ci ildə Türkmənçay müqaviləsi bağlandıqdan sonra) 1850-ci illərdə Zəngəzur qəzası Şamaxı İrəvan, 1860-cı illərdə isə Bakı İrəvan qüberniyalarının tərkibinə daxil edilmişdir. 1868-ci ildə Gəncə (Yelizavetpol) quberniyasının tərkibində olan Şuşa qəzasının (bir hissəsi Bakı quberniyasına aid) İrəvan quberniyasının Ordubad qəzasının hesabına Zəngəzur qəzası yaradılmış, Osmanlı Türkiyəsi Cənubi Azərbaycan ərazilərindən bu yerlərə hay sürüsü kütləvi şəkildə köçürülərək əski Türk-Müsəlman kəndlərində, örüş-otlaq sahələrində, çay meşə vadilərində yerləşdirilmişdir.

Bu canlılar XIX əsrin sonunda, XX əsrin əvvəllərində Zəngəzur mahalının kökənli əhalisinə qarşı silahlı-quldur hücumlarının kerçəkləşdirilməsi niyyəti ilə (1890-cı, 1905-1906-cı, 1915-ci, 1918-1920-ci illərdə) hay kilsəsinin potensial qüvvələri kimi nəzərdə tutulmuşdur.

Tarixi faktlar hadisələr bunu bir daha təsdiq etmişdir.

   Haşiyə. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində saxlanılan Azərbaycan Xalq Cumhuriyyətinin Fövqəladə Təhqiqat Komisyyasının sənədlərinin (II cilddə, 80 səhifə), Türkiyə Cumhuriyyətinin "Əsgəri Tarix Strateji Tədqiqat Başkanlığı Arxivi"nin, "Başbakanlıq Osmanlı Arxivi"nin, AFR-nın Berlin şəhərindəki "Almaniya Xarici İşlər nazirliyinin Siyasi Arxivi"nin məlumatlarında (eləcə , Zəngəzur qəza rəisi Fərəc bəy Kərbəlayı Mehdi bəy oğlu Məliknamazəliyevin (1863-1921) rəsmi arayışına, Cəbrayıl şəhər sakinləri H.Axundzadənin, C.Sultanovun AXC- ünvanladıqları məktublarına əsasən...) bildirilir ki, hay-daşnak nizami silahlı qüvvələri (sayı 10 mindən çox) təkcə 1918-ci ilin yay-payız aylarında Zəngəzur qəzasının 115 Türk-Müsəlman kəndinə quldur basqınları, 50-yə qədər kəndi yer üzündən yox etmişlər, 10 068 nəfər dinc sakin milli-irqi mənsubiyyətinə görə amansızlıqla, ağır işkəncələrlə qətlə yetirilmiş (3257 nəfər kişi, 2276 nəfər qadın, 2196 nəfər uşaq), 1060 nəfər kişi, 794 nəfər qadın, 485 nəfər uşaq yaralanmış, əhalinin malı-mülkü qarət edilərək aparılmış, kəndlər oda qalanmış, sağ qalan 50 000 nəfərdən çox kökənli əhali Şuşa, Cəbrayıl Cavanşir qəzalarında ağır şəraitdə məskunlaşmağa məcbur olmuşlar (vəhşiliklər A.Ozanyanın, Q.Nijdenin, A.Lalayanın...başçılıq etdikləri quldur dəstələri (tərkibində sonralar Bakı Komissarlarının üzvü SSRİ rəhbərlərindən biri olmuş A.İ.Mikoyan (1895-1978) Sovet Ordusunun marşalı X.İ.Baqramyan (1897-1982) da iştirak edib) tərəfindən törədilmişdir).

Çar Rusiyası A.Ozanyana 1917-ci ildə general-mayor hərbi rütbəsi vermişdir.

Həmin illərin soyqırım faciələrini qələmə alan jurnalist Skotland Liddell 1919-cu ildə yazırdı:

-Zəngəzur qəzasının Gorus şəhəri "erməni"lər tərəfindən anti-Türk ocağına çevrilmişdir, A.Ozanyan hələ də oradadır, o, İrəvan şəhərində yerləşən "erməni" hökumətini tanımaqdan imtina etmişdir...

Haşiyə. Böyük Britaniyalı hərbi müxbir Skotland Liddell Robert (1885-1972) Rusiyanın I Dünya müharibəsində iştirakını işıqlandırıb. 1920-ci ilin fevral ayında "Qarabağ erməniləri" məqaləsini yazaraq hay yazarı Tiqran Nazaryanın "Qrafik" qəzetində çap etdirdiyi məqaləsində yer alan saxta məlumatları (guya Qarabağ bölgəsində 198 min "erməni", 80 min nəfər Türk yaşaması ilə bağlı) təkzib edərək, Azərbaycan Xalq Cumhuriyyəti Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsinin müdiri, fəlsəfə doktoru, professor A.S.Şepotyevin rəsmi arayışına əsaslanaraq Qarabağın kökənli 415 min nəfər Türk-Müsəlman əhalisinə qarşı cəmi 170 min "erməni" yaşadığını bildirmişdir.

İngilis mənşəli nasirin bir kəlamı indi də qiymətlidir, dəyərlidir:

-"erməni"lər bədbəxt xalqdır, çünki onları daşnaklar idarə edir...

Qeyd edilən bu facələrin, soyqırım-qətliamlarının təsdiqi kimi (Qubadlı nahiyəsinin Qurban, Xocahan, Qaladərəsi, Qarakilsə nahiyəsinin Şəki, Arıqlı, Məlikli, Urud, Qızılcıq, Dərəbaş...., Qapan nahiyəsinin Oxçu, Baharlı, Pir Cavidan, Atqız..., Gorus nahiyəsinin Almalı, Xəzinəvar...kəndləri timsalında) aşağıdakı statistik göstərici dinsiz hay kilsəsinin və hiyləgər hay sürüsünün əməllərini rəqəmlərlə ifadə etmişdir:

-Çar Rusiyasının rəsmi məlumatına ("Qafqaz təqvimi" nəşri) görə 1916-ci ildə Zəngəzur qəzasında 226 398 nəfər yaşayıb, o cümlədən 119705 nəfər (52,8%) müsəlman, 101055 hay (44,6%), 5638 nəfər (2,6%) digər xalqların nümayəndələri  olmaqla, ancaq... 1926-cı ildə Türk-Müsəlman əhalisinə nisbətdə bu rəqəm heç 5000 nəfərə çatmayıb...

Göründüyü kimi, nəinki Bütöv Azərbaycan dövlətçiliyi naminə, eləcə də Bütöv Türk Dünyasının tarixi-coğrafi birliyinə rəğmən mühüm siyasi-hərbi, iqtisadi-təsərrüfat, dini-mədəni...dəyərlər daşıyıcısı  olan Zəngəzur bölgəsinin hədəf seçilməsi heç də təsadüfi olmamış, 1920-ci illərdə də rus-hay qüvvələrinin mürtəce təcavüzlərinin qurbanına çevrilmişdir.

Tarixi Zəngəzur mahalının rus-hay qüvvələri tərəfindən 1920-ci ilin sonlarına yaxın (30 noyabr-01 dekabr) işğal edilməsi ilə bağlı arxiv materialları sübut edir ki, Rusiyanın mürtəce siyasəti bütün dövrlərdə eyni niyyət-mahiyyət (Azərbaycan dövlətçiliyinin, siyasi-iqtisadi, hərbi gücünün zəiflədilməsi, dövlət quruculuğunun asılı hala salınması...) daşımışdır. Belə ki, Azərbaycan K(b)P Mərkəzi Komitəsi Siyasi bürosunun 04 noyabr 1920-ci il tarixli keçirilən iclasında (İ.Stalin və S.Orconikidzenin iştirakı ilə) "rus-erməni müqaviləsi"nin layihəsi müzakirə edildikdə yekdilliklə nəzərə alınmışdır ki, əzəli Naxçıvan və Qarabağ bölgəsinin milli-tarixi özəlliyi əsas götürülərək bu inzibati-ərazi vahidləri Azərbaycanın tərkibində saxlanılmalıdır, həm də qaldırılan təklifin siyasi və strateji baxımdan qəbuledilməzliyi xüsusilə vurğulanmışdır. Amma, həmin tarixdən 25 gün sonra (29 noyabrda) "Ermənistan"da Sovet hakimiyyəti qurulduqdan dərhal sonra (30 noyabr) Azərbaycan Xalq Komissarları Sovetinin sədri N.Nərimanovun Deklarasiyası rəsmən elan edilir və Zəngəzur qəzası rus-hay "qardaşlıq ittifaqına" qurban verilir, eləcə də Qarabağda hayların müqəddaratının təyinedilməsi hüquqları qəbul edilir ("Kommunist" qəzeti, 02 dekabr 1920-ci il).

Sanki, 1920-ci ilədək Qərbi Azərbaycanda Şəhid olmuş 50 min Türk-Müsəlman qövmünün Müqəddəs ruhunu qısa Zaman kəsiyində "Şimal küləyi" sovurub aparmışdır, xatirələri unudulan Qan-Gen yaddaş daşıyıcılarının adları əvəzinə "rus-hay xətti" ilə qara səhifələr yazılırdı...

Rus millətçisi Y.S.Xolmoqorov (1975) yazmışdır:

-Q.Nijde sayəsində Zəngəzurun Azərbaycandan qopaldılması Rusiya imperiyasının cənubunu tutan Turan Bütövlüyünün (Mərmərə dənizi sahillərindən Yakutiyaya qədər) parçalamışdır, qarşısını kəsmişdir...

Rusiya dövləti tərəfindən Q.Nijdenin xidmətləri ("xüsisi qəhrəmanlıq və şəxsi igidliyinə görə")  müq.Vladimir, müq.Anna ordenləri, Georqi xaçı ilə təltif edilmişdir ("Sovet İttifaqı Qəhrəmanı" adı səviyyəsinə bərabər).

Arxiv mənbələrində saxlanılan Zəngəzur facələri barədə tarixi kerçəklikləri yaddaşlarında saxlayanlar da az deyil-Qapan nahiyəsinin Yuxarı Pürülü, Gığı, Baharlı kənd sakinləri Gəncalı Hacı Əziz oğlu (1929), Səfixan Xəlil oğlu Gəncəliyev (1936), Heydər İsmixan oğlu Dünyamalıyev (1939), Mehri nahiyəsinin Aldərə və Nüvədi kənd sakinləri  Nargilə İmaməli qızı (1929), Balakişi Balakişi oğlu Həsənov (1939)...və onların hay quldurlarının Türk-Müsəlman camaatına qarşı törətdikləri vəhşiliklər barədə söylədikləri uzaq tarixdə olmayıb, bizi həmin hadisələrdən bir əsrdən bir az artıq  Zaman ayırır...

 

(ardı var)

 

R.S. Rus-hay bolşeviklərinin 1906-cı ildən nəşr edilən "Bakinskiy raboçiy" qəzetinin müxbiri və 1917-ci ildən redaktoru (I Dünya müharibəsində "erməni" mənşəli "Paykar" ("Mübarizə") qəzetində çalışmış))  olmuş Arsen Minasoviş Amiryan (1881-1918) 1918-ci ildə çap etdirdiyi məqalədə yazmışdır ki, "Daşnakstyun" silahlı dəstələri İrəvan quberniyasının 200 Müsəlman kəndini yerlə-yeksan etməklə milli kənd təsərrüfatını da məhv etmişlər.

R.S.S. Zəngəzur qəzasında törədilən faciələrin qarşısının alınması barədə AXC Hökumətinin 1919-cu ilin aprel ayında "erməni" həmkarlarına rəsmi müraciəti cavabsız, nəticəsiz qalmaqla hay quldurlarının hücumları daha da şiddətlənmişdir..."Azərbaycan" qəzetinin 21 iyun 1919-cu il tarixli sayında  Xosrov bəy Əlipaşa bəy oğlu Sultanovun (Zaqafqaziya Seyminin deputatı və AXC-nin ilk hərbi naziri, 1879-1947) olmu,müraciəti dərc edilib ki, 10 min nəfər Türk-Müsəlman tərəkəməsi və onların 150 min baş davarı Zəngəzur-Bərgüşad dağlarında "erməni" silahlılarının mühasirəsindədir...

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2023.- 3-16 noyabr.- S.17.